A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə1/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
  1   2   3   4   5   6   7   8   9   ...   82
23902

A L L A H V E R D İ   EMİ NOV
MİR  CƏLALIN 
POETİKASI
Bakı,
“Araz’-2011


Naşiri  və  redaktoru: 
Əlirza  Sayılov
Mir Cəlalın poetikası 
Bakı,  “Araz”  nəşriyyatı, 2011, 352 səh.
Müəllif  monoqrafiyada  böyük  yazıçımız  Mir  Cəlal 
Paşayevin  yaradıcılığında  əslində  araşdırılmamış  nəsr 
poetikasından  bəhs  edir.  Ədibin  “Bir  gəncin  manifesti”, 
“Yolumuz  hayanadır”,  “Dağlar  dilləndi”,  “Təzə  şəhər”  və 
“Yaşıdlarım” romanları  və povestləri təhlil olunmuşdur. 
Kitab geniş oxucular üçün nəzərdə tutulmuşdur.
Kitabın maliyyə dəstəkçisi:
Sarı ye v Həsən  Qa çay oğlu
(Ağdam Rayon İcra Hakimiyyətinin 
sabiq başçısı)
4965443200
A  ----------------------- qrifli  nəşr
050-2011
(ç)  “Araz”,  2011
I  HİSSƏ
”BİR  GƏNCİN  MANİFESTİ”  ROMANI
Biz  hələ də  bir suala cavab tapmaqda ya çətinlik çəki­
rik,  ya da  bu  barədə analitik düşünmək belə  istəmirik:  Bə­
dii  ədəbiyyat  anlayışı  orta  məktəb  şagirdlərinə  hansı  isti­
qamətdə  və  kimlərin  yaradıcılığı  öyrənilməlidir.  Qeyri-pe­
şəkar oxuculara bəyan edərdik ki, formal baxımdan hər iki­
si bəllidir və tədris planlarında,  proqramlarında nəzərdə tu­
tulmuşdur.  Lakin əslində qeyri-peşəkar psixologiyaya bilə­
rəkdən  rəvac  verən  bu  məsələlərə  cavabdehlik  daşıyan 
təhsil məmurlarıdır!  Bir faktı  xatırladardıq  ki,  "Əlifba”  dərs­
likləri ya köklü, ya da ötəri olaraq dəfələrlə yeniləşmiş,  mü­
vafiq  materiallarla  əvəzlənmiş,  yaxud  hansı  mətnlərsə  çı­
xarılmışdır.  Buna  baxmayaraq  dəfələrlə  mətbuata  tənqidi 
aspektdə  çıxarılmışdır,  hərçənd,  görkəmli  pedaqoq  Yəhya 
müəllim  cavablandırmışdır.  Lakin  20-30  ildir  ki,  XI  siniflər 
üçün  "Ədəbiyyat"  proqramı  və  dərslik  ünvanına  birbaşa 
yox,  ləngər vura-vura  gəlir.  Biz  dəfələrlə  nüfuzlu  qəzetlər­
də  tənqidi,  səviyyəli  məqalələr  çap  etdirmişik  (sonuncu 
"Sonra  gec  olar",  "Azərbaycan  müəllimi"  q.).  Və  konkret 
ünvanları  da göstərmişik.  Təəssüf ki,  aidiyyatı  məmurların 
"tükü” belə tərpənməmişdir! Səbəbsiz də deyil. Ədəbi şəx­
siyyətlər  və  onların  yaradıcılığı  öyrədilir.  Səbəbləri  öncə, 
proqramın  (müvafiq dərsliyin) strukturunun streotip ənənə­
lərdən  kənara çıxmamasıdır.  (Bəllidir ki,  ilk növbədə proq­
ram tərtibçisi  (mətbuatda ononim çap olunmuşdur,  müəllif- 
siz)  gileylənir  ki.  milli  ədəbiyyatımız  zəngindir,  dövrdən- 
dövrə  bəzi  ədiblər,  şairlər proqramdan  çıxarılır,  digərlərilə 
əvəzlənir.  Bəzən  M.S.  Ordubadi,  Hüseyn  Cavid  kimi  gör-
_________________________ 
3
  ---------------------------------


kəmli  simaların ədəbi  taleyi  belə olmuşdur.  Müstəqilliyimi­
zin  bərpasından  sonra  təbii  ki,  yeniliklər:  bədii  əsərlərin 
məzmunu,  ideyası  və s.  nəzərə alınmalıdır,  lakin  proqramı 
ortaya qoyan  təhsil  nazirliyinin  müvafiq  idarəsi  öz  istədiyi 
şəkildə  məsələyə  yanaşdı.  Müzakirəyə  çıxarılan  proqra­
mın  müzakirəsi  geniş oxucu  auditoriyasında  formal  əksini 
tapdı.  Açığı,  hələ  də  aydınlaşmadı  ki,  çağdaş  ədəbiyyatı­
mız  (əlbəttə,  30  ili  nəzərdə  tuturuq)  şagirdlərə  necə  və 
hansı  məqsədlə  öyrədilməlidir.  Seçilmiş  yolu  əsas  götür- 
məkləmi?  Bu  halda  ədəbiyyatımızın  nailiyətlərimi,  ideya- 
poetik  məziyyətlərimi?  Suallar  məhdudlaşmır.  Məhz  bu 
məsələlərə  küll  halında  və  əlaqəli  yanaşılmalıdır.  Yaddan 
çıxarılır ki,  məktəblilərə  ədəbiyyat-sənətkarların yaradıcılı­
ğı,  yaxud  ayrı-ayrı  əsərləri  ümumi  kontekstdə,  konkret 
əsərin  poetikasında  sənətkarlığı,  ideya-məzmun  çalarları, 
yazıçı  proqnozları  və  sairdə  çatdırılmalıdır.  Ona  görə  ki, 
orta  məktəbin son sinfi  ədəbiyyatı  ümumi  sferada bilsinlər 
(informasiya  alsınlar),  ədəbi  şəxsiyyətləri  tanısınlar,  ən 
maraq  doğuran  əsərlər  barədə  konkret  nəsə  oxusunlar, 
müəllimindən  eşitsinlər  və  nəhayət  ədəbi  zövqə  yiyələn­
sinlər.  Məgər  bu  kifayət  etmirmi?  Bir  halda  məzunlar  test 
imtahanlarında  ədəbiyyata  aid  suallarda  bu  genişliyə  ca­
vab axtarmırlarsa, eləcə də filologiya ixtisaslarını seçəcək­
lərsə,  tamam  başqa,  dərin  və  əhatəli  ədəbiyyatı  öyrənə­
cəklərsə,  ehtiyac  varmı  birtərəfli  olaraq  ədəbi  simaları  və 
bəzi  əsərləri  öyrətməyə,  hətta  proqramdan  çıxarmağa? 
Suala cavab tapmaq  qeyri-adi  deyil!..
Hazırda  istifadədə  olan  dərslik  məhz  streotipliyi  və 
subyektivliyilə nəzərə çarpır və nə qədər elə streotip zövq­
lü  məmurlar çalışacaqlarsa,  optimal  heç  nə  gözləmək  inti­
zarına ehtiyac yoxdur.  Biz məqalələrimizdə bəzi  mətləblə­
rə  əsaslı  toxunmuşuq  və  M.S.Ordubadi,  S.Rüstəm,  M.Hü­
_________________________  
4
  ----------------------------------
seyn,  M.İbrahimov, S.Rəhimov kimi milli ədəbiyyatımızda, 
ədəbi  tənqidimizdə,  dilimizin  formalaşmasında,  ümumiy­
yətlə,  mədəniyyətimizin  inkişafında misilsiz xidmət göstə­
rən,  hətta  bir və  ya  iki  klassik əsər qələmə  alan  sənətkar­
ların  məktəbdən qovulmasını  heç cürə bağışlaya bilmirəm. 
Belə  ki,  "Qılınc və qələm",  "Abşeron",  "Yeraltı  çaylar dəni­
zə  axır",  "Şamo",  "Böyük  dayaq",  "Bir  gəncin  manifesti" 
romanlarının  maleyi  fikrimizin  təsdiqidir.
Sonuncu  əsərə qədər yazdığımdan  yenidən  məsələyə 
qayıtmaq  istəməzdim
Mən  50-ci  illərin  sonunda  orta  məktəbi  qurtarmışam. 
(Sonralar filoloq oldum).  Bizə ədəbiyyatı  öyrədən  müəllim­
lərimizdən  nəyi  öyrəndik və  bu  gün  də  hafizəmizdə  yaşa­
yır.  C.Cabbarlının  dramları,  S.Vurğun,  S.Rüstəm,  R.Rza 
şeirləri,  (eləcə  də  poemaları),  M.S.Ordubadi,  M.Hüseyn, 
M.İbrahimov,  S.Rəhimov  romanlar  (eləcə  də  povestlər) 
qələmə  almışlar.  Və  bir  də  "Bir  gəncin  manifesti",  "Can 
nənə,  bir  nağıl  de",  "Ana  və  poçtalyon",  "Dağlar"  (Aşıq 
Ələsgər),  "Gülşən"...Siyahı  uzun  olmaya  da  bilər,  lakin 
ədəbi  əsərlər öz təsir gücünü,  aşıladığı  estetik zövqü,  söz 
ustadlarının  sənətkarlığı  ömürlük  qaldı.  İlk  mərhələdə  bu 
yol  məgər kifayət deyilmi?
Bu və ya digər əsərlər riyaziyyatçıların,  mühəndislərin, 
həkimlərin,  musiqiçilərin  də  yaddaşlarında  əbədiləşmiş­
dir.  Məhz  ədəbiyyat bütöv halda belə bir kontekstdən açıl­
malıdır  və  informatik  rol  oynamalıdır.  Bəs  nəyə  əl  atmış­
lar?  Filən  şairə,  yazıçıya,  dramaturqa  toxunmaq  olmaz-fi- 
lənkəsin  xətrinə  dəyər,  filən  əsər  inqilabdan  danışır.  Le­
nindən,  partiyadan  bəhs  edir  və  ilaxır  absurd  görünən 
ştamplar.  Nəticədə  uşaqlara  o  təlqin  olunur  istər-istəməz 
ki: Azərbaycanın müasir ədəbiyyatı bu sənətkarlardan iba­
rətdir,  oxuyun,  qürurlanın! 
Paradoks  aşılanma  pafosu.
________________________
5
  -----------------------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə