A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə8/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   4   5   6   7   8   9   10   11   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
nın türk xalqları və ictimai-siyasi xadimləri ilə bağlı siyasətinin mahiyyətini 
v
ə  məqsədlərini öyrənmək vacibdir. Ümumiyyətlə, XX əsrdə  bir çox türk 
xalq
larının yaşadığı eyni tarixi taleyin araşdı

lması həm tarixilik baxımın-
dan, h
əm də  müasir dövrdə  müstəqil Azərbaycanın  Türkiyə, Özbəkistan, 
Qa
zaxıstan, Türkmənistan və Qırğızıstanla qurulub inkişaf etdirilən münasi-
b
ətlərində bəhrələnmək baxım
ın
dan 
əhəmiyyətlidir. 
Sovet hakimiyy
ətinin ilk illərində bolşevik Rusiyasının və mərkəzi ha-
kimiyy
ətin öz mövqelərini möhkəmləndirmək  üçün  Bakıda  qeyri-azərbay-
can
lıları  dövlət  qurumlarında  və  siyasi qurumlarda rəhbər vəzifələrdə  yer-
l
əşdirmək siyasətinə N.Nərimanovun münasibətinin və bu işdə onun fəaliy-
y
ətinin araşdırılması, fəallıq dərəcəsinin və əldə etdiyi nəticələrin müəyyən-
l
əşdirilməsi həm tarixi gerçəkliyi, həm də  müasir Ermənistan-Azərbaycan 

naqişəsinin tarixi dinamikasını aydınlaşdırmaq baxımından aktualdır. 
Bolşevik hakimiyyəti şəraitində N.Nərimanovun milli dövlətçilik ba-
xışlarını  və  fəaliyyətini  araşdırmaq  həm də  müasir dövlət  quruculuğu  ba-
xımından  əhəmiyyətlidir. Məlumdur ki, N.Nərimanovun istər kommunist 
ide
ologiyasının  yayılması,  istər də  sosialist  quruluşunun  formalaşması  və 
b
ərqərar olması prosesinə fərqli baxışı var idi. Bu məsələlərin mahiyyətinin 
araşdırılması tarix elminin aktual problem
l
ər
rind
əndir. 
20-ci ill
ərdə N.Nərimanovun əsasən elmi-ictimai fəaliyyətinin 30 illiyi 
v
ə ölümü münasibəti ilə xatirə-məqalələr  çap olunmuşdur. N.Nərimanovla 
dövl
ət işində birgə çalışan şəxslərin xatirələri onun milli dövlətçilik baxış-
larının tədqiqi baxımından çox səciyyəvidir.
1
 
N.N
ərimanovun özünəməxsus baxışları və fəaliyyəti sağlığında oldu-
ğu kimi, ölümündən sonra da xüsusi vurğu ilə “millətçilik”, “milli təmayül-
çülük”, “n
ərimanovçuluq” adlandırılaraq burjua-millətçiliyi kimi qiymətlən-
dirilib pisl
ənmişdir. Bunu əsas tutaraq, 20-ci illərin ortalarından 50-ci illərin 
ortalarınadək  kommunist  ideoloqları  onun  adının  unutdurulmasına  xüsusi 
s
əy göstərmişlər. Yalnız 1956-cı ilin fevralında Sov.İKP-nin XX qurultayın-
1
 
Агамалыоглы С. Воспоминания о Н.Нариманове // «Заря Востока» qəzeti, 1925, 
22 mart; 
Буниятзаде Д. Воспоминания о Н.Нариманове // «Бакинский рабочий» qəze-
ti, 1925, 22 mart; 
Джабиев Г. Воспоминания о Н.Нариманове // «Бакинский рабочий» 
qəzeti, 1925, 28 mart; Гусейнов М.Д. Воспоминания о Н.Нариманове // «Заря Востока» 
qəzeti, 1925, 21 mart; Караев А.Г. Воспоминания о Н.Нариманове // «Бакинский рабо-
чий» qəzeti, 1925, 22 mart; Гулиев М. О  роли Н.Нариманова в просвещении Азербай-
джана //«Бакинский рабочий» qəzeti, 1925, 22 mart. 
 
- 20 - 
                                                 


N
əriman Nərimanov – 140 
 
da  Stalinin  şəxsiyyətinə  pərəstiş  pisləndikdən sonra cəmiyyətin həyatında 
yum
şalma  baş  vermis,  N.Nərimanovun  adının  üzərindən  qadağa  nisbətən 

türülmüş, demək olar ki, bir ay sonra onun haqqında məqalələr çap olun-
ma
ğa  başlanmışdır.  Bu  məqalələrdə  N.Nərimanovu Mir Cəlal Paşayev və 
C.X
əndan  ədib kimi, C.Quliyev və  H.Şahgəldiyev partiya və  sovet dövlət 
xadimi kimi t
əqdim etmişlər.
1
  H
əmin il N.Nərimanov haqqında kitablar da 
n
əşr olunmuşdur. M.Rəfilinin əsərində onun birinci dünya müharibəsinə qə-
d
ərki dövrdə fəaliyyəti işıqlandırılmış, M.Qazıyevin əsərində həyat və yara-
dıcılığı haqqında ümumi şəkildə məlumat verilmişdir. V.Məmmədovun kita-
bında N.Nərimanovun həyat və fəaliyyəti öyrənilmiş və bu əsər dövrünün ən 
ge
niş yayılmış əsəri olmuşdur. 50-ci illərin ikinci yarısında C.Quliyev tərə-
find
ən zəngin  arxiv  materialları  əsasında  yazılmış  geniş  məqalədə  N.Nə-
rimanovun partiya v
ə  sovet dövlət xadimi kimi fəaliyyəti öyrənilmişdir. 
M.İbrahimovun məqaləsində o, inqilabçı və yazıçı kimi göstərilmişdir.  
Bu proses sonrakı illərdə də davam etmiş, amma ən böyük canlanma 
Heyd
ər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başlanmışdır.  
70-ci ill
ərdə 100 illik yubileyi ilə əlaqədar N.Nərimanovun haqqında 
ilk d
əfə  olaraq  geniş  rəsmi dövlət və  partiya sənədləri qəbul olundu. 
Az
ərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin N.Nərimanovun 100 
illik yubileyi il
ə  əlaqədar  geniş  siyasi  və  təşkilatçılıq  fəaliyyəti  bu  işdə 
h
əlledici rol oynadı. H.Əliyevin N.Nərimanovun 100 illiyinə həsr olunmuş 
t
əntənəli iclasdakı, habelə Bakıda və Ulyanovskda heykəllərinin açılışındakı 
çıxışları  N.Nərimanovun tarixi xidmətlərini qiymətləndirmək  baxımından 
xüsusi qeyd olunmalıdır. Bu sənədlərin cəm şəklində nəşr olunması nərima-
nov
şünaslığa dəyərli töhfə idi.

Az
ərbaycan sovet tarix ədəbiyyatının öyrənilməsi göstərir ki, dövrün 
şərtlərinə  uyğun  olaraq  N.Nərimanov  yazıçı,  maarifpərvər, ictimai-siyasi 
1
  Mir C
əlal. Görkəmli  yazıçı,  realist  //  “Ədəbi Azərbaycan”,  1956,  №6;  Xəndan C. 
N.N
ərimanovun ədəbi fəaliyyəti// “Azərbaycan”, 1956, №5;  Гулиев Дж.Б. Выдающийся 
общественный-политический деятель. 85 лет со дня рождения Н. Нариманова // «Ба-
кинский  рабочий»    qəzeti, 1956, 14 aprel; Şahgəldiyev  Н.  Görkəmli partiya və  dövlət 
xadimi // “T
əbliğatçı” j., 1956, №5. 
2
 
Алиев Г.А. Доклад на торжественном собрании, посвященном 100-летию со дня 
рождения Н.Нариманова; Речь на открытии памятника Н.Нариманову. В кн. Нариман 
Нариманов  (материалы  юбилейных  торжеств,  посвященных  100-летию  со  дня 
рождения). Баку, 1974; Речь на открытии памятника Н.Нариманову в г. Ульяновске. 
См. Памятник Н.Нариманову на родине В.И.Ленина. Баку, 1978. 
 
- 21 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə