F
əlsəfə və sosial-siyasi elmlər – 2010, № 2
İbsenin fəlsəfi kredosuna gəldikdə, həm Plexanov, həm də N.Nərima-
nov onu mahiyy
ət etibarilə düzgün müəyyənləşdirirlər, halbuki onun ifadə
edilm
əsində, şərhində, qiymətləndirilməsində fərqlər var. Plexanov məqalə-
sind
ə onu (kredonu), artıq yuxarıda göstərdiyimiz kimi, İbsenin «əxlaq qa-
nunu» kimi s
əciyyələndirir, öz sözləri ilə şərh edib, bu qanunu ictimai prak-
tika il
ə əlaqələndirilmədiyinə görə tənqid edir. N.Nərimanov isə İbsenin kre-
dosunu «göz
əl və hakimanə sözlər» adlandırıb məqaləsinə epiqraf kimi seç-
diyi, dramaturqun öz dilind
ən çıxmış iki kəlam vasitəsilə «həyat nədir»,
«h
əyatın mənası nədədir» suallarına cavabına müncər edir: «Yaşamaq, diri
olmaq –
ağıl və qəlb vasitəsilə qaranlığın qüvvələri ilə mübarizə (qovğa) et-
m
ək deməkdir» (İbsen) və «İbda etmək (yaratmaq) – insan öz nəfsini təhti-
mühakim
əyə (mühakimə altına) almaq deməkdir» (İbsen). N.Nərimanov
müxt
əlif filosofların, şairlərin öz dövrlərinə uyğun və öz psixologiyaların-
dan
çıxış edərək həyatı müxtəlif cür başa düşüb, ona müxtəlif təriflər ver-
dikl
ərini söyləyir: «kimi «həyat daima bir müharibədir» deyibdir, kimi «hə-
yat m
ənasız bir şeydir», kimi «həyat məhəbbətdir» yazıbdır». Daha sonra
İbsenin yuxarıdakı iki kəlamını məzmunca bir cümlədə birləşdirib: «həyat
ağlın və ürəyin gücü ilə zülmətdən xilas olmaq olub və insan özü öz üstündə
t
əftişçi bulunmaq və öz nəfsini məhkəməyə çəkmək gərəkdir» deyə təfsir
ed
ərək, bu sözlərin «nə qədər dərin və mənadar» olduğu barədə oxucularını
düşünməyə dəvət edir.
Bu «d
əvəti» qəbul edib, həmin təfsir-tərifi diqqətlə nəzərdən keçirdik-
d
ə, burada N.Nərimanovun insanın onu əhatə edən mühitə, xarici dünyaya
v
ə öz daxili aləminə, mənəviyyatına münasibətinin əks olunduğu iki məqa-
mı vurğuladığı aşkar olur: yəni əvvəla, insan yaşayırsa, öz ağlı və qəlbi vasi-
t
əsilə dünyada mövcud olan zülm, ədalətsizlik, naqisliklərlə mübarizə apara-
raq,
qaranlıqdan işığa yol açmalıdır. Digər tərəfdən, insan öz nəfsini daim
mühakim
ə edib, ona qalib gəlməlidir – onu saflaşdırmalıdır. Və aydın görü-
nür ki, N.N
ərimanov mənəvi kamilləşmənin bir-birilə vəhdətdə olan bu iki
c
əhətindən ikincisinə üstünlük verir, ona görə ki, yalnız öz nəfsinə qələbə
çalan insan dünyada
qaranlığın qüvvələri ilə mübarizə etməyə və onlardan
qurtulmağa qadirdir. Bu fikir mənaca Məhəmməd peyğəmbərə aid edilən bir
h
ədislə çox səsləşir; hədisə görə iki cihadın mövcudluğundan danışan
peyğəmbər nəfslə mübarizəni böyük və daha şərəfli, daha çətin cihad, din
uğrunda mübarizəni kiçik cihad adlandırmışdı. Təsadüfi deyil ki, N.Nərima-
nov Norveç dramaturqunun h
əyat qayəsinin islami təfəkkürə yaxınlığını xü-
- 48 -
N
əriman Nərimanov – 140
susi qeyd ed
ərək yazır: İbsenin «əsil məqsədi insanın əxlaq və ətvarını dü-
z
əltmək olub, onu nəfsinin üstə ağa etməyə çalışır idi ki, bu növ məslək eh-
kam v
ə fəlsəfeyi-islamiyyəyə (yəni islam ehkamına və fəlsəfəsinə) dəxi mü-
vafiq g
əlir!» Həqiqətən də öz nəfsini təmizləməsi yolu ilə insanın mənəvi
c
əhətdən kamilləşməsi, kamil insana çevrilməsi müsəlman Şərqinin islam
dünyagörüşünə əsaslanan mistik fəlsəfəsinin, fəlsəfi poeziyasının əsas möv-
zu
larındandır. Qeyri-ortodoksal cərəyanlarda saflaşmanın çoxpilləli yolunu
(müxt
əlif təmrinlər və i.a. vasitəsilə) keçməklə insanın hətta Allahla sub-
stansional v
əhdətə nail ola biləcəyinin mümkünlüyü qəbul edilir.
Dem
ək lazımdır ki, nəfs çoxmənalı, mürəkkəb bir anlayışdır. Təkcə
«
Ərəb və fars sözləri lüğəti»ndə nəfs sözünün beş mənası sadalanır: «1. ruh,
can, h
əyat (buraya «qəlb, könül, ürək» mənasını da əlavə etmək olar); 2.
adam, insan; 3. övlad, n
əsil; 4. insandakı heyvani hiss, şəhvət hissi; 5. əsil,
maya, cövh
ər (fəlsəfi istilahla ifadə etsək «substansiya»)» (1, 474). Orta
əsrlər müsəlman Şərqi fəlsəfəsində bütün bu mənalardan istifadə edilmişdir.
Lakin müxt
əlif filosofların, şairlərin nəfs sözünü anlamalarında, ona verdik-
l
əri tərif və təfsirlərdə fərqlər var. Bütün bu incə mətləblərin üzərində da-
yan
mayıb bircə onu demək istərdik ki, orta əsrlərdən tutmuş bu günümüzə
q
ədər istər adi həyatda, istərsə də ədəbiyyatda nəfs sözü daha çox mənfi mə-
nada
işlədilmişdir. Azərbaycan dilində nəfs sözü ilə bağlı bu gün də işlətdi-
yimiz çoxlu idiomatik ifad
ələr bunu sübut edir: nəfsin toxluğu, nəfsi saxla-
maq, n
əfsi öldürmək mənən qüvvətli, nəfsin aclığı, nəfsi doymamaq, nəfsi
ç
əkmək, hətta M.Ə. Sabirin işlətdiyi kimi, nəfsi hürmək mənən zəif insanı
xarakteriz
ə edir. Belə ki, nəfs insanın öz bədəninə və maddi dünyaya güclü
meyli il
ə bağlı ehtiraslarının, həzzlərin, xudbin maraq və məqsədlərinin əsiri
olub,
onların yedəyində getməsini təmsil edir. Ona görə N.Nərimanov nəfs
üz
ərində ağa olmaq deyəndə onu mühakimə etməkdən, təftiş etməkdən
danışır, yəni dəyişdirməyi, təmizləməyi nəzərdə tutur.
Rus dilind
ə nəfsi bütün mənaları ilə əks etdirən söz olmasa da, elmi-
f
əlsəfi ədəbiyyatda çox vaxt «duşa» kimi tərcümə olunur. Plexanov isə mə-
qal
əsində əzmi, azadlığı, ixtiyarı ifadə edən və, görünür, marksist dünyagö-
rü
şünün inqilabi ruhuna daha uyğun müsbət çalarlı «volə», yəni «iradə» sö-
zünd
ən istifadə edir. «İradə»nin istək, tələb, arzu, ehtiras mənalarını da
özünd
ə ehtiva etdiyini nəzərə alsaq, onun «insan iradəsinin təmizlənməsin-
d
ən» («oçihenie voli») danışmasını başa düşmək olar. Lakin hər halda bu
- 49 -
Dostları ilə paylaş: |