A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə6/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   2   3   4   5   6   7   8   9   ...   82

özümüzə yaxınlaşsaq,  M.Qorki  də belə yanaşmaya  məruz 
qalmışdı  və  yenə də  Leninin  bəlasına düşmüşdü.  Bu  bey­
ni  xəstə  dahi  "Ana"  romanında  da  inqilabi  ideologiyanı 
fetişləşdirm işdi,  baxmayaraq  "vaxtında  yazılmış  əsər" 
adlandırmışdı.  Qorki  Rusiyada  inqilabi  hərəkatı  görürdü, 
qiymətləndirirdi  ki,  daha  yetər  belə  bir hakimiyyət və yeni 
quruluş  arzulayırdı.  Dahi,  böyük  yazıçı  haradan  biləydi  ki, 
Lenindən tərbiyə almış bu bolşeviklər rus ziyalılarını  məhv 
edəcək,  onun  özünü  isə  xaricə qovacaqlar
M.Qorki  ziddiyyətləri  görürdü  və bunun  hakim  sinif tə­
rəfindən törədildiyini  dərk edirdi.  Və bu  hakim siyasi  dairə 
isə  sənətkarları  "dilə  tuturdu"  ki,  fəhlə  və  kəndli  sinifləri 
əks etdirin,  onların  şanlı  yolunu,  əməyini  işıqlandırın.  Ona 
görə  də  partiyanın  ideoloqlarından  V.İ.Lenin,  A.V.Luna- 
çarski,  A.A.Jdanov  və  başqaları  ədəbiyyata  "partiyalılıq" 
və  "sinfilik"  anlayışlarını-bu  bədii  kabusu  gətirdilər;  ən  bö­
yük  istedadları  bəşəri  əsərlər  yazmaq  xoşbəxtliyindən 
məhrum  etdilər.  Axı,  bütün  zamanlarda  sənətkar  ictimai 
mühitdən ayrılmamışdır,  bu ab-havanın təsirini duymuşdur 
və  əsərlərində  təsvirini  rəva  bilmişdir.  M.Qorki  yazmışdır 
ki,  əgər yazıçı  ictimai  mühiti  öz  materialı  kimi  işlənən,  onu 
hərtərəfli  öyrənməyə  cəhd  göstərmişsə,  o,  hər  hansı  baş­
qa  bir adamdan  artıq  ictimai  mühitin  adamıdır3.
Ədəbiyyatda  sinfiliyi  və  partiyalılığı  ideallaşdırmaq,  if­
rat  sosiallaşdırmaq  əslində  cinayət  idi  və  söz  adamlarını 
çıxılmaz  buxova salmaq  idi.  Sənətkarın  fərdi  üslübu və te­
matikası  baxımından  zamanla,  siyasi  mövcudluqla  barış- 
mamağa tam haqqı  vardır. Ədəbiyyat söz sənətidir, obraz­
lı təfəkkürün inikasıdır və estetik zövq mənbəyidir - bu ele­
mentlər varsa  -  oxucusunu  tapacaqdır.  V.Hüqonun  "Səfil­
lər”, O.Balzakın "Qorioata", L.Tolstoyun "Hərb və sülh", M.Qor-
3.  Qorki M...Ədəbiyyat haqqında, B.1950,  səh.  123.
----------------------------------  
2 2
_________________________
kinin  "Artomonovların  işi",  M.S.Ordubadinin  "Qılınc və qə­
ləm"  kimi  romanlarda qavramalı  çox  mətləblər verilmişdir: 
Dövrün  gerçəkliyi,  cəmiyyətin  ziddiyyəti,  insanın  psixolo­
giyası  Ədəbiyyatşınas-demokrat  H.Q.  Dobrolyubov  gös­
tərirdi  ki,  bu  çətin  bədii  idrak  forması  ziddiyətləri,  yeniliyi 
və  onun  təzahür  müxtəlifliyini,  insanlarda  oyanan  sağlam 
ruh  və  düşüncəni,  dövrün  mübariz  qüvvələrini  görməyə 
kömək edir.
Bədii  əsərdə  daha  çox  təbii  olaraq  sinfi  mövqelər əks 
olunur,  bu  təbəqələrin  təmsilçiləri  ya  müsbət,  ya  da  mənfi 
xarakterləri  -  öz  bədii  qiymətini  alır.  Jan  Valjan,  Qorio  ata, 
Andrey  Balkonski,  Hüsaməddin...Məgər  başdan  ayağa 
müsbət  obrazlardır?  Fəhlənin,  kəndlinin  cinayətkarı  yox­
dur?  Torpağını  müdafiyə  edən  zabit  idealdır?  Xeyr.  Yazı­
çının  öz  fərdi-bəşəri  mövqeyi  vardır və  hansı  sinifdə  təm­
sil  olunduğu  onun  üçün  maraqsızdır.  Təki  istedadı,  intel­
lekti,  üslübü  və  digər  xüsusiyyətləri  özündə  birləşdirən 
şəxsiyyəti  olsun.  Yazıçı  peşəsidir  ki,  gördüyü,  müşahidə 
etdiyi  hadisələrə,  əksliklərə,  əxlaqı  normalara və  sairə bi­
ganə qalmır,  imkanı  müqabilində əsərinə gətirir.  Ona görə 
də  yazıçıya  "ictimai  mühitin  adamı”  yarlığını  yapışdırmaq 
bəzi  məqamlarda düzgün deyilddir:  yalnız bir sinfin  mənə­
viyyatını,  psixologiyasını  təsvir  etmir,  eyni  zamanda  təm­
sil  olunduğu  sinfin  mövqeyində  dayanır,  onun  arzusu, 
idealı  uğrunda mübarizə aparır.  Belə bir formulənın nəticə­
si  olaraq,  marksistlər  partiyalılığın  yüksək  inkişaf  etmiş 
sinfi  mübarizə  ilə  yanaşı  addımladığını  və  nəticəsi  kimi 
möhürləmişlər
"Partiyalılığ"ın  tarixi  XIX  əsrin  ortalarına  gedir,  alman 
ədəbiyyatında  işlənmişdir.  F.Fçeyliqrat  "İspaniyadan"  şei­
rini yazmış (1841),  ənənəvi tərənnümü qəbul etmiş, sənət­
karı  siniflərdən  və  sinfi  mübarizədən  kənarda,  öz  fərdi 
hisslər  və  duyğular  aləmində  görmək  istəmişdir.  Bu  ad-
_________________________  
23
  ----------------------------------


dırndan  ruhlanan  K.Heyverq  "Partiya"  şeirini  qələmə  al­
mışdır.
Təəssüf  ki,  ədəbiyyatşünaslar  partiyalılığı  "estetik  ka­
teqoriya"  adlandırmaqdan  belə  çəkinməmişlər.  Görəsən 
Homer.  Nizami,  Füzuli,  Nəvai,  Şekspir,  Hüqo,  Balzak, 
M.F.Axundov,  L.Tolstoy  ...Hansı  partiyanın  üzvi  idilər?
Partiyalılıq siyasi görüntüdür və bədii  əsərin  məzmunu 
və formasını  nəzarəti  altına  almaq səlahiyyətinə  malik de­
yil.  Bizim gözdəniraq ədəbiyyatşünaslar və estetiklərə  isə: 
partiyalılıq  bədii  əsərin  mündəricəsi,  məzmun,  forma  vəh­
dəti,  sənətkarlıq  təcrübəsi,  dünyagörüşü və  yaradıcılıq  ax­
tarışları  ilə bağlı  problemdir,  yazıçının canlı  bədii obrazlar­
la,  həyati  lövhə  və  mənzərələrlə  müasirlərinə  söylədiyi  fi­
kir,  düşüncə  və  təəssüratlardır,  insanlara  aşılamaq  istədi­
yi  ideyalardır.  -   Bir ədəbiyyatşünasdan  gətirdiyim  bu  iqti­
basın  özü  görəsən  partiyalıdırmı?  Paradoks  və  sarkazmla 
dolu olan belə milyonlarla fikirdə sənətkar partiyalı  mövqe­
də deyilsə: əsərində hansı  forma və məzmunu,  üslubu,  bə­
dii  ifadə  vasitələrini  seçərdi? Tamamilə  absurd  bir yanaş­
ma.  Müasirliklə  partiyalılığı  eyniləşdirməkdə  sənətkarın 
oxucu tələbatından,  bəşəri zövqdən, daxili  nihilizmdən irə­
li  gələn  proseslərə  müsbət  yanaşmaq  hüququ  vardır.  Bu 
isə  Məkan  və  Zaman  paralellərindən  də  asılıdır.  Cənga­
vərlik,  kübar  həyatı  romanlarını  dövrün  oxucuları  tələb  et­
mişdi,  maraqlı  əsərlər yazıldı.  Bu gün həmən  romanları  ya­
şadan  qəhrəmanların  cəsarəti,  sağlamlığı,  qətiyyəti,  şəxsi 
istəkləri  uğrunda ölümdən də qorxmamalı  və sairədir.  Am­
ma  yazıçı  üslübu,  təsvir  ustalığı  qalmışdır
Yazıçının  öz  duyum,  qavrama  və  əksetdirmə  prizması 
mövcuddur.  Əsərə  köçəndə  bu  "üçlük”  müəllifin  şəxsiyyə­
tindən  baş  qaldırır.  Hər  bir  yazıçıda  bu,  müxtəlif  fərdi  ya­
naşmada  özünü  tapır.  D.Lindey  fərdi  yaradıcılıq  prosesin­
də sənətkarın  işini  dövrün  ədəbi  şəxsiyyətinin  dünyagörü­
şü  ilə,  varlığı  duyumu  ilə,  bəşəri  məqsədilə  əlaqələndir- 
-------------------------------------   24  ______________________
mişdir.  Və haqlı  idi. Yazıçının şəxsiyyəti öz əsərində yaşa­
yır...buradan da təbii  bir yaradıcılıq  psixologiyasının bədii- 
ədəbi  xüsusiyyətləri  meydana  çıxır:  həyat,  insan,  münasi­
bət-obrazları  doğuran  üçlük.
Professor  Abbas  Hacıyev  bu  məsələdən  danışarkən 
obyektivdir:  "S.Vurğun,  A.Tolstoy,  N.Tixonov,  S.Rəhimov, 
K.Simonov  ...R.Rza,  Mir  Cəlal,  M.Hüseyn,  Əbülhəsən  və 
başqaları  bədii  obraz  yaradanda  həyatı,  məişəti,  psixolo­
giyanı  və Milli  münasibətləri öyrənir, fasiləsiz müşahidələr 
aparırdılar.  Onların  dövr və  zaman  haqqqında  düşüncələ­
ri,  gözəllik  arzuları,  hiss  və  duyğuların  təmizliyi  obrazların 
ruhuna,  mənəviyyat və  zehninə  hopmuşdur.
Professor  Cəfər  Xəndan  "Bədii  ədəbiyyatın  partiyalılı- 
ğı"  (1955)  məqaləsində  yazmışdı:  "Partiyalılığın  gözəl  nü­
munəsi  olan  qabaqcıl  Sovet  ədəbiyyatı  dünya  miqyasında 
böyük şöhrət qazanan gözəl sənət əsərlərinə  malikdir.  "A- 
na",  "Dəmir  axın",  "Tarmar",  "Sakit  Don",  "Gənc  qvardi­
ya",  "Şamo",  "Bir gəncin  manifesti",  "Gələcək gün",  "Sə­
hər"  və  s.  əsərlər həm  fərdi  yaradıcılığın,  həm  də  partiya- 
lılığın  gözəl  nümunələridir4
 5
 6.  Mərhum  alimimizin  fikirlərini 
təhlil etməkdən  uzağam,  bu da  bir sıra səbəblərlə bağlıdır.
Əllinci  illərdi,  əsərlər  məhz  partiyalılıq  prizmasından 
qiymətləndirilməlidir.  "Sakit  Don"da,  ”Şamo"da,  "Bir  gən­
cin manifesti"ndə hansı  partiyalılıq  ideyası axtarmaq lazım 
gəlirdi  və  yazıçıların  boynuna  bu  minnəti  qoymağa  dəyər­
dimi?!  Cəfər Xəndan  Mir Cəlalın  anadan  olmasının  50  illi­
yi  münasibətilə yazdığı  bir məqaləsində  (1958)  partiyalılıq 
xofundan  özünün  və  ədibin  canını  qurtarır  ki,  onun  "Bir 
gəncin  manifesti" də istisna olunmur. Və povestlərində nə­
zərə çapracaq  ən yaxşı  cəhət yığcamlıqdır
4.  Hacıyev Abbas.  Göstərilən  əsəri,  səh.  37-38.
5. 
Cəfər Xəndan.  Seçilmiş əsərləri,  B.1972.  səh. 89.
6. 
Cəfər Xəndan.  Seçilmiş əsərləri.  B.1972,  səh. 212.
_________________________  
25
  ---------------------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə