A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə5/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   2   3   4   5   6   7   8   9   ...   82

"Yolumuz  hayanadır",  "Yaşıdlarım”,  "Dirilən  adam"mı,  bir 
də  hekayələrini  oxu.  Sonda  sualını  təkrar verəcəksən,  ca­
vabını  da  alacaqsan.  Fəhmən  belə  fikirləşirəm,  yanılmı­
ram.  Təkcə  Əhəd  Hüseynovun  böyük  yazıçımız  haqqında 
dediyi  sözlər mənim  yozumuma  haqq  qazandırır
Mir  Cəlalı  daha  rahat,  qayğısız  günlərimdə  oxudum: 
Pedaqoji  fəaliyyətimin  müəllimlik  dövründə.  Orta  məktəb­
də tam  olmasa da,  icmal  şəklində,  yaxud  ayrı-ayrı  əsərləri 
dərs  kitablarına  salınmışdı.  Şagirdlər,  hətta  həmkarlarım­
dan  yazıçını  mütaliyə  edənlər  çoxuydu.  Və  təbii  ki,  bəzi 
obrazlar haqqında  soruşurdular.  Sual  isə  cavabsız  qalma­
malı  idi
Mir  Cəlal  hələ  60-cı  illərdə  ali  məktəblərdə  tədris  olu­
nurdu,  müasir  Azərbaycan  ədəbiyyatı  haqqında  mərhum 
ədəbiyyatşınas  Kamal  Qəhrəmanov  dərs  deyirdi,  M.Cəla­
lın  üç romanını: "Yaşıdlar",  "Dirilən adam" və "Təzə şəhər- 
"i  oxutdurdu:  -  "Bir  gəncin  manifesti"ni  hələ  kənddə  oxu- 
musuz. - Yarı ciddi, yarı  zarafat tapşırığını  verdi. - Hekayə­
ləri  də  duzludur,  güldürəndir.  -  Əlavə  etdi.
Qəribədir,  son  V  kursda  dövlət  imtahanı  verirdim,  im­
tahan  komissiyasının  sədri,  təzəcə  elmlər  doktoru  olmuş, 
professor  Ağamusa  Axundov  idi.  Biletimin  bir  sualı  belə 
idi:  "Mir  Cəlalın  son  hekayələri".  Xatırlayıram:  "Sancaq 
fabrikində"  (1954),  "Havapərəstlər”  (1960),  "O  yana  ba­
xan"  (1962),  "Neçə  cür salam  var"  (1960)),  yəqin  ki,  digər 
hekayələrin  də  adını  çəkmişəm.  Ağamusa  Axundovu  bir 
elə  tanımırdım,  amma  məqalələrini  tez-tez  oxuyurdum. 
Mənə  bəri  başdan  xəbərdarlıq  etdi  ki,  məzmunu  danışma, 
oxuduğun  bilinəcək,  təhlilə  diqqətli  ol.  Özümə  məxsus 
gənclik  pafosu  ilə  danışırdım,  o  da  həvəslə  qulaq  asırdı. 
Mən  belə  məqamdan  dərhal  istifadə  etdim,  çox  xoşladı­
ğım,  bir az  əvvəl  unutduğum  bir hekayənin  adını  çəkdim:- 
"Plovdan  sonra",  -dedim.
---------------------------------- 
1 8
----------------------------------
Ağamusa  müəllim  dərhal  başını  çevirdi:
-  Sualın  son  hekayələridir,  -dedi.  -  Mir  Cəlal  bunu 
1955-ci  ildə yazıb.  Amma maraqlıdır,  bir məlumat ver,  bəl­
kə  heç  oxumamısan:-Hekayənin  qəhrəmanı  Ərkinaz  xa­
nımdır.  -  Sözümə  bünövrə  qoydum.  -  Oğlu  Ramizdir.  Bu 
ana  öz  yeganə  oğlunun  tərbiyəsinə  pis  təsir göstərən  xa­
nımdır.  Ona  görə  də  Ramiz  orta  məktəbi  sürünə-sürünə 
qurtarır,  ali  məktəbə  girir,  ancaq  oxuya  bilmir 
Ağamusa  Axundov  şirin  və  novlu  səslə  dilləndi: 
-Kifayətdir.-Məni  rahatlıqla  süzdü,  həyəcanımı  duydu, 
avtoruçqanı  əlinə  aldı.  Yanındakı  komissiya  üzvlərinə 
məsləhətləşmədən  ucadan:-  "Əla"  yazıram,  -  dedi.  -Hiss 
edirəm,  sən  sürünə-sürünə  oxumamısan.
Onun  sağında  oturan  məşhur  tarixçi-alim  Məmməd 
Şıxlıdı.  Və yenicə  içəri  girən  məşhur tarixçi,  professor Şü­
kür  Sadıqov  isə  ayaq  üstə  dayanmışdı.  O,  tarix-filologiya 
fakültəsinin  klassik  dekanı  idi,  arxayınçılıqla  cavablandır­
dı.-  Eminov  əlaçı  tələbədir.
Şıxlı  müəllim  başı  ilə  təsdiq  etdi 
Bu  əhvalat  1964-cü  ilin  iyun ayında  olmuşdu 
Cari  ildə (2000) qərara almışdım, elmi,  publisist  məqa­
lələrin  yazılışına  ara  verim,  beynim  informasiyalarla  lən­
gərlənir, çalxalanır.  Yaradıcılıq  psixologiyası  da elə təkana 
malikdir:  qayğısına  qalmäsan,  əzizləməsən,  gecələr  tən­
halaşanda  yerbəyevr  eləməsən...Yoxsa,  yuxularına  da 
"haram"  qatar.
Hansı  qəzetin  birində bir azəri  -türk uşağının taleyi  ba­
rədə  məqalə- oxumuşdum:  Bu  çocuğu  xaricə  satmışdılar, 
bizdə  ona  həyan  duran  tapılmamışdı,  anası  da  qaçmışdı. 
Həqiqətənmi  bizim  oğlan  balamız  heç  birimizə  lazım  de­
yildi?  Bəs  dövlət-hökumət  məmurları  görmürlərmi?  Və  ila- 
xır dolaşıq və bulanıq fikirlər beynimdə yanıb-söndü, göynətdi.
----------------------------------  
19
  ----------------------------------


Tək bumu?  İnqilabdan qabağı  başa düşdüm, vəziyyəti 
anladım.  Soveti  də  gördüm,  əl  çaldım,  alqışladım.  Bəs 
müstəqilliyimiz?  Hər şeyə sahib kəsilirik, ancaq öz balala­
rımıza yiyə durmuruq, talayıb ötürürük xarici  ölkələrə?  Qə­
fil  Bahar  yadıma  düşdü.  Onun  uşaqlıq  arzuları,  gələcək 
niyyətləri.  Anası  Sona,  qardaşı  Mərdan  və  bir də
Bəlkə  elə  o  uşağın,  Allah  etməsin,  Sonadır  nənəsi? 
Babası  elə  Mərdandır?  Adlardır,  mümkündür.  Yeddinci  si­
nifdə oxumuşdum.  Kitabxanamızdan  iki  günlüyə vermişdi­
lər,  növbə  uzundu.  Ədəbiyyat  müəllimimiz,  mərhum  Abu- 
zər  Ağayev  belə  göstəriş  vermişdi,  iki  həftəyə  on  beş  şa­
gird  oxuyub  başa  çatdırmalı  idi...Hə.  "Bir gəncin  manifes- 
ti"  romanını  oxumağı  qərara  aldım
Mir  Cəlal  haqqında  mən  əminəm  ki,  "xeyli"  yox, 
"çox"  yazacaqlar  (xatirə  söyləməklə  işim  yoxdur),  şübhə­
siz,  burada  xalqa  öyüd  -nəsihət vermək  və  ilaxırda  məna, 
intellekt,  emosional  informasiyalar  və  şairələr  özünü  gös­
tərməyə  bilər.  Digər  tərəfdən,  şəxsiyyət  bütövlüyü,  xarak­
ter dəyanəti  və hümanizm  əsərə hopur,  oxucusunu  düşün­
dürür və tərbiyələndirir.  Dahi  psixoloq  S.Rubinşteyn  yazır­
dı  ki,  bütün  canlı  varlıqlar  inkişaf  etdiyi  halda,  yalnız  insa­
nın  tarixi  vardır.  Şəxsiyyətin  həyat yolu  fərdin  inikişaf tari­
xidir.  O.  cəmiyyətin  ictimai,  siyasi,  mədəni  həyatında  işti­
rak edir, dövrün tarixi  hadisələrini  yaşayır, yaradır.  İctimai- 
tarixi  baxımdan  cəmiyyətdə  həmən  şəxsin  həyatında  ge­
dən proseslər,  bütövlükdə cəmiyyətin özü,  onun  istiqamət­
lərinin  inkişafında  mühüm  rol oynayır'.  Bu yanaşma fərdin 
inikişaf  dinamikasını  tamamilə  aydın  göstərir.  Ədəbi  alə­
mə  gəldikdə  proses  yönümünü  spesifik  cəhətdən  dəyişir­
sə,  ictimai-sosial  amillər,  xarakterlər,  münasibətlər Məkan 
və Zaman  kontekstində öz  işini  görür.
1.  Rubinşteyn S.Problemi obşey psixoloqii, M.,  1976. 
 
2 0
------------------------------
Təbii  ki,  hər iki  faktor sənətkara  müxtəlif dünyagörüşü 
formalaşdırır  və  ziddiyyətlər  burulğanına  gətirir.  Bəlkə  də 
sənətkar  belə  "ziddiyyətlərin"  fərqinə:  sosial,  fəlsəfi,  icti­
mai  və  sairə  varmır  və  əsərində  məhz  bunları  sıralamağı 
belə xəyalında tutmur.  Lakin  tənqid daha dərinə gedir,  ya­
zıçının  məqsədini,  niyyətini  aydınlaşdırır.  Mən  bu fikrə ya­
naşmaya  tam  haqq  qazandırmaq  istəməzdim,  o  mənada, 
bir  əsər  müxtəlif  dövrlərdə  ayrı-ayrı  aspektlərdən  qiymət­
ləndirilir.  İctimai  quruluş,  ideologiya  buna  gətirib  çıxarır. 
V.Hüqo,  O.  Bal-zak,  A.Düma,  L.Tolstoy,  M.Qorki  kimi  da­
hilərin  əsərləri  belə  bir  zəmində  oxucu  nəsillərinə  təqdim 
edilmişdir.  Deyək  ki,  Lev  Tolstoya  hələ  sağlığında  müna­
sibət  siyasiləşmişdi.  Lenin  onu  "rus  inqilabının  güzgüsü" 
adlandırmışdı  və  70  il  sovet  oxucularına  beləcə  də  sırıdı­
lar.  Lev  Tolstoy  inqilabdan  qaçmırdı,  ona  bəlliydi  ki,  hər 
hansı  bir  quruluş,  ideologiya  xalq  önündə  özünü  doğrul­
dursa  və  bu  antoqonist  nöqtəyə  gəlirsə,  təkamüldən  yox, 
inqilabdan  danışılmalıdır,.  Ehtiyac  yoxuydu  ki,  dahi  ədibə 
"Zülmə  müqavimət  göstərməmək",  "Böyük  peyğəmbər", 
"Mənəvi  dini  təkmilləşmə"  kimi  epitetlər  yapışdırılsın. 
L.Tolstoya  mürtəcə  plandan  da  yan  keçilmirdi.  Şübhəsiz, 
yazıçının  günyagörüşündə.  Xüsusilə  maarifçiliyində,  ədə­
bi  yaradıcılığında ziddiyyətlər yox deyildi.  Lakin  o,  xalqını, 
cəmiyyətini  epik  şəkildə  təsvir  etmişdi.  Professor  Abbas 
Hacıyev  düzgün  yanaşmışdır:  "L.Tolstoy  konkret  bir  döv­
rün,  mürəkkəb tarixi  şəraitin qüdrətli  bədii  ifadəçisidir,  rus 
həyatının  dahiyanə  təsvirini  verən  böyük  realist  sənətkar­
dır...
Məhz 
ictimai-siyasi 
mühit, 
inqilabi 
mübarizə 
L.Tolstoyun  yaradıcılığına  dərin  təsir  göstərmiş,  onun 
əsərlərində  xalqa  və  vətənə  məhəbbət  ideyasını, 
demokratik əhval-ruhiyyəni gücləndirmişdir"2. Bir az da üzü
2. 
Hacıyev Abbas. Sənətkarın yaradıcılıq fərdiliyi, B.  1990. səh. 20. 
 
 
21
  --------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə