А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə76/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   72   73   74   75   76   77   78   79   ...   148

 

228


Mümkün 

xərclər 


inflyasiyanın 

qiymətləndirilməsi 

istehlakçılardakı qiyməti istehsalçıların qiymətindən nəql, təchizat-satış 

fəaliyyəti  və  aksiz  xərcləri  miqdarında  fərqlənməsini  nəzərə  almalıdır. 

Bu  əlavə  xərclər  də  istehsalçının  qiymətləri  kimi  inflyasiyaya  məruz 

qala bilərlər. 

Beləliklə,  inflyasiya  kəmiyyətcə  qiymətləndirilə  bilər.  Ancaq 

söhbət  inflyasiyanı  cilovlamaq  üçün  müəyyən  tədbirlərin  qəbul  edilə 

bilməsindən gedir. Bu tədbirlər “antiinflyasiya siyasəti” adlanan siyasəti 

təşkil edilər. 

Antiinflyasiya  siyasəti  iki  iqtiqamətdə  -  deflyasiya  və  gəlirlər 

siyasəti istiqamətində həyata keçirilə bilər. 

Deflyasiya  siyasəti  dövlət  xərclərinin  azaldılmasından,  kreditlər 

üzrə  faiz  dərəcəsinin  yüksəldilməsindən  və  pul  kütləsinin 

məhdudlaşdırılması halında vergilərin yüksəlməsindən ibarətdir. 

Gəlir  siyasətinə  qiymətlərin  də,  əmək  haqqının  da  tam 

dondurulması  və  ya  qiymətlər,  əmək  haqqı  üzərində  nəzarət,  onların 

artım hədlərinin müəyyənləşməsi daxildir. 

Istehsalın    stimullaşdırılması  məsələsi  qarşıya  qoyulanda  gəlrilər 

siyasəti  tətbiq  edilir.  Iqtisadiyyatın  qeyri-məqbul  sürətli  artımını 

saxlamaq  gərək  olanda  isə  deflyasiya  siyasətini  həyata  keçirmək 

gərəkdir. Inflyasiyanı istənilən yolla saxlamaq lazım gələndə isə gəlirlər 

və deflyasiya siyasətinin kombinasiyası tətbiq edilir. 

Inflyasiya ilə mübarizədə  radikal üsul pul islahatıdır. Pul islahatı 

–  pul  dövriyyəsini  nizamlamaq  məqsədilə  pul  sisteminin  dövlət 

tərəfindən qismən və ya tam yenidən təşkil edilməsidir. 

Pul  islahatı  multifikasiya,  restavrasiya,  devalvasiya  və  ya 

denominasiya yolu ilə həyata keçirilə bilər. 

Multifikasiya  –  keçmiş  milli  pul  vahidinin  ləğvi  və  yenisinin 

buraxılışıdır. 

Revtavrasiya  –  pul  vahidinin  keçmiş  qızıl  məzmunun 

revtavrasiyasıdır. 

Devalvasiya  –  pul  vahidinin  qızıl  məzmunun  ixtisarı  və  ya  ABŞ 

dollarına münasibətdə rəsmi valyuta kursunun aşağı salınmasıdır. 

Denominasiya  –  tələb  olunan  proporsiyada  yeni  pul  nişanlarına 

mübadilə ilə dövriyyədəki pul kütləsinin həcminin azaldılmasıdır. 

Nəzərə  almaq  gərəkdir  ki,  devalvasiya  zamanı  qızıl  məzmuna 

bərabərləşdirilən  ABŞ  dolları  mütləq  möhkəm  valyuta  deyil.  Belə  ki, 

dollar  1971-ci  ildə  7,9  %,  1973-cü  ildə  isə  daha  10  %  devalvasiya 



 

229


olunub.  Buna  görə  də  Avropa  valyutası  zonası  hüdudlarında  vahid 

Avropa  valyutası  tətbiq  edilənədək  Qərbi  Avropa  devalvasiya  Avropa 

valyuta  sisteminin  sərbəst  dəyişən  valyuta  kurslarına  uyğun  olaraq 

aparılırdı. 



 

§ 6.5. RUSIYA IQTISADIYYATINDA INFLYASIYA. 

 

 

XIX  əsrin  sonlarından  bizim  günlərə  qədər  rusiyada  qiymətlər 

dəyişməsini  izləsək,  qiymətlərin  aşkar  artım  meylini  görmək 

mümkündür.  Bu  yüksəlmə  müntəzəm  olmayıb.  Bəzi  mərhələlərdə 

inflyasiya templəri yüksəlib, digərlərində isə azalıb və hətta mənfi olub. 

Ancaq ümumiyyətlə, rus pul vahidinin dəyərdən düşməsi prosesi (kiçik 

istisnalarla)  üstünlük  təşkil  edib.  Inflyasiya  templərindəki  dəyişmələr 

ümumi siyasi-iqtisadi vəziyyətdəki dəyişmələrlə əlaqəli olub. 

1890-1893-cü illər ərzində ( mperator III Aleksandr çarlığının son 

illəri)  qiymətlər  4,6  %  yüksəldi.  1894-1897-ci  illərdə  (imperator  II 

Hikolayn  çarlığının  ilk  illəri)  qiymətlər  3  %  ucuzlaşdı.  1898-1901-ci 

illər ərzində qiymətlər güclü artdı və bu artım 1890-cı ilə nisbətdə 114,9 

% təşkil etdi. Müəyyən qiymət aşağı düşməsindən sonra 1904-cü ildəki 

(rus-yapon  müharibəsinin  başlanğıcı)  qiymətlər  yenidən  artır  (1903-cü 

ilə  nisbətən  4  %).  Birinci,  rus  inqilabı  hadisələri  zamanı  qiymətlər 

yüksək  templərlə  artdı.  Belə  ki,  1905-1907-ci  illər  ərzində  qiymətlər 

1904-cü  illə  müqayisədə  21,5  %,  1890-cı  illə  müqayisədə  isə  31,6  % 

yüksəldi. 

Inqilabi  hadisələrin  müvəqqəti  sakitləşməsi  səbəbindən  yaranan 

qısa  müddətli  ucuzlaşmadan  sonra  qiymətlər  yenidən  yüksəlməyə 

başladı.  914-ci  ilin  sonuna  onlar  1890-illə  müqayisədə  146,2  % 

yüksəldilər.  I  Dünya  Müharibəsi  gedişində  qiymətlər  xüsusi  ilə  güclü 

yüksəldilər. Məsələn, 1915-ci il qiymətlər 1890-cı illər müqayisədə 236 

%  təşkil  edirdilər.  1916-cı  ildə  ilk  kartoçkalar  buraxıldı,  1917-ci  ilin 

fevral  inqilabından  sonra  isə  metal  sikkələr  əvəzinə  onların  kağız 

surroqatı tətbiq edildi. 1890-1915-ci illərdəki qiymət dəyişmələri 6.12-ci 

şəkildə göstərilir. 

Oktyabr inqilabından sonra, hərbi kommunizm mərhələsində azad 

ticarət qadağan olunmuşdu, pulun dəyərdən düşməsi milyonlarla dəfə ilə 

ölçülürdü. 1921-ci ildə hərbi kommunizmdə yeni iqtisadi siyasətə (NEP) 

baş  verdi.  Uyğun  bazanın  yaradılması  üçün  1922-1924-cü  illərdə  pul 

islahatı  həyata  keçirildi.  Mərkəzləşdirilmiş  qiymət  qoymanın 




 

230


imkanlarına və qiymətlərin idarə edilməsinə baxmayaraq, müextəlif növ 

məhsullara  münasibətdə  onların  daimliyini  və  ya  hətta  eyni  rtım 

templərini  təmin  etmək  mümkün  olmadı.  Belə  ki,  1923-cü  ildə  sənaye 

məhsullarının  topdansatış  qiyməti  2,9  dəfə  yüksəldi,  kənd  təsərrüfatı 

məhsulları  isə  əksinə  ucuzlaşdı.  Bu  hal  “qiymətlər  qayçısı”  adını  aldı. 

Nəticədə  sənaye  məhsulunun  yığılıb  qalması  baş  verdi  və  maya 

dəyərinin,  yük  daşıma  tariflərinin  və  satış-ticarət  təşkilatlarının 

əlavələrinin  məhdudlaşdırılmasına  yönələn  tədbirlərə  baxmayaraq, 

1926-1927-ci  illərdən  sonra  ölkədə  pərakəndə  satış  qiymətlərinin 

yenidən artımı başladı. 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1915 


 

1890 


1895 

1905 


1910 

10 


40 

1900 


130 


Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə