А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 2,96 Mb.
Pdf görüntüsü
səhifə77/148
tarix14.09.2018
ölçüsü2,96 Mb.
#68571
1   ...   73   74   75   76   77   78   79   80   ...   148

 

231


 

 

Şə

kil 6.12 



1890-1915-ci illərdə qiymətlərin dinamikası 

 

1931-ci  ildə  yüksəldilmiş  qiymətlərlə  kommersiya  ticarəti  açıldı, 



ümumi  ticarət  isə  kartoçkalar  üzrə  həyata  keçirilirdi.  Aşağı  “payok” 

qiymətlərilə  qapalı  bölüşdürmə  şəbəkələri,  həmçinin  “torqsinlər” 

(xaricilərlə  ticarət)  –  istehlak  mallarının  qızıl  və  valyutaya  satıldığı 

mağazalar yaradıldı.1932-35-ci illərdə əmək haqqının və pərakəndə satış 

qiymətlərinin  növbəti  yüksəlməsi  baş  verir.  Ancaq  bununla  birgə 

sənayedə  əmək  haqqı  artımı  əmək  məhsuldarlığı  artımını  üstələyirdi. 

Ağır  sənayenin  rentabelliyini  təmin  etmək  üçün  qiymətlərin  əmələ 

gəlməsi  cari  istehsal  xərcləri  bazasında  aparılırdı,  əsaslı  tikintinin  və 

istehsal  fondlarının  genişlənməsinin  maliyyələşməsini  isə  dövlət  öz 

üzərinə  götürmüşdü.  1936-cı  ildə  sənayedə  topdansatış  qiymətlərinin 

islahatı  həyata  keçirilirdi.  Qiymət  əmələ  gəlməsində  faktik  istehsal 

xərclərinin  miqdarı  istifadə  olundu,  mənfəətə  və  dövriyyədən  vergiyə 

isə normativ vergilər müəyyənləşdirildi. 

Bununla  birgə,  1940-ci  ildə  sənaye  topdansatış  qiymətləri  1926-

27-ci  illərə  nisbətdə  2,2  dəfə,  pərakəndə  satış  qiymətləri  6,5  dəfə, 

tədarük qiymətləri isə 3,3 dəfə yüksək idi. 

Böyük  Vətən  Müharibəsi  zamanı  kartoçkalar  üzrə  verilən 

məhsulların  qiyməti  stabil  səviyyədə  saxlanıldı.  Yenidən  kommersiya 

ticarəti  açıldı,  həm  də  kommersiya  qiymətləri  “payok”  qiymətlərindən 

əhəmiyyətli  yüksək  idid.  1947-ci  ildə,  Böyük  Vətən  Müharibəsinin 

qələbə  ilə  başa  çatmasından  sonra  pul  islahatı  həyata  keçirildi.  Bu 

islahat  çərçivəsində  yüksək  kommersiya  və  aşağı  pay  qiymətləri  ləğv 

olundu. 1949-cu ildə topdansatış qiymətlərinin islahatı həyata keçirildi. 

1949-cu  ildən  başlayaraq,  bazar  qiymətlərinin  plana  uyğun 

azaldılmasının  həyata  keçirilməsinə  başlanıldı.  1950-ci  ildə  qiymətlər 

səviyyəsi 1940-ci il səviyyəsinin 75 %-dən yüksək deyildi.195-cü ildən 

başlayaraq,  buğda  və  başqa  kənd  təsərrüfat  məhsullarının  tədarükünü 

stimullaşdırmaq məqsədilə sistematik olaraq, alış və tədarük qiymətləri 

yüksəldilir.  Məsələn,  1965-ci  ildə  alış  qiymətləri  1964-cü  illə 

müqayisədə 17 % yüksəlmişdi, bununla birgə gidər qiymətlər bir qədər 

aşağı düşmüşdür. 



 

232


Beləliklə,  inflyasiya  rus  iqtisadiyyatında  daimi    mövcud  olub. 

Inflyasiyanın  əsas  səbəbləri  istehsal  üsulunun  özündə  zəmin  tapırdı, 

əmək  haqqı  artımına  və  istehlak  məhsullarının  bölgüsünə  inzibati 

nəzarət isə yalnız müəyyən müddət ərzində məhsul vahidinə qiymətlərin 

səviyyəsini qorumağa imkan verirdi. 

Indiki  zamanda  inflyasiya  proseslərinin  əsas  səbəbləri 

keyfiyyətində aşağıdakıları hesab edilər (şəkil 6.13). 

~  Iqtisadiyyatın militarizasiyası və hərbi xərclərin artırılması; 

~  Dövlət büdcəsinin kəsiri; 

~  Dövlət borcunun hədsiz artımı; 

~  Xammal,  yanacaq  və  nəqliyyatın  qiymətlərinin  nəzarətdir 

artımı; 


~  Uzunmüddətli kapital qoyuluşlarının həcminin yüksəlməsi. 

 

 

 

 

 

 

Şə

kil 6.13 



Inflyasiya proseslərinə səbəb olan amillə

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Beləliklə,  inflyasiyanın  ilkin  səbəbi  pul  kütləsi  ilə  istehlak 

mallarının  müvafiq  həcminin  ötürülməsi  imkanın  olmamasıdır.  Bu  isə 

Inflyasiya amilləri 

Istehsalın strukturundakı 

уйьунсузлуглар 

Uzunmüddətli kapital 

qoyuluşlarının yüksəlməsi 

Xammal, yanacaq və nəqliyyat 

qiymətlərinin artımı 

Iqtisadiyyatın militarizasiyası 

(hərbiləşdirilməsi) 

Dövlət büdcəsinin kəsiri 



 

233


öz  növbəsində  istehsal  sferasındakı  struktur  uyğunsuzluğundakı  irəli 

gələ bilər. 

Belə  ilkin  səbəblərdən  biri  də  hərbi  xərclərin  hədsiz  böyük  payı 

ola  bilər.  Inflyasiyasının  təşəkkülü  resurslar  alqısına  –  məhdud  təkliflə 

xarakterziə edilən, daha doğrusu, defisit olan alqıya yardım edir. Məsələ 

bundan ibarətdir ki, silah sifarşçiləri dövlət büdcəsindən imtiyazlı  vəsait 

alanlar  olduqlarından  mülki  məhsul  istehsalçlarından  belə  resurslara 

daha  böyük  qiymət  ödəməyə  gücləri  çatır.    Rusiya  hərbi  sahələri  üçün 

daha  yüksək  texnoloji  təchizat  və  əmək  haqqının  yüksək  səviyyəsi  də 

xrakterikdir.  Bu  hərbi  sahələrdə  məhsul  vahidinə  daha  yüksək  xərclər 

səviyyəsini,  həm  istifadə  olunan  və  həm  də  buraxılan  məhsulların 

qiymət artımını bildirir. 

Hərbi  istehsalın  konversiyası  heç  də  həmişə  inflyasiya  prosesini 

dayandıra bilməz. 

Inflyasiyanın  artımını  şərtləndirən  başqa  bir  amil  dövlət 

büdcəsinin  kəsiridir.  Uzunmüddətli  dövr  ərzində  dövlətin  xərcləri 

gəlirlərindən  çox  üstün  olanda,  bu  hal  yaranır.  Dövlətin  xərclərinin 

kəsirinin  ötürülməsi  üçün  əlavə  maliyyə  vəsaitləri  mənbələri 

tapılmalıdır.  Bu  mənbələrdən  əsası  pul  emissisyasıdır.  Nəticədə 

dövriyyədəki pul kütləsi artır. Dövlət istiqrazları buraxılışından və xarici 

borclardan  da  istifadə  etmək  olar.  Ancaq  bu  maliyyə  mənbələri  yalnız 

onları istifadə etmək mümkün olanda “işləyirlər”. Bundan başqa alınan 

əlavə vəsaitləri gec və ya tez faizlərlə birgə qaytarmaq lazım gəlir.  

Başqa ölkələrdəki kimi Rusiyada da inflyasiyanın mənbələrindən 

biri  dövlət  xərcləri  ola  bilər.  Bu  xərclər  istisnasız  olaraq,  vergi 

daxilolmaları  hesabına  ötürülür.  Qiymətlərin  yüksəlməsi  dövlət  üçün 

məqsədəuyğun olur, çünki bu halda əlavə xərclər mümkün olur. Bundan 

başqa,  qiymətlərin  yüksəlməsi  vergitutma  bazasının artımını  bildirir  və 

bu da dövlət gəlirlərinin yüksəlməsini ifadə edir. 

Dövlət  tərəfindən  alınan  gəlirlər  həmçinin  “büdcə  sferasının” 

saxlanılmasına  xərclənir.  Bura  inzibati  xərcləri,  həmçinin  səhiyyəyə, 

təhsilə,  elmə,  pensiya  təminatına,  ətraf  mühitin  qorunmasına  və  s.-ə 

xərclərə aiddir. Rusiyada bu xərclərin maliyyə təminatı hələ də yüksək 

səviyyədə  olmasa  da,  dərk  etmək  gərəkdir  ki,  bu  büdcə  ödənişlərinin 

müvafiq  struktur  dəyişmələri  və  əmək  məhsuldarlığının  yüksəlməsi 

olmadan artımı inflyasiya proseslərini stimullaşdırır. 

Dövlət büdcəsinin kəsiri – hər il formalaşan və bir neçə il ərzində 

yığılan  kəsir  dövlət  borcunu  yaradır.  Beləliklə,  dövlət  borcunun  artımı 




Yüklə 2,96 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə