А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə35/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   31   32   33   34   35   36   37   38   ...   148

 

102


Müqavilənin  həyata  keçirilməsi  üçün  ilkin  qiymətin  təyin 

edilməsi, bir qayda olaraq satıcı tərəfindən onun satılan əmtəənin maya 

dəyərinin kalkulyasiya edilməsi əsasında həyata keçirilir. Ilkin qiymətin 

satıcının  təşəbbüsü  ilə  bu  cür  müəyyən  edilmiş  aşağıdakı  vəziyyətlərlə 

şərtlənir: 

• 

satıcılar  (istehsalçılar)  adətən  istehlakçılara  nisbətən 



istehsal  xərcləri  haqda  daha  çox  məlumata  malik 

olurlar; 

• 

əgər  qiymətəmələgəlmənin  bu  metodundan  həmin 



əmtəənin 

satıcıları 

tərəfindən 

istifadə 

edilirsə 

(təchizatçılar,  satıcılar),  onda  alıcı  kimə  belə  müraciət 

etsə də (sifarişçi) o, müqavilənin bağlanması üçün eyni 

və ya yaxın təklif qiyməti ilə rastlaşacaqdır; 

• 

alıcıya  kalkulyasiya  sənədini  yoxlamağa  icazə  verilir, 



yəni  müqavilə  qiymətinin  necə  formalaşdığını 

yoxlamaq  imkanı  mövcuddur,  həm  də  bu  cür  imkan 

alıcıya  müqavilənin  bağlanmasının  və  icrasının  bütün 

mərhələlərində verilir. 

Müqavilə  qiymətinin  müəyyən  edilməsi  metodları  bir  çox 

hallarda  hesablama  şəklində  olur.  Artıq  qeyd  edildiyi  kimi  qiymətlərin 

hesablama yolu ilə qurulmasının iki prinsipi  mövcuddur. Bunlardan biri 

verilmiş  əmtəənin  istehsalına  tam  xərclərdən  (məcmu)  istifadəyə 

əsaslanır.  Ikinci  prinsip  isə  istehsalın  hədd  xərclərindən  istifadəyə 

əsaslanır. 



Tam  xərclər  metodu

  məhsul  vahidinə  düşən  bütün  birbaşa  və 

dolayı xərclərin müəyyən edilməsinə əsaslanır. 

 

 



 

 

 



 

 

 



 

 

 



Гиймятямяляэялмянин щесаблама методлары 

Там хяржляри нязяря алан 

ГЯ 

Бирбаша хяржляри нязяря 



алан ГЯ 

ГЯ-нин параметрик 

методлары 

Там хяржляр методу 

Бирбаша хяржляр 

методу 


Орта хяржляр 

методу 


Норматив там хяржляр 

методу 


Норматив бирбаша 

хяржляр методу 

Регрессийа методу 

Гиймятли бал 

методу 



 

103


Şəkil 3.12. Qiymətəmələgəlmənin hesablama metodlarının 

təsnifatı 



Hədd  xərcləri  metodu

  ilə  ancaq  bilavasitə  məhsul  vahidinə 

düşən  xərclərin    nəzərə  (uçota)  alınmasına  əsaslanır.  O,  əlavə  edlmiş 

dəyər  prinsipinə  əsaslanır,  hansı  ki,  bu  da    marcinal  gəlir  adlanır.  Bu 

dəyər  qiymətlə  birbaşa  dəyişən  xərclər  arasında  fərq  kimi  tapılır.  Əldə 

edilmiş  marcinal  gəlir  hər  şeydən  qabaq  qaimə  xərclərin  ödənilməsinə 

sərf edilir. Marcinal gəlirin qalığı isə mənfəəti ifadə edəcəkdir. 

Müqavilə qiymətlərinin ilkin göstəricilərinin hesablanması üçün 

praktiki  metodikalar  bir  neçə  növlərə  malikdirlər  (şəkil  3.12).  Onları 

daha dolğun araşdıraq. 

Tam xərclər metodu üzrə qiymətəmələgəlmə 

Bu qiymətəmələgəlmə metodunda verilmiş növ məhsulun istehsalı 

üçün  zəruri olan bütün xərclər aiddir. Bura xammal və material xərcləri,  

eləcə  də  işçilərin  əmək  haqları  da  aiddir.  Bundan  başqa  qiymət  əldə 

etməkdən ötrü buraya dolayı xərclər də və tələb olunan mənfəətdə üstə 

gəlir.  Mənfəəti  adətən  verilmiş  rentabellik  norması  üzrə  hesablanılır, 

yəni bu mənfəətin xərclərə nisbəti üzrə hesablanılır. 

Bu  cür  qiymətəmələgəlmədə  bazör  konyukturası  öz  təzahürünü 

tapmır (bu qeyd rentabelliyə aid edilmir). Bu cür qiymətəmələgəlməyə  

adətən verilmiş əmtəənin istənilən halda tələb tapacağına inamları olan 

müəssisələr tətbiq edirlər. 

Bu  qiymətəmələgəlmə  metodunun  çatışmamazlıqları  (əsaslı) 

ondan  ibarətdir  ki,  bu  cür  kalkulyasiya  faktiki  xərclərin  optimal 

xərclərdən  kənarlaşmasını  əks  etdirmir.  Nəticə  olaraq,  bu  cür  

qiymətəmələgəlmə  metodunda  maddələr    üzrə  aşağı  salınması 

ehtiyatlarını aşkar etmək olmaz. 

Faktiki xərclərin normativ səviyyədən əmələ gələn kənarlaşmanın 

uçotu  ilə  xərclərin  təyin  edilməsi  normaları  əsasında  qiymətləri 

formalaşdıran  standart  (normativ)  xərclər  metodu  üzrə  sərbəst 

qiymətəmələgəlmənin  yuxarıda  sadalanan  çatışmamazlıqdan  yayınmaq 

olmaz.  Bu  metod  xərclərin  normalardan  maddələr  üzrə  kənarlaşmaları 

təhlil etməyə  və bu cür  kənarlaşmaları doğuran səbəbləri aşkar etməyə 

imkan verir. 

Məsələn,  məhsulun  qiymətlərinin  dəyişməsinə  təyin  edilmiş 

normalarla müqayisədə xammal və materialların israfçılığı və ya əksinə 

qənaətin  necə  təsir  etdiyini    hesablamaq  olar.  Xərclərin  mövcud 

normalardan kənarlaşmalarını doğuran digər istehsal amillərini də aşkar 



 

104


etmək  olar,  məsələn  istehsal  güclərinin  həddən  çox  yüklənməsi  və  ya 

əksinə az yüklənməsi və s. 

Mütərəqqi  standartlar  əsasında  hesablanmış  qiymətlər  (qabaqcıl 

xərc  normaları)  hər  şeydən  qabaq  bazarda  rəqabətqabiliyyətli  olurlar. 

Bundan  başqa  olan  müəssisəsi  konkret  xərc  növlərinin    aşağı 

düşməsinin  zəruriliyinə  yönəldə  bilər.  Lakin  burada  problem  müvafiq 

xərc standartlarının və normalarının müəyyən edilməsidir. Bu məqsədlə  

istehsalın  cari  və  perspektiv  texnologiya  və  metodlarını,  rəqiblər 

tərəfindən  təklif  edilən  analoci  məhsulların  xarakteristikaları  və 

qiymətləri  təhlil etmək zəruridir (vacibdir). 

Bazarın  konyukturası  bir  başa  xərclər  qiymət  metodunda  nəzərə 

alınır. Bu metodu həm də ixtisar edilmiş xərclər üzrə qiymətəmələgəlmə 

metodu  da  adlandırmaq  olar.  Bu  metoda  görə    dolayı  xərclər  müxtəlif 

məhsul növləri üçün təqribən eyni hesab edilir və onun satışından əldə 

olunan ümumi  məcmu mənfəətdən silinir. Mənfəət nə qədər çox olursa, 

verilmiş  məhsul  müəssisənin    gəlirlərinə  daha  çox  qoyuluş  edir. 

Məmulatın  ümumi  qiymətində  birbaşaxərclərin  uçotu  müxtəlif 

texnologiyaların  seçilməsindən,  satış  həcminin,  istehsalın  çeşid 

strukturunun  müəyyən  edilməsində  və  s.  vacibdir.  Birbaşa  xərclər 

qiymət  metodunun  müxtəlif  növlərindən  biri  kimi  standart  (normativ) 

birbaşa  xərclər  metodunu  hesab  etmək  nəzərdə  tutulur.  Buna  müvafiq 

olaraq mövcud standart və normalardan kənarlaşmalar nəzərə alınır, bu 

cür ixtisar edilmiş nomenklaturanı təhlil edərək istehsalın rentabelliyinin 

yüksəlməsi  üçün  optimal  yollar  tapmaq  olar.  Analoci  məhsullara 

qiymətlərin  hesablanması  zamanı  parametrik  qiymətəmələgəlmə 

metodları  tətbiq    edilir.  Bunları  xüsusi  olaraq  (əsas  parametrləri 

kəmiyyətcə  ölçülə  bilən  və  ifadə  oluna  bilər,  bu  və  ya  digər  məhsul 

növünün  xarakterik)  hallarda  səmərəlidir.  Misal  kimi,  müxtəlif 

yüktutumlu yük daşıyıcıları, arxa və qabaq mərkəzlər arasında müxtəlif 

məsafəli tokar dəzgahlar çıxış edə bilər. Parametrik kimi metodlar qəbul 

edilir  ki,  hansılarda  ki,  yeni  qiymət  araşdırılan,  baxılan  parametrlərin 

dəyişməsi  üçün  zəruri  olan  xərclərin  nəzərə  alınması  ilə  köhnə  qiymət 

əsasında    hesablanılır.  Bu  cür    parametrik  metodlarının  başqa  növləri 

orta  qiymət  metodu,  bal  metodu  və  reqressiya  metodudur.  Orta 

(udelğnıy)  qiymət  metodu  bu  orta  qiyməti  baxılan  məhsulun  başlıca 

müəyyənedici    parametrin  yeni  göstəricisinə  vurmaqla  qiymətlərin 

formalaşması  üçün  istifadə  edilir.  Orta  qiymətin  mahiyyəti  verilmiş 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə