А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə61/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   57   58   59   60   61   62   63   64   ...   148

 

181


  Bazardakı  situasiya  və  bu  situasiyanın  dəyişməsi  meylləri 

barədə  zəruri  informasiyalara,  həmçinin  zəruri  maliyyə 

vasitələrinə malik olan işgüzar tərəfdaşlar seçmək; 

  Tələbatın,  qiymətlərin  dəyişməsinin,  rəqiblərin  hərəkəti  və 

reaksiyalarının 

elmi 


əsaslandırılmış 

hesablanması 

və 

proqnozlaşdırılmasını  həyata  keçirmək  üçün  yüksək  ixtisaslı 



məsləhətçi və ekspertlərin dəvət olunması; 

  Ehtiyat  fondunun  təşkil  edilməsi;  istehsal  –  satış  fəaliyyətinin 

ixtisaslaşmış  sığorta  kompaniyalarında  sığorta  edilməsi 

hesabına  riskin  müəyyən  hissəsinin  (həmçinin  gözlənilən 

mənfəətin müəyyən hissəsinin) digər şəxslərə ötürülməsi. 

Riskin  azaldılması  üzrə  hərəkət  5.19  şəkildə  əks  etdirilir.  Bu 

fəaliyyəti ətraflı nəzərdən keçirək. 

 

 

 

 

 

 

 

 

 

 

 

Şə

kil 5.19 Sahibkarlıq riskinin azaldılması üzrə fəaliyyə



 

Vəsaitlərdən  istifadə  variantlarının  diversifikasiyası

  müxtəlif 

müəssisələrə  vəsait  qoyuluşuna  yönələn  fəaliyyəti  bildirir.  Vəsaitlərin 

müxtəlif  kompanilayarın  səhmlərinin  əldə  edilməsinə  yönəldilməsi  də 

belə  bir  nümunə  sayıla  bilər.  Bu  səhmlər  müxtəlif  gəlirlilik  və  risk 

səviyyəsinə  malik  ola  bilərlər.  Diversifikasiyası  alınan  gəlirlərin  

paylanmasına  da  aid  ola  bilər.  Qeyd  etmək  gərəkdir  ki,  bu  şəkildə 

riskdən  tam  kənarlaşmaq  olmaz,  ancaq  riski  əhəmiyyətli  ixtisar  etmək 

mümkündür. 

Risklərin birləşdirilməsi və qruplaşdırılması

 – riskin  azaldılması 

üsuludur  və  təsadüfi  zərərlərin  öncədən  məlum  daimi  xərclərə  aid 

olunması  ilə  ifadə  olunur.  Sığorta  fəaliyyəti  bu  üsula  nümunədir.  Risk 

etməyi  sevməyən  adamlar  sığortalanmaqla  gələcək  mənfəətlərinin 

Riskin azaldılması üzrə fəaliyyət 

Risklərin 

birləşdirilməsi və 

qruplaşdırılması 

 

Riskin paylanması 



Müxtəlif seçim 

variantları və onların 

nəticələri haqqında 

informasiyalar 

toplanması 

Vəsaitlərdən 

istifadə 

variantlarının 

diversifikasiyası 



 

182


müəyyən  hissəsini  itirməyə  hazır  olurlar.  Sığortaya  ödənilən  qiymət 

hesabına  sahibkar  itkilərin  faktik  baş  verib-verməməsindən  asılı 

olmayaraq pul gəliri əldə edir. Bu halda risk sığorta firmasının üzərinə 

qoyulur.  Əgər  faktik  mənfəət  sığorta  üzrə  ödənişlərdən  yüksək  olursa, 

onda  sığorta  firması  mənfəət  əldə  edir.  Faktik  mənfəət  sığorta  üzrə 

ödənişlərdən az olanda sığorta firması zərərə düşür. 



Risklərin  paylanması

  -  riskin  istehsal-satış  fəaliyyətinin  bütün 

iştirakçıları 

arasında 

paylanmasını 

nəzərdə 


tutur. 

Nəticədə 

iştirakçılardan  hər  birinin  mümkün  itkiləri  nisbətən  kiçik  olur.  Riskin 

belə  bölgüsü  hesabına  iri  maliyyə  -  sənaye  qrupları  müxtəlif  layihələri 

maliyyələşdirmək  və  fundamental  tədqiqatları  həyata  keçirmək  imkanı 

əldə edirlər. 



 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Tənzimləyici təşkilat 

Brokerlər 

Klirinq 

sövdələşmələri 

Fyuçers müqavilələri üzrə daimi 

komisyon agentliklər 

Alıcı 

Fyuçers bağlaşmaları üzrə 



qeyri-daimi komisyon 

agentliklər 

Hüquqi aspektlər 

Cari ehtiyat hesabları 

Sifariş 

Sifariş 



 

183


Şə

kil 5.20. Fyuçers sövdələşmələrinin sxemi 

 

 



 

 

Fəaliyyətin  mümkün  variantları  və  gözlənilən    nəticələr  barədə 



əlavə  informasiyaların  əldə  olunması  belə  informasiyaların  alınması 

metodları və uyğun texniki vasitələrin inkişafı yolu ilə həyata keçirilir.  

Zaman 

kəsiyində    bazar  konyukturasının  gözlənilməz 



dəyişilmələri  şərtlənən  riskin  azadılmasının  geniş  istifadə  edilən 

metodlarından biri fyuçers bağlaşmalarıdır (future gələcək sözündən). 

Fyuçers bağlaşmasının sxemi 5.20-ci şəkildə əks etdirilir. 

Fyuçers  sövdələşmələri  özündə  hüquq  və  vəzifələrin  mübadiləsi 

aktını  əks  etdirdi,  ancaq,  bu  münasibət  real  məhsulları  aid  deyil.  Belə 

bağlaşmalarda  bu  və  başqa  məhsulun  tədarükünə  birya  kontraktları  - 

müəyyən məhsulun tələb olunan keyfiyyətdə, razılaşdırılmış müddətdə, 

razılaşdırılma  həcimdə  və  müəyyən  olunmuş  qiymətdə  alqı  və  ya 

satqısını  nəzərdə  tutan  kontraktlar  alınır  və  satılır.  Fyuçers 

müqaviləsində  adətən  nəql  üsulu  və  nəql  tarifləri  göstərilir.  Fyuçers 

bağlaşmaları  satıcıda  hələlik  faktik  olmayan,  ancaq  razılaşdırılmış 

müddətdə real formada daxil olacaq məhsul standartları üzrə bağlanılır. 

Fyuçers  müqavilələri  üzrə  kontrakt  məhsulun  real  tədrükü  müddətində 

başa çatır. 

Faktik  Fyuçers  kontraktları  kontrakta  uyğun  məhsulun  real 

tədarükünə qədər bir neçə satılır və alınıb-satılır. 

Fyuçers  sazişlərinin  prinsipial  xüsusiyyəti  real  məhsulun  alıcıya 

məhsulun  göndərilməsi  anındakı  qiymətə  deyil,  Fyuçers  kontraktının 

imzalanması  anındakı  qiymətə  satılmasıdır.  Məhsulun  faktik 

göndərilməsi anına  onun qiyməti Fyuçers kontraktında nəzərdə tutulan 

qiymətlə  müqayisədə  dəyişə  bilər.  Əgər  yeni  qiymət  Fyuçers  kontraktı 

ilə müəyyənləşən qiymətlə müqayisədə yüksəlibsə, onda bu fərqi satıcı, 

azalıbsa  –  alıcı  tamamlayır.  Gələcəkdə  (məhsulun  faktik  göndərilməsi 

zamanı) qiymətlərin tərəddüdünə baxmayaraq, ödəniş şərtlərinin yerinə 

yetirilməsi  üçün  birja  girov  şəklində  müəyyən  məbləğ  depozit  və  ya 

marja götürür. 

Birja  əməliyyatlarının  həyata  keçirilməsində  qiymətlərin 

gözlənilməz  tərəddüdündən  satış  və  ya  alıcıların  itkiləri  hecerləmənin 

tətbiq edilməsi ilə aradan qaldırıla bilər. Praktik hecerləmə əməliyyatları 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə