А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 3,85 Mb.

səhifə62/148
tarix14.09.2018
ölçüsü3,85 Mb.
1   ...   58   59   60   61   62   63   64   65   ...   148

 

184


aşağıdakı  şəkildə  reallaşır:  Məhsul  birjasında  real  məhsul  –  gələcəkdə 

və  Fyuçers  kontraktının  imzalanacağı  an  mövcud  olan  an  qiymətlərlə 

göndəriləcək  məhsul  satmağı  öhdəsinə  götürən  satıcı  Fyuçers 

kontraktlarını  alır  və  kontrakda  analoji  məhsulun  müəyyən  miqdarının 

bəlli  müddətə  göndəriləcəyi  göstərilir.  Real  məhsulun  alıcı isə  Fyuçers 

kontraktının  bağlanması  anından  mövcud  olan  qiymət  üzrə  ödənişi 

həyata keçirməyi öhdəsinə götürür və bu Fyuçers kontraktını satır. 

Nümunə:  hesab  edək  ki,  1  fevralda  cari  ilin  1  sentyabrına  qədər 

məhsul  partiyasının  göndərilməsini  nəzərdə  tutan  Fyuçers 

kontraktı  imzalanıb.  1  fevralda  mövcud  olan  orta  bazar 

qiymətlərinin  nəzərə  alınması  ilə  kontraktda  məhsul  vahidinin 

qiyməti 1000 rubla razılaşdırılıb. Ancaq 1 sentyabra bu məhsulun  

orta  bazar  qiyməti  900  rubla  qədər  –  kontrakt  qiymətindən  100 

rubl  aşağıya  qədər  azalır.  Fyuçers  bazarında  da  qiymətlər 

həmçinin  azalır,  ancaq  məhsul  vahidinə  qiymət  940  rubla  düşür. 

Satıcı  –  hecer  məhsulu  vahidi  900  rubla  satmağa  məcburdur. 

Ancaq,  o,  fyuçers  müqaviləsini  940  rubl  qiymətlə  alır.  Beləliklə, 

onun  itkisi  –  tam  aradan  qaldırılması  mümkün  olmayan  itkisi 

məhsul  vahidinə  100  manat  deyil,  40  manat  təşkil  edir.  Bu 

məhsulun  faktik  göndərilmə  anına  mövcud  olan  orta  bazar 

qiymətindən 60 rubl baha satılmasına bərabərdir. 

Beləliklə,  Fyuçers  kontraktların  hecerlənməsi  hesabına  qiymətlər 

tərəddüdünü  tam  aradan  qaldırmaq  mümkün  olmasa  da,  bu 

tərəddüdlərin  miqdarının  əhəmiyyətli  dərəcədə  azaldılması  həyata 

keçirilir. 

Fyuçers  bağlaşmalarının  müxtəlif  növlərindən  biri  opsionlar 

satışıdır.  Opsion  satışında  alqı-satqı  obyekti  real  məhsul  deyil,  bu  və 

başqa  miqdarda  Fyuçers  bağlaşmaları  alqısı  hüququdur  (məsələn,  bir 

Fyuçers bağlaşmasını). Ancaq alqı-satqı hüququ razılaşdırılmış qiymətə 

əsaslanmır. 

Nümunə: cari ilin mayında N daşınmaz əmlak agentliyinə mənzil 

almaq  niyyəti  ilə  müraciət  edib.  Ancaq  onda  mənzil  alqısı  üçün 

dekabrdan  tez  olmayaraq  və  yalnız  ilin  sonunda  bu  pula  malik 

olacaq.  Bu  müddət  ərzində  mənzil  qiymətləri  dəyişə  bilər.  Bu 

şəraitdə  alqı-satqı  aktına  başlamaq  üçün  alıcı  və  satıcı  opsion 

adlanan  kontrakt  bağlayırlar.  Bu  kontrakda  alıcı  mənzilin  faktiki 

alqısı  zamanı  razılaşdırılmış  qiymət  və  opsion  üçün  müəyyən 

məbləğ  ödəməyi  öhdəsinə  götürür.  Opsionu  satan  mənzil  sahibi  




 

185


mənzili alıcıya satmaq öhdəliyini öz üzərinə götürür. Opsion alıcı 

pulu olan zaman bu mənzili əldə etmək hüququ qazanır, ancaq o, 

bu alqıdan imtina edə də bilər. Əgər o, mənzili əldə edirsə, onda 

mənzil  üçün  öncədən  razılaşdırılmış  qiyməti  və    opsion  üçün 

öncədən  razılaşdırılmış  məbləği  ödəyir.əgər  o,  mənzilin 

alınmasından  imtina  edirsə,  yenə  də  opsion  üçün  razılaşdırılmış 

məbləği ödəməyə borcludur. Bu məbləğ satıcıya  alıcı tərəfindən 

bəyənilən mənzili “saxlamağa” görə mənzilin bazar qiymətlərinin 

tərəddüdünə  (mümkün  yüksəlmə  də  daxil  olmaqla)  baxmayaq, 

“saxlamağa” görə ödənilən mükafatdır. 

Qeyd  etmək  lazımdır  ki,  Fyuçers  müqavilələrinin  alqı  və  satqı 

praktikası təkcə qiymətlər tərəddüdünün hamarlanamsına deyil, həm də 

xammal  və  ehtiyat  hissələri  təchizatında  fasilələrin  aradan 

götürülməsinə  gətirir.  Fyuçers  bazarları  bağlaşmaların  imzalanması 

anında konkret alıcı və satıcılar bilinmədən, həmçinin həmin an üçün ən 

yaxşı  qiymət  üzrə  ödəmə  və  pul  almadan  alqı-satqı  aktlarını  həyata 

keçirməyə imkan verir. 

Indiki  zamanda  alqı-satqı  əməliyyatlarının  əsas  hissəsi  Fyuçers 

bazarlarında  baş  verir.  Fyuçers  kontraktlarının  deyil,  real  məhsulların 

ticarəti  isə  əsasən  lokal  əhəmiyyətə  malik  bazarlarda  baş  verir.  Belə 

bazarlar  üçün  istehsalının  satışın  və  istehlakın  aşağı  təmərküzləşməsi 

xarakterikdir.  Bəzən  real  məhsulların  ticarəti  üzrə  iri  birjalar  inkişaf 

etməkdə  olan  ölkələrdə  yaradılır  və  bu  ölkələrdə  məhz  bu  məhsul 

müəyyənedici  rol  oynayır.  Belə  bir  növə  ndoneziyada  fəaliyyət 

göstərən kauçuk və kofe ticarəti üzə məhsul birjası nümunə hesab edilə 

bilər. Fyuçers bazarlarının üstünlükləri 5.21-ci şəkildə əks etdirilir. 

Ошибка

!

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

186


 

 

 



 

 

 



 

Şə

kil 5.21 



Fyuçers bazarlarının müsbət  xüsusiyyətləri 

 

 



 

Birja  ticarəti  və  qiymətin  əmələ  gəlməsinin  inkişafının  qeyri-

bərabərliyi (Fyuçers kontraktları və opsion müqavilələri ilə əhəmiyyətli 

dərəcədə  kompensasiya  olunsa  da)  bazar  iştirakçılarının  formalaşmış 

konyuktura  və  bu  konyukturanın  dəyişmə  meylləri  barədə  yaxşı 

məlumatlı  olmasını  tələb  edir.  Birjalarda  müvafiq  informasiya  aparatı 

yaradıla bilər (Şəkil 5.22). 

 

 

 



 

 

 



 

 

 



Şə

kil 5.22 

Birja aparatının informasiya bölmələri 

 

 



Iqtisadi  təhlil  bölməsində

  bazar  konyukturasının  dəyişmələri 

izlənilir,  konyuktura  icmalları  və  proqnozları  hazırlanır,  bazar 

konyukturasına təsir edə bilən texniki, iqtisadi və digər faktorların təhlili 

həyata keçirilir. Müştərilərin müraciəti zamanı bu mərkəz onlara bu və 

başqa  iqtisadi  məsələlər,  o  cümlədən  qiymətin  əmələ  gəlməsi  barədə 

məsləhət verə bilir. 

Fyuçers bazarlarının üstünlükləri 

Likvidlik 

Çeviklik 

Sürətlilik 

Konfиdеsиallıq 

Etibarlılıq 

Informasiya    xidmətləri 

Iqtisadi təhlil mərkəzi 

Arbitrajlı müqavilə-hüquq 

bölməsi 

Nəqliyyat və nəqliyyat tarifləri 

bölməsi 





Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə