A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə14/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   10   11   12   13   14   15   16   17   ...   82

lə  yanaşmağa  ehtiyac  duyulmamalıdır.  Baharın  həqiqətən 
təqsiri  var.  Və  bu  da  onun  şəxsiyyət  azadlığının  ilk  rüşey- 
milərindən  gəlir.  Çünki  fatalist  konsepsiya  azlığı  inkar 
edir.  Bahar  da,  elə  Ağaməcid  də  "insan  hər  şeyə  cavab­
dehdir"  formuləsini  əsas  götürmüşlər.  Ağaməcid  də  öz 
növbəsində  qürurunu  qoruyur,  Baharın  düşməsini  ağzın­
dan  qaçırmışsa,  axıra  qədər getməlidir,  burada  hansı  cid­
di  qəbahətdən  söz gedə bilər?  Deməli,  onda sözünə qarşı 
məsuliyyət  hissi  güclüdür və  sonra  nə  baş  verəcəksə,  hə­
ləlik  maraqsızdır.
Əxlaq  nəzəriyyəsi  nöqteyi-nəzərindən  obrazların  poe­
tikasına  yanaşmalıyıq.  Bu,  özünü  ekzistensializmdə  gös­
tərir.  Bu  iddialardı  ki,  seçmə  (Bahar  da,  Ağaməcid  də  hə­
rəkətlərində  bu  cəhəti  nəzərə  almışdır)  üçün  şəxsi  məsu­
liyyət  probleminin  (əsərdə  bu  səviyyəyə qalxmasa da)  irə­
li  sürülməsində  və  həllində  birincilik  hər  ikisini  əhatə  et­
mişdir.  Məsələn,  məşhur  etik  Sart  ekzistensialistin  bir 
müsbət cəhətini  onda  görmüşdür ki,  bu  iddia  hər bir şəxsi 
öz  ixtiyarına  buraxır  və  vəziyyətdən  asılı  olmadan  bütün 
məsuliyyəti  o adamın  üzərinə atır.  Sart maraqlı  misal gəti­
rir,  baxmayaraq  fərarilik  məsələsidir.
Yeri  gəlmişkən  romanda  vətənpərvərlik  konsepsiyası 
daha  qabarıqdır;  bu  gün  Qarabağ  müharibəsində  müxtəlif 
bəhanələrlə fərariyə  "status"  verilməkdədirlər.  Starta qayı­
daq:  "Qəflətən  meydana  gələn  və  məni  cəlb  edən  heç  bir 
ictimai  hadisə  xaricdən  gəlmir;  əgər  mən  müharibəyə  sə­
fərbərliyə  alınmışamsa,  bu,  mənim  müharibəmdir,  mən 
bunda günahkaram və buna  layiqəm.  Mən  ona  birinci  növ­
bədə ona  görə  layiqəm  ki,  çəkinə bilərdim:  ya fərari  ola bi­
lərdim,  ya  da  intihar  edə  bilərdim.  Bir  halda  ki  mən  bunu 
etmədim,  deməli,  onu  seçdim,  onun  iştirakçısı  oldum."
Əxlaqda  ekzistensializm  şəxsi  məsuliyyəti  hipertrofi- 
yalaşdırır  və  onun  obyektiv  nəticəsi  pisliyin  həqiqi  sosial
---------------------------------- 
54
  ----------------------------------
mənbələrinin,  konkret  özünü  günahkar  hesab  edənlərin 
müdafiəsi  olur.  Belə halda (Bahar və Ağaməcid, sonra pro­
sesə qoşulmuş Mərdan) davranışda insana bərabərləşdiri- 
ci,  tarazlaşdırıcı  yanaşma  onunla  nəticələnir  ki,  cavabdeh 
adamlar  heç  nə  üçün  cavabdehlik  daşımır,  yəni  məsuliy­
yətin  mütləqləşdirilməsi  şəxsi  məsuliyyəti  aradan  qaldırır. 
Məsuliyyətsiz  davranışın  bir  sıra  formalarına:  cəsarətsiz­
lik,  qorxaqlıq,  satqınlıq  və  sairə  yanaşmada  özünün  zid­
diyyətinə  baxmayaraq,  ekzistensialiszm  insanın  qərar qə­
bul  etməsinin  dünyagörüşünə,  praktik  fəaliyyətinə  laqeyd­
likdən  əsil  məsuliyyət  yarada  bilmir.  Romanda  oxuyuruq: 
"Bahar  bu  acı  həqiqəti  uşaq  ağılı  ilə  dərk  etmişdi.  Amma 
nədənsə ağacdan düşmək  istəmirdi.  Hacı  oğlu olmasa da, 
nökər  olsa  da,  yetim  olsa  da  tut  ağacından  düşmək  istə­
mirdi.
Ağaməcid  acıqlı-acıqlı, cəld  yuxarı  dırmaşdı.
-  Demirəm  düş,  ay dul  arvadın  oğlu?
-   Düşmürəm!
-  Necə?
Baharın  cavabı  Ağaməcid  üçün  gözlənilməz  idi.  Hirsi 
başına  vurdu,  başından  yekə  danışan  bu  yoluq  gədəni 
sanki  parçalamaq  üçün  tələsdi:
-   Necə?"
Bu  dialoqda  hər  iki  tərəfin  suçu  sezilir:  Baharın  elə  tut 
ağacına çıxması  da,  Ağaməcidin təhqirli  sözü də qeyri-əx- 
laqi  səciyyəlidir və  hər  ikisi  məsuliyyət  dərəcəsi  qarşısın­
da  qalır və  bu  situasiya  əxlaqi  zərurətə  uyğun  qərar tələb 
edir.  Onlar bu və ya digər hərəkət etmək üçün obyektiv im­
kan  olaraq  müəyyən  fəaliyyətə  rəvac  verməlidirlər  İstər 
Bahar,  istərsə  Ağaməcid  situasiyaya  çavab  olaraq  adek­
vat  hərəkətə  əl  atmalıdırlar;  qərar qəbul  etməlidirlər.
Romanda  Mir Cəlalın  həyat  mövqeyi,  yaradıcılıq  məq­
sədi  insan  məişətinin  və  inkişaf  dinamikasının  fəlsəfəsilə
_________________________  
55
  ---------------------------------------------------


tamamlanmışdır.  İnqilabın  yaxınlaşması  ərəfəsi,  hadisələ­
rin  bu  böyük  nəticənin  ümidlə  qarşılamasına  doğru  yetiş­
məsi  yazıçının  obyektivlik  prinsipini  dəqiqləşdirmişdir. 
Obrazların  xarakter-məişət  nöqteyi-nəzərindən  irəli  gəlirdi 
və  bu  bədii  yaradıcılığın  mühüm  prinsipiydi.  Bir qədər də­
rinə  varsaq,  poetikası  idi.  Yazıçı  bədii  strukturu  nəzərdə 
tutmuşdu.  Bu  isə  müəllif  müdaxiləsini:  şərhini,  qiymətlən­
dirməni,  mühakimə  yürütməni  istisna  etmirdi.  Və  ideya 
axtarışını  yaradıcılıq  müstəvisinə çıxartdı.
Mir  Cəlal  roman  yazarkən  Vətəni  haqqında,  onun  üs­
tündə  yaşayan  insanlar  barədə  düşünmüşdü.  Yenə  təkrar 
etdiyim  kimi,  bu  məsələdə  yazıçının  təəssüratından  və  iş 
prosesindən  xəbərsizik.  O bəllidir ki,  yazıçı  son  dərəcə tə­
vazökar  idi,  başını  aşağı  salıb  əsərlərini  yazırdı.  Görünür, 
belə  haldır  ki.  çox  yazıçılar  kimi,  o  da  mətbuata  açıqlama 
vermirdi,  intervyülərə  meyl  göstərmirdi.  Və  nəhayət,  ”Bir 
gəncin  manifesti"  romanı  Mir  Cəlalın  yaradıcılığında  mü­
hüm  hadisə  olaraq  fərəh  doğurdu  və  lirik  nəsrin  epik  nü­
munəsinə  çevrildi.  Əsərin  əbədi  və  bədii  gözəlliyi  bir  də 
ondadır ki,  misilsiz təsvir əlvanlığında  insanın daxili aləmi­
nin  qiymətinin  "duyulmasında,  sabah  "ağ  günə"  çıxacaq 
Sona  anaların,  Bahar  yeniyetmələrin,  Mərdan  gənclərin 
aqibətindədir.  Əgər insanlar öz Vətənində əzilirsə,  bir par­
ça  çörəyə  möhtacdırsa,  bu  proses  çoxmu  davam  edəcək­
dir!  Budur,  70  il  ötdü  və  müstəqilliyimizin  20  ilinə  qədəm 
basdıq.
-   Sonaların,  Baharların  və  Mərdanların  taleyi  sual  altı­
na  qoyuldu!  Mir Cəlalın  bədii  strategiyası!
Romanda  Sona  xala-ana  obrazı  xüsusi  istəklə,  proq­
nozla,  vətənpərvərliklə  təsvir  edilmişdir.  Bunun  səbəbini 
harada  axtarmalıyıq.
Sualın  cavabı  elə  asan  da  deyil.
Sona  ilk  dəfə oxucuya sakit,  başını  aşağı  salmış qadın
---------------------------------- 
5 6
__________________________
kimi  təqdim  olunmur,  qalmaqalla  üzləşir.  Oğlu  Mərdanın 
Hacı  ilə  savaşması-  bunu  təhqir  kimi  qəbul  etməliyik-  xa- 
raktercə  ötkəm,  sözündən  qaçmayan,  qorxmaz  bir  qadın 
nəzərində  tanımaq  istəyirik.
Romandan  yazanlar  nədənsə  (təbii,  əsərə,  obraza ya­
naşma müxtəlif tənqidçi zövqündən asılıdır) daha çox Mər­
dan  obrazını  təhlil  edirlər.  Mənim  fikrimcə,  Sona  obrazı 
əsərin  bütün  bədii  məqamlarına işıq gətirir və təsadüfi  de­
yil,  əsərin  ilk səhifələrində oxucu bu azəri-türk qadınını gö­
rür.  Bir  qadın  obrazı  olaraq  Sonanın  timsalında  Bətən 
üçün yanan,  ağırlığı  için-için  daşımağı  bacaran və pak öv­
lad  böyüdən  bir anaya  rast  gəlirik.  Mir  Cəlal  güman  ki  bir 
tərbiyəçi  müəllim-  ata-yazıçı  üçlüyünün  əxlaqi-psixoloji 
özünəməxsusluğunu  təsvir  etməklə  xeyli  yüngülləşmişdir. 
Sonanı  vicdan-şəxsiyyət  simvolu  kimi  qəbul  etsək,  yanıl­
marıq.  Və  unutmayaq  ki,  bu  mövzulu  eyni  dövrdə  yazılan 
heç  bir  romanda  bu  səviyyədə  yüksək  qadın-ana  obrazıy- 
la  qarşılaşmırıq.  Bu  cəhəti  də  nəzərdən  qaçırmamalıyıq. 
Sona  müəyyən  sosial-tarixi  imperativliyin  subyektiv  təsvi­
ridir və  bu  imperativlik  Qadın  şəxsiyyətinin  daxili  aləminə 
dərin  köklərlə daxil olmuşdur ki, onu davranışın, özünüqiy- 
mətləndirmənin,  ümumi  əxlaqi  keyfiyyətlərin müstəqil təm­
silçisi  simasında  görürük.  Sonanın  vicdanında  qorumağı 
bacardığı  normativ  məzmun cəmiyyətin  içindən  nəşət edir 
və  öz  mövqeyini,  xasiyyətini,  davranışını,  milli  mənsubiy­
yətini  daşıyır.  Bir  fərd-qadın  timsalında  əxlaqi  şüurunun 
özünü  aparması,  təsirlilik  dərəcəsi  onun  tərbiyəsindən, 
başqalarına  ünsiyyətindən,  temperamentindən  və  s.  asılı­
dır.
Bəzi  nüanslara-həqiqətlərə  diqqət yetirək:
"Anası  Baharı  çox  sevirdi.
Bunu  yazmamaq  da  olardı;  çıınki  hər  bir  ana  övladını 
sevir və sevməlidir.  Lakin  Sona arvadın  analıq  sevgisində
________________________
57
  --------- -------------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə