А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə73/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   69   70   71   72   73   74   75   76   ...   148

 

219


istehsalçı-firmalar, satıcılarsa bu resursların sahibi olan ev təsərrüfatları 

və  ayrı-ayrı  fərdlərdir.  Rolların  belə  əvəzlənməsi  bağlaşma  iştirakçıları 

tərəfindən izlənən məqsədlərin dəyişməsinə səbəb olur. 

Məhsul  və  xidmətlər  bazarında  satıcının  məqsədi  maksimal 

mənfəət,  alıcının  məqsədi  isə  maksimal  fayda  əldə  etməkdir.  Istehsal 

faktorları  bazarlarında  satıcı  satılan  məhsulun  maksimal  faydalılığını 

təmin  edən  miqdar  və  keyfiyyətdə  məhsul  təklif  etməyə  çalışır.  Son 

nəticədə  alıcı  rolunda  çıxış  edən  istehsalçı-firma  isə  öz  mənfəətini 

maksimallaşdırmaq üçün bu istehsal resursunu əldə edir. 

Ikincisi,  istehsalçı-müəssisə  öz  mənfəətini  yalnız  məhsul  və 

xidmətlər bazarında əldə edə bilər. Buna görə də bu və ya başqa istehsal 

resursuna tələbat təkcə bu resurslar bzarında formalaşan konyukturadan 

deyil,  həm  də  məhsul  və  xidmətlər  bazarının  konyukturasından  asılı 

olur.  Beləliklə,  müxtəlif  istehsal  faktorlarına  tələbat  məhsul  və 

xidmətlərə tələbatdan törənmə olur. 

Üçüncüsü, nəzərə almaq gərəkdir ki, istehsal faktorları bir qayda 

olaraq, uzunmüddətli istifadə obyektləridirlər. Onlar eyni bir məhsulun 

da,  müxtəlif  növ  məhsulların  da  hazırlanmasının  çoxlu  tsiklləri 

müddətində istifadə edilə bilərlər. Buna görə də istehsal faktorları bəzən 

öz  yeni  sahibinin  daimi  mülkiyyətinə  verilmir  və  müəyyən  zaman 

müddətində istifadə üçün icarəyə verilir. Bununla bağlı olaraq deyilir ki, 

hər bir istehsal faktorunun iki qiyməti – icarə (prokat) və kapital qiyməti 

vardır. 

Istehsal  amilinin  icarə  (prokat)  qiyməti  bu  məhsulun  konkret  və 

məhdud  zaman  müddətində  istifadəsi  üçün  cari  qiymətlər  ödənilməsi 

lazım olan pul məbləğidir. 

Istehsal  amilinin  kapital  qiyməti  bu  məhsulun  əldə  edilməsi  və 

onun  bütöv  xidməti  müddətində  istifadə  olunması  üçün  ödənilməsi 

lazım olan pul məbləğidir. 

Formalaşmış  bazar  konyukturasının  nəzərə  alınması  ilə  əlavə 

istehsal  resurslarının  cəlbinə  xarakterik  nümunə  əlavə  işçilərin  muzdla 

tutulması  barədə  qərardır.  Əgər  söhbət  mövsümi  işçilərin  müvəqqəti 

muzdla  tutulmasından  gedirsə  (icarənin  müxtəlif  növlərindən  biri  kimi 

baxmaq gərəkdir), onda dərk etmək lazımdır ki, iş yerlərinin artırılması 

barədə  qərar  qəbul  etmək  labüddür.  Əgər  əlavə  işçinin  fəaliyyəti 

nəticəsində    müəssisə  öz  mənfəətini  artırırsa  –  daha  doörusu,  bu 

məqsədəuyğundur. 



 

220


Iş  qüvvəsinə  tələbatın  xarakteri  istehsal  fəaliyyətinin  inhisarçılıq 

və  ya  rəqabət  şəraitində  aparılması  ilə  müəyyənləşir.  Detallara 

varmadan  təsdiq  etmək  olar  ki,  qalan  bütün  şərtlərin  bərabərliyində 

inhisarçı-müəssisələr  istehsal  etdikləri  məhsulların  bazarında  rəqibə 

malik olan müəssisələrlə müqayisədə muzdla az işçi tuturlar. 

Əksinə  çoxsaylı  satıcıya  bir  alıcı  düşəndə  iş  yerləri  bazarındakı 

vəziyyət bir işçinin məhz hansı müəssisədə çalışmağı seçməsinə uyğun 

olur.  Əlavə  işçini  cəlb  etmək  üçün  müəssisə  ona  artıq  ştatda  ola  belə 

işçilərin əmək haqqından yüksək əmək haqqı təklif edir. Ona həmçinin 

“köhnə”  işçilərlə  müqayisədə  əmək  haqqının  daha  sürətli  artımını  vəd 

etmək lazım gəlir. 

Bu nəzərdən keçirilən iki hal əmək bazarındakı ikitərəfli inhisara 

(monopoliyaya) diqqət yetirilməsi ilə tamamlanmalıdır. 

Belə  vəziyyət  əmək  bazarında  bir  satıcı-inhisarçıyla  bir  alıcı-

inhisarçı  üzləşəndə  yaranan  situasiyaya  uyğundur.  Belə  olur  ki, 

inhisarçı-firma  danışıqları  ayrı-ayrı  və  çoxlu  şəxslərlə  deyil,  yeganə 

inhisarçı-həmkarlar ittifaqı ilə aparır. 

Əlavə  işçilərin  muzdla  cəlbinin  məsrəfləri  barədə  qərar  qəbulu 

üçün  müddətlərarası  (müvəqqəti)  büdcə  məhdudiyyəti  anlayışından 

istifadə olunur. Bu göstərici əlavə işçilərin  cəlbinə cari ildə sərf edilən 

mənfəətin hansı hissəsinin gələcək ilin mənfəəti hesabına ödəniləcəyini 

bildirir. 

Istehsal  resursları  bazarındakıları  qiymətləndirmək  üçün  həm  də 

aşağıdakı anlayışlardan istifadə olunur: 

Inframarjinal  renta  –  bu  verilən  resurs  vahidinə  faktiki  həyata 

keçirilmiş  ödənişlə  uyğun  bazarda  resurs  vahidinin  təklif  olunduğu 

minimal qiyməti arasındakı fərqdir. 

Xalis  iqtisadi renta –  bu  resurs  həmçinin  təklifi  onun qiyməti  ilə 

qətiyyən  bağlı  olmayanda,  bu  və  başqa  istehsal  resursunun  cəlbi 

nəticəsində əldə edilən gəlirdir. 

Differensial  renta  –  daha  effektik  və  daha  məhsuldar  resursların 

cəlbi hesabına əldə olunan rentadır. 

Beləliklə,  tələb  inflyasiyası  və  xərclər  inflyasiyası  müxtəlif 

bazarların qarşılıqlı fəaliyyətində yaranır. 

Buna  görə  də  ümumi  tarazlıq  yalnız  qarşılıqlı  əlaqəli  qiymətlər 

bütün  bazarlarda,  o  cümlədən  məhsul  və  xidmətlər  bazarı  və  istehsal 

faktorları bazarında da tələb və təklifin balansını təmin edəndə yaranır. 



 

221


Iqtisadi tarazlığın ümumi qanunauyğunluğu Valras qanunudur. Bu 

qanun    bildirir  ki,  verilən  iqtisadiyyatın  bir  bazarından  başqa  qalan 

bütün  bazarlarda  tarazlıq  yaranıbsa,  bu  sonuncu  bazarda  gec  və  ya  tez 

tarazlıq vəziyyəti gələcəkdir. 

Bütövlükdə  iqtisadiyyatın  vəziyyətinin  adekvat  təhlilinin 

aparılması üçün meyarın effektivlik olduğunu qeyd etmək gərəkdir. 

Effektivliyin daha əyani meyarı V.Pareto tərəfindən təklif olunub. 

Bu  meyara  görə  bu  və  başqa  resursun  hər  hansı  yerdəyişməsi,  yaxud 

onun  istifadə  xarakterinin  dəyişiliyi  nəticəsində  iqtisadi  fəaliyyət 

iştirakçılarından kimsə nəsə qazanırsa, başqaları isə heç nə itirmirsə, bu 

dəyişmələrə  resursun  istifadəsinin  effektivliyinin  yüksəlməsi  kimi 

baxmaq olar. 

Buna  görə  də  Pareto-  effektivlik,  daha  doğrusu  Pareto  üzrə 

effektivliyin  son  həddinin  əldə  edilməsi  başqalarının  vəziyyətini 

pisləşdirmədən kiminsə vəziyyətini yaxşılaşdıran iqtisadiyyatdır. 

Iqtisadiyyatın  Pareto  meyarı  üzrə  arzuolunan  vəziyyəti  (Pareto  – 

daha  yaxşı  vəziyyəti)  –  bu  iqtisadiyyatın  elə  bir  vəziyyətidir  ki,  çıxış 

halından  bu  vəziyyətə  keçiddə  digərlərinin  durumuna  zərər  vermədən 

heç olmazsa bir nəfərin durumu yaxşılaşır. 

Rifah iqtisadiyyatı  nəzəriyyəsi  bildirir  ki,  birinci,  ümumi  rəqabət 

tarazlığının  mövcudluğu  Pareto  meyarı  üzrə  resursların  effektiv 

bölgüsünə  gətirir.  Ikincisi,  resursların  yenidən  bölgüsünün  köməyi  ilə 

Pareto meyarı üzrə istənilən effektiv bölgüsünə nail olmaq mümkündür. 

Bu  hallarda  ən  yaxşı  seçim  iqtisadiyyatın  sektorlarından  birində 

resursların  effektiv  bölgüsündən –  digər  sektorlardakı  disproporsiyaları 

kompensasiya edən bölıgüsündən geri çəkilməkdir. 

Nəzərə almaq gərəkdir ki, istehsal, alqı-satqı və çoxlu məhsul və 

xidmətlərin  istifadəsi  bu  proseslərdə  bilavasitə  iştirak  edən  bir  sıra 

şəsxlərə  öz  təsirini  göstərir.  Belə  hallarda  xarici  effektlər  barədə 

danışırlar. 

Xarici effektlər neqativ xarakter daşıyanda onları xarici məsrəflər 

(xərclər), pozitiv təsir göstərəndə xarici müsbət effektlər adlandırırlar. 

Bundan  başqa,  məcmu  xarici  məsrəfləri,  son  hədd  xarici 

məsrəfləri, son hədd fərdi məsrəfləri (son hədd xərici məsrfələri nəzərə 

almadan), son hədd ictimai məsrəfləri (son hədd xərici məsrfələri nəzərə 

almaqla), son hədd fərdi faydalılığı (verilən məhsulun daha bir vahidini 

alan  şəxslərə  münasibətdə),  son  hədd  xarici  faydadlılığı  (üçücüsü 

şəsxlərə münasibətdə) fərqləndirmək lazımdır. 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə