64
ümumi xərcləri ilə tutuşdururlar. Bu yolla nəzərdə tutulmuş vaxt
müddəti üçün mənfəəti müəyyən etmək olar. Amma orta xərclərin və
ümumi mənfəətin dinamikası heç də həmişə səmərəli material tutumu
həcminin optimumluğunu təyin edə bilmir.Bu yalnız son hədd
xərclərinin davranışını nəzərdən keçirdikdən sonra aydın olur.Əvvəlcə
son hədd xərcləri azalır. Müəyyən həcmdən sonra son hədd xərcləri
artmağa başlayır,eyni həcmdə məhsulun buraxılışı üçün çəkilən orta
ümumi xərclərlə bərabərləşir və belə halda vəziyyəti optimal hesab
etmək olar.
Buna görə də ikinci halda müəssisənin son hədd gəlirlərinin
onun son hədd xərcləri ilə müqayisə edilməsi işi aparılır.Əlavə məhsul
vahidinin istehsalı təkcə əlavə xərcləri deyil,həm də əlavə gəlirlərin
təmin edilməsini tələb edir.Bu əlavə gəlirin ölçüsü n və n +1 məhsul
vahidinin satışından əldə edilən mədaxilin müxtəlifliyi kimi təyin edilir.
Qiymətəmələgəlmənin prinsipləri müxtəlif rəqabət şərtləri olan
əmtəə bazarlarında 2.2 saylı cədvəldə göstərilmişdir.
Cədvəl 2.2 мüxtəlif rəqabət şəraitində qiymətlər
__________________________________________________________
Bazar faktoru
___________________________________________________
Satış həcmi qiymət mənfəət həcmi
________________________________________________________________________________
Xalis rəqabət tələbata əsasən təyin satıcıdan aslı tələb və təklifdən
edilir olmur asılıdır
---------------------------------------------------------------------------------------------------------------
Oliqopoliya alıcılar və satıcılar satıcılar ara- satıcılar arasındakı
arasındakı razılaş- sındakı razı- razılaşmalardan
malarla təyin edilir laşmalardan asılıdır
asılıdır
---------------------------------------------------------------------------------------------------------------
Xalis inhisar satıcı tərəfindən satıcıdan ası- maksimal
təyin edilir lıdır
_______________________________________________________________________________
Təcrübədə istifadə edilən ,eyni zamanda nə xərclərlə nə də
ki,bazaar yanaşmaları ilə heç bir əlaqəsi olmayan bəzi anlayışlara nəzər
salaq.
Düzgün və yaxud xalis qiymətlər – bu qiymətlər mənfəətin və
yaxud mükafatlandırmanın ümumi qəbul edilmiş normalarını nəzərdə
65
tutur. Bu normalara görə partnyorlara, onların əməyinə və şəxsi
təşəbbüslərinə hörmət olunmalıdır.
Qarışıq qiymətlər – bu qiymətlər nə məhsulun keyfiyyəti
cəhətdən,nə də ki,bazardakı vəziyyət baxımından normalara cavab
verməyən ya kəskin şəkildə qaldırılmış,ya da ki, aşağı endirilmiş
qiymətlərdir. Belə qiymətlər həmişə ixtisası olmayan və əyri yolla
məşğul olan satıcının fəaliyyəti nəticəsində yaranır.
Ən münasib qiymətlər – elə qiymətlərdir ki,onların satıcı
tərəfindən yüksəlməsi bu qiymətlərin alıcı tərəfindən qəbul
edilməməsinə,aşağı endirilməsi isə alıcının həddən artıq marağının
yüksəlməsinə gətirib çıxarır.Belə qiymət həm satıcının. həm də alıcının
ticarət razılaşmalarındakı məqsədəuyğunluğunun tam razılaşmasına
gətirib çıxarır.
Çox vaxt vəziyyətin 3 variantına rast gəlinir:
Koordinasiya edilməmiş oliqopoliya – bu variantda istehsalçı
firmalar bir-biri ilə əlaqəyə girmirlər və hamını razı salan tarazlıq
qiymətlərin axtarışına çıxmırlar ;
“Qaydalar üzrə oyun” – belə olduqda müəssisə qiymətin əmələ
gəlməsini rəqiblər üçün aydın və anlaşılan şəkildə apaır,bu da ki,bazar
tarazlığının yaranmasına şərait yaradır ;
Istehsalçıların bir-biri ilə razılaşması – burada məqsəd
uzunmüddətli inhisarçı tarazlığının əldə edilməsi,oliqopoliyadan fərqli
şəkildə daha yüksək inhisar mənfəətinin əldə edilməsindən
ibarətdir.Belə birləşmə ( yaxud da saziş) kartel adlanır.
Bir neçə istehsalçının kartel şəklində birləşməsi xüsusi maraq
doğurur.Bir istehsalçının inhisarçı hakimiyyəti çox nadir ,amma bir
qayda olaraq qısamüddətli bir haldır.Bununla belə kartellər faktiki
olaraq bir sıra sənaye sahələri üçün inhisarçı strukturu yaradır.
Səciyyəvi misal olaraq XX əsrin ilk 33 ilində elektrotexnika
sənayesində yaranan kartelləri göstərmək olar.1924-cü ildə bu sahənin
ən iri istehsalçıları “FEB” elektrik lampaları karteli yaratdı ki,buraya da
“Osram” (Almaniya) ,”Filips” (Hollandiya), “General electric”
( ngiltərə) və bir sıra digər istehsalçıların daxil olduğu elektrik lampaları
karteli yarandı.Açıq-aydın səsləndirilməsə də 2 iri amerikan istehsalçısı
da – “General electric K” və “Vestinqhaus electric” onlara birləşmişdi.
Bazar iqtisadiyyatı ilə xidmət göstərilən bütün dünya ölkələri bu kartelin
iştirakçıları arasında bölüşdürülmüşdü. Bu da imkan yaratdı ki, məhsul
inhisarçı qiymətlər üzrə realizə olunsun. Amma “FEB”karteli 1941-