А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə66/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   62   63   64   65   66   67   68   69   ...   148

 

197


gözləmələri, inflyasiyanın indeksləri, deflyator. XX əsrin 

sonundan indiyə qədər Rusiyadakı inflyasiya. Müasir dövrdə 

Rusiyada inflyasiyanın xüsusiyyətləri. 

 

§ 6.1. MÜASIR INFLYASIYA NƏZƏRIYYƏLƏRI 

 

Inflyasiya kağız pulların aşağıdakılara nisbətdə dəyərdən düşməsi 



ilə ifadə olunur: 

-  Məhsulların  qiymətlərinin artımında ifadə olunur; 

-  Qızılın bazar qiymətlərinin yüksəlməsində ifadə olunur; 

-  Xarici  valyutalara,  xarici  pul  vahidlərinə  münasibətdə  yerli 

valyutanın məzənnəsinin aşağı düşməsində ifadə olunur; 

Qiymətlərin  artımı,  daha  doğrusu,  pul  vahidinin  ucuzlaşması 

inflyasiyanın  mühüm,  ancaq  yeganə  olmayan  əlamət  və  göstəricisidir. 

Pul emissiyasının yüksəlməsi, dövriyyədəki pul kütləsinin artımı, dövlət 

büdcəsinin  defisitinin  yüksək  səviyyəsi  də  inflyasiyanı  nişan  verir. 

Qiymətlərin  artımı  isə  (nəhayət  bir  neçə  məhsulun)  heç  də  həmişə 

inflyasiya  prosesləri  ilə  şərtlənmir.  Qiymət  artımı  ənənəvi  xammal 

mənbələrinin tükənməsi, onun hasilatı şəraitin pisləşməsi və nəticədə bu 

xammalın  bahalaşması,  bu  və  digər  məhsuların  istehsal  xərclərinin 

artması ilə əlaqəli ola bilər. Qiymət artımı həmçinin ənənəvi məhsulların 

keyfiyyət  artımı,  müasir  texniki  və  sosial  səviyyəyə  uyğun  yeni  

məhsulların  meydana  çıxması  ilə  də  əlaqəli  ola  bilər.  Belə  qiymət 

artımınы inflyasiyaya nümunə hesab etmək olmaz. 

nflyasiya  amillərində  yaranan  qiymət  artımı  aşağıdakı 

xüsusiyyətlərlə xarakterizə olunur: 

-  Kütləvilik  daha  doğrusu,  praktik  olaraq,  bütün  məhsulların 

qiymətinin artımı; 

-  Qiymətlərin yüksəlməsinin fasiləsizliyi; 

-  Qiymətlərin yüksəlməsi prosesinin davamlılığı. 

Inflyasiya proseslərinin aşkar əlamətlərinə baxmayaraq, indiyədək 

ümumi qiymət artımını inflyasiya və qeyri- inflyasiya tərkib hissəslərinə 

bölmək mümkün olmayıb. 

Inflyasiya ümumi daxili məhsulun strukturundakı proporsiyaların 

yaranması  və  artmasının  ifadəsidir.  Bunun  nəticəsində  dövriyyədə  irafi 

vəsaitlər  (nəğd  və  nəğdsiz  formalarda)  –  milli  məhsulun  maddi 

strukturunun dəyər ifadəsində artıq olan vəsaitlər meydana çıxır. 




 

198


Müasir dövrdə inflyasiya prosesləri ilə əlaqəli məsələlərin intensiv 

nəzəri  işlənilməsi  həyata  keçirilir.  Bu  inflyasiya  prosesləri  ilə  bağlı 

məsələlərin iqtisadi fəaliyyətə təsirinin güclənməsi izah olunur. 

nflyasiya  proseslərinin  iki  əsas  nəzəriyyəsi  –  keynsçilik  və 

monetarist nəzəriyyə mövcuddur. 

Keyns inflyasiya nəzəriyyəsi inflyasiya, proseslərini yaradan əsas 

faktorun  iş  qüvvəsinə  izafi  yüksək  tələbatın  olması  iddiasına  əsaslanır. 

Iş qüüvəsinə yüksək tələbat tələb inflyasiyasına səbəb olur. 

Iş qüвvəsinə yüksək tələbat zamanı muzdlu işçilər əmək haqqının 

zrtımına  təkid  edəcəklər.  Bu  zaman  öz  mənfəət  normasını  qorumaq 

istəyən  sahibkarlar  müvafiq  məhsulların  qiymətini  artıracaqlar.  Bu 

istehsal  xərclərinin yüksəlməsi nəticəsində məhsulun qiymət artımının 

yaranması  ilə  eynidir  və  bu  növ  inflyasiyanı  xərc  inflyasiyası 

adlandırırlar. 

Keyns  nəzəriyyəsinə  istinad  etsək,  inflyasiyanın    qarşısının 

alınması  üçün  istehsalın  təşkili  və  texnologiyanın  təkmilləşdirilməsi 

hesabına  əmək  məhsuldarlığı  artmayıbsa,  əmək  haqqı  artımını 

məhdudlaşdırmaq lazımdır. 

Monetarist inflyasiya nəzəriyyəsi inflyasiya təzahürlərinin iqtisadi 

fəaliyyətin  pul  sferasında  yaranmasına  əsaslanır.  Bu  nəzəriyyəyə  görə 

inflyasiya prosesi iki mərhələdən ibarətdir. 

Birinci  mərhələdə  dövriyyədəki  pulların  miqdarının  artımı  baş 

verir  və  nəticədə  istehsalın  həcmi  artır.  Bu    həm  də  investisiya  

proseslərini  intensivləşdirməyə  imkan  yaradır.  Bu  mərhələ  üçün 

xarakterik  olan  budur  ki,  qiymətlərin  artım  tempi  dövriyyədə  olan 

məcmu pul kütləsinin artım tempindən aşağıdır. 

Inflyasiya  prosesinin  ikinci  mərhələsi  qiymətlər  artımı 

dövriyyədəki  pul  kütləsinin  artımını  ötüb  keçəndə  başlayır.  Məsələ 

burasındadır  ki,  pulların  iзafi  çox  olması  zamanı  onlardan  yaxa 

qurtarmağa təbii arzu yaranır. Sonda pul təklifi getdikcə çoxalanda, eyni 

məbləğ  pula  daha  az  məhsul  almaq  mümkün  olur.  Pulların  dəyərdən 

düşməsinin başlanğıc inflyasiyanın kritik nöqtəsi adlanır. 

Inflyasiyanın kritik nöqtəsinin keçilməsindən sonra büdcəyə daxil 

olmalar  ixtisar  olunur.  Birbaşa  vergilərin  faktik  ixtisarı  daha  nəzərə 

çarpan  olur.  Belə  bir  ixtisar  oнunla  izah  olunur  ki,  birbaşa  vergilər 

əvvəlki müddətdə müəyyənləşən gəlir və əmlakın qiymətləndirilməsinə 

görə  hesablanır.  Vergilərin  faktik  ödənmə  anına  əvvəlki  gəlirlər  də, 

əmlak  da  əhəmiyyətli  dərəcədə  dəyərini  itirir.  Bu  höküməti  əlavə  pul 




 

199


emissiyasına vadar edir və əlavə emissiya  dövriyyədəki  pul kütləsinin 

artımına, pulların növbəti dəyərdən düşməsinə səbəb olur. 

Beləliklə,  inflyasiyanın  başlanğıc  mərhələsində  inflyasiya 

proseslərinin  və  qiymətlərin  ümumi  artımının  tempi  dövriyyədəki  pul 

kütləsinin  artım  sürətindən    əhəmiyyətsiz  dərəcədə  yüksək  olur. 

Sahibkarlar  da,  əhali  də  bütövlükdə  qiymətlər  səviyyəsinin 

idarəedilməsinə  inamlarını  qoruyub  saxlayırlar  və  ardıcıl  olaraq,  pula 

tələbat  da  qorunub  saxlanılır.  Inflyasiyanın  ikinci  mərhələsində 

qiymətlər  artımı  məcmu  pul  kütləsini  qabaqlayır  və  pullar  dəyərdən 

düşür.  Sahibkarlar  da,  əhali  də  bütövlükdə  qiymət  artımı  prosesinin 

nəzarətdə olmasına inamı itirirlər, adi yollarla pul əldə edilməsinə maraq 

itir  və  əksinə  puldan  yaxa  qurtarmağa  cəhd  olunur.  “Yanan  pullar” 

adlanan  vəsaitlər  meydana  çıxır.  Başqa  sözlə,  pulların  məcmu 

miqdarının artımında pula tələbat ixtisar olunur. 

Keynsçi  və  monetarist  inflyasiya  nəzəriyyələrinin  fərqli  cəhətləri 

6.1-ci şəkildə əks etdirilir. 

Monetarist  inflyasiya  nəzəriyyəsini    “ nflyasiya  həmişə  və  hər 

yerdə pul fenonrenidir” sözlərini söyləyən  Fridmenin adı ilə bağlayırlar. 

Söylənənlərdən aydın olur ki,  inflyasiya özündə xalis pul hadisəsini əks 

etdirir və inflyasiya dövriyyədəki məcmu pul kütləsinin olduqca böyük 

məbləği nəticəsində pul dövriyyəsi sferasında yaranır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Inflyasiya nəzəriyyəsi 

Monetarist 

Keynsçilik 

Xərc inflyasiyası 

Pul kütləsinin qiymətlər 

artımına mütənasib 

yüksəlməsi 

ı 

as



ın

da

 



ən

m

əs



un

m



as

ı 

ks



əl

m

əs



xm

as



ı 

əs



Tələb inflyasiyası 

Pul kütləsinin qiymətlər 

artımına qeyri-mütənasib 

yüksəlməsi 

 

m

ı 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə