А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə57/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   53   54   55   56   57   58   59   60   ...   148

 

167


 

 

 



 

 

 



 

 

 



 

 

Şə



kil 5.10 Geridə qalan iqtisadi göstəricilə

 

Nəhayət,  sadalanlardan  başqa  dəyişmə    dinamikasında  iqtisadi 



konyukturanın fazaları ilə birbaşa əlaqələr aşkarlanmayan göstəricilər də 

mövcuddur.  Buna  görə  də  digərlərindən  ayrılıqda,  öz-özlüyündə 

nəzərdən  keçirilən  belə  göstəricilər  bazar  konyukturasının  faza  və 

meyyləri haqqında mühakimə yürütməyə imkan vermir. Ixrac həcmini – 

öz  xüsusi  qanunauyğunluğu  ilə  formalaşan  göstəricini  belə  növ 

göstəriciyə nümunə hesab edirlər.  

Beləliklə,  cari  vəziyyət  inkişaf  meylləri  barədə  qərar  qəbulu, 

ardıcıl olaraq, məqsədyönlü iqtisadi davranış zəruri informasiyanın əldə 

olunması tələb edir. Bu informasiyaları nəşr edilən hesabat və konyuktur 

icmallardan,  mütəxxəsisslər  tərəfindən  aparılan  təhlillərdən,  praktik 

təcrübədən, alıcıların sorğusundan və s.–dən əldə etmək mümkündür. 

Ancaq  bazar  konyukturasının  bütün  göstəriciləri  (ilk  növbədə 

bazar  qiymətləri sırası) bu və  başqa  dərəcədə  təsadüfi  xarakter  daşıyır. 

Bu,  məsələn,  qiymətin  faktiki  müəyyən  bəlli  səviyyəyə  nisbətən 

tərəddüd etdiyini bildirir. 

Həmçinin qeyd etmək olar ki, qiymət belə bir səviyyədə bu və 

ya başqa ehtimalla müəyyənləşir. 

Ehtimal  hadisəni  müəyyən  qədər  xarakterizə  edən  kəmiyyət 

ölçüsüdür.  

 Başqa  hadisənin  ehtimalı  miqdarca  bu  hadisənin  əlverişli 

sonluqları  (məsələn,  nəzərdən  keçirilən  məhsulun  konret  qiymət  üzrə 

satışı  sayının)  saylarının  hadisənin  ümumi  sonluqları  sayına  (məsələn, 

nəzərdən keçirilən məhsulun məcmu satışı) nisbəti kimi müəyyənləşir. 



 

168


Aydındır  ki,  tam  gerçək  hadisənin  ehtimalı  vahidə,  qeyri-

mümkün hadisənin ehtimalı isə  sıfra bərabərdir. Ardıcıl olaraq, hər bir 

təsadüfi  hadisənin,  o  cümlədən,  məhsulun  qiymətinin  bu  və  başqa 

konret səviyyə ilə üst-üstə düşmə ehtimalı müsbət rəqəm – 0-dan böyük, 

1-dən  kiçikdir.  Beləliklə,  hər  hansı  hadisənin  baş  vermə  ehtimalı  onun 

reallaşması  mümkünlüyünün  miqdar  ölçüsüdür.  Hadisənin  baş  vermə 

ehtimalı  ilə  vahid  arasındakı    fərq  əks  hadisənin    baş  vermə  ehtimalı 

adlanır.  Məsələn,  əgər  hər  hansı  məhsulun  faktik  qiymətinin  öncədən 

müəyyən olunmuş həddə və yuxarı çatması ehtimalı 0,75 təşkil edərsə, 

onda bu məhsulun qiymətinin bu həddə çatması və ya bu həddən aşağı 

olması  ehtimalı 0,25-ə bərabərdir. 

Məhsulun  qiyməti  və  bazar  konyukturasının  digər  göstəriciləri 

özündə  təsadüfi  kəmiyyətləri  əks  etdirir.  Belə  kəmiyyətlərə  öncədən 

birmənalı  qiymətlər  vermək  mümkün  deyil  (bu  qiymətlər  “təsadüfən” 

asılıdır).  Ancaq  təsadüfi  kəmiyyətin  hər  qiyməti  üçün  ehtimalı  –  yəni, 

təsadüfi  kəmiyyətin  məhz  həmin  qiymətin  olacağı  ehtimalını 

müəyyənləşdirmək mümkündür. 

Təsadüfi  kəmiyyətin  hər  bir  qiyməti  üçün  ehtimalların  –  yəni, 

təsadüfi  kəmiyyətin  məhz  həmin  qiyməti  alacağı  ehtimalının 

hesablanması  qaydası  baxılan  təsadüfi  kəmiyyətin  paylanması  qanunu 

adlandırırlar. 

Belə  paylanma  qanunu  qrafiki  olaraq,  üfiqi  oxunda  təsadüfi 

kəmiyyətin  qiymətləri,  şaquli  oxda  isə  uyğun  ehtimallar  yerləşən 

koordinatlarla qurulmuş əyri ilə təsvir edilir. 

Sahibkarlıq  riskini  və  bazar  konyukturasının  ehtimallarının 

paylanması  qanunu  bilərək  və  nəzərə  alaraq,  ümumi  mənfəətin 

gözlənilən  qiymətini,  məhsul  vahidinə  mənfəəti,  mümkün  zərərlərin 

miqdarını,  zərərlərin  vurulması  riskini  proqnozlaşdırmaq  və  bazar 

konyukturasının inkişafındakı meyyləri müəyyənləşdirmək mümkündür. 

Paylanmanın  göstərilən  qanunlarını  bazar  konyukturasının  bəzi 

göstəricilərinin  müşahidəsi  ilə  müəyyənləşdirmək  olar.  Bu  şəkildə 

alınan 


informasiyalar 

ekspert 


qiymətləndirmələri, 

statistik 

ekstropolasiya,  riyazi-iqtisadi  modelləşdirmə,  həmçinin  sadalanan 

metodların kombinasiyası üçün istifadə edilir. 

Bazar  konyukturasını  proqnozlaşdırma  üçün  istifadə  edilən 

bazar  konyukturası  göstəriciləri  şəkil  5.11  də  göstərilir.  Qeyd  olunan 

göstəricilərin əhəmiyyətli ətraflı nəzərdən keçirək. 



 

169


Sənaye  istehsalında  təklifin  həcmi,  strukturu  və  dinamikası 

barədə  informasiyalar  müvafiq  sənaye  sahəsində  və  dünya  bazarında 

müəssisənin rəqabət qabiliyyəti və istehsal səviyyəsi barədə mühakimə 

yürütmək üçün istifadə edilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 

  



 

 

 

 

 

Şəkil 5.11 Proqnozlaşdırma üçün istifadə edilən 

 bazar konyukturu göstəricilərinin komponentləri 

 

Kapital  qoyuluşlarının  dinamikası  haqqında  informasiyalar  hər 

hansı istehsalın gələcəkdəki inkişafı və inkişaf olarsa,  inkişafın templəri 

bəradə mülahizələr söyləmək üçün istifadə olunur. əgər bu və ya başqa 

istehsala  investisiyaların  artımı  qeyd  olunarsa,  deməli,  bu  sahənin 

məhsuluna  yüksək  tələbat  var  və  onun  istehsalının  genişlənəcəyini 

söyləmək  gərəkdir.  Əgər  əksinə,  bu  istehsala  investisiyalar  ixtisar 

edilirsə, onda istehsalın özü də ixtisar olunacaq. 

Daxil  olan  və  qəbul  edilən  sifarişlər  barədə  informasiyalar 

gələcəkdə istehsal güclərindən istifadə imkanları haqqında mühakimələr 

çıxarmağa imkan verir. 

Əmək  resusrları  barədə  informasiyalar    əmək  həftəsinin  orta 

davamiyyəti  müddətinin,  işsizlik  səviyyəsinin,  əmək  haqqı  fondunu  və 

bəzi başqa göstəricilərinin miqdarını özündə birləşdirir. 

Bazar konyukturasının göstəriciləri 

Pul-kredit sferasında 

vəziyyət 

Xarici ticarət göstəriciləri 

Kapital qoyuluşlarının 

dinamikası 

Sənayedə təklifin həcmi 

strukturu və dinamikası 

Daxili dövriyyənin 

göstəriciləri 

Əmək resusrlarının 

göstəriciləri 

Qiymətlər 

Sifarişlər haqqında 

göstəricilər 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə