A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə2/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   2   3   4   5   6   7   8   9   ...   82

 
 
 
 
 
 
Redaksiya Şurasından  
 
 
 
Ön söz 
əvəzi
F
əlsəfə, elm və siyasət 
 
 
Az
ərbaycanda inkişafın, siyasi sabitliyin indiki mərhələsində elmi icti-
maiyy
əti düşündürən məsələlərin müzakirəsinə böyük ehtiyac var. Mövcud 
v
əziyyət bu müzakirələrin səmərəli olmasına imkan verir, konkret nəticələr 
əldə ediləcəyinə inam yaradır.  
Bel
ə  məsələlərdən biri də  fəlsəfə, elm və  siyasətin  qarşılıqlı  əlaqəsi 
m
əsələsidir. Əgər elm dünyanın, obyektiv gerçəkliyin dərk olunmasına, fəl-
s
əfə  bizim  ideallarımızın  formalaşmasına  xidmət edirsə, siyasət gerçəkliyi 
ide
allarımız və maraqlarımız əsasında yenidən qurmağa, ictimai münasibət-
l
ərin daxili potensialını müvafiq məcraya yönəltməyə xidmət edir və bu isti-
qam
ətdə real fəaliyyət göstərilməsini nəzərdə tutur. Bu mənada siyasət sadə-
c
ə hakimiyyət uğrunda mübarizə olmayıb, həm də bu hakimiyyətdən sosial 
idealla
rın realizasiyası üçün istifadə edilməsi, ictimai iradənin təzahürüdür. 
Hakimiyy
ət isə, heç də F.Nitsşenin təqdim etdiyi kimi, sadəcə özünütəsdiq 
ol
mayıb,
1
 h
əm də M.Fukonun baxışlarına uyğun olaraq mürəkkəb strateji si-
tuasiyada  sosial subyektl
ərin fəaliyyətini tənzim edən güc sahəsidir.
2
 
İ.Pri-
qojin d
ə belə hesab edir ki, siyasi nizam ancaq qanun və sərəncamlarla əldə 
edilmir; ilk növb
ədə ictimai sistemlərin daxili özünütənzimləmə tendensiya-
la
rı nəzərə alınmalıdır.
3
 Bunun üçün is
ə öncə elmi tədqiqata ehtiyac yaranır. 
Ölk
ədə elmin inkişaf etdirilməsi üçün bütün dövlət miqyasında həyata 
1
 
Ф.Ницше. Воля к власти. М., 2005. 
2
 
М.Фуко. Воля к истине. М., 1996, с. 193. 
3
 
И.Пригожин. И.Стенгерс. Порядок из хаоса.  М., 1986, с. 28. 
 
- 5 - 
                                                 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
keçiril
ən vahid elm siyasəti  olmalıdır.  Təsadüfi deyil ki, Prezident  İlham 
Əliyev tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri də elmin və təhsilin 
milli  inkişaf  konsepsiyasının  hazırlaması  ilə  yanaşı,  onların  realizasiyası 
üçün konkret t
ədbirlər həyata keçirilməsindən ibarətdir. Bu, ölkənin inkişafı 
üçün son d
ərəcə mühüm məsələdir və onun intellektual potensialının səfər-
b
ər olunmasını tələb edir. Ən əsası odur ki, ölkəmizdə elmin inkişaf etdiril-
m
əsi üçün qətiyyətli mövqe, siyasi iradə vardır. Bu iradənin fəaliyyət pro-
qra
mına  və  siyasi kursa çevrilməsi istiqamətində  fəaliyyət  artıq  başlan-
mışdır. Belə bir siyasi kursun hazırlanması və gerçəkləşdirilməsi işində filo-
sof
ların da üzərinə böyük məsuliyyət düşür. Belə ki, bunun üçün öncə elmin 
f
əlsəfəsi və sosiologiyası ilə bağlı olan bir sıra fundamental məsələlərə ay-
dınlıq gətirilməlidir. Güman edirik ki, ölkəmizdə elmşünaslığın müstəqil bir 
f
ənn kimi formalaşmasına, bir tərəfdən, elm və təhsilin, digər tərəfdən də, 
elm v
ə ictimai həyatın daha optimal şəkildə əlaqələndirilməsi işində elmşü-
nas
lığın  nailiyyətlərinə  və  qabaqcıl  ölkələrin  praktikasına  istinad edilməsi 
çox vacibdir.  
İstənilən nəzəri elm sahəsi ilk növbədə öz tətbiqi ilə dəyər kəsb edir. 
Uzun müdd
ət fəlsəfəni praktikadan uzaq, ifrat mücərrəd və metaelmi bir sa-
h
ə kimi başa düşənlər ictimai hadisələrin gedişinə daha böyük tarixi zaman 
intervalında baxsalar, fəlsəfi təlimlərin də gec-tez praktik nəticələrə gətirdi-
yin
ə əmin ola bilərlər. Həm də bu nəticələr bütövlükdə dövrün ab-havasını 

əyyən edir, tarixin gedişatına, strateji inkişaf istiqamətlərinə təsir göstə-
rir. M
əlum olduğuna görə, tarixən fəlsəfi fikir ümumiyyətlə insan düşüncə-
sinin, n
əzəri idrakın sinkretik ifadəsi olmuşdur. Bütün elmlər zaman-zaman 
f
əlsəfədən ayrılmışdır. Dəqiq elmlərin, təbiətşünaslığın müstəqil tədqiqat sa-
h
əsi kimi formalaşması, sosial müstəvidə institutlaşması və ictimai tərəqqi-
nin strukturunda müst
əqil yer tutması əslində Qərb sivilizasiyasının forma-
laşmasına gətirib çıxarmışdır. Bütün müasir elmi-texniki nailiyyətlərin, in-
no
vasiyaların, nou-xauların təməlində məhz bu böyük ayrılma, bəlkə də da-
ha d
əqiq demiş olsaq, doğuluş prosesi dayanır. Qərb dünyasında bu doğulu-
şun tarixi XVII-XVIII əsrlər göstərilir. Məhz həmin dövrdə – Avropada elm 
dinin t
əsirindən  azad  olmaqla  yanaşı,  fəlsəfədən də  ayrılmışdır.  Orta  əsr-
l
ərdən başlayaraq ilahiyyatın təsiri altına düşmüş fəlsəfənin özü də bundan 
sonra din
ə nəzərən müstəqillik əldə etmiş, daha çox dünyəviləşmişdir. Son-
rakı  mərhələdə  dinşünaslığın  da  nisbi  müstəqil elm sahəsi kimi  ayrılması 
 
- 6 - 


Redak
siya Şurasından  
 
f
əlsəfəni xeyli yüngülləşdirmiş və o öz inkişafının daha azad bir mərhələsi-
n
ə qədəm qoymuşdur.   
Öz predmetini xeyli konkretl
əşdirən və artıq yükdən azad olan fəlsəfə 
artıq elmlə paralel inkişaf etməyə başlamışdır.  
Lakin XIX-XX 
əsrlərdə  fəlsəfədən  ikinci  böyük  ayrılmalar  başlandı. 
Pedaqoji elml
ər, hüquq elmləri, psixologiya, sosiologiya, politologiya – ha-
mısı  əvvəlcə  fəlsəfənin bətnində  yetişmiş  və  məhz kifayət qədər yetişdik-
d
ən, metodoloji təmələ malik olduqdan sonra müstəqil surətdə inkişaf edə-
r
ək ictimai həyatın və dövlət-hüquq sisteminin nəzəri-konseptual və tətbiqi-
el
mi bazası kimi formalaşmışdır.
  
XX 
əsrdən etibarən  artıq  yeni  diferensiallaşma  prosesləri gedir. Nə 
vaxtsa f
əlsəfədən ayrılmış elmlər artıq o qədər uzaqlaşmışlar ki, onların me-
to
doloji bazasını təmin etmək üçün yeni ayrılmalar baş verir. Məsələn, fəl-
s
əfə  ilə  pedaqogikanın  qovşağında  etika  fənni, fəlsəfə  ilə  sənətşünaslığın 
qov
şağında estetika fənni artıq kifayət dərəcədə nisbi müstəqillik əldə etmiş-
dir. F
əlsəfə ilə təbiət elmləri arasında mövqe tutan elmin metodologiyası, el-
min sosiologiyası və nəhayət, elmşünaslıq da xeyli dərəcədə müstəqil tədqi-
qat sah
ələrinə çevrilmişdir.  
D
əqiq elmlərin özlərinin hədsiz dərəcədə diferensiallaşması və fəlsə-
f
ədən uzaqlaşması ilə yanaşı, həm də onların yenidən öz ilkin təməlinə qayı-
dışı istiqamətində inteqrativ proseslər gedir. Yəni yeni əlaqələndirici və sin-
kretik elm sah
ələri, yeni universal metodologiyalar yaranır. Başqa sözlə de-
s
ək,  elmin  metodologiyası  da  fəlsəfədən  ayrılaraq  müstəqillik  qazanmağa 
ça
lışır.  Bir  zamanlar  kibernetikanın  oynadığı  rola  müvafiq  olaraq,  ümumi 
sistem n
əzəriyyəsi və  sinergetikanın  inkişafı  sayəsində  fəlsəfə  ilə  xüsusi 
elml
ər arasında sanki yeni körpülər salınır. İndi ekologiya, davamlı inkişaf 
n
əzəriyyəsi və s. bu kimi sahələr də özlərinin əlaqələndirici mövqeyinə görə 
f
ənlərarası elm statusu kəsb edirlər.  
Bu  ayrılma  hadisələrindən sonra “fəlsəfə  öz  missiyasını  artıq  bitir-
mişdir”, indi daha metafizik düşüncələrə vaxt ayrılmasına ehtiyac yoxdur, – 
dey
ənlərin sayı artmışdı. XX əsrdə fəlsəfəyə münasibət doğrudan da dəyiş-
miş,  bəzi ölkələrdə  fəlsəfənin konkret əməli-tətbiqi elmlər olan ictimai-si-
yasi f
ənlərlə əvəz edilməsi tendensiyası üstünlük təşkil etmişdir.  
Lakin t
əcrübə göstərir ki, bütün bu ayrılmalara baxmayaraq, fəlsəfənin 
po
tensialı nəinki tükənməmiş, hətta o, yeni funksiyalar kəsb etməklə, daha 
da aktuallaşmışdır. Diferensiallaşma artdıqca, ayrı-ayrı elmlərin tədqiqat sa-
 
- 7 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə