A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə4/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   2   3   4   5   6   7   8   9   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
d
ə öz əqidəsini ictimai-siyasi həyatda gerçəkləşdirən bir şəxsiyyət kimi milli 
f
əlsəfi  fikir prizmasından tədqiq olunmasına  böyük  ehtiyac var.  İndiyədək 
N
ərimanovun ya bir yazıçı və maarifçi kimi, ya da dövlət xadimi kimi fəa-
liyy
əti az-çox dərəcədə öyrənilmiş olsa da, onun məfkurəsinin özünəməxsus 
c
əhətləri araşdırılmamış və ona kor-koranə surətdə bir bolşevik kimi yana-
şıldığına görə onun şəxsiyyəti və ictimai-siyasi statusu arasındakı ziddiyyət-
l
ər öz düzgün  izahını  tapa  bilməmişdi.  Bu  baxımdan  da  jurnalımızda  bu 
mövzunun t
ədqiqinə start verilmiş, milli-fəlsəfi və ideya-siyasi fikrin tarixi-
n
ə dair yeni araşdırmaların təməli qoyulmuşdur. 
Son vaxtlar az
ərbaycanlı sosial fəlsəfə və sosiologiya tədqiqatçılarının 
beyn
əlxalq elmi forumlarda iştirakı müntəzəm xarakter almışdır. Sosiologi-
ya doktoru Ə.Süleymanovun Göteborqda (İsveç) keçirilən XVII Ümumdün-
ya Sosiologiya Konqresind
ə, prof. S.Xəlilov və f.e.d. K.Bünyadzadənin Ber-
gend
ə  (Norveç) 60-cı  Beynəlxalq Fenomenologiya Konqresində  təmsil 
olun
ması buna daha bir sübutdur. Jurnalımızda bu elmi forumlar barədə mə-
lu
mat verilmişdir. 
Az
ərbaycan fəlsəfi fikrinin dünya fəlsəfəsinə inteqrasiyası daha bir ha-
dis
ə ilə təsbit olunmuşdur. Jurnalımız The Philosopher`s İndex-ə daxil edil-
mişdir. Bundan sonra çap etdiyimiz bütün məqalələr haqqında qısa məlumat 
ingilis dilind
ə  bütün  dünya  kitabxanalarına  çatdırılacaqdır.  Bu isə  həm 

əlliflərin, həm də Redaksiya Şurasının məsuliyyətini daha da artırır.   
 
 
Ramiz 
MEHDİYEV 
AFSEA-
nın prezidenti,  
Redaksiya 
Şurasının sədri, akademik 
 
 
- 10 - 


 
 
 
 
N
əriman Nərimanov – 140
 
 
 
 
N
əriman Nərimanov  1870-ci ildə  Tiflis 
şəhərində anadan olmuşdur. 1890-cı ildə Qori 
semina
riyasını,  1908-ci ildə  Novorossiysk 
(Odessa) Universitetinin tibb fakült
əsini 
bitirmişdir. 
1905-ci ild
ə  Sosial-Demokrat "Hüm-
m
ət" təşkilatınnın  rəhbərliyinə  daxil  olmuş, 
Rusiya Sosial-
Demokrat 
(bolşeviklər) 
Partiyasının  (RSDF(b)P  məramnaməsini  türk 
dilin
ə çevirmişdir. 1909-cü ildə həbs olunaraq 
H
əştərxan şəhərinə sürgün edilmişdir. 
1913-cü ild
ə Bakıya qayıdan Nərimanov ictimai-siyasi fəaliyyət və 
maarifçilikl
ə məşğul olmuşdur. 
Artıq  1917-ci ildə  N.Nərimanov "Hümmət" Təşkilatı  Mərkəzi Komitəsinin 
s
ədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, "Hümmət" qəzetinin baş redaktoru idi. 
1918-
ci ilin martında Nərimanov Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq 
komis
sarı  təyin olunur. Həmin  ilin  iyun  ayında  ağır  xəstəliklə  əlaqədar olaraq 
H
əştərxan  şəhərinə  müalicəyə  göndərilir.  Sağaldıqdan  sonra  həmin  şəhərdə  bir 
sıra partiya orqanlarında çalışır. 
N.N
ərimanov 1919-cu ildə  Moskvaya  çağırılaraq  RSFSR  Xalq  Xarici  İşlər 
Komis
sarlığında (XİN) Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə 
t
əyin edilir. 
28 aprel  1920-ci ild
ə  Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən və 
Az
ərbaycan SSR elan edildikdən sonra N.Nərimanov Azərbaycan SSR Müvəqqəti 
İnqilabı  Komitəsinin Sədri və  Xalq  Komissarları  Sovetinin  Sədri  (Baş  nazir) 
v
əzifəsini tutur. 
1922-ci ild
ə SSRİ yarandıqdan sonra, Lenin və partiya qarşısında xidmətləri 
n
əzərə alınaraq, SSRİ Mərkəzi İcrayyə Komitəsinin Həmsədrlərindən biri seçilir. 
N.N
ərimanov  1925-ci ildə  Moskvada  müəmmalı  şəkildə  ölmüş  və  Kremlin 
divarları yaxınlığında dəfn edilmişdir. 
 
- 11 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
 
 
 
 
 
Milli istiqlal v
ə sosial ədalət  
ideallarının uzlaşdırılması yolu
 
 
 
S
əlahəddin Xəlilov
 
 
T
əəssüf ki, biz hələ də qütbləşmiş düşüncə tərzindən xilas ola bilmi-
rik:  –  “Ya  h
ər  şey,  ya  da heç nə!”,  “ya  ağ,  ya  qara”.  Aradakı  bütün  rəng 
spektri n
əzərdən  qaçırılır.  Gerçək həyatın  bütün  zənginliyi  unudulur, inki-
şafın məhz ziddiyyətlərdən doğduğu da unudulmuş olur. 
Biz sözümüzü ona gör
ə təfəkkürdə qütbləşmə sindromundan başlama-
dıq  ki,  belə  bir  təzad  guya Nərimanov  şəxsiyyətinə  və  dünyagörüşünə  də 
aiddir; xeyr, tam t
ərsinə. Nərimanov bütün həyatı və yaradıcılığı boyu vahid 
v
ə ardıcıl bir əqidə nümayiş etdirmiş, bütün amalı öz xalqına, millətinə sə-
daq
ətlə qulluq etmək, xalqını maarifləndirmək, onun sosial vəziyyətini yax-
şılaşdırmaq, fərdi və ictimai miqyasda sağlam mühit yaratmaq və bunun sa-
y
əsində milli intellektual potensialı buxovlardan xilas edərək onun özünü-
ifad
əsi üçün şərait yaratmaqdan ibarət olmuşdur. İstər ədəbi-bədii, istər ma-
arifçilik v
ə istərsə də ictimai-siyasi fəaliyyətində, iqtidarda olduğu dövr də 
daxil olmaqla, o h
əmişə bu amala xidmət etmişdir. 
B
əs biz hansı ikiləşmədən, hansı qütbləşmədən danışırıq? Söhbət Nə-
rimanovun özünd
ən yox, onun dövründə  ictimai-siyasi mühitdəki qütbləş-
m
ədən gedir və eyni zamanda söhbət hələ indi də Nərimanova münasibətdə 
olan tamamil
ə fərqli, bir-birinə zidd mövqelərdən gedir. 
N.N
ərimanovun bəzən bolşevik kimi dəyərləndirilməsi və bu ideologi-
ya
ya xas olan bütün nöqsanların ona da aid edilməsi birtərəfli yanaşma ol-
maqdan  ziyad
ə, kökündən qüsurlu olan bir münasibətdir. Əvvəla, Nərima-
no
vun  dünyagörüşü,  əqidəsi  ancaq  kommunist  ideologiyasının,  ələlxüsus 
bolşevizmin təsiri ilə formalaşmamışdır. O, Lenin məktəbinin yetirməsi ol-
ma
mışdır. Nərimanov hələ Platondan üzü bəri davam edən və böyük Fərabi-
 
- 12 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə