А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə53/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   49   50   51   52   53   54   55   56   ...   148

 

155


 

 

 



 

 

 



 

BÖLMƏ 5 

 

 

Q YMƏT N MÜƏYYƏNLƏŞMƏS NDƏ R SKLƏ

 

qtisadi  risk  anlayışı  və  onun  şərhi.  Sahibkarların  riskdən 

qorunması  metodları.  Risk  şəraitində  idarəetmə  qərarlarının 

hazırlanması.  Bazar  konyukturası  göstəriciləri.  qtisadi  riskin  tərkib 

hissələri  və  onların  qiymətləndirilməsi  metodları.  qtisadi  riskin 

paylanması 

ehtimallarının 

əsas 


qanunları. 

qtisadi 


riskin 

minimallaşdırılması  vasitələri.  Fyuçers  sövdələşmələri.  Müqavilə 

qiymətlərinin sığortalanması. Faktorinq, lizinq və françayzinq. 

 

5.1. MÜASIR IQTISADIYYATDA RISK NƏZƏRIYYƏLƏRI VƏ 



RISKIN FUNKSIYALARI 

 

 

Reallıqda  bütün  istehsal  – satış  prosesləri  bəlli  dərəcədə  qeyri-



müəyyənliklə ötüb keçir və müəyyən risklə bağlıdır. 

 

Risk  –  hər  hansı  bir  fəaliyyət  prosesində  pul  itkilərinə  və 

zərərlərinə  (sözün  geniş  mənasında)  məruz  qalmaq  mümkünlüyüdür. 

Riski həm  də - nəzərdə tutulan uğurun və ya mənfəətin əldə edilməməsi 

mümkünlüyü  kimi  də  dərk  etmək  olar.  Ikinci  halda  faktik  itkilər    baş 

vermir, ancaq fəaliyyətin son məqsədi gerçəkləşmir. Buna görə də daha 

geniş mənada risk istehsal – satış fəaliyyətinin ayrılmaz elementidir və 

hadisələrin əlverişsiz şəraitində meydana çıxa bilər. 

Iqtisadi risk anlayışı iqtisadiyyat ədəbiyyatlarında çoxdan təhlil 

olunur. Nəticədə elmdə iki risk nəzəriyyəsi təşəkkül tapıb. 




 

156


Iqtisadi  riskin  birinci  nəzəriyyəsinin  klassik  adlandırılması 

qəbul  edilib.  Bu  nəzəriyyənin  müəllifləri  iqtisadçı  alimlər  Mil  və 

Seniordu.  Nəzəriyyənin  mahiyyəti  istehsal-satış  fəaliyyəti  şərtlərinə 

münasibətdə  mənfəətin  iki  kompanentinin  fərqlənidirilməsinin 

gərəkliyidir: 

nvestisiya edilmiş kapitaldan gəlir faizi; 



-  Riskə görə haqqı daha doğrusu, hər bir sahibkarlıq fəaliyyətində 

qaçılmaz olan risklərin məsrəflərinin nəzərə alınması; 

Bu nəzəriyyəyə görə bu və başqa qərarın qəbulu ilə əlaqəli risk 

qərarın qəbulu nəticəsində yaranması mümkün olan itkilərin gözlənilən 

məbləğinə    kəmiyyətcə  bərabər  hesab  etmək  gərəkdir.  Başqa  sözlə,  bu 

nəzəriyyə riskə bu və başqa qərarın reallaşması nəticəsində mümkün ola 

bilən maddi itkilərin kəmiyyət ölçüsü kimi baxır. 

Neoklassik  adlandırılan  digər  nəzəriyyəyə  görə  risk  anlayışı 

geniş  şərh  olunur.  Bu  nəzəriyyə  XX  əsrin  20-30-cü  illərində  təşəkkül 

tapdı. Bu nəzəriyyənin mənbəsini Nayt və Marşall ( ngiltərə), həmçinin 

Piqu (Fransa) kimi adlı-sanlı iqtisadçılarla bağlayırlar. 

Neoklassik  nəzəriyyəyə  görə  müəssisə  qeyri-müəyyənlik 

şəraitində  işləyəndə  (daha  doğrusu,  mənfəət  lazımi  kəmiyyətə  çatanda 

və  ya  çatmayanda)  gözlənilən  mənfəətin  miqdarı  deyil,  onun 

tərəddüdləri  müəyyənedici  olur.  Başqa  sözlə,  sahibkar  qərar  qəbul 

edərkən,  nəzərə  almalıdır  ki,  digər  şərtlərin  bərabərliyində  şəksiz 

mənfəət  əvəzinə  müəyyən  tərəddüdlərə  məruz  qala  bilən  mənfəətə 

üstünlük vermək gərəkdir. 

Indi  məşhur  iqtisadçı  Keyns  tərəfindən  təkmilləşdirilmiş 

neoklassik  risk  nəzərriyəsi  tanınır.  Keyns  təkmilləşdirmələrinin 

mahiyyəti  bundadır  ki,  qeyri-müəyyən  vəziyyətlərdə  qərarlar  qəbulu 

üçün təkcə mənfəətin gözlənilən səviyyəsində kənarlaşmaları deyil, həm 

də gözlənilən mənfəət səviyyəsinin özünü hesablamaq və nəzərə almaq 

gərəkdir.  Başqa  sözlə,  böyük  mənfəətə  ümid  edərkən,  bəzən  riskə 

getmək də olar (Şəkil 5.1). 

Sadalanan nəzəriyyələrdə riskin miqdar ölçüsünü necə müəyyən 

etməkdən  danışılır.  Bu  miqdar  ölçüsünün  müəyyənləşməsi  əsasında 

nəyin  dayanmasından  asılı  olmayaraq,  riskli  fəaliyyət  qeyri-müəyyən 

vəziyyətdə baş verən fəaliyyət kimi anlaşılır. 

Sahibkarın  təsərrüfat  qərarları  qəbul  edərkən  müəyyən  və  dərk 

edilmiş səviyyədə riskə hazır olmağa tələb olunan qərarların qəbulunda 



 

157


həm  stimullaşdırıcı,  həm  mümkün  əlverişsiz  nəticələrən  müdafiə  rolu 

oynaya bilər. 



 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

Şə

kil 5.1 Iqtisadi riskin nəzəriyyələri və meyarları 



 

Riskə  hazır  olmanın  stimullaşdırıcı  rolu  həm  konstruktiv 

(yaradıcı), həm də destruktiv (dağıdıcı) ola bilər. 

Birinci  halda  sahibkarın  risk  etməyə  hazır  olması,  onun  iradə 

faktoruna  güvənərək  qeyri-müəyyən  şəraitdə  fəaliyyətə  qərarlılığı 

iqtisadi fəaliyyətə yardımçı olur. Bu mövcud vəsaitlərin hara investisiya 

olunması  və  ya  necə  istifadə  edilməsi  ilə  bağlı  qərarların  qəbulu  da 

xüsusilə  əhəmiyyətli  ola  bilər.  Bu  cəhət  hər  şeydən  öncə  innovasiya 

məsələləri və investisiya layihələri üçün xarakterikdir. 

Ikinci halda iradəli qərar qəbulu avantürist fəaliyyətə gətirə bilər 

və bu halda əsassız volyuntarizm kimi baxmaq lazımdır. 

Qeyri-müəyyən  şəraitdə  fəaliyyət  göstərən  sahibkarın  müdafiə 

olunması  rolu  da  ikili  şərh  edilə  bilər.birinci  halda  söhbət  ondan  gedir 

ki,  iqtisadi  proses  iştirakçıları  öz  fəaliyyətlərində  hər  zaman 

arzuolunmaz  nəticələrdən  müdafiənin  müxtəlif  formalarını  yaradıb  və 

istifadə  edirlər.  Bu  cəhət  praktik  olaraq,  müxtəlif  sığorta  və  ehtiyac 

fondlarının 

yaradılmasında, 

həmçinin 

sahibkar 

risklərinin 

sığortalanmasında ifadəsini tapır. 

 

Iqtisadi 

risk 

nəzəriyyələ

Klassik 


Neoklassik 

Təkmilləşdiril-

miş neoklassik 

Gözlənilən itkilər üzrə 

qərarын qəbulu 

Gözlənilən mənfəətdən 

kənarlaşmalar üzrə 

qərarын qəbulu 

Mənfəətin miqdarı və 

gözlənilən kənarlaşmalar 

üzrə qərarın qəbulu 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə