А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə4/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   2   3   4   5   6   7   8   9   ...   148

 

13

2)  qiymət  müəyən  edilərkən  nəzərdə  tutulan  əmtəəyə  tələbat 



səviyyəsinə  diqqət  yetirilməməsi  üzündən  həmin  əmtəənin  satışı  ilə 

əlaqədar çətinliklərin meydana çıxa bilməsi; 

3) rəqiblərin qiymət strategiyasının nəzərə alınmaması; 

4) məsrəflər üzrə bəzi xərc elementlərinin satış həcmindən asılı 

olması; 

5)  faktiki  maya  dəyərinin  müəyyən  edilməsində  və 

planlaşdırılan maya dəyərinin praqnozlaşdırılmasında çətinliklər; 

6)  yeni  əmtəənin  istehsalını  və  satışını  təşkil  edərkən  faktiki 

xərclərin formalaşdırılmasında çətinliklər; 

7)  istehsal  səmərililiyinin  yüksəldilməsinin  və  maya  dəyərinin 

uyğun aşağı düşməsinin həmin əmtəəyə olan alıcılıq səviyyəsindən asılı 

olmayaraq baş verməsi; 

8)  biznesin  aparılması  məqsədlərinə  diqqət  yetirilməməsi, 

dinamiki  amillərin  nəzərə  alınmaması  «son  nəticədə»  məhz  müəssisə 

mənfəətinin maksimumlaşdırılması amilinin nəzərdən qaçırılması və s. 

Bazar qiymətqoyması (bazara görə QƏG) bu nöqsanların aradan 

qaldırılmasını  tələb  edir.  Iqtisadi  cəhətdən  məqsədəuyğun  və  eyni 

zamanda  iqtisadi  cəhətdən  qeyri-səmərəli  istehsalların  ixtisarına, 

istehsalların inkişafına səbəb olan amil kimi satış qiymətinin əhəmiyyəti 

burada  yüksəlmiş  olur.  Həmçinin  bazar  iqtisadiyyatı  şəraitində 

istehsalçı-müəssisənin    öz  əmtəəsini  istehlakçıya,  yaxud  vasitəçiyə 

(münsifə)  satacağı  momentədək  həmin  əmtəənin  mülkiyyətçisi  olması 

da əhəmiyyətlidir. Deməli, müəssisə müstəqildir, o, tam iqtisadi maliyyə 

məsuliyyəti ilə bu və ya digər istehsal-satış qərarları qəbul edir. 

Başqa  sözlə,  istehsalçı  nə  vaxt,  harada,  nə  qədər,  hansı 

əmtəələrdən  və  hansı  keyfiyyətdə  istehsal  edəcəyini,  habelə  nə  vaxt, 

kimə,  hansı  miqdarda  və  hansı  qiymətə  satmağı  özü  həll  edir. Təbiidir 

ki, istehsalçı həm müflisləşə də bilər. 

Buna  görə  hər  bir  müəssisənin  qiymət  siyasətinin  və 

strategiyasının və uyğun olaraq, onları işləyib hazırlayan şəxslərin rolu 

yüksəlir. 

Bazar iqtisadiyyatı və bazar qiymətinin əmələ gəlməsi şəraitində 

dövlətin rolu necədir? 

Bu  rol  əmtəələrin  olduqca  məhdud  dairəsi  qiymətlərinin 

tənzimlənməsinə şamil edilir. Bu, hər şeydən əvvəl, inhisarçı xarakterə 

malik  əmtəə  və  xidmətlərə,  habelə  qiymətlərin  ümumi  miqyasını 

müəyyən edən və bilavasitə sosial şəraitə təsir göstərən əmtəələrə aiddir. 



 

14

Bunlara misal olaraq mülkiyyətçiləri tərəfindən müəyyən olunan enerжi 



daşıyıcılarının  buraxılış  qiymətlərini,  yaxud  dəmir  yol  tariflərini 

göstərmək  olar;  dövlət  isə burada  öz  tənzimləyici  funksiyalarını  dolayı 

yolla  həyata  keçirir.  Məsələn,  o,  qiymətin  əmələ  gəlməsinin  ümumi 

qaydalarını  və  prinsiplərini  təyin  edə bilər,  yaxud  rentabellik  səviyyəsi 

üçün limitlər müəyyən edə bilər. 

Beləliklə,  qiymətin  əmələ  gəlməsinin  bazar  mexanizmi 

qiymətlərin  dövlət  tənzimlənməsi  mexanizmi  ilə  əlaqələndirilir. 

Uzunmüddətli  plandakı  qiymətlər  müəyyən  əmtəə  istehsalı  üçün  lazım 

olan  məsrəflər  əsasında  yaradılırlar.  Cari  planda  isə  konkret  əmtəənin 

qiyməti  (yəni  alıcının  onu  satın  alması  üçün  ödəməli  olduğu  pul 

məbləği) bazar situasiyasının təsiri altında formalaşır və dəyişə bilər. 

Əmtəənin  istehsalında  və  satışında  ümumi  əlavə  mənfəət 

(marжa)  əldə  etmək  üçün  qiyməti  formalaşdıraraq  iki  amili  nəzərə 

almaq  lazımdır:  istehsal  xərclərini  və  bazar  vəziyyətini.  Tələbat  təkcə 

statistik deyil, həm də dinamik hadisədir. Buna görə mənfəət əldə etmək 

üçün  tələbatın  təkcə  cari  əhəmiyyətini  deyil,  həm  də  onun  gələcək 

əhəmiyyətini də diqqətdə saxlamaq lazımdır.  

Qiymət  əmələ  gəlməsinin  iki  amilinin  uçotu  marketinqin  əsas 

prinsipinə  uyğun  gəlir:  nə istehsal  olunursa  satmamalı,  nə  satılırsa  onu 

istehsal etməli. 

K. Marks nəzəriyyəsinə görə dəyərin əsasında məhz bir istehsal 

amili - əmək durur. Lakin müasir iqtisadi təlimlər bu məsələni bir qədər 

başqa cür şərh edirlər.  

Inqilis  iqtisadçısı  A.Marşal  tərəfindən  işlənib  hazırlanmış 

marжinal dəyər nəzəriyyəsi adlanan nəzəriyyəyə  görə, qiymət satıcı və 

ödəniş  qabiliyyətli  alıcı  ehtiyacları  arasında  orta  kəmiyyət  kimi  deyil, 

onlar  arasında  kompromis  (qarşılıqlı  güzəştlə  razılaşma)  kimi 

formalaşır.  Bu  kompromis  bazar  vəziyyətindən  (konyunkturasından) 

asılı  olaraq,  həm  satıcı  ehtiyaclarına,  həm  də  alıcının  ödəniş 

qabiliyyətinə yaxın ola bilər. 

Marъinal qiymət nəzəriyyəsinin əsas prinsipləri aşağıdakılardır: 

1)  tələb  və  təklifin  eyni  əhəmiyyətli  qiymətyaradıcı  amillər 

kimi etirafı; 

2)  bazarda tarazlığın təmini; 

3)  tələb və təklif nisbətinin nəzərə alınması. 



 

15

Beləliklə,  əmtəə  qiyməti  bu  əmtəənin  faydalılığı  və  ondan 



istifadədən irəli gələn nemətlərin tədavül prosesində təzahür edən pulla 

ifadəsidir. 



§1.2. QИYMƏT KƏMИYYƏTINI MÜƏYYƏN EDƏ

AMИLLƏR 

Qiymətlərin  yaranmasına  təsir  göstərən  bütün  amillər 

müxtəlifliliyini müasir iqtisadiyyat üç qrupa bölür: 

1)  bazar (qeyri- konyuktura) amilləri; 

             2)  konyuktura (bazar vəziyyəti) amilləri; 

             3)  tənzimləyici amillər. 

Baza amilləri əmtəə bazarı şəraitində müxtəlif (istehsaldaxili və 

qeyri-  istehsal)  məsrəflərdir.  Qiymətlərin  bu  amillərin  təsiri  altında 

dəyişməsi məsrəflərin dəyişməsi istiqamətində baş verir. 

 

Konyuktura  amilləri  bazarın  dəyişməsindən  meydana  çıxır  və 



makro iqtisadi şəraitdən, istehlak tələbindən və s. asılıdırlar. 

 

Tənzimləyici  amillər  dövlətin  iqtisadiyyata  qarışması  dərəcəsi 



ilə müəyyən edilir. 

 

Qiymətlərin yüksəlməsinə səbəb olurlar: 



◊  Istehsalın azalması; 

◊  Iqtisadi situasiyanın qeyri-sabitliyi; 

◊  Istehsalçı  müəssisənin inhisarçı vəziyyəti; 

◊  Tədavüldəki ümumi pul kütləsinin çoxalması; 

◊  Vergilər yığımının çoxalması; 

◊  Əmək  haqqı  üzrə  ödənişlərin  çoxalması,  o  cümlədən  əmək 

haqqı tarif maaşlarının yüksəlməsi; 

◊  Müəssisənin 

sair 

dəyişməz 



şəraitdə 

mənfəətin 

yüksəldilməsinə dair cəhd göstərməsi; 

◊  Əmtəə keyfiyyətinin yüksəlməsi; 

◊  Dəbə uyğunluq; 

◊  Iş qüvvəsi çatışmamazlığının yüksəlməsi; 

◊  Kapitaldan,  avadanlıqdan,  iş  qüvvəsindən,  torpaqdan  və  b. 

istifadənin səmərəliliyi; 

Qiymətlərin aşağı düşməsi səbəbləri: 

◊  Istehsal yüksəlişi; 

◊  Texniki tərəqqi; 

◊  Istehsal və tədavül xərclərinin aşağı salınması ; 

◊  Əmək məhsuldarlığı səviyyəsi; 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə