А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə58/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   54   55   56   57   58   59   60   61   ...   148

 

170


Daxili dövriyyənin göstəricilərinə pərakəndə ticarət dövriyyəsi, 

həyat  dəyəri  indeksi,  mal  ehtiyatları  barədə  informasiyalar,  kredit 

satışlarının  həcmi  və  məbləği  və  s.  aiddir.  Istehlal  məhsullarının 

konyukturasının  öyrənilməsində  pərakəndə  ticarət  dövriyyəsi  xüsusilə 

tipikdir.  Bu  dövriyyələrin  yardımı  ilə  tələbatdakı  dəyişmələr  –  ödəniş 

qabiliyyəti ilə möhkəmlənən dəyişmələr qiymətləndirilir. 

Xarici  ticarət  göstəricilərinə  idxal  və  ixracın  həcmi,  dəyəri  və 

coğrafi  bölgüsü  vardır.  bu  göstəricilərin  tərkibi,  strukturu  və 

dinamikasındakı  dəyişmələrdə  iqtisadi  tsiklin  bütün  parametrləri  öz 

əksini tapır. Adətən istehsal artımı xarici ticarət dövriyyəsinin artımına 

gətirir, böhransa xarici ticarət dövriyyəsinin ixtisarı ilə müşaiyət olunur. 

Pul-kredit 

sferasındakı 

vəziyyəti 

xarakterizə 

edən 


informasiyalara qiymətli kağızların həcmi və dəyəri, səhm kurları, bank 

faizlərinin  uçot  dərəcəsi,  valyuta  kursları,  dövriyyəsəki  məcmu  pul 

kütləsi,  bank  əmanətləri  və  onların  dəyişməsi  barədə  məlumatlar  və  s. 

aiddir. 


Nəhayət,  mövcud  qiymətlər  səviyyəsini  də  nəzərə  almaq 

zəruridir.  Bura  aşağıdakılar  aiddir:  mal  qrupları  üzrə  qiymətlərin  orta 

səviyyəsi,  istehlakçılarda  qiymət  göstəriciləri,  istehlak  qiymətləri 

göstəriciləri, qiymətlərin orta səviyyədən tərəddüdü göstəriciləri və s 

Qiymətlər 

səviyyəsi 

ümumləşdirici 

göstəricidir. 

Onun 

tərəddüdlərində  bazar  iqtisadiyyatının  digər  amillərinin  də  dəyişmələri 



öz əksini tapır. 

Qiymətlərin  orta  səviyyəsi  həmcins  məhsullar  üçün  daha 

doğrusu,  yaxın  istehlak  xüsusiyyətlərinə  malik  məhsullar  üçün 

hesablanır. Bu göstərici adətən müəyyən zaman müddətinə və müəyyən 

ərazi üzrə hesablanır. 

Həmçinin  fərdi  qiymət  səviyyəsi  –  konkret  zamanda  verilmiş 

bazarda  məhsul  vahidinə  ödənilən  pul  məbləğini  də  fərqləndirirlər. 

Aydındır  ki,  orta  və  fərdi  qiymət  səviyyələri  özündə  təsadüfi 

kəmiyyətləri əks etdirərlər. 

 

 



 

 

§ 5.3.  QTISADI RISKIN QIYMƏTLƏNDIRILMƏSI 

 



 

171


Iqdisadi  riskin dərəcəsinin miqdarca qiymətləndirilməsi üçün ya 

prinsipial fərqli hesablama metodlarından (statistik və ya ekspert) birini, 

ya da onların kombinasiyasını istifadə etmək olar. 

Müəssisənin  keçmiş  illərdəki  maliyyə-təsərrüfat  fəaliyyətinin 

faktik  göstəriciləri  əsasında  müxtəlif  ehtimal  göstəricilərinin 

hesablanması  həyata  keçiriliərkən,  statistik  metod  riyazi  statistikanın 

üsullarını  da  istifadə  edir.  Belə  hesablamalar  daha  çox  müəssisənin 

keçmiş  müddətindəki  faktik  rentabellik  göstəricinin  istifadəsinə 

əsaslanır. 

Statistik  metod  hesablamaların  yerinə  yetirilməsi  üçün  keçmiş 

illərində  göstəriciləri  tələb  etsə  də,  dəqiq  və  tam  formal  hesablamaları 

həyata  keçirməyə  imkan  verir.  Ancaq  riskin  bu  şəkildə  dəqiq 

qiymətləndirilməsinə  bir  sıra  hallarda  qəti  olmayan  və  tam  təxmini 

qiymətləndirmə  kimi  baxmaq  gərəkdir.  Əslində  statistik  metodla riskin 

qiymətləndirilməsi  keçmişdə  müşahidə  edilən  maliyyə-təsərrüfat 

göstəricilərinin sərt qaydalarla gələcəyə ekstropolyasiyası mümkünlüyü 

fərziyyəsinə istinad edir. Bu halda müəssisənin investisiya siyasətindəki 

mümkün  keyfiyyət  dəyişmələri,  həmçinin  keçmişdə  müşahidə  edilən 

meyllərin əksinə olan xarici amillər nəzərə alınmır. 

Ekspert  metodu ayrı-ayrı ekspertlərin riski qiymətləndirməsini 

istifadə edir. Qiymətləndirmə məlumatlarına malik olanda, gözlənilməz 

hadisələrdən kənarlaşmaq mümkündür. 

Belə  ekpertizaların  həyata  keçirilməsi  zamanı  riskin 

yaranmasına  səbəb  olan  ehtimal  edilən  və  az  ehtimal  edilən  halları 

fərqləndirmək gərəkdir. 

Ehtimal edilən hallara sahibkar və ekspertlərə yaxşı tanış olan, 

onların  baş  verməsinin  gözlənilənliliyini  yüksək  əminliklə  təsdiqləmək 

mümkün olan hadisələri aid etmək gərəkdir. 

Az  ehtimal  edilən  hallar  sahibkar  və  ekspertlərə  həmçiin  yaxşı 

tanışdır,  ancaq  məhz  bu  hadisələrin  baş  verəcəyini  yüksək  inamla 

təsdiqləmək çətindir. 

Nəhayət, təsadüfi hallar əvvəllər baş verməyən və sahibkar üçün 

də , ekspert üçün də gözlənilmədən yaranan hadisələr hesab olunmalıdır. 

Proqnoz  hesablamaların  yerinə  yetirilməsi  və  ekspertizaların 

keçirilməsi  nəticəsində  pul  və  itkilər  müəyyən  olunur.  Gözlənilən  risk 

səviyyəsinə görə aşağıdakılar fərqləndirilir: 

-  yol  verilən  risk  -  mənfəətin  itirilməsinin  müəyyən  ehtimalı 

mövcud olur; 




 

172


-  kritik  risk  -  mənfəətin  itirilməsi  və  yaxud  gəlirin  tam  əldə 

edilməməisə müəyyən ehtimal mövcud olur; 

-  katostrafik  risk  –  müəssisənin  tam  müflisləşməsi  ehtimalı 

mövcud olur. 

Hazırda riskin miqdar qiymətləndirilməsində üç yanaşma istifadə 

edilir. 


Birinci yanaşmaya görə tələb olunan nəticənin əldə edilməsi və bu 

nəticədən  kənarlaşma  ehtimalı  qiymətləndirilir.  Ikinci  yanaşmada  tələb 

olunan  nəticəyə  güman  edilən  ehtimalla  zəruri  olan  məsrəflər 

qiymətləndirilir. Üçüncü yanaşmada güman edilən ehtimallar daxilində 

tələb olunan nəticə üçün gərəkli vaxt qiymətləndirilir. 

Bu  və  başqa  şəkildə  iqtisadi  riskin  kəmiyyət  qiymətləndirilməsi 

iki  tərkib  hissədən  təşkil  olunur.  Birinci  hissə  səhv  iqtisadi  qərarın 

qəbulu  nəticəsində  mümkün  itkilərin  məbləğilə  müəyyənləşir.  Ikincisi, 

qərarın  reallaşmasında  çəkilən  xərclərin  məbləği  ləi  müəyyən  olunur. 

Belə  bir  kəmiyyət  qiymətləndirilməsinin  tapılması  üçün  qəbul  edilən 

qərarın reallaşması zamanı bu və ya başqa itkinin həqiqətən baş verəcəyi 

ehtimalını  ardıcıl  olaraq,  qəbul  edilən  qərarın  reallaşacığını  və  ya 

reallaşmayacağınıə bilmək gərəkdir. 

Beləliklə, ehtimal anlayışı və ehtimallarının paylanması bir qədər 

ətraflı nəzərdən keçirmək lazımdır. 

Ehtimalların  paylanması,  daha  doğrusu,  təsadüfi  kəmiyyətin  hər 

bir  qiyməti  üçün  ehtimalların  qaydası  iki  formada  həyata  keçirilir. 

Birinci forma təsadüfi kəmiyyətin kəsilməzliyi halına, daha doğrusu, bu 

kəmiyyətin  mümkün  dəyişməsi  diapazonunda  hər  bir  qiyməti  ola 

bilməsi  halına  uyğundur.  Ikinci  forma  təsadüfi  kəmiyyətin  diskret 

olduğu,  yəni,  dəyişmə  dapazonunda  yalnız  bir  neçə  fiksasiya  edilmiş 

qiymət ola biləcəyi hala uyğundur. 

Təsadüfi 

kəmiyyətin 

ehtimalların 

paylanmasındakı 

informasiyaları əks etdirən bir neçə parametrlə xarakterizə oluna bilər. 

Bu  parametrlərdən  birincisi  təsadüfi  kəmiyyətin  riyazi 

gözlənilməsidir. Riyazi 

gözlənilmə  təsadüfi  kəmiyyətin  konkret  qiymətlərinin  təsadüfi 

kəmiyyətin  bu  qiymətləri  ala  bilmə  ehtimalına  hasillərinin  cəmini  əks 

etdirir və təsadüfi kəmiyyətin ölçülmüş qiymətinin miqdarı adlandırılır. 

Təsadüfi  kəmiyyətin  kəsilməz  dəyişməsi  halında  diskret  qiymətlrin 

cəmlənməsi  təsadüfi  kəmiyyətin  dəyişmə  diapazonu  üzrə  inteqralla 

əvəzlənir.  Başqa  sözlə,  riyazi  gözləmə  təsadüfi  kəmiyyətin  yığılma 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə