А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə72/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   68   69   70   71   72   73   74   75   ...   148

 

216


Iqtisadiyyatın  istehlak  sektorunda  məcmu  tələbin  yüksəlməsi  baş 

verərsə,  alıcıların  ödəməyə  hazır  olduqları  pulun  miqdarı  ilə  onlara 

təklif  edilən  məhsul  vahidlərinin  miqdarı  arasındakı  bazar  tarazlığı 

pozulur.  Tələbatın  belə  yüksəlməsi,  məsələn,  əmək  haqqının  artım 

nəticəsində baş verə, amma başqa səbəblərdən də yarana bilər.  

Bu  halda  təklif  edilən  məhsulla  alıcıların  ödəməyə  hazır  olduğu 

pul  məbləği  arasındakı  uyğunsuzluq  məhsul  vahidinin  qiymətinin 

yüksəlməsi  ilə  kompensasiya  edilir.  Ancaq  istehlak  məhsullarının 

qiymətlərinin  belə artımı  bu  məhsulların istehsalçılarının sərəncamındə 

böyük  məbləğlərin  olmasına  gətirir.  Bu  da  öz  növbəsində  istehlak 

məhsulları  istehsalçılarının  bu  və  başqa  istehsal  təyinatlı  məhsullara 

olan  təlabatını  artırır.  Deməli,  iqdisadiyyatın  istehlak  sektorunda 

başlayan inflyasiya qalan sahələrə də yayılır. Inflyasiyanın məhz bu tipi 

tələb inflyasiyası adlandırılır. 

Tələb  inflyasiyasını  yaradan  başlıca  faktorlar  müvafiq  zaman 

müddətində  mövcud  olan  ödəniş  qabiliyyətli  tələbatın  məhsul 

təklifindən yüksəkliyidir. 

Bir  sıra  hallarda  bəzi  sahələrin  məhsulu  digər  sahələr  üçün 

material,  xammal  və  ya  yarımfabrikatdır.  Deməli,  eyni  bir  şəxs  həm 

alıcı, həm də satıcı kimi çıxış edir. Digər sahələrdə istifadə edilən bu və 

başqa məhsullara qiymət artımı istehsal xərclərinin yüksəlməsini bildirir 

və qiymətlərin köhnə səviyyəsində istehsalın davamı qeyri-rasional edir. 

Bu  şəraitdə  dövriyyədəki  pul  kütləsinin  həcminin  artırmaq  vacibdir. 

Deməli, ödəniş qabiliyyətli tələb və qiymətlər artımı üçün şərait yaranır. 

Məhz belə növ inflyasiya xərc inflyasiyası adlandırılır. 

Xərc  inflyasiyasını  yaradan  başlıca  faktor  istehsalın  mövcud 

həcmində məhsul vahidinə məsrəflərin yüksəlməsidir. Qiymətlərin sabit 

səviyyəsində  məhsul  vahidinə  xərclərin  artımı  mənfəətin  azalması 

deməkdir və həmçinin istehsalın ixtisarına səbəb olur. Istehsalın ixtisarı 

isə  təklifin  ixtisarının  azalmasıdır  və  deməli,  qiymətlərin  artımına 

gətirir. 

Məhsul vahidinə xərclərin artımı aşağıdakılardan yarana bilər: 

~  əmək haqqının artımından; 

~  istehsal resurslarının qiymətinin artmasından; 

Tələb inflyasiyası və xərc inflyasiyası, bu növləri yaradan amillər 

sxematik olaraq, şəkil 6.9 da təsvir edilir. 

Beləliklə, tələb inflyasiyası və xərclər inflyasiyası öz başlanğıcını 

istehsal  sferasından  götürür.  Ancaq  xərc  inflyasiyası  bütövlükdə 




 

217


iqtisadiyyata  tədricən  yayılır.  Lakin  onunla  mübarizə  aparmaq  tələb 

inflyasiyası  ilə  mübarizədən  çətindir,  çünki  bunun  üçün  istehsalın 

struktur yenidənqurmasını həyata keçirmək tələb olunur. 

Bu inflyasiya növlərindən hər biri özünəməxsus başa çatır. 

Tələb  inflyasiyası  birincisi  əhalinin  pul  vəsaitləri  adi  çərçivələrə 

qayıdanda və ikincisi, dövriyyədəki pul kütləsi adi hədlərə qədər ixtisar 

olunanda və kəmiyyətcə çox artmayacağı halda sona çatır. 

Xərc  inflyasiyası  öz-özünə  qurtarır.  Istehsalın  və  məşğulluğun 

həcmi xərclərin məcmu həcminin məhdudlaşdırılması məqsədilə ixtisar 

olunur. Ardıcıl olaraq, istehsalın ümumi həcminin azalması ilə xərclərin 

həcminin gələcək artımı dayandırılır. 

Inflyasiya proseslərinin gedişinə həlledici təsir göstərən istehlakçı 

davranışı iqtisadi nöqteyi-nəzərdən iki amillə müəyyən olunur: 

stehlakçı  üçün  faydalılığa  münasibətdə  məhsulun  qiymətinin 



dəyişməsi; 

stehlakçının gəlirinin dəyişməsi. 



Əgər  məhsul  nisbətən  ucuzlaşıbsa,  ancaq  digər  göstəricilər,  o 

cümlədən,  bu  məhsulun  keyfiyəti  və  istehlakçının  gəlirləri 

dəyişməyibsə, bu məhsula tələbat yüksələcək. 

Əgər istehlakçının gəliri bu və başqa tərəfə dəyişirsə, onda bu və 

başqa  məhsullara  tələbat  da  məhsulun  kateqoriyasından  asılı  olaraq 

dəyişə bilər. Istehlakçının gəlirlərinin artımı ilə tələbatı artan məhsullar 

vardır.  Amma  istehlakçının  gəlirlərinin  artımı  ilə  tələbatı  azalan 

məhsullar  da  vardır.  məsələn,  aldığı  əmək  haqqı  artdıqca,  istehlakçı 

nisbi ucuz marağını az, nisbi baha kərə yağını çox olacaq. 

Istehlakçının  bu  və  başqa  məhsulları  əldə  etmə  məsrəflərinin 

bölgüsünün  onun  Q  gəlirindən  asılılığı  Engell  qanuna  tabedir.  Engell 

qanunu əyriləri şəkil 6.10 da təsvir edilir. 

 

 

 



Şə

kil 6.10 

 

Engell qanunu qrafikləri   

 

 



 

 

 








 

218


 

 

 



A) 

 

     B)   



                                               C) 

 

A)  zəruri tələbat predmetləri 



B)  zinət predmetləri 

C)  aşağı keyfiyyətli məhsulları 

Bu  qanuna  görə  gəlirləri  artanda  onlar  ilkin  tələbat  məhsullarına 

xərclərini  gəlirlərin  artımına  nisbətən  az  yüksəldirlər,  amma  dəbdəbə 

predmetlərinə  xərclər  istehlakçının  gəlir  artımından  böyük  səviyyədə 

artır. Aşağı keyfiyyətli məhsullara xərclər gəlirlər artıqca öncə yüksəlir, 

sonra isə azalır. 

Inflyasiya  əhalinin  gəlirlərinin  indeksləşdirilməsinə  zərurət 

yaradır.  Bu  məqsədlə  yaşayış  minimum  miqdarı  müəyyən  edilir.  Bu 

kəmiyyət əsasında aşağıdakılar hesablanır: 

-  əməyin ödənilməsinin minimal həcmi; 

-  pensiyaların minimal məbləği; 

-  təqaüdlərin, müavinətlərin və müxtəlif sosial ödənişlərin həcmi. 

Bir  tərəfdən  istehsalçıların    layiqincə  qiymətləndirilməsini  təmin 

etmək, digər tərəfdənsə məhsulları istehlakçılara əlçatan olmasını həyata 

keçirmək  və  eyni  zamanda  inflyasiya  proseslərinə  yol  verməmək  üçün 

tələbat,  istehsal  həcmi  və  istehsal  xərcləri  arasındakı  nisbətin  necə 

olması haqqında sual yaranır. 

Istehsal  resurslarının  qiyməti  –  istehsal  xərclərini  müəyyən  edən 

qiymətlər  bu  resursların  yiyələrinin  pul  gəlirlərinə  təsir  edən  əsas 

faktorlardan biridir. 

Sərvətin  muzdlu  işçilər,  sahibkarlar,  kapital  və  torpaq  sahibləri 

arasındakı bölgüsü birbaşa bu qiymətlərdən asılıdır. 

Istehsal resurslarının qiymətinin əmələ gəlməsi həmçinin tələb və 

təklif  qanununa  tabe  olur,  ancaq  eyni  zamanda  bir  sıra  əhəmiyyətli 

xüsusiyyətlərə malikdir. 

Birincisi,  istehsal  faktorları  bazarında  bəlli  səviyyədə  alıcılar  və 

satıcılar  arasında  rolların    əvəzlənməsi  baş  verir.  Məhsul  və  xidmətlər 

bazarında alıcılar ev təsərrüfatları, satıcılarsa – istehsalçı-firmalar və ya 

onlarla  əlaqəli  olan  təşkilatlar,  ayrı-ayrı  fərdlərdir.  Əmək  resursları, 

torpaq,  kapital,  avadanlıq  bazarlarında  isə  əksinə,  son  nəticədə  alıcılar 



Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə