A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə7/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   2   3   4   5   6   7   8   9   10   ...   82

Mir  Cəlal  gəncliyinin  qaynar  dövrünü  (illərini)  Gəncə 
şəhərində  yaşamışdır.  Bakıdan  sonra  ikinci  ədəbi-ictimai 
mühitlə  zəngin  yer  idi.  S.Vurğun,  C.Xəndan,  M.Rzaqulu­
zadə,  H.Araslı,  Ə.Cəmil  və  başqa  ədəbi  şəxsiyyyətlər  də 
burada  ilk əsərlərini  qələmə almışlar.  Mir Cəlalın tədqiqat­
çılarından  biri  olan  ədəbiyyatşünas  Yaqub  İsmayılov yazır 
ki,  Gəncənin  öz  simasını  gündən-günə  dəyişməsi,  ictimai 
həyatda  böyük  yeniliklərin  baş  verməsi,  azadlığa  çıxmış 
xalqın coşqun ruh yüksəkliyi, tərəqqi və quruculuq  işlərinin 
genişlənməsi  həssas qəlbli  Mir Cəlala da dərin təsir etmiş, 
istedadının  parlayıb  inkişaf  tapmasında  və  müəyyən  isti­
qamət almasında  müsbət  rol  oynamışdır7 8
.  Həqiqətdir bu.
Müqtədir Mehdi  Hüseyn  Mir Cəlalın  yaradıcılığına  hör­
mətlə  yanaşmışdır.  Ədəbiyyatımızın  dönməz  və  güzəştsiz 
təəssübkeşi  bəzən  sərtlikdə  ifrata  da  varmış,  lakin  həqi­
qətdən  uzaqlaşmamışdır.  "Azərbaycan  Sovet  ədəbiyyatı­
nın  yaradıcılıq  problemləri"  (1948)  silsilə  məqalələrində 
Mehdi  Hüseyn  sənətşünas  və  ədbiyyatşünas  Cəfər  Cəfə­
rovun  M.Cəlalın  "Dirilən  adam"  romanı  haqqında  fikirləri­
nə  münasibətini  belə  bildirmişdir:  O  (tənqidçi  nəzərdə  tu­
tulur.  - A.E.),  Mir Cəlalın  "Dirilən adam"  romanını  "əhvalat" 
adlandırmaqla  da  bədii  əsərdə  məhz  sadəliyə  və  təbiiliyə 
qarşı  çıxırdı.  O,  müharibə  zamanı  öz  əsərlərində  Koroğlu 
və  Babək  adlarını  təkrar  edən  yazıçılarımıza  da  bunun 
üçün  hücum  çəkirdi0.
Mehdi  Hüseyn  "Azərbaycan  romanı  haqqında"  (1954) 
analitik  məqaləsində  də  bu  gün  üçün  maraq  doğura  bilən 
mülahizələr söyləmiş,  otuzuncu  illər Azərbaycan  romanla­
rında  ictimai  mühitin geniş təsvirini  göstərmişdir.  "Azərbay­
7. İsmayılov  Yaqub. Mir Cəlalın yaradıcılığı, B.  1975, səh.  7.
8.  Mehdi  Hüseyn,  Əsərləri, X  c. B .  1979,  səh 32.
---------------------------------
2 6
___________________________
can  Sovet  romanı  sərt  polemik  bir  üslubda  yaranırıdı"  de­
yən  Mehdi  Hüseyn:  "Mir  Cəlalın  "Bir  gəncin  manifesti" 
əsəri  otuzuncu  illərdə  yaranan  Azərbaycan  romanının  ən 
yüksək  mərhələOsi  idi.  Bu  əsərdə  müəllifin  əsas  müvəffə­
qiyyəti,  şübhəsiz,  Azərbaycanda  inqilab  ərəfəsində  və  in­
qilabın  ilk günlərində  xalqımızın  həyatında  baş vermiş  bö­
yük  hadisələri  və  böyük  təbdülatı  poetik  bir  dillə  təsvir  et­
məsidir"9.
Bir qədər geniş  dayanaq,  bu,  zənnimcə,  romanın  poe­
tikasında  bədii  cizgilərə  aydınlıq  gətirər.
Nəsrə  sinfilik  və  partiyalılıq  mövqeyindən  yanaşmanı 
gizlətməyə  ehtiyac  yoxdur və  yox  idi.  Mehdi  Hüseynə  qə­
dər  "bədii  pafos"  anlayışı  poeziyaya  şamildi  və  yaraşırdı. 
Nəsrdə,  onun  təsvir,  ifadə  vasitələrində  bədii  həyacanı, 
asta  səsi,  daxili  sevinci  və  sıxıntını  üzə  çıxaran  pafosu 
görmürdü  tənqidçilər.  Böyük  yazıçı  bədii  pafosun  nəsrdə 
həyat  gerçəkliyini  sənət  həqiqətinə  çevirməsində  rolunu 
qiymətləndirdi;  "yazıçının  özündən  çox  qəhrəmanlarının, 
onların  mübarizəsinin  poeziyasını  verdiyini"  deyirdi. 
M.Hüseyn  romanda vətənpərvərlik duyğularını  xüsusi  qüv­
vətlə  təsvir etdiyini,  sadə və sıravi  adamların  qəlbində  və­
tən  məhəbbətinin  nə  dərəcədə  kök  saldığını  məxsus  li­
rizmlə  açdığını,  emosionallığı  təqdir  edir.  Və  bu  kon­
tekstdən  yazıçının  əsərlərinin  bədii-estetik  keyfiyyətlərini 
görür:  "Mir  Cəlalın  əsərlərindəki  emosionallıq  "Bir  gəncin 
manifesti"ndə  daha  da  güclənmişdir. 
Əgər  o,  "Dirilən 
adam"  romanında  hadisələrlə  bir  o  qədər  də  üzvi  əlaqəsi 
olmayan  poetik  ricətlərə əl  atırdısa,  "Manifest"də  bədii  su­
rətlərin  bilavasitə özünü göstərməyə,  onların bu və ya baş­
qa  hadisəyə  münasibətini  şərh  etməyə  daha  çox  diqqət 
yetirir.  Bu  nöqteyi-nəzərdən  öz  əliylə  toxuduğu  "Yusif  və 
Züleyxa"  xalçasını  satmağa  gətirdiyi  səhnəni  xatırlamaq 
kifayətdir".
9.  Mehdi Hüseyn.  Əsərləri, IX c.  Bakı.  1979.  səh 241.
______________________  
27
  ------------------------------------


Mir  Cəlalda  komik,  gülməli  situasiyanın  dramatik  təs­
viri  bədii  başlığa,  bütövlüyə gətirir.  Ümumiyyətlə,  yazıçıda 
dramatik  vəziyyətlərin  (situasiyaların)  işlənməsi  güclüdür 
və  bu  cəhət  "Dirilən  adam",  "Açıq  kitab",  "Yolumuz  haya­
nadır"  romanlarında  da  qabarıqdır.  Bu,  xüsusilə,  ondan 
irəli  gəlir ki,  Mir Cəlal  mövzu seçimində özünə qarşı tələb­
kar  idi,  həyat  hadisələrinə  bədii-intellektual  nəzərlə  yana­
şırdı,  fağırlıq  və  iddiallıq  əksikliyini  düzgün  fərqləndirirdi. 
Ona  görə  də  Mir  Cəlal  nəsrinin  xarakteri  müsbətə  doğru 
dəyişirdi  və çox vəziyyətlərdə  lirik  intonasiya  kəsb  edirdi.
"Ədəb  söhbəti"  hekayəsini  oxuyub  düşünək.  Uşaqlar 
üçün  nəzərdə  tutulan  bu  lirik  təhkiyəli  əsərdə  gələcək  hü­
quqşünas olacaq  uşağın qonaq yanında özünü ədəbsiz-əl­
ləri  ciblərində  - aparması  təsvir olunur.  Ata  nəsihəti  yerin­
də:
"Kamil başını aşağı salıb getmək istəyəndə atası mane oldu.
-  Dayan, getmə!  Sənə min dəfə demişəm adam yanın­
da  əlini  cibinə  qoyma.  Böyük  bilmirsən,  kiçik  bilmirsən, 
əlini  cibinə qoyub,  söhbətə  başlayırsan.  Bunu  tərkit,  yaxşı
deyil!
-   Bəs  bu  ciblər  nə  üçündür?
-   Ciblərin  yeri  var,  məqsədi  var,  bir  şey  qoymaq,  so­
yuqdan  qorunmaq
Kamil  atasının  sözündən  utandı".
Bu  sadə  süjetli,  amma  düşünmək  iqtidarına  cavab  ve­
rən  hekayədə yazıçı  xalq  pedaqogikasına bələdliyini  və bu 
üsulun  yerini  başa  düşməyi  göstərmişdir.  Lakin  adət  halı­
nı  almış vərdişin hökmü...Mir Cəlalın  pedaqoqluğuna dəla­
lət  edir.
Bu  və  yaxud  digər  əsərlərində  gördüyümüz  nədir? 
Əzab  çəkən,  yaxud  laübali,  neytral,  yaxud  vecsiz  insanla­
rın  portretləri,  yaxud  iç  aləmləri,  hansı  ki  xarakterik  səviy­
---------------------------------- 
2 8
----------------------------------
yəlidir.  "Qəbul  imtahanı",  "Mən  zaminəm",  "Heykəl  uca­
landa",  "Plovdan  sonra",  "Vicdan  mühakiməsi",  "Nazik 
mətləb"  və sair hekayələrində də gündəlik həyatın  işığı  və 
kölgəsi,  rastlaşdığımız  adamların  fəziləti  və  fəsadı,  fərdin 
öz yerini  görməsi  və  unutması  kimi  həyati,  əxlaqi  məsələ­
lərin  inikası.  Bu  kimi  hekayələrdə  bəzən  obrazın  birbaşa 
mühakiməsi  olmasa  da,  qəti  inam  yaranır  oxucuda,  özü 
şəraiti  başa  düşəcəkdir.  Adi  həqiqətlərdən,  hadisələr  və 
situasiyalardan  gözlənilməz  nəticələr çıxarmaq  yox,  daha 
realist qənaətlərə gəlməyə  inam  göstərir.  Vəziyyət drama- 
tikləşir,  baxmayaraq  yumorludur,  satiralıdır.  Müəllif  üçün 
gizli,  oxucular  üçün  aşkar  mətləb  dərin  psixoloji  təhlildən 
sonra  məlum olur.  Və  "burada ənənəvi  sadəlik və qeyri-tə- 
biilik,  şəraitin  adiliyi,  həyatın  dərin  məzmun  xırdalıqlarına 
yenə həmən maraq üstünlük təşkil edir, amma bu,  indii  ko­
mik surətdə nəzərə çatdırmaq  deyil, xarakterlərin və  həya­
ti  situasiyaların  dərin  psixoloji  təhlili  nəticəsində qazanılır. 
V.Q.Belinski  yazırdı  ki,  komediyanın  gülməli  olması  hadi­
sələrin  yüksək  mənalı  gerçəklik  qanunları  ilə  aramısz  su­
rətdə ziddiyyətlərdən  yaranır.
Mir Cəlalda lirik ahəng,  dərinləşəndə təhkiyə üstündür, 
qəmlidir,  həzindir və bu cür də olmalıdır,  məsələ  hadisələ­
rin  məzmununda dayanan vəziyyətdən gedir.  Lakin  birdən 
gözlənilməz  məqamlar  baş  verir.  Daha  lirik  qəmlilik,  hə­
zinlik  ciddi  situasiya  alır,  "xırda  adamlar"  -   diqqətdən  ya­
yınan  insanlar  ictimailəşir,  fəallaşır,  hətta  məişət  psixolo­
giyasından  uzaqlaşırlar.  "Badamın  ləzzəti"  (1937) hekayə­
sinin  qəhrəmanı  Badam  arvaddır,  sadə  olmaqla  bərabər 
avamdır.  İclasda  -filəndə  iştirak  etməmişdir.  O.  tədricən 
makro  mühitin  təsiriylə  dəyişir,  seçki  iclasında  iştirakçı 
olur,  ürək  sözünü  deyir;  maraqlıdır  ki,  yazıçı  Badamı  icti- 
mailəşdirsə  də  danışanda  səmimi,  yumorlu  vəziyyət  alır,
_________________________  
29
  ----------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə