А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə24/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   20   21   22   23   24   25   26   27   ...   148

 

69

 



Əgər  elastiklik  əmsalı  sonsuzluğa  bərabərləşirsə,onda  mütləq 

elastiklik tələb yer alır.Bu o deməkdir ki,hətta məhsulun qiyməti azacıq 

da olsa artsa belə alıcı bu məhsulu almaqdan imtina edir. 

 

Əgər    elastiklik  əmsalı  sıfıra  bərabərdirsə,onda  mütləq  qeyri-



elastiklik  tələbi  yer  alır.Bu  o  deməkdir  ki,məhsulun  qiymətində  baş 

verən heç bir dəyişiklik tələb həcminin dəyişməsini öz ardınca aparmır. 

 

Çarpaz  elastiklik  əmsalından  asılı  olaraq  məhsullar  aşağıdakılara 



bölünür: 

o

  qarşılıqlı  əvəz  edilə  bilən  məhsullar  –  digər  məhsulların 



qiyməti qalxdıqca,bu məhsullara olan tələb həcmi artır.Bu halda çarpaz 

elastiklik  əmsalı  müsbətdir.Əvəzedicisi  olan  məhsullara  kərə  yağını  və 

marqarini misal gətirmək olar:kərə yağı üçün təyin edilən qiymət yuxarı 

qalxdıqca,marqarinə olan tələb artır. 

o

  bir-birini tamamlayan  məhsullar  –  digər  məhsulların qiyməti 



artdıqca ,o biri məhsula olan tələb azalır.Belə olduqda çarpaz elastiklik 

əmsalı mənfi olur.Bir-birini tamamlayan məhsullar dedikdə, belə bir adi 

misal  göstərə  bilərik:benzinin  qiyməti  artdıqca  maşına  olan  tələbat 

azalır. 


o

  bir-birindən  asılı  olmayan  məhsullar  –  bir  məhsulun qiyməti 

digərinə olan tələbatdan asılı deyil.Belə olduqda çarpaz elastiklik əmsalı 

sıfıra bərabərdir.Bir-birindən heç bir asılılığı olmayan 2 məhsul – divar 

kağızı və siqaret.Bunlardan birinə olan tələbın o birinin qiyməti ilə heç 

bir əlaqəsi yoxdur. 

 

Tələb elastikliyinə aşağıdakı amillər təsir edir : 



                  *bazarda əvəzedici məhsulların olması.Məsələn , duz yalnız 

bir növdə buraxılır və heç nə ilə əvəz edilə bilməz.Buna görə də duzun 

qiymətinin dəyişməsi ona olan tələbata  heç bir təsir göstərmir.Müəyyən 

növ idman ayaqqabılarının qiymətinin artması isə onunla nəticələnəcək 

ki,potensial alıcı digər növ ayaqqabı almaq fikrinə düşəcək. 

 

*məhsuldan  istifadə  imkanlarının  müxtəlifliyi.Məsələn,ağac 



məmulatlarından  həm  yanacaq  kimi,həm  kimyəvi  xammal  kimi,həm 

tikinti materialı kimi,həm emaledici sənaye sahələrində xammal kimi və 

s.  istifadə  edilir.Buna  görə  də  qiymətlərin  dəyişməsi  onun  istehlak 

səviyyəsinə  əsaslı  şəkildə  təsir  göstərə  biləcək.Başqa  sözlə  desək,  belə 

məhsullar üçün tələb elastikliyi çox yüksək olur. 

 

*bazarın  spesifik  xüsusiyyətləri  və  xarakteri.Məsələn,belə  hesab 



etmək  olar  ki,istehlakçılar  dərman  preparatlarını  həkim  məsləhəti  ilə 

alırlar.Düzdür,bu,reklam fəaliyyətlərinin köməkliyi ilə alıcıya çatdırılan 




 

70

patentli  dərmanlara  aid  edilmir.Buna  görə  də  belə  hesab  etmək  olar 



ki,həkim  resepti  üzrə  hazırlanan  dərmanlara  olan  tələbat    onların 

qiymətindən asılı deyil,yəni sıfır elastikliyə malikdir. 

 

*istehlakçının 



ümumi 

xərc 


məbləğində 

məhsulun 

payı.Məsələn,tikiş  iynələri  çox  da  baha  deyil  və  hərdənbir 

alınır.Beləliklə,bu  məhsulun  xərcləri  alıcının  ümumi  büdcəsində  çox 

kiçik bir yer tutur.Tikiş iynələrinin qiymətlərinin artması alıcı üçün çox 

da nəzərə çarpmayacaq və praktiki olaraq tələbata təsir göstərməyəcək. 

 

*Məhsulun  əldə  edilməsinin  təcililik  səviyyəsi.Məsələn  ,bayram 



günlərində təzə gülləri qiymətindən asılı olmayaraq alırlar. 

o

  Məhsulun  qiyməti  üzrə  tələb  elastikliyi  ilə  yanaşı  olaraq 



həmçinin  alıcının  gəlirləri  üzrə  də  tələb  elastikliyi  əmsalından  istifadə 

edirlər. Bu əmsal göstərir ki, alıcının gəliri 1 % dəyişdikdə məhsula olan 

tələbat neçə faiz dəyişir. 

 

Əgər  bu  əmsal  sıfırdan  aşağı  olarsa  (yəni  alıcının  gəliri  artdıqca 



məhsula  olan  tələb  həcmi  azalır),onda  belə  məhsul  “aşağı 

keyfiyyətli”məhsullara  aid  edilir.Əslində  ,əgər  alıcının  gəlirləri 

artırsa,onda 

alıcı 


özünə 

daha 


yüksək 

qiymətlə 

geyim,ayaqqabı,avtomobil  və  s.  ala  bilər.Digər  bərabər  şəraitdə  daha 

bahalı məhsul daha dəyərli məhsul deməkdir. 

 

“Normal”məhsullar içərisində  aşağıdakıları ayırmaq olar: 



◊ 

alıcının  gəlirləri    üzrə  tələb  elastikliyi  əmsalı  müsbət 

olan  məhsullar.Amma    burada  tələbin  artım  tempi  gəlirlərin  artım 

tempindən azdır.Bura istənilən gəlir səviyyəsində əldə edilməsi məcburi 

olan    ilkin  zəruriyyət  malları  daxildir.Məlumdur  ki,alıcı  gəliri  artdıqca 

belə məhsulları daha çox miqdarda ala bilər. 

◊ 

alıcının  gəlirləri  üzrə  tələb  elastikliyi  əmsalı  müsbət 



olan  məhsullar  –  tələbin  artım  tempi  gəlirlərin  artım  tempindən 

yüksəkdir.Bura  hər  şeydən  əvvəl    dəbdəbə  malları  daxildir.Çünki 

alıcının  gəlirləri  müəyyən  səviyyədən  yuxarı  qalxarsa,  onda    belə 

əşyalardan istifadə kəskin şəkildə artacaq. 

◊ 

tələbin  artım  tempi  potensial  alıcının  gəlirlərinin  artım 



tempinə  proporsional    olan  və  dəbdəbə  malları ilə  ilkin  zərurət  malları 

arasında  aralıq  vəziyyət  tutan  məhsullar.Bu  məhsulları  “ikinci  dərəcəli 

zərurət malları”adlandırırlar. 

 

Qeyd  etmək  lazımdır  ki,tələbatın  səviyyəsinin  kəmiyyətcə 



qiymətləndirilməsi  ilə  yanaşı  olaraq    digər  yanaşma  da  vardır.Bu 

yanaşma  bu  və  ya  digər  məhsul  üçün  nisbi  faydalılığın  ordinalist 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə