A f s e a fəLSƏFƏ



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə5/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   2   3   4   5   6   7   8   9   ...   82

N
əriman Nərimanov – 140 
 
l
ərin, Nizamilərin tərənnüm etdiyi  sosial  ədalət və  bərabərlik  ideallarının 
t
əmsilçisi idi. Digər tərəfdən, Nərimanov böyük bir millətçi və vətənpərvər 
idi. 
Hansı isə bir qrupun, partiyanın maraqlarından deyil, ilk növbədə milli 
ma
raqlardan  çıxış  edən,  milli dövlətçilik  idealını  təmsil edən böyük bir 
türkçü idi. O
, öz milli maraqlarını sosial-siyasi görüşləri ilə uzlaşdırmağa və 
ictimai  f
əaliyyətini  də  məhz  bu kontekstdə  qurmağa  çalışırdı.  Nərimanov 

əyyən bir məqamda, tarixin müəyyən bir en kəsiyində, müəyyən bir coğ-
rafi-
siyasi şəraitdə zamanın bir gerçəkliyi olan sosial-demokratik hərəkatın 
v
ə  daha sonra kommunist ideologiyasının  təsir  sferasında  və  bu hərəkatın 
sosial-energetik potensi
alından  bəhrələnərək  öz  şəxsi  əqidəsini və  milli 
ideallarını həyata keçirirdi. 
B
əzən biz Nərimanovu bolşevik və ya leninçi kimi təqdim edənlərin 
sad
əcə onu nə dərəcədə kiçiltdiklərinin fərqinə varmırıq. Bu böyük şəxsiy-
y
əti ideyası xaricdən, Rusiyadan qaynaqlanan bir hərəkatın kortəbii davam-
çısı və ya transferçisi kimi qəbul etsək, sonradan onun bəraəti naminə nə qə-
d
ər fikirlər söyləsək və faktlar gətirsək də, xeyri olmayacaq. Amma kommu-
nist ideolo
giyası xaricində milli ruhun təmsilçisi olan bir ədib və mütəfək-
kirin ictimai-siyasi t
əbəddülatlar dövründə sadəcə seyrçi kimi qalmayaraq
mövcud siyasi prosesl
ərdən milli istiqlalın bir vasitəsi kimi istifadə etmək 
c
əhdləri tamamilə anlaşılandır. Bu başqa məsələ ki, həmin dövrdə milli is-
tiqlalın alternativ yolları var idi. Birincisi, xalqın müəyyən bir təbəqəsində 
sosial 
ədalətsizliyə  qarşı  mübarizə  əhval-ruhiyyəsi və  əhvalın  Rusiyadakı 
prosesl
ərlə  əlaqəsinə,  bölgədəki  coğrafi-siyasi duruma rəğmən ancaq milli 
ma
raqlardan çıxış etmək və millətin müstəqil surətdə özünü idarə etmək hü-
ququnu real
laşdırmaq mövqeyi, – bu, Rəsulzadələrin, Əhməd bəy Ağayev-
l
ərin yolu idi; ikincisi, milli istiqlala sosial-demokratik hərəkat dalğasında, 
ictimai 
ədalətsizliyin aradan qaldırılması uğrunda gedən mübarizə konteks-
tind
ə nail olmaq, – bu, N.Nərimanovun yolu idi. Maləsəf, o bu yolda tək idi 
v
ə sadəcə xalqa güvənirdi. Düzdür, Sultanməcid Əfəndiyev, Həmid Sulta-
nov, Dad
aş Bünyadzadə və s. kimi şüurlu siyasi xadimlər Nərimanovu anla-
yır və onu müdafiə etməyə çalışırlardılar, amma Azərbaycan KP-də, xüsu-
s
ən  Bakı  təşkilatında  gürcü  eserləri və  erməni  daşnakları  üstünlük  təşkil 
edirdi v
ə bəzi azərbaycanlıların da onların tərəfini saxlaması mübarizəni ol-
ma
zın dərəcədə çətinləşdirirdi. Lenin ideyaları, bolşevizm dalğalarında siya-
si h
ərəkata qoşulan R.Axundov, M.Hüseynov, Ə.Qarayev və s. nəinki nəri-
manovçu deyildil
ər, hətta Nərimanova  qarşı  mübarizədə  anti-Azərbaycan 
 
- 13 - 


F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
qüvv
ələri ilə birləşirdilər. N.Nərimanov onların bu mövqeyini “ifrat inqilab-
çılıq” və “ifrat beynəlmiləlçilik” adlandırırdı. Milli məfkurə və istiqlaliyyət 
idealla
rına yabançı olan və ideya-nəzəri tezisləri əslində öz hakimiyyət uğ-
runda mübariz
əsində sui-istifadə edən praktik bolşevizm nərimanovçuluğun 
ən qəddar  düşməni idi və  kor-koranə  surətdə  onlara  qoşulan  bəzi  “milli” 
bol
şeviklər də onların təsiri altına düşürdülər.  
Biz h
ələ indiyədək yetərincə araşdırılmamış nərimanovçuluq ideologi-
ya
sının təfərrüatına getmədən, sadəcə belə bir məqamı vurğulamaq istəyirik 
ki, m
əqsəd və amal baxımından nərimanovçuluq milli-demokratik hərəkatla 
eyni platformada dururdu.  M
əqsəd milli istiqlal və sosial ədalət idi. Böyük 
planda götürdükd
ə, Nərimanov daha çox dərəcədə Rəsulzadə ilə bir cəbhədə 
idi, n
əinki Ə.Qarayev kimilərlə. 
N.N
ərimanova bir bolşevik kimi yox, milli siyasi xadim kimi, xalqını 
t
əmsil edən bir dövlət  adamı  kimi  baxmaq nümunəsini yüksək tribunadan 
birinci d
əfə Heydər Əliyev bəyan etdi və onu həm felən, həm də xatirələrdə 
heyk
əlləşdirdi. Necə dəyərlər, “zər qədrini zərgər bilər!” 
N.N
ərimanovun millət və xalq qarşısında rolunu daha aydın təsəvvür 
etm
ək, “millətçilərin” “arqumentlərinin” nə dərəcədə əsassız olduğunu gös-
t
ərmək üçün belə bir fikri eksperiment aparaq: fərz edək ki, o dövrdə Nəri-
manov yox idi. Bir milli istiqlalçılar var idi, bir də bolşeviklər. Onda hadisə-
l
ər  hansı  istiqamətdə  cərəyan edə  bilərdi? Xalq Cümhuriyyəti  artıq  qurul-
muşdu, hakimiyyət  onların  əlində  idi və  onlar nə  edə  bilərdilərsə, etdilər 
(b
əlkə də, daha nə isə edə bilərdilər, – amma bu, artıq başqa bir mövzudur).  
Bol
şeviklərin gəlişi əslində xarici intervensiya idi və bu, Nərimanovlu 
da olacaqdı, Nərimanovsuz da. Yəni, Rusiyanın işğalçı siyasətinin, XI Qızıl 
Ordunun qar
şısını almaq mümkün idisə, bunu Nərimanov deyil, o vaxtkı iq-
tidar etm
əli idi. Mümkün deyildisə, belə şayiələr buraxmaq ki, guya ordu-
nun d
əvət olunmasında Nərimanov da iştirak etmişdi, bunlar siyasi naşılıq-
dır, çünki rus ordusu üçün dəvət səbəb deyildi, bəhanə idi və bu bəhanəni 
onlar h
əmişə  uydura bilərdilər.  Onsuz da həyata keçən bu prosesdə 
S.Şaumyanla, S.Orconikdze ilə, S.M.Kirovla və bizim onlardan betər “mil-
li” bolşeviklərlə yanaşı, Nərimanovun da iştirakı olmasaydı, onda bütün er-
m
əni planlarının və rus imperialist siyasətinin tam həcmdə gerçəkləşəcəyinə 
heç bir şübhə ola bilməzdi. Amma bir böyük azərbaycanlı lazım olan mə-
qam
da lazım olan yerdə tapıldı və onların əksər planlarını pozdu. Bəs olma-
saydı,  o da  cümhuriyyətçilərin içərisində  olsaydı  və  onlarla birgə  mühacir 
 
- 14 - 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə