А. Д. Чудаков гиймятляр вя гиймятин



Yüklə 3,85 Mb.

səhifə78/148
tarix14.09.2018
ölçüsü3,85 Mb.
1   ...   74   75   76   77   78   79   80   81   ...   148

 

234


büdcənin  uzunmüddətli  kəsirinin  əlamətidir  və  inflyasiya  proseslərini 

stimullaşdırır. 

Inflyasiya  proseslərinin  yaranması  səbəbi  həmçinin  hasilat 

sənayesində qiymətlərin artımı ola bilər. Bu artım həmin sahələrdə əmək 

haqqının  yüksəlməsi,  maşın  və  avadanlıqlara  xərclərin  artması,  köhnə 

mənbələrin istismarındakı və yenilərin mənimsənilməsindəki çətinliklər, 

nəqliyyat  xərclərinin  yüksəlməsi  nəticəsində  baş  verə  bilir.  Xammal 

sahələrindəki  qiymət  artımı  və  xammalın  nəqlinə  xərclər  bu  xammalı 

istifadə  edən  müəssisələrin  məhsulunun,  sonra  da  bütövlükdə 

iqtisadiyyatın məhsullarının qiymətinin artamsına səbəb olur. 

SSR -də  inflyasiya  prosesləri  1976-1985-ci  illərdə  xüsusilə 

sürətləndi. Bu müddətdə qiymətlərin aşkar artımı ilə birgə gizli formada 

inflyasiyanın  olması  da  xarakterikdir.  Bu  gizli  forma  hər  şeydən  öncə 

məhsulların çeşidi və keyfiyyətində, ucuz məhsulların “yuyulmasında”, 

yoxa  çıxan  ucuz  məhsullar  əvəzinə  istehlakçılara  bahalı  məhsulların 

sızınmasında özünü göstərdi. 

Rusiyada  qiymətlərin  liberallaşmasından  sonra  inflyasiya 

proseslərinin  kəskin  sürətlənməsi  baş  verdi  və  nəticədə  tezliklə 

hiperinflyasiya başladı. 1992-ci ildə 1991-ci ilə nisbətən qiymətlər 26,1 

dəfə,  1993-cü  ildə  1992-ci  ilə  nisbətən  9,4  dəfə,  1994-cü  ildə  1993-cü 

ilə nisbətən 3,24 dəfə, 1995-ci ildə 1994-cü ilə nisbətən 2,3 dəfə artdı. 

1995-ci  ildə  qiymətlər  1991-ci  ilə  nisbətən  bütövlükdə  1813  dəfə 

yüksəldi. 

Rusiya  iqtisadiyyatındakı  inflyasiyanın  müəyyən  xüsusiyyətləri 

ilə xarakterizə olunurdu: 

~  Inflyasiya  iqtisadiyyatın  əhəmiyətli  dövlət  sektorunun 

mövcudluğu şəraitində baş verirdi; 

~  Yüksək  inflyasiya  tempi  istehsalın  böhranına  müvafiq  işsizlik 

artımı yaratmadı; 

~  Bazar  strukturları  qeyri-müntəzəm  formalaşırdı,  rəqabət 

münasibətləri isə birmənalı inkişaf etmirdi; 

~  Bazar  iqtisadiyyatının  hüquqi  əsasları    və  müvafiq 

qanunvericilik formalaşma mərhələsində idi. 

Təsvir  edilən  müddətdə  Rusiya  iqtisadiyyatında  inflyasiyanın 

yaranmasının əsas səbəbləri şəkil 6.14 də göstərilir. 

 

 

 

Rusiyada 

inflyasiyanın 

səbəbləri 

Bir sıra müəssisələrin inhisarçılığı 

Böyük büdcə kəsirinin mövcudluğu 

Xarici ticarətə dövlət inhisarından imtina 



 

235


 

 

 

 

 

 

 

 

 

Şə

kil 6.14 



Rusiyada inflyasiyanın yaranması səbəbləri 

 

 



 

 

 



 

 

 



Inflyasiyanın  Rusiya  tipi  adi  inflyasıdan  bir  çox  cəhətlərinə  görə 

fərqlənir (bu və başqa şəkildə bütün ölkələrdə olan inflyasiyadan) 

Birincisi,  hər  bir  antiinflyasiya  tədbirləri  bazar  özünütənzimləmə 

mexanizminin gücü ilə inflyasiya proseslərinin dəf edilməsi məqsədinə 

malikdir. Başqa məsələdir ki, bu bazar mexanizmlərinin qoşulması üçün 

impluslar dövlət idarəetmə təsiri formasında daxil olur. Ancaq Rusiyada 

bazarın  özünütənzimləmə  mexanizmləri  yetərli  səviyyədə  inkişaf 

etməmişdi. 

Ikincisi, Rusiyada antiinflyasiya tədbirlərində köhnə yanaşmalarla 

planlı  iqtisadiyyat  ənənələrinə  əsaslanan  yanaşmalarla  bazar 

iqtisadiyyatına  yönəli  yanaşmaların  uyğunlaşdırılması  şəraitində 

inflyasiya təşəkkül tapır və inkişaf edirdi. Bu ona səbəb oldu ki, indiki 

zamanda Rusiyadakı inflyasiya siyasi situsiyadan güclü asılı oldu. 

Üçüncüsü,  təcrübə  göstərdiyi  kimi,  Rusiyada  qiymətlərin  artım 

tempi adi artım templərində çox yüksək oldu. 

Qiymətlərin  azad  olması  (qiymətlərin  liberallaşdırılması)  bir 

tərəfdən  məhsul  defisitinin  praktik  olaraq  tam  ləğvinə,  digər  tərəfdən 

inflyasiya proseslərinin inkişafına səbəb oldu. 




 

236


Indiki  zamanda  Rusiyada  inflyasiyanın  yeni  tipi  –  “boğulmuş” 

inflyasiya  adlanan  tipi  təşəkkül  tapıb.  Boğulmuş  inflyasiya  pensiya  və 

müavinətlərin,  həmçinin  büdcə  sferasının  işçilərinin  (təhsil,  səviyyə, 

elm,  hərbi  sferanın  işçiləri,  şaxtaçılar  və  s.)  əmək  haqqının 

ödənilməməsi və ya vaxtında ödənilməməsi ilə xarakterizə edilir. 

Son  nəticədə  inflyasiyanın  aşkarlanması  və  inkişafı  istehsalda 

struktur disproporsiyalarının ləğvi üçün müvafiq investisiyaların həyata 

keçirilməsi  zəruri  olan  disproporsiyaların  mövcudluğunu  təsdiq  edir. 

Amma  inflyasiya  şəraitində  perspektivə  hesablanmış  hər  hansı 

investisiyalar etmək əsaslı görünmür. 

Rusiyadakı  indiki  inflyasiyanın  xarakterik  xüsusiyyəti  “nəğd 

pullardan qaçış” adlanan halın olmamasıdır. Bundan başqa, dövriyyədə 

olan pul kütləsinin artımı müşahidə olunur. Belə artım özünə inflyasiya 

proseslərinin  yaranmasını  əks  etdirir.  Buna  görə  də  əhalinin  yığımının 

yüksəlməsinə,  əhalinin  banklara  əmanət  qoyuluşlarına  (ilk  növbədə 

Əmanət  bankına)  müsbət  hal  kimi  baxmaq  lazımdır.  Birincisi,  bu 

yığımları  investisiya  üçün  istifadə  etmək  olar.  Ikincisi,  bu  yığımlar 

dövriyyədən  götürülür  və  buna  görə  də  dövriyyədəki  pul  kütləsinin 

həcmini azaldır. 

Bu  halda  bank  faiz  dərəcələrinin  düzgün  təyin  edilməsi  – 

inflyasiyanın faktik səviyyəsinə müvafiq olması böyük əhəmiyyət kəsb 

edir.  Əgər  bank  krediti  üzrə  faiz  dərəcləri  inflyasiya  templərindən 

əhəmiyyətli  dərəcədə  yüksək  olarsa,  kredit  olduqca  bahalaşır  və  bu  da 

investisya fəaliyyətini məhdudlaşdırır. Bundan başqa, faiz dərəcələrinin 

yüksəlməsi istehsal xərclərinin yüksəlməsinə səbəb olur və bu da qeyd 

edildiyi kimi inflyasiyaya gətirir. 

Beləliklə, inflyasiya ilə mübarizə üçün bank faiz dərəcəsini aşağı 

salmaq gərəkdir. Ancaq belə azlma dozalaşdırılmalıdır və olduqca aşağı 

bank  faizi  dərəclərinin  bank  qoyuluşlarını  sərfəsiz  etməsinə  səbəb 

olmamalıdır. 

Rusiyada  inflyasiya  proseslərinin  dinamikasına  fəaliyyətdə  olan 

vergi  sistemi,  xüsusilə,  əlavə  dəyər  vergisinin  ilkin  yüksək  dərəcəsi 

əhəmiyyətli təsir göstərir. Bu verginin tətbiqi qiymətin faktik olaraq, bu 

vergi məbləğində yüksəlməsini bildirir. 

Rusiyada  qiymətlərin  tənzimlənməsi  üzrə  tədbirlər  şəkil  6.15  də 

əks etdirilir: 

Şə

kil 6.15 





Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə