A f s e a fəLSƏFƏ


F əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2



Yüklə 5,4 Kb.
Pdf görüntüsü
səhifə9/82
tarix26.11.2017
ölçüsü5,4 Kb.
#12670
1   ...   5   6   7   8   9   10   11   12   ...   82

F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2 
 
 
xadim v
ə  inqilabçı  kimi  təqdim  olunmuş,  dövlətçilik fəaliyyəti  lazımınca 
t
ədqiq olunmamış, xüsusən milli dövlətçilik baxışları və fəaliyyəti ilə bağlı 
m
əsələlərin üstündən sükutla keçilmişdir. Yuxarıda göstərdiyimiz 20-ci illə-
rin xatir
ələrində, 30-cu illərin bəzi siyasi sənədlərində və ensiklopedik nəşr-
l
ərdə N.Nərimanov milli təmayülçü kimi qiymətləndirilərək unutdurulmağa 
çalışılırdı.  50-ci illərin  ortalarından  sonra  nəşr  olunan  əsərlərin müəllifləri 
N.N
ərimanovu  əsasən marksist-leninçi ideoloji prinsiplərə  sadiq  bir  şəxs 
kimi t
əhlil edərək onun öyrənilməsinə haqq qazandırmağa çalışmışlar. 
Maraqlıdır  ki,  o  vaxtlar  N.Nərimanovu millətçilikdə  ittiham edənlər 
d
ə, onu müdafiə edənlər də marksist-leninçi mövqedən çıxış edirdilər. 80-ci 
ill
ərin sonu
 

 
90-
cı illərin əvvəllərində yaranmış şəraitdə sovet quruluşunun 
z
əifləməsi ilə N.Nərimanovla bağlı aparılan araşdırmalar genişləndi və tari-
xin keçid dövrl
ərinə xas olan fikir ayrılığı ortalığa çıxdı. Yazı müəlliflərinin 
bir qismi, 
əsasən N.Nərimanovun sovet dövründə  nəşri  qadağan  olunmuş 
irsi il
ə yaxşı tanış olanlar onun bu zamana qədər nəşr olunmayan əsərlərini 
üz
ə çıxardır, milli təmayülçü baxışlarına yeni dəyərlərə əsaslanan qiymətlər 
verirdil
ər.
1
 
Başqa bir qismi isə tarixi hadisə və prosesləri mövcud olduqları 
mühitd
ən ayıraraq, hissiyyatın tarixi gerçəkliyi üstələdiyi qəzet məqalələrin-
d
ə  tarixi həqiqətlərin  inkarını  ön  plana  çəkib subyektiv mövqe tuturdular. 
Onlar N.N
ərimanovu əsassız olaraq kommunist ideologiyasına münasibətdə 
v
ə Rusiya ilə əlaqələrdə ən azı sadəlövhlükdə, milli maraqlara qarşı laqeyd-
likd
ə  günahlandırırdılar.  Bu  müəlliflərdən A.Balayevin, H.Qəhrəmanovun, 
N.Kazımovun, N.Nəsibzadənin, Ə.Tahirzadənin

bolşevizmə olan nifrətləri, 
dem
ək olar ki, haqsız və əsassız olaraq tam həcmdə N.Nərimanova ünvanla-
nırdı. Belə yanaşmalar keçid dövrünün təzadlarından irəli gəldiyindən, onlar 
obyektiv tarixi gerç
əkliyi tam əks etdirməyə qadir olmayaraq, tarixi tədqi-
1
 
Азизбекова  П.  Обращение  к  потомкам  //  «Бакинский  рабочий»  qəzeti,  1989,  21 
fevral;  Hüseynov A. 
Lenin  Nərimanovu  dinləyir  //  “Kommunist”  qəzeti,  1989,  14  mart; 
Quliyev D. 
Heyrətamiz dərəcədə müasir; Bakı məsələsi və b. silsilə məqalələr // qəzetlər: 
“Kommunist” 1990; «Бакинский рабочий»  1990, 13 aprel; «Вышка»  1990, 8 iyun. 
2
 
Балаев А. Пленник идеи или политический слепец // “Azərbaycan” qəzeti, 1991, 
20 iyun; 
Азербайджанское  национальное  движение:  от  «мусавата»  до  «народного 
фронта». Баку, 1992; Qəhrəmanov Н. Bumeranq, yaxud layiqli cəzalar // “Gənclik”, 1991, 
№9-12;  Kazımov  N.  Bolşevizm  və  Azərbaycan//  “Gənclik”,  1991,  №6;  Nəsibzadə  N.
Tahirzadə Ə. Nərimanov: sönməyən ulduz, yoxsa bütün sonu? // “Azadlıq”, 1991, 26 iyul; 
Kommunistlərin ən yaxşısına vida // “Aydınlıq” 1991, 7 sentyabr; Qəzetlər: “Millət” 1996, 
8 fevral; “Kommunist” 1991, 6 iyul; “Həyat” 1991, 12 iyul. 
 
- 22 - 
                                                 


N
əriman Nərimanov – 140 
 
qat
ların  dünyada  qəbul  olunmuş  ümumi  metodoloji  prinsiplərinə  zidd 
olmaqla 
ən kiçik tənqidə belə tab gətirmirlər.  
M
ərhum prezidentimiz, ümummilli lider Heydər  Əliyevin  1995-ci il 
dekabrın  18-də  N.Nərimanovun  anadan  olmasının  125  illiyi  ilə  əlaqədar 
imzaladığı fərmanda, 1993-cü il sentyabrın 21-də və 1997-ci il yanvarın 31-
d
ə  AMEA-dakı  görüşlərindəki nitqlərində  N.Nərimanovun Azərbaycan 
tarixind
ə mövqeyi və xidmətləri işıqlandırılmışdır.
1
 
T.Əhmədovun toplayıb 
hazırladığı N.Nərimanovun “Seçilmiş əsərləri”nin başlanğıcında, haqlı ola-
raq, m
ərhum prezidentimiz Heydər  Əliyevin  N.Nərimanovu “görkəmli si-
ma, böyük siyasi xadim” a
dlandırması, “N.Nərimanovu ittiham edən fikir-
l
ərlə  heç  cür  razılaşmaq  olmaz”  fikri
2
 
epiqraf  kimi  verilmişdir.  Beləliklə, 
N.N
ərimanovla bağlı əsərlərin sayı artmış, onun irsinə ciddi elmi yanaşmanı 
əks etdirən yeni əsərlərin yaranmasına zəmin hazırlanmışdır. 
Türk düşüncəsinə sadiq yüzlərlə siyasətçi xalqı qarşısında borcunu ye-
rin
ə yetirməyi sovet hakimiyyəti ilə əməkdaşlıqda görürdü. Onlar ölümü və 
müxt
əlif cəzaları gözləri önünə gətirərək bu işə girişirdilər. M.Sultanqaliyev 
yaz
ı
rdı ki, milli təmayülçülük siyasətinə görə, SSRİ-nin yüksək rütbəli xadi-
mi olan N.N
ərimanov da daxil olmaqla şərq respublikaları liderlərinin hamı-
sı təqib olunurdular.

T
əqiblərə baxmayaraq, türk siyasətçiləri həm kommu-
nizm ideyasına inanır, həm də milli dövlətçilik baxışları və fəaliyyətlərindən 
ç
əkinmirdilər. Məhz buna görə  də  onların  çoxu  bolşevik  qəddarlığının  və 
m
əkrinin qurbanı olmuşlar. Onların şəxsi taleləri faciəli olsa da, ictimai və 
siyasi f
əaliyyətlərini uğursuz saymaq olmaz. Çünki əslində onlar öz həyatla-
rını quruluşa sədaqət yolunda deyil, xalqlarını məşəqqətlərdən çıxarmaq yo-
lunda qurban vermişlər. SSRİ-də fəaliyyət göstərən və bolşeviklərlə əmək-
daşlıq edən bəzi türkəsilli siyasətçilərin taleyi belə olmuşdur. 
Sovet hakimiyy
əti dövründə milli təmayülçülüyü səciyyələndirən əsas 
m
əqsəd,  hakim  şovinizmə  və  bolşevik  hakimiyyəti tərəfindən  buraxılan 
əyintilərə qarşı mübarizə, sinfi mübarizədənsə milli həmrəylik, milli dilin və 
m
ədəniyyətin inkişafına üstünlük vermək, dinə qarşı daha dözümlü mövqe 
tutmaq, m
illi  kadrları  sinfi  mövqedən daha çox milli maraq mövqeyindən 
qiym
ətləndirmək və dövlət işinə cəlb etmək, tarixə sinfi baxışla yanaşı, milli 
1
 
Əliyev H. Müstəqilliyimiz əbədidir. 1-ci kitab. Bakı, 1997; 8-ci kitab. Bakı, 1998. 
2
 N
ərimanov N. Seçilmiş əsərləri. Bakı, AME, 2001. 
3
 
Kakınc  H.  Sultanqaliyev  və  Milli  Kommunizm.  Istanbul,  Bulut  yayınları,  2004, s., 
225. 
 
- 23 - 
                                                 


Yüklə 5,4 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə