А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə64/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   60   61   62   63   64   65   66   67   ...   148

 

191


Alıcının  nöqteyi-nəzərinə  görə  onun  istehsal  olunan  məhsulların 

fktik  alınmasına  gələcəkdəki  ödənişi  dərhal  ödənilən  eyni  məbləğdən 

azdır. Bu onunla izah olunur ki, ödənişin gecikmə müddətində alıcı həm 

məhsulun,  həm  də  pulun  sahibi  olur.  O,  həm  aldığı  məhsulu,  həm  də 

özündə qalan pulu bacarıqla istifadə edə bilər. Bundan başqa inflyasiya 

proseslərini də nəzərə almaq gərəkdir. 

Diskontlaşdırma  metodları  müqayisə  dərəsəcəsi  (rate  of  discount 

– diskont norması) adlanan göstəriciyə - pul vəsaitlərinin zaman ötdükcə 

dəyərinin azalmasını müəyyən edən göstəriciyə əsaslanır. 

Bütün  gələcək  daxil  olmalar  və  ödənişlər  diskont  əmsalının 

köməyi ilə bugünkü zamana münasibətdə yenidən hesablanmalıdır. Belə 

yenidən  hesablanmada  layihənin  xalis  dəyərini  müəyyənləşdirmək 

gərəkdir. 

Daxili  mənfəət  norması  bu  norma  ilə  diskontlaşdırılmış  (daha 

doğrusu,  diskont  əmsalına  vurulmuş)  pul  daxilolmalarının  həcmini 

diskontlaşdırılmış  pul  axınlarının  həcmini  bərabərləşdirən  müqayisə 

dərəcəsi  (diskont  norması)  kimi  müəyyənləşdirilir.  Bütün  müvəqqəti 

formalaşan sərbəstrategiyasının 

 Vəsaitlər  ya  borcların  ödənilməsinə,  ya  da  reinvestisiyaya 

yönəldilməlidir. Bu xalis gəlirlərin kapitallaşdırılması adlandırılır. 

Adətən,  daxili  mənfəət  norması  ( nternal  Kate  of  Return  -  RR) 

layihənin  (təşəbbüsün)  xalis  cari  dəyərinin  hesablanması  prosesində 

müqayisə  dərəcəsinin  qiymətlərinin  seçilməsi  ilə  müəyyən  edilir.  Indi 

RR-in qiymətini hesablamaq üçün xüsusi proqramlardan istifadə edilir. 

Hesablamaların  sadalanan  metodları  daimi  və  cari  qiymətlərlə 

qiymətləndirməni  həyata  keçirməyə  imkan  verir.  Ancaq  bu  metodlar 

alqıların maliyyə servisinə əsas yanaşmaları yalnız sxematik göstərirlər. 

Müvafiq  təhlil  gedişində  kreditləşmə  zamanı  kapitalın  dəyərilə,  alqının 

məqsədəuyğunluğu, həvmi, qiyməti və ardıcıllığı ilə, ödənişlər möhlətin 

xarakteri  və  möhlətin  miqdarı  ilə,  diskontlaşdırma  miqdarı  və  s.  –  lə 

bağlı əsas parametrlər müəyyənləşdirilməlidir. 

Maliyyə  servisi  isə  bağlı  bu  və  digər  məsələlər  hər  bir  konkter 

halda  qiymət  təhlilinə  məruz  qalmalıdır.  Beləliklə,  qiymət  idarəetməsi 

vahid  müddətli  bir  akt  deyil  və  özündə  zaman  müddəti  üzrə  zaman 

prosesi əks etdirir. 

Məhsullar  alqısının  digər  üsulları  faktorinq,  lizinq  və 

françayzinqdir. 



 

192


Faktorinq – müqavilə əsasında xüsusi faktorinq  firması tərəfindən 

məhsul alqı-satqısı müavilələrinin alınmasıdır. 

Faktorinq  əməliyyatı  nəticəsində  faktorinq  –  firmaya  alıcıdan 

ödənişlərin  alınmasını  güzəştə  gedən  təchizatçı  (istehsalçı)  dərhal 

(adətən  1-2  günə)  tələb  məbləğinin  70-90  %-ni  avans  şəklində  alır. 

Bunula da, faktorinq – firma ilk növbədə təchizatçıya maliyyə yuardımı 

etsə  də,  bütün  alqı-satqı  prosesini    maliyyə  xidməti  göstərir.  Ancaq  

faktorinq-firma  hər  bir,  xüsusilə  də  ümidsiz  borcları  öz  üzərinə  qəbul 

edə  bilməz.  Bu  firma  alıcı-borcunun  maliyə  göstəricilərinin  diqqətlə 

təhlil edir. 

Müasir  faktorinq  –  firmalar  bir  qayda  olaraq,  kompyuter 

informasiya  sistemlərinə  malik  olurlar.  Bu  sistemlər  müştərinin  ödəniş 

tələblərinin  vəziyyəti  barədə  səhih  məlumatları  opretaiv  əldə  etməyə 

imkan yaradır. Belə informasiyalar həm də mühasibat hesabları ilə bağlı 

digər məlumatlara da aid ola bilər. 

Faktorinq  –  firma  adətən  borclu  (alıcı)  tərəfindən  borcun  bütün 

məbləğinin  ödənilməsi  faktından  sonra  ödənilməyən  10-30  %  borcu 

təchizatının  hesabına  köçürür.  Istehsalçıya  (təchizatçıya)  dərhal  pul 

vəsaitlərinin  verilməsinə,  alıcı  tərəfindən  ödənişlərin  həyata 

keçirilməməsi  riskinə,  həmçinin  inzibati-idarəetmə  xərclərinin 

ödənilməsinə  görə  faktorinq-firma  müvafiq  mükafat  əldə  etməlidir. 

Adətən  belə  mükafat  bağlaşma  məbləğinə  müəyyən  faiz  formasında 

verilir. 

Alqı-satqı prosesinin kreditləşməsinin digər növü Lizinq müxtəlif 

formalarıdır (to Lease – icarəyə vermək). 

Lizinq -əmlakın alınması, onun müqavilə əsasında müəyyən 

müddətə və müəyyən şərtlələ və icarəyə götürən müəssisə və şəxsin 

əmlak almaq hüququ ilə icarəyə verilməsi ilə ifadə olunan investisiya 

fəaliyyəti növüdür. 

Lizinq predmeti RF qanunvericiliyi ilə sərbəst dövriyyəsi qadağan 

olunan əmlakdan başqa istənilən məlumat, əmlak kompleksi, istehsal 

obyektləri, nəqliyyat vasitələri və s. ola bilər. 

Lizinq bağlaşmasındakı iki deyil, üç tərəf – icarəyə (Lizinq alan) 

götürən, icarədar (Lizinq verən) və satıcı (təchizatçı) iştirak edir. 

Lizinq alan – müqavilə əsasında Lizinq predmetini razılaşdırılmış 

haqq və müqavilində müəyyən şərtlərlə istifadə qəbul edən fiziki və ya 

hüquqi şəxsdir. 



 

193


Lizinq  verən  –  bu  və  ya  başqa  mülkiyyət  kimi  əldə  edən  və  bu 

əmlakı  razılşadırılmış  haqq  müqabilində,  müəyyən  şərtlərlə,  mülkiyyət 

hüququnun  keçməməsi  ilə  Lizinq  alanın  müvəqqəti  ifadəsinə  təqdim 

edən hüquqi və ya fiziki şəxsdir. 

Fəaliyyət müddətinə görə lizinqin üç növünü fərqləndirirlər: 

-  uzunmüddətli, üç və daha çox il fəaliyyətdə olan; 

-  orta müddətli, il yarımdan üç ilə qədər fəaliyyətdə olan; 

-  qısamüddətli, il yarımdan az müddətdə fəaliyyətdə olan; 

Başqa  meyarlar  üzrə  həmçinin  Lizinq  aşağıdakı  formalarını 

fərqləndirirlər: 

-  maliyyə  lizinqində  Lizinq  verən  Lizinq  əmlakını  lizinq  alan 

tərəfindən göstərilən müəyyən satıcıdan əldə edir; 

-  operativ  Lizinqdə  Lizinq  verən  Lizinq  əmlakını  öz  istəyinə 

uyğun əldə edir; 

-  geri qaytarılan Lizinqdə satıcı (təchizatçı) eyni zamanda Lizinq 

alan kimi çıxış edir. 

Tez-tez  Lizinq  üzrə  istifadə  üçün  əsas  təsərrüfat  fəaliyyəti  ilə 

bağlı  avadanlıqlar,  məsələn,  müəyyən  müddət  ərzində  yükdaşıma  üzrə 

konkret məsələlərin istifadəsi üçün edilən nəqliyyat vasitələri alırlar.  

   Tez-tez Lizinq üzrə müvəqqəti istifadə üçün mürəkkəb və nadir 

avadanlıqları-  Lizinq  alanla  müqayisədə  Lizinq  verən  tərəfindən  daha 

yaxşı  xidmət  edilə  bilən  avadanlıqları  əldə  edirlər.  Əgər  xidmət  və 

istismar  xərcləri  Lizinq  alanda  Lizinq  verəndən  aşağı  olursa,  onda 

maliyyə  vəziyyətinin  imkan  verdiyi  halda  lizinq  alanın  bu  avadanlığı 

alması gərəkdir.  

    Maliyyə  resurslarının  çatışmazlığı  şəraitində  tamamilə  rahat 

maliyyə  xidməti  formalarından  biri  də  françayzinqdir  və  bu  forma 

qarşılıqlı  faydalı  həmkarlığın  təşkilinə  imkan  yaradır.  “Françayzinq” 

termini  fransız  sözü  franchireldən  qaynaqlanır  və  “güzəşt,  imtiyaz” 

mənasını daşıyır.  

     Françayzinq fəaliyyəti elə bir sxemdir ki, bu zaman fəaliyyətin 

aparılmasına hüqüqi olan şəxs (françayzer) müqavilə əsasında müəyyən 

müddətə  bu  fəaliyyətin  aparılması  hüqüqunu  (françizu)  digər  şəxsə 

(françayzi-istifadəçi) təqdim edir.  

     Françayzinq  əhəmiyyətli  vəsait  sərf  etmədən  satış  bazarlarını 

operativ genişləndirməyə imkan yaradır. Belə ki, françayzi  adətən yerli 

bazarların  xüsusiyyətlərini  və  konyukturasını  dəqiq  bilir.  Bu  halda 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə