А. Д. Чудаков гиймятляр вя гиймятин

Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə69/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   65   66   67   68   69   70   71   72   ...   148

207

də,  fiziki  şəxslər  də  ola  bilər)  bu  pulları  vadanlıq  və  ya  digər  istehsal 

dəyərlərinə deyil, qızıl məmulatlara, brilyanta, daşınmaz əmlaka və s.-ə 

yatırmağa cəhd edirlər. 

Hiperinfilyasiya  dövriyyədəki  pul  kütləsinin  həcminin  hökümət 

tərəfindən  əsassız  artırılmasını  əks  etdirir.  ABŞ,  Böyük  Britaniya, 

Fransa,  Yaponiya  kimi  ölkələrdəki  dövlət  tənzimlənməsi  təcrübəsi 

infilyasiyanın  mötədil  və  ya  sürünən  hədlərdə  qalmasına  yardım  edir 

(Şəkil 6.4). 

Indiki  zamanda  inflyasiyanın  (xüsusilə  hiperinfilyasiya)  iqtisadi 

proseslərə  olduqca  mənfi  təsir  göstərməsini  mübahisəsiz  qəbul  edirlər. 

Daha  çox  ziyanlı  halı  qiymətlərin  qeyri-bərabər  artımını  hesab  etmək 

gərəkdir.  Topdansatış  və  pərakəndə  satış  qiymətlərinə  münasibətdə  bu 

qeyri-bərabərlik  ən  müxtəlif  formalarda  meydana  çıxar  və  ən  müxtəlif 

formalarda baş verə bilər. 

Inflyasiya  prosesləri  nəticəsində  öncədən  proqnozlaşdırılması  da, 

kəmiyyətcə  qiymətləndirilməsi  də  mümkün  olmayan  gəlirlərin  yenidən 

bölgüsü baş verir. Bu situasiyanı aşağıdakı kimi xarakterizə etmək olar: 

Birinci,  qiymətlərin  inflyasiya  artımından  fiksasiya  edilmiş  əhali 

kateqoriyası  ziyan  çəkir  (daha  doörusu,  pul  itkilərinə  məruz  qalır). 

Onlara  öncə  “büdcəçi”  adlananlar  –  pensiyaçılar,  tələbələr,  dövlət 

müəssisələrinin qulluqçuları və dövlətdən maaş alan digər işçilər aiddir. 

Əhalinin  bu  kateqoriyasının  gəlirlərinin  avtomatik  indeksasiyası  baş 

verməsə, onların gəlirlərinin belə azlması həmişə davam edəcək. 

Ikincisi, inflyasiya prosesləri və ona yoldaş olan qiymətlər artımı 

banklardakı  cari  və  təcili  hesabların,  sığorta  polislərinin  və  öncədən 

dəyəri fiksasiya edilən digər aktivlərin  dəyərdən düşməsinə səbəb olur. 

Üçüncüsü, inflyasiya prosesləri nəticəsində kreditləşmə şəraitində 

baş  verən  kəmiyyət  dəyişmələrinin  öncədən  müəyyənləşdirilməsi 

mümkün  olmur.  Borc  verənlər  (kreditorlar)  möhkəm  pullarla  ssuda 

verirlər,  amma  müəyyən  müddətdən  sonra  bu  vəsaitləri  inflyasiya 

nəticəsində  dəyərdən  düşmüş  pullarla  geri  alırlar.  Bu  kreditorlar  üçün 

müəyyən  pul  itkisi  deməkdir.  Borcalan  (debitor)  əksinə,  möhkəm 

pullarla  ssuda  alır,  amma  şərtləşdirilmiş  pul  məbləğini  inflyasiya 

nəticəsində  dəyərdən  düşmüş  pullarla  qaytarır.  Bu  borcalan  üçün  pul 

uduşu deməkdir. 

Dördüncüsü, təsbit edilməmiş pul daxilolmaları olan şəxslərin pul 

gəlirləri  inflyasiya  prosesləri  nəticəsində  aşağı  düşməyə  də  bilər  və 

əksinə  artar.  Belə  şəxslərə  bu  zaman  müddətində  coşqun  inkişaf  edən 

208

sənaye sahələrinin (məsələn, neft-qaz sənayesi) işçilərini aid etmək olar. 

Belə  sahələrin  işçilərinin  əmək  haqqı  inflyasiyasına  tempindən  yüksək 

templərlə  arta  bilər.  nflyasiya  həmçinin  bəzi  müəssisələrin  yiyələrinin 

və  rəhbərlərinin  faktik  gəlirlərinin –  mənfəətdən  irəli gələn  gəlirlərinin 

artımına  yardım  edə  bilər.  Bu  onunla  izah  olunur  ki,  müəssisənin 

məhsulunun  qiymətləri  xammal,  material  və  digər  resurs  növlərinə 

nisbətən sürətlə artsa, mənfəət yüksələcək. 

Beləliklə, inflyasiya  nəticəsində əhalinin hər bir 

kateqoriyasının gəlirləri azalır, digərlərinin gəlirləri isə artır. 

Bu inflyasiyaya qədərki müddətlə müqayisədə gəlirlərin 

yenidən bölgüsünü bildirir. Gəlirlərin yenidən bölgüsünün 

xarakteri 6.5-ci şəkildə əks etdirilib. 

209

nflyasiya  istehsalın  rentabelliyi  ilə  kredit  faizi  arasəndakı 

uyğunluğa  disproporsiyalar  gətirir.  Sahibkar  istehsalın  genişlənməsi  və 

ya  cari  səviyyədə  saxlanmasında  istifadə  etmək  üçün  kreditə  pul 

götürür.  Təbii  ki,  sahibkar  nəzərdə  tutur  ki,  istehsalın  rentabelliyi  ilə 

müəyyən olunan mənfəət əldə edib, verilən krediti qaytarsın və bu kredit 

üzrə faizləri ödəsin. Ardıcıl olaraq, sahibkarın qazanc əldə etməsi üçün 

müəssisənin rentabelliyi kredit faizlərindən yüksək olmalıdır. 

Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   148

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə