А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə22/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   18   19   20   21   22   23   24   25   ...   148

 

64

ümumi  xərcləri  ilə  tutuşdururlar.  Bu  yolla  nəzərdə  tutulmuş  vaxt 



müddəti  üçün  mənfəəti  müəyyən  etmək  olar.  Amma  orta  xərclərin  və 

ümumi  mənfəətin  dinamikası  heç  də həmişə  səmərəli  material    tutumu 

həcminin  optimumluğunu  təyin  edə  bilmir.Bu  yalnız  son  hədd 

xərclərinin  davranışını  nəzərdən  keçirdikdən  sonra  aydın  olur.Əvvəlcə 

son  hədd  xərcləri  azalır.  Müəyyən  həcmdən  sonra  son  hədd  xərcləri 

artmağa  başlayır,eyni  həcmdə  məhsulun  buraxılışı  üçün  çəkilən  orta 

ümumi  xərclərlə  bərabərləşir  və  belə  halda  vəziyyəti    optimal  hesab 

etmək olar. 

 

Buna  görə  də  ikinci  halda  müəssisənin  son  hədd  gəlirlərinin 



onun son hədd xərcləri ilə müqayisə edilməsi işi aparılır.Əlavə məhsul 

vahidinin  istehsalı  təkcə  əlavə  xərcləri  deyil,həm  də  əlavə  gəlirlərin 

təmin  edilməsini  tələb  edir.Bu  əlavə  gəlirin  ölçüsü  n  və  n  +1  məhsul 

vahidinin satışından əldə edilən mədaxilin müxtəlifliyi kimi təyin edilir. 

 

Qiymətəmələgəlmənin  prinsipləri  müxtəlif  rəqabət  şərtləri  olan 



əmtəə bazarlarında 2.2 saylı cədvəldə göstərilmişdir. 

 

 



 

 

 



Cədvəl 2.2 мüxtəlif rəqabət şəraitində  qiymətlər 

 

__________________________________________________________ 



                                                                               Bazar   faktoru 

                                                                   ___________________________________________________ 

                                                                      Satış həcmi                      qiymət         mənfəət həcmi 

________________________________________________________________________________ 

               Xalis rəqabət                            tələbata əsasən təyin      satıcıdan aslı     tələb və təklifdən 

                                                                  edilir                                olmur                 asılıdır 

            --------------------------------------------------------------------------------------------------------------- 

               Oliqopoliya                                alıcılar və satıcılar          satıcılar ara-     satıcılar arasındakı 

                                                                   arasındakı razılaş-         sındakı razı-       razılaşmalardan 

                                                                    malarla təyin edilir        laşmalardan       asılıdır 

                                                                                                             asılıdır                                           

            --------------------------------------------------------------------------------------------------------------- 

             Xalis inhisar                         satıcı tərəfindən            satıcıdan ası-      maksimal 

                                                                     təyin  edilir                    lıdır       

_______________________________________________________________________________ 

 

 



Təcrübədə  istifadə  edilən  ,eyni  zamanda  nə  xərclərlə  nə  də 

ki,bazaar yanaşmaları ilə heç bir əlaqəsi  olmayan bəzi anlayışlara nəzər 

salaq. 

 

Düzgün və yaxud xalis qiymətlər – bu qiymətlər mənfəətin və 



yaxud  mükafatlandırmanın    ümumi  qəbul  edilmiş  normalarını  nəzərdə 


 

65

tutur.  Bu  normalara  görə  partnyorlara,  onların  əməyinə  və  şəxsi 



təşəbbüslərinə hörmət olunmalıdır. 

 

Qarışıq  qiymətlər  –  bu  qiymətlər  nə  məhsulun  keyfiyyəti 



cəhətdən,nə  də  ki,bazardakı  vəziyyət  baxımından  normalara  cavab 

verməyən  ya  kəskin  şəkildə  qaldırılmış,ya  da  ki,  aşağı  endirilmiş 

qiymətlərdir.  Belə  qiymətlər  həmişə    ixtisası  olmayan  və  əyri  yolla 

məşğul olan satıcının fəaliyyəti nəticəsində yaranır. 

 

Ən  münasib  qiymətlər  –  elə  qiymətlərdir  ki,onların  satıcı 



tərəfindən  yüksəlməsi  bu  qiymətlərin  alıcı  tərəfindən  qəbul 

edilməməsinə,aşağı  endirilməsi  isə  alıcının  həddən  artıq  marağının 

yüksəlməsinə gətirib çıxarır.Belə qiymət həm satıcının. həm də alıcının 

ticarət  razılaşmalarındakı  məqsədəuyğunluğunun  tam  razılaşmasına 

gətirib çıxarır. 

 

Çox vaxt vəziyyətin 3 variantına rast gəlinir: 



          Koordinasiya  edilməmiş  oliqopoliya  –  bu  variantda  istehsalçı 

firmalar  bir-biri  ilə  əlaqəyə  girmirlər  və  hamını  razı  salan  tarazlıq 

qiymətlərin axtarışına çıxmırlar ; 

 

“Qaydalar  üzrə  oyun”  –  belə  olduqda  müəssisə  qiymətin  əmələ 



gəlməsini  rəqiblər üçün aydın və anlaşılan şəkildə apaır,bu da ki,bazar 

tarazlığının yaranmasına şərait yaradır ; 

 

Istehsalçıların  bir-biri  ilə  razılaşması  –  burada  məqsəd 



uzunmüddətli  inhisarçı  tarazlığının  əldə  edilməsi,oliqopoliyadan  fərqli 

şəkildə  daha  yüksək  inhisar  mənfəətinin  əldə  edilməsindən 

ibarətdir.Belə birləşmə ( yaxud da saziş)  kartel adlanır. 

 

Bir  neçə  istehsalçının  kartel  şəklində  birləşməsi  xüsusi  maraq 



doğurur.Bir  istehsalçının  inhisarçı  hakimiyyəti  çox  nadir  ,amma  bir 

qayda  olaraq  qısamüddətli  bir  haldır.Bununla  belə  kartellər  faktiki 

olaraq bir sıra sənaye sahələri üçün inhisarçı strukturu yaradır. 

 

Səciyyəvi  misal  olaraq  XX  əsrin    ilk  33  ilində  elektrotexnika 



sənayesində  yaranan  kartelləri  göstərmək  olar.1924-cü  ildə  bu  sahənin 

ən iri istehsalçıları “FEB” elektrik lampaları karteli yaratdı ki,buraya da 

“Osram”  (Almaniya)  ,”Filips”  (Hollandiya),  “General    electric” 

( ngiltərə) və bir sıra digər istehsalçıların daxil olduğu elektrik lampaları 

karteli yarandı.Açıq-aydın səsləndirilməsə də 2 iri amerikan istehsalçısı 

da – “General electric K” və “Vestinqhaus electric” onlara birləşmişdi. 

Bazar iqtisadiyyatı ilə xidmət göstərilən bütün dünya ölkələri bu kartelin 

iştirakçıları arasında bölüşdürülmüşdü. Bu da imkan yaratdı ki, məhsul 

inhisarçı  qiymətlər  üzrə  realizə  olunsun.  Amma  “FEB”karteli  1941-



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə