А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə55/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   51   52   53   54   55   56   57   58   ...   148

 

161


 

 

 

 

 

 

 

Şəkil 5.5 Bazar tsiklinin komponentləri 



 

Yüksəliş  fazasında  məşğulluq,  gəlirlər,  məcmu  pul  kütləsi  və 

ardıcıl olaraq, tələb artır. Amma ən azı bu fazanın əvvəlində qiymətlər 

sabit qalır və ya əhəmiyyətsiz dərəcədə yüksəlir. Bu cəhətdən aydın olur 

ki,  artan  tələb  qiymətlərə  elastik  olan  təkliflə  tarazlaşır.  Təklifin  belə 

elastikliyi istehsal güclərindən istifadənin artımı ilə təmin olunur. 

Artan  tələb  təklifdən  yüksək  olanda  isə hesab  etmək  gərəkdir  ki, 

bum  fazasına  keçid  baş  verib.  Bu  fazada  qiymətlər  artımına  təsir  edən 

konyuktura  yaranır.  Yəni,  inflyasiya  templəri  yüksəlir.  Istehsal 

güclərindən tam istifadə olunur və bu güclərin gələcək inkişafı getdikcə 

daha  çox  kapital  qoyuluşu  tələb  edir.  Nəticədə  istehsal  vasitələrinə,  o 

cümlədən  texnoloji  avadanlıqlara,  sənaye  binalarına  və  s.  tələbat 

azalmağa  başlayır. 

Başlanan ixtisarının nəticəsində tələb təklifdən aşağı düşür və bu 

zaman böhran (resessiya) mərhələsinə keçid barədə danışılır. 

Hesab edilir ki, tələbin zəruri azalması -  çoxlu amillərin təsiri ilə 

yaranan  azalma  sadə  şəkildə  aşğıdakı  sxem  üzrə  baş  verir.  Ümumi 

azalma  istehsal  vasitələrinə  tələbatın  aşağı  düşməsindən  başlayır.  Bu 

uyğun  müəssisələrdə  -  istehsal  vasitələri  istehsal  edən  müəssisələrdə 

məhsul  buraxılışı  həcminin  azalmasına,  işsizliyin  artımına  səbəb  olur. 

Əhalinin  pul  gəlirləri,  ardıcıl  olaraq,  istehlaka  tələbat  ixtisar  olunur. 

Istehlak tələbatının ödənilməsi üçün məhsul istehsal edən müəssisələrdə  

də  işdən  çıxarılmalar,  əmək  haqqı  dərəcələrinin  azalması  baş  verir. 

Ancaq bununla birgə qiymət artımı yavaş xarakterdə olur.  

Tsiklin  növbəti  fazası  –  depressiya  fazası  üçün  iqtisadi  fəallığın 

aşağı  səviyyəsi  xarakterikdir.  Bu  fazada  işsizlərin  xüsusi  çəkisi  ən 

yüksək  olur,  istehlaka tələbat  və investisiya  fəallığı  isə tsiklin ən aşağı 

səviyyəsinə çatır. Bu faza  müəssisələrdə istehsal güclərindən istifadənin 

aşağı  səviyyəsi  və  böyük  həcmdə  tələb  olunmayan  likvid  aktivlərlə,  o 

cümlədən banklardakı pul məbləğlərinə tələbat olmaması ilə xarakterizə 

Bazar tsiklinin komponentləri 

Yüksəliş 

Durğunluq 

Bum 


Resessiya 


 

162


edilir.  Müəyyən  müddətdən  sonra  pul  vəsaitləri  tələbin  artmasının 

başlanmasına  səbə  olur.  Yeni  yüksəliş  fazası  və  iqtisadi  fəaliyyətin 

növbəti tsikli başlanır. 

Hesab  edilir  ki,  qısamaddətli  iqtisadi  tsikllər  30  illik  müddətli 

uzunmüddətli  tsikllərə  bağlanır.  Uzunmüddətli  tsiklləri  Kondratyev 

tsiklləri (və ya dalğaları) adlandırırlar. 

Beləliklə,  hətta  bazar  konyukturası  və  müəssisədəki  istehsal 

vəziyyəti  barədə    səhih  məlumatlara  malik  olanda  dəb  və  ya  başqa 

qərarın  və  ya  fəaliyyətin  gələcəkdə  hər  hansı  riskə  gətirməyəcəyini 

birmənalı müəyyənləşdirmək çətindir. Buna görə də bu və başqa qiyməti 

müəyyənləşdirərkən aşağıdakıları nəzərə almaq gərəkdir: 

-  mənfəətin, satış həcminin və ya digər müəyyənləşmiş məqsədin 

tələb  edilən  kəmiyyətinə  nail  olmanın  ehtimalı  və  bu 

kəmiyyətdən kənarlaşma ehtimalı; 

-  qəbul edilmiş qərarların reallaşması ehtimalı və mümkünlüyü; 

-  əlverişsiz  nəticələr  ehtimalı  və  onların  qarşısının  alınması 

imkanları. 

Bununla  birgə,  bazar  şəratində  hər  bir  sahibkarla  həmişə  qeyri  –

müəyyənlik        aydın  olmaması  ilə  bağlıdır.  Bu  məsələ  ilə  əlaqədar 

olaraq, C.Keyns fikrini aşağıdakı kimi ifadə  etmişdir: 

“Öz istehsalının həcmi haqqında qərar qəbul etməli olan sahibkar 

əlbəttə  ki,  bu  həcmdə  məhsulun  satışından  nə  qədər  gəlir  götürəcəyini 

tamamilə  dəqiq  təsəvvür  etmir  və  müxtəlif  səviyyəli  ehtimal  və 

dəqiqliklərin bir neçə hipotezini əldə rəhbər tutur”. 

Nəzərə  almaq  gərəkdir  ki,  öncədən  risk  elementlərinə  məxsus 

olmayan qərar əslində qərar deyil. Hər bir təşəbbüsə cəsarət gərəkdir və 

bud a sadə iş deyil, müəyyən iradə keyfiyyətləri tələb edir. 

Satılan məhsulun qiymətinin müəyyənləşməsi özündə sahibkarlıq 

riskinin  əsas  tərkib  hissəsini  əks  etdirir.  Həmçinin  xammal,  material, 

yanacaq,  enerji,  əmək  resusrlarına,  kapitala  da  qiymətlərin 

müəyyənləşməsində risklər mövcuddur. 

Bazar  şəraitində  yeni  qiymətin  təyin  edilməsi  sadəcə  mənfəətin 

yenidən  hesablanmasını  bildirmir.  Bazarın  elastikliyi  nəticəsində 

qiymətlərin  dəyişməsi  tələb  və  təklifə  və  deməli,  satış  həcmi 

göstəricilərinə təsir edir. 

Bir  qədər  uzunmüddət  üçün    qiymətlərin  müəyyənləşməsi  – 

tələbin  dinamikliyini,  inflyasiyasını,  yanacaq,  xammal  və  material 



 

163


qiymətlərinin  dəyişməsini,  həmçinin  vaxtla  əlaqəli  digər  faktorları 

nəzərə alan müəyyənləşən səviyyədə risklə müşaiyət olunur. 

 

§ 5.2.  QTISADI RISK SITUASIYALARI (VƏZIYYƏTLƏRI) 

VƏ ONLARIN EHTIMALI 

 

Formalaşmış  bazar  situasiyasının  qiymətləndirilməsi,  bu 

situasiyaya  uyğun  qərarların  qəbulu,  qəbul  edilmiş  qərarların 

reallaşdırılması  üzrə  tədbirlərin  hazırlanması  və  bu  qərarların  faktik 

reallaşdırılması  mürəkkəb,  çoxplanlı  bir  prosesdir.  Göstəricilər 

proseslərin  müxtəlif  aspektlərinin  təsnifatı  sxemi  5.6.-cı  şəkildə  təsvir 

edilir. 

Biz  görürük  ki,  hər  bir  istehsal-satış  fəaliyyətinin  müxtəlif 

aspektləri  vardır.  Bu  fəaliyyətin  heç  bir  aspektini  gözdən  qaçırmaq 

olmaz.  Eyni  zamanda  istehsal-satış  fəaliyyətinin  idarəedilməsinin 

iqtisadi aspekti bütün qalan aspektlərin reallaşmasının bazisidir. 

Artıq  qeyd  edilib  ki,  bazara  çıxan  istehsalçı  firmanın  adekvat  və 

yaxud səhv qiymət müəyyənləşdirməsi satış həcmi, məcmu pul gəliri və 

s. bu kimi bazar göstəricilərinə qeyri-proporsional səviyyədə böyük təsir 

göstərir. Belə qeyri-proporsionallığın səbəbi bazar situasiyasının zaman 

kəsiyindəki  dəyişkənliyidir.  Ancaq  bu  dəyişkənliyin  özü  təkcə 

determinant  –  daha  doğrusu  öncədən  müəyyən  edilmiş  deyil,  həm  də 

stoxastik – daha doğrusu, ehtimal edilən ola bilər. 

Hesab  edək  ki,    bazar  situasiyası  üç  qrupa  aid  edilə  bilən 

göstəricilərlə  xarakterizə  edilir.  Hər  qrupun  göstəriciləri  müxtəlif 

kəmiyyətlər  –  o-dan  (verilən  kəmiyyətin  tam  olmaması)  1-ə  qədər 

(verilən keyfiyyətin 100 %-li üstünlüyü) dəyişə bilər. 

Belə göstəricilər qrupu aşağıdakılardır: 

-  qeyri-müəyyənlik səviyyəsi X; 

-  dinamiklik göstəricisi Y; 

       -    mürəkkəblik səviyyəsi Z. 



 

 

 

 

 

 



 

Idarəetmə orqanlarının hazırlanması 

Iqtisadi 

aspekt 

Qiymətin 



müəyyənləş- 

dirilməsi

 

Resurslar 



Funksional 

aspekt 


Hüquqi 

tənzimləmə  

Təşkilat 

aspekti 


Normallaşdırma 

Reqlamentləşdir

mə və təlimat 

Səriştəliyin 

Səlahiyyətlərin 

müəyyənləşməsi 

Planlaşdırma 

Nəzarət və təhlil 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə