A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə3/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   2   3   4   5   6   7   8   9   ...   82

yunan  filosofu  Heraklit  yazırdı  ki:  "Xalq  qanun  yolunda  öz 
evinin  divarı  üçün  vuruşduğu  kimi  vuruşmalıdır".  Bu  fikrin 
səmimiliyi  arxasında Mir Cəlal daha ciddi  məsələni  qoyur: 
"Xalçanı  satıb  kəndə  qayıdacaq  hampaların  birindən  iki 
pud  un  alacaqdır.  Qalan  pulu  götürüb  oğlunun  dalısınca 
gedəcək,  onun  buraxılması,  kəndə  qayıtmaq  üçün  hökü­
mət  adamlarına  rüşvət verəcəkdir".
Məgər  hökümət  məmurları  deyilmi  rüşvətin  əsirinə 
çevrilən?  Məhz  əsil  yazıçıların  üzərinə xalqının,  dövlətinin 
cibinə  göz  dikənləri  ifşa  etmək  missiyası  düşür;  necə  ki, 
Mir  Cəlal  Sovetləri  qələmə  almışdır?..  Xalça  məsələsinə 
qayıdaq.  Burada yazıçı  yüksək vətənpərvərlik hissini  büru- 
zə  vermişdir.  Yalnız  "Yusif-Züleyxa”nı  dəyər-dəyməzinə 
satmaq  barədə  düşünən  ananı  bir  kimsənin  təəssüfü  ayıl­
dır və bu səs çağırış idi,  müsəlman psixologiyasına xəbər­
darlıq  idi: "Verin,  Verin aparsın, fahişələrə fərş eləsin! Qoy 
onu  toxuyanlar quru  yerdə qalsın!  Ay  bədbəxt,  qafil müsəl­
man!". Yazıçının  mənsub olduğu xalqının  iç dünyasına bə­
lədliyi,  ürəkdən  acımasından  doğan  uzaqgörənliyi  ən  ulu 
Milli  nemətlərimizi,  sənədlərimizi  soydaşlarımızın  müxtəlif 
yollarla xarici  ölkələrə aparıb satmasıdır.  Bunların qiyməti­
ni  hələ  o  vaxt  cavan  fəhlə  anlamışdı,  bu  günün  bəzi  mə­
murları  da  o  şəraiti  yaradırlar:  Sərvətlərimizin  talan  olma­
sına, yad əllərə keçməsinə! O zaman kəndçi  Sona xala bu­
nun  nə demək olduğunu başa düşürdü:  "Nədən doğma oğ­
lunun  dağdan  ovladığı  ceyran  bizə  yaraşmadı,  nədən  öz 
əllərimlə  toxuduğum  xalça  mənə  yaraşmadı?  Kimdir  bun­
lar?!  Bu  kəlləpaça  kimi  ütülmüşlər,  qızıllı  törənmiş çapqın­
lar  kimdir?  Haradan  basa-basa  çapovula  gəliblər,  nə 
üçün?  Nə  üçün?"
Gənc  nəsil  bilməlidir  ki,  azəri  qadınlarımızda  müsbət 
keyfiyyətləri  əhatə  olunduğu  mühitin  zənginliyi,  ictimai
_______________________  
1 0 --------------------------------------
münasibətlər  psixologiyası  aşılamışdır.  Lakin  Sona  xala 
timsalında  anadangəlmə,  gen  tərbiyəsi  almış qadınlarımız 
da vardır  və yazıçı  onun tam obrazını  məharətlə yaratmış­
dır.  Tacir xalçaya yüksək qızıl  pul təklif edir və təkidindən 
qalmır,  hətta yalana əl atır:  "ingilis almır, ay bacı, görürsən 
ki,  mən alıram.  Öz müsəlman qardaşın" deyirsə,  Sona  xa­
lada  tacirlərə  məxsus  aldatma,  pul  hərisliyi,  yeri  gələndə 
"Vətən"  məfhumuna  laqeydlik  xarakterini  duymaq  fəhmi 
güclüdür və  "satmıram" deyib xalçanı  bükür.  Burada daha 
maraqlı  detalla  üzləşirik:  "Xalçanın  küləyi  soyuq və  kəsər­
li  silah  kimi  ingilisin  boz  sifətinə  dəydi.  Mister  vahiməyə 
düşmüş kimi geri  -geri çəkildi.  Alt çənəsini  laxlatdı...Nəha­
yət,  tacirin tərcüməsində  "hara getsə,  onu  mən  alacağam" 
sözlərindən  sonra  Sona  xala  daha  da  qəzəblənir,  vətən­
pərvərlik  hissi  coşur,  tüğyan  edir və  "itə ataram,  yada sat­
maram"  qəzəbiylə cavablandırır.
Mir  Cəlalın  fərdi  peyzaj  yaratmaq  və  bu  təsvirin  insan 
xarakterini  açmaq  üslübü:  "Sona özünə gələndə yolu  yarı­
dan keçdiyini, tarlalar arasındakı təmiz daşın yanına çatdı­
ğını  gördü.  Dincəlmək  istədi.  Yaşıllaşan  payız taxılları,  şı- 
rıldayıb  axan  dağ  suları  və  üfüqlərdə  sap  kimi  uzanıb  ge­
dən dəstə quşlar mühiti  əsl dincəlmək yeri  idi.  Hava durul­
muşdu.  Göylər  Sonanın,  o  məğrur  ananın  həyacanına  gü­
lümsəyirdi.  Qüruba  doğru  gedən  günəş  ona  vətən  baxça- 
sından tutulmuş qızılgül dəstəsi  kimi təzə,  əlvan,  xoş görü­
nürdü".
Uşaq-yeniyetmə taleyi  bütün əsrlərdə bəlkə də eyni  ol­
murdu:  əzablı,  yetim,  başadüşülməyən  və  axırda  atılmış­
lar.  Zəmanəmizdə  bu,  qabarıq  nəzərə  çarpmaqdadır.  Əl­
bəttə,  məsələnin  subyektiv  və  obyektiv  səbəbləri  vardır. 
Təəssüf  ki,  bizim  balalarımız  belə  bir sosial-mənəvi  bəla­
dan  qurtulmamışlar.  Xüsusilə,  erməni  bəhrəsinin  nəticəsi
_________________________
11
  ----------------------------------


olaraq.  Mir Cəlal romanında özünə qədər dünyada məşəq­
qətli  həyatlarını  yaşayan  uşaqların  faciyəsini  duymuş, 
ədəbiyyatda  belələrinin  obrazları  ilə tanış  olmuşdur.
Azərbaycan  diyarında,  əksi  quruluşda,  çar üsul-  idarə­
si  dövründə  Baharların  taleyinə  laqeyd  qalınmışdır.  Baha­
rın kənddən ayrılıb şəhərə üz tutması anası  Sonanın gecə­
sini  gündüzünə  calayır və  bu  məhəbbət  nigarançılığa  ra- 
vac verir.  O,  bir qarın  çörək  üçün  qəssab  məşədi  Abbasın 
dükanına  gəlir.  Müəllif  şəhər  həyatına  nabələd  bir  kənd 
uşağının  keçirdiyi  təbii  hissləri  oxuculara  çatdırır.  Nə  qə­
dər kövrək,  narahat,  amma maraq doğuran həyatdır bu şə­
hər.  Bahara  belə gəlir:  ”0,  intizar və  xoflu  gözlərini  adam­
lardan  ayırmırdı.  Şəhərin  basırıq,  gurultulu  küçələri  ona 
qəribə gəlirdi.  Ac, yorğun olsa da anasından,  kəndlərindən 
ayrılsa da belə bir yerə gəldiyinə sevinirdi.  Burada camaat 
çox  idi.  Burada  araba,  fayton  da  çox  idi.  Ömründə  görmə­
diyi,  eşitmədiyi  şeyləri  də  görürdü"...Bu  sətirləri  oxuyan 
hər  bir  kənd  məktəblisi  Baharın  yaşantılarını  yaşamaq  is­
tər  və  necə  ki,  ilk  dəfə  Bakıya  gəldiyim  günü  xatırladım... 
Müharibədən sonrakı  bir gün  idi.  Bahar üçün şəhər namə­
lum  idi və başına gələcək faciyədən də xəbərsizdi.  Bəli,  iri 
şəhərlər ilk sakinini  əlləri  üstə qarşılasa da,  ayaqları  altına 
atmaqdan  da  çəkinmir...Varlılar,  harınlar  sərt  davranışla­
rında və soyuq qəlblərində  bütün əsrlərdə və məmləkətlər­
də yaşamışlar.  Məgər bu  gün  başqa  qiyafəli  imkanlılar az- 
mıdır?  Qəribədir,  belə  xislətlilər  gənc  nəslin,  gələcək  ida­
rə  edənlərin  ruhunu  zəhərləyirlər.  Bəlkə,  dədə-babalarının 
bu  iyrənc  xasiyyətləri  gen  vasitəsilə  ötrülmüşdür günümü­
zə?  Gizlətməməliyik və  ədəbiyyatın  bir vəzifəsi  də tərbiyə 
etməkdir.  Müsbət əxlaqi  kefiyyətləri  aşılamaqdır.  Mir Cəla­
lın  nəsr poetikasına eyni  zamanda  bu  prizmadan  baxmalı­
yıq.  Bahar,  bir tifil  çocuq  sərt  qış  günündə  bayıra  atılmış­
_________________________
1 2
------------------------------------
dır.  Soyuq  rüzgarın  çaldığı  qılıncın  ağırlarını  vücudunda 
yaşamaqla.  Bahar başını  qaldırıb  göyə  baxdı,  tamam  qa­
ranlıq qovuşduğunu,  qış gecəsinin  bir qorxu  kimi  hər yanı, 
işıq  gələn  hər  yeri  basdığını  görəndə  vücuduna  ilan  kimi 
soyuq və müdhiş bir vahimə yeridi,  ürəyi bala quş kimi dö­
yündü,  başı  gicəlləndi.  Addımlarını  atdı,  harayasa  tələs­
mək  istədi.  Yeridi,  yeridi,  qəssablıqdan  uzaqlaşa  bilmədi. 
İndii  onun  bütün  damarları  sancır,  qulağı  qəribə  bir uğultu 
ilə tutulurdu...Addımını  atdıqca Daş hasar, ayaqlarını qara, 
iri  iynələrlə  dolu  buzlara  yapışdırır,  hərdən  ayağında  isti 
hiss  edirdi,  yəqin  ki,  axan  qan  olacaqdır  ”
Gənclərimiz  üçün  bu  sətirləri  oxumaq,  keçmişimizin 
qaranlıq  üzlü  adamlarını  tanımaq  və  müstəqilliyimizi  gələ­
cəkdə  daha  da  inkişaf  etdirmək  istəyi  ilə  yaşamaq,  oxu­
maq,  şəxsiyyət kimi  formalaşdırmaq və sairə məgər qəba- 
hətdirmi?
Bahar qar  yorğanına  bələnir,  gözünə  isti  evləri,  qızar­
mış  təndirlər,  alovlu  buxarılar  görünür  və  ürəyindən  keçir 
ki,  kaş!..  Amma  qulaqçığından  "onların  yiyəsi  var"  etirazı 
keçir.  Sahibsiz özüdür,  bir də  boranlı  külək.  Bu  iki  "sahib­
siz"  arasındakı  çarpışmada  məğlub  özüdür.  Ölüm  ayağın­
da anasını,  qeyri-adi  ürpədici  arzular,  xəyallar bürüyür.  Və 
nə  üçün  bu  tale  xidmətinə  düçar  olduğuna  inanmaq  istə­
mir:  "Deyəsən  bu  yorğan  deyil,  bu  ki,  sudur,  mən  suyun 
içindəyəm?  Bəs  məni  sıxıb  kiçildən  kimdir,  hanı  mənim 
ayaqlarım?  Dizlərimə  tikanmı  batırırlar,  mən  bu  çöldə  nə 
gəzirəm?"
Bahar tərləmək  istəyir,  amma qolu  quru  ağac  kimi  sal- 
lanmışdar.  Qardaşına ünvanlanan  məktubu yoxlamaq  istə­
yir uşaq  etibarilə.  Bu  da  baş tutmur;  əli  yoxuydu,  gözü  isə 
şüşə  ilə  örtülmüşdü.  Belə  anlarda  yada  ana  varlığı  düşür: 
"Ana,  ay ana.  Anacan!"  çağırışları  da əbəsdir.  Çünki:  "Gü-
_________________________  
13
  ________________________


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə