А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə7/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   2   3   4   5   6   7   8   9   10   ...   148

 

22

qədər  fərqlənə  bilər.  Satıcı  ona  cəhd  göstərir  ki,  əmtəə  qiyməti  onun 



xərclərini (əmək, maliyyə, maddi və b.) ödəməyə imkan versin və lazımı 

mənfəəti  təmin  etsin.  Lakin  dinamiki  dəyişən  bazar  vəziyyətinin  təsiri 

altında faktiki əmtəə qiyməti onun dəyərinin pulлa ifadəsindən kənarlaşa 

(lakin  bu  fərqlənmə  mütləq  deyil)  bilər.  Belə  kənarlaşma  baş  verməyə 

bilər,  yaxud  istehsalçı  və  ya  əmtəə  göstəricisi  qiyməti  diqtə  etmək 

imkanına  malik  olduqda  inhisarçılıq  şəraitində  ola  bilər.  Bu  halda 

qiymətlərə kənarlaşma məhz inzibati yolla qoyula bilər.  

 

Faktiki  rəqabət  şəraitində  əmtəə  qiyməti  istehsal  xərclərinin 

düzgünlük meyarı kimi xidmət edir. Faktiki bazar qiyməti üzrə istehsal 

rentabelliyi,  əmək  məhsuldarlığı,  fondverimi,  kapital  qoyuluşların 

həcmi,  mal  dövriyyəsi  həcmi,  məhsul  həcmi  və  s.  kimi  göstəricilər 

haqqında mülahizə yürütmək olar. 

Bu o deməkdir ki, əmtəə qiyməti üzrə uçot və xaricən fərqlənən 

iqtisadi proseslərin ölçülməsini aparmaq olar. Onların qiyməti əsasında 

müxtəlif əmtəələri və xidmətləri müqayisə etmək olar. 

 

2.  Qiymətin  stimullaşdırıcı  funksiyası.  Bu  funksiyanın 

mahiyyəti  odur  ki,  əmtəənin  faktiki  qiyməti  bu  və  ya  digər  əmtəə 

növünün  istehsalına  və  texniki  səviyyəsinə  səbəb  ola,  yaxud,  əksinə, 

qarşı dura bilər. 

 

Nə qədər ki, hər bir istehsalçıya öz məhsulunu mümkün olduqca 



onun  istehsal  xərcləri  ilə  müqaisədə  daha  yüksək  qiymətə  satmaq 

faydalıdır, onda qiymət aşağıdakıları stimullaşdıra bilər: 

◊  Elmi  texniki  tərəqqini,  istehsalın  modernləşdirilməsini  və 

avtomatlaşdırılmasını; 

◊  Enerжiyə, maddi və texniki resurslara qənaəti; 

◊  Məhsul keyfiyyətinin yüksəldilməsini; 

◊  Istehsalın  və  bu,  yaxud  digər  bazarlara  tətbiqən  istehlakın 

strukturunun dəyişməsini. 

Bütövlükdə  satılan  əmtəənin  daha  yüksək  qiyməti  istehsalçıya 

(satıcıya)  daha  yüksək  mənfəət  əldə  etməyə  imkan  verir.  Deməli 

istehsalçı  bazara  daha  səmərəli  satıla  bilən,  o  cümlədən  rəqiblərin 

analoжi  əmtəələrlə  müqayisədə  daha  səmərəli  satıla  bilən  məhsulu 

istehsal  etməyə  və  bazara  göndərməyə  cəhd  göstərəcəkdir.  Bununla 

yanaşı o və elə keyfiyyətdəki əmtəələri istehsal etmək əlverişli sayılır ki, 

onlar  alıcılar  üçün  maraq  təmsil  etmiş  olsunlar.  Eləcə  də,  müasir 

texnoloжi  proseslərin,  avadanlığın,  təşkili,    idarəetmə  və  nəzarət 




 

23

metodlarının  tətbiqi  də  əlverişli  olunur.  Əksinə,  məhsul  istehsalına  və 



satışına xarclərin çoxalmasına gətirib çıxaran köhnəlmiş texnologiya və 

istehsal  təşkili  qiymətin  təsiri  altında  əlverişli  olmur  və 

dəyişdirilməlidir. 

 

Qiymətlərin təsiri altında, həmçinin, şəxsi istehlak strukturu və 



son  nəticədə  tələbat  səviyyəsi  dəyişə  bilər.  Bu,  satışdan  müxtəlif  vergi 

dərəcələrinin,  əlavə  dəyər  vergilərinin  və  b.,  müqavilələr  sisteminin,  o 

cümlədən xammal və s. qiymətlərin hesabına həyata keçirilir. 

 

Qarşılıqlı  dəyişdirilən  məhsul  növlərinin  qiymətləri  də  öz 



aralarında  müqayisə  oluna  bilərlər  və  bununla  təklif  strukturuna  təsir 

edə bilərlər. 



 

3. Qiymətin bölüşdürücü funksiyası. Obyektiv yaranan qiymət 

əsasında  müxtəlif  iqtisadi  subyektlər  arasında  gəlirin  yenidən 

bölüşdürülməsi baş verir, bu isə aşağıdakılarda davam edir: 

◊  Iqtisadiyyət sahələri arasında; 

◊  Müxtəlif mülkiyyət formasına malik müəssisələr arasında; 

◊  Reqionlar arasında; 

◊  Ölkə əhalisinin sosial qrupları arasında; 

◊  Yığım və istehlak fondları arasında; 

 

Yadda  saxlamaq  lazımdır  ki,  bazarda  əmtəə  qiymətləri  son 



nəticədə  müvazinətləşməlidir.  Hər  bir  anda  və  hər  bir  konkret  əmtəə 

üçün  əmtəə  qiyməti  onun  dəyəri  ilə  üst-üstə  düşməyə  bilər  və  onda 

bazarın  bir  qrup  iştirakçılarının  uduşu  digər  qrupunun  uduzmağına 

bərabərləşir.  Əgər  əmtəə  qiyməti  onun  real  dəyərindən  aşağı  olarsa, 

onda pul artıqlığı alıcıların sərəncamında olmuş olur. 

 

Pul məbləğinin yenidən bölüşdürülməsi dövlət tərəfindən həyata 



keçirilən  qiymətlərin  birbaşa  tənzimlənməsi  hesabına  baş  verə  bilər. 

Bundan  başqa,  o,  maliyyə-kredit  sisteminin  köməyi  ilə  də  həyata 

keçirilə  bilər.  Hamıya  təsir  edən  qiymətlər  səviyyəsindən  fərqli  olaraq 

maliyyə  axınları  müəyyən  sosial  qruplara  ünvanlana  bilərlər.  Belə 

fəaliyyətdə  olan  seçilmiş  maliyyə  axınları  şəkilində  əmək  haqqını, 

pensiyaları,  müavinətləri  və  b.  göstərmək  olar.  Onlar  əhalinin  ünvanlı 

qruplarının  xeyrinə  pul  gəlirlərinin  yenidən  bölüşdürülməsinə  səbəb 

olaraq, qiymətlər səviyyəsinə dolayı təsir göstərirlər. 

 

Nüfuzlu əmtəələrin və zinət əşyalarının yüksək pərakəndə satış 



qiymətlərinin  köməyi  ilə  yüksək  gəlirli  əhali  qruplarından  pul 


 

24

vəsaitlərinin  yenidən  bölüşdürülməsini  az  təminatlı  əhali  qruplarının 



xeyrinə həyata keçirmək (uyğun siyasət şəraitində) olar. 

 

4.  Tələb  və  təklifin  müvazinətləşdirilməsi  funksiyası.  Istehsal 

(satış)  və  istehlak  (alış)  arasında  qarşılıqlı  əlaqə  qiymətlər  vasitəsi  ilə 

həyata  keçirilir.  Müəyyən  əmtəənin  qiyməti  əsasında  tələb  və  təklif 

arasında müvazinətin pozulması haqqında mühakimə yürütmək olar. 

 

Əmtəələr  çatışmadıqda  onlar  daha  yüksək  qiymətə  satıla 



bilərlər,  bu  da  istehsalçı  üçün  onların  buraxılışının  artırılmasını 

məqsədəuyğun  edir.  Belə  çoxalma  əmtəə  çatışmamazlığı  ləğv 

edilmədikcə  hələ  davam  edəcəkdir,  beləliklə,  təklif  tələblə 

balanslaşdırılmış olur. 

 

Əmtəələr  artıqlığında  satıcıya  onları  daha  aşağı  qiymətlər  üzrə 



reallaşdırmaq  lazım  gəlir.  Onda  istehsalçı  üçün  onların  istehsalını 

azaltmaq  məqsədəuyğun  sayılır.  Buraxılış  həcminin  aşağı  salınması  o 

vaxtadək  baş  verəcəkdir  ki,  hələ  ki,  əmtəə  artıqlığı  tükənməyib  və 

deməli, təklif yenidən tələblə balanslaşmış olur. Azad bazar və rəqabətin 

inkişafı  şəraitində  qiymətlərin  valyuntarist  yüksəlişi  ola  bilməz.  Tələb 

və  təklifin  müvazinətliliyi  ifadə  edir  ki,  qiymətlərin  yüksəlməsi 

əmtəələrin  keyfiyyətinin  yüksəlməsi  və  çeşidinin  genişləndirilməsi 

nəticəsində baş verir. 

 

5. Qiymət funksiyası istehsalın səmərəli yerləşdirilməsi meyarı 

kimi. Bazar qanunlarının (rəqabət və tələbat qanunlarının) təsiri altında 

müəssisələr  müstəqil  surətdə  daha  yüksək  satış  qiyməti  hesabına 

qoyulmuş  kapital  üçün  daha  yüksək  mənfəət  əldə  etməli  olan  yerlərə 

kapitalın  köçürülməsi  haqqında  qərar  qəbul  edirlər.  Müasir  şəraitdə 

buna  dərin  marketinq  tədqiqatları,  yəni  bütün  bazar  amillərinin,  ilk 

növbədə fəaliyyətdəki qiymətlərin və onların dinamikasının öyrənilməsi 

səbəb olur. 

 

Kapital  qoyuluşları  üçün  obyekt  seçərək,  istehsal-satış  tsikli 



davamiyyətini və inflyasiya səviyyəsini nəzərə almaq lazımdır. Kifayət 

qədər  uzun  tsikldə  və  yüksək  inflyasiya  səviyyəsində  bu  sferaya 

qoyulmuş kapitalın qiymətdən düşməsi baş verə bilər. 

 

6. Qiymətin ölçü və müqayisə oluna bilmə funksiyası. Qiymət 

istehsalcının  müəyyən  əmtəəni  bazara  çıxarmaq  üçün  çəkdiyi  müxtəlif 

xərcləri  (əmək,  maddi,  maliyyə  və  digər  xərcləri)  əks  etdirir.  Lakin 

faktiki  bazar  qiyməti  xərclərdən  bu  və  ya  digər  tərəfə  fərqlənərək, 

satıcıya həm mənfəət (yüksək, yaxud aşağı), həm də ziyan (zərər) gətirə 

bilər. 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə