A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə82/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   74   75   76   77   78   79   80   81   82

hərəkətə  yol  verərdi?  Bütün  bu  boşluğu  Kiçikxanım  üzəri­
nə götürür:  Mənəvi  təmizlənmə-katarzis!
"Yaşıdlarım"  romanında  katarzis effekti obrazların açıl­
masında  xəfif  xətti  təşkil  edir.  Aristotelə  görə,  bu  anlayış 
"oxşar effektlərin-hisslərin vasitəsilə təmizlənmə  kateqori­
yasını  şərtləndirir.  Belə  ki,  bu,  obrazları  sınaqlardan  çıxa­
rır və  bunun  təsiri  kimi,  tərbiyəvi  funksiyanı  yerinə  yetirir, 
bir  növ  daxili  aləmlərini  təmizləyir.  Rus  estetiki  N.M.  Çer- 
mşevski  yazır ki,  ictimai  hadisələrdə "komiklik katarzisi də 
mümkündür  və  bu,  müəyyən  sübutlara  əsaslanır*0.  Bədii 
yaradıcılıqda yazıçı qəhrəmanlarının günahlarını yuyur.  Ki- 
çikxanım  Nərimana  qarşı  xəyanətilə  məhəbbətin  insanı 
xoşbəxt  etmək  gücünü  sarsıtmaqla  həyatın  harmoniyasını 
pozmuş  olur,  tarazlığı  əyir;  davranışa  zərbələr  vurur.  Və 
xarakterin  yenidən  tənzimlənməsinə  yönələ  bilər,  ümidlər 
oyadar.  Kiçikxanım  Nərimanı  komandir görəndə bu  hisslə­
ri  keçirir:  "Yox!  Bu  oğlan,  bu  "şair oğlu"  deyilən  şəxs gənc 
adi  adamlardan  deyildir.  O,  kin  bəsləmir.  O,  məni  müla­
yimliklə  və  mehribanlıqla  dindirdi.  O,  mənim  qəlbimi  zor- 
lamaq  fikrinə  düşmədi  və  hərəkətlərim  üçün  pisləmədi, 
danlamadı.  Mənim  çəkdiyim  mənəvi  əzabları  duydu.  Və 
bunu  mənə  kifayət  bildi.  O,  mənim  qəbahətlərimi  üzə vur­
madı.  Dünyada  nə  səbirli,  nə  təmkinli,  nə  nəcib  insanlar 
var!  O,  nə qəribə adamdır!  Gör mən  nə qafil  olmuşam,  gör 
nələr düşünmüşəm!"  Xoşbəxtlik şansını  itirməyən  Kiçikxa- 
nıma  biz  o  qiyməti  verməməliyik-əxlaqi  məmnunluq  aşıla- 
yır özünə və bu  isə heç də özündən razılıq deyil.  Bu qadın­
da  öz  davranışının,  hərəkətinin  nəticə  çıxarmanın  nail 
olunmuş  səviyyəsinin  tənqidi  vardır;  elə  deyil.  Bu  ikinci 
həyata  atılmışın  qarşısına  qoyduğu  yeni  vəzifələrin,  hara­
dasa arzuların qoyulmasına, qorunmasına stimul verər və onun
60. 
Çernışevski  N.M.Komediya  Aristofana  i  antiçnoye  teorii 
smexa.  M.,  1956,  səh.  103.
._______________________
324
----------------------------------------
yenidən ozünübərpasına təkan olar.  Nərimana qarşı  qəba­
hətlərinin  kölgəsindən  çıxmaq,  iztirab  keçirmək onun  qey­
ri-məmnunluq,  yəni  təmin  olunmamaq  vəziyyətindən  fərq­
lidir;  bu  isə  Kiçikxanımın  psixikasının,  sağlamlığının  qey­
ri-sabitliyinə  gətirib  çıxarar.  Bizə  hələlik  Kiçikxanımın  gə­
ləcək  taleyi  qeyri-müəyyəndir,  ümudsizlik  ovqatı  da  belə­
cədir...
Mir  Cəlal  bununla  romanın  oxucu  tərəfindən  qavranıl- 
ması  nəticəsində  yaranan  psixi-davranış  affekti-durumu 
obrazın  mənəvi  səviyyəsindən  asılıdır.  Bununla  katarzis 
obrazın  mənəvi-fiziki  harmoniyasına  kömək-  yardımçı 
olan  vəzifəsi  insanın  tərbiyələndirici  təsirinin  tərkib  hissə­
sidir.  Bununla tədricən  Kiçikxanımın  özündə qüvvət tapdı­
ğını  görürük:  "O,  əsgərin,  cəbhəçinin  məhəbbətinə  etdiyi 
xəyanətin  ağırlığını  duyaraq  nə  qədər  daxili  əzab  çəkirdi­
sə,  indi  ona  verilən  işi  və  şəriati  doğrultmaq  cəhdini  də 
min  qat  artırırdı".
O,  başqa  bir  "cəbhəyə"  qədəm  basmışdır.  Tərbiyəçi 
olduğu  bağçada  yeddi  nəfər cəbhəçinin  uşaqlarına  qulluq 
edir,  onlardan  beşi  isə  yetimdir.  Kiçikxanım  əsgər arvadı­
dır,  belə tanıyırlar.  Lakin  o,  bu  müqəddəs addan daha çox 
xəyanəti  barədə düşünür,  tərəddüdlər keçirir.  Hissinin  mü­
qəddəsliyini  itirməmişdir:  "Qızı  dəhşət  götürdü,  o,  işləri 
heç  öz  adına,  özünün  indiki  etibarlı  vəziyyətinə  qovuşdu­
ra  bilmirdi.  Kiçikxanımı  düşündürən  onun  zehnini  vaxtba- 
vaxt  məşğul  edən  də  bu  idi.  O,  bəzən  bağça  mürəbbiyəsi 
Telli  ilə  oturub  dərdləşir,  ürəyinin  dərinliklərindən  gələn 
soyuq  ah  ilə  köksünü  ötürürdü.  Özünə  cəsarət  verib  hər 
şeyi  açmaq,  heç  olmasa  anası  yerində  olan  bu  qoca  qa­
dınla  danışmaq  istəyirdi".
Kiçikxanımın  məhəbbətini  Y.İsmayılov  belə  səciyyə­
ləndirir.  "Kiçikxanımın  məhəbbətində  ikili  xüsusiyyət görü­
rük.  Bu  məhəbbət  tam-bütöv deyil,  parçalanmış,  iki  hissə-
---------------------------------------
3 2 5
_______________________


yə ayrılmışdı.  Qaynar və coşğun gənclik dövrünü  yaşayan 
Kiçikxanım  həm  qonşusu  Nərimana,  həm  də  atasının  iş 
yoldaşı  Əhmədə  bağlanmışdı” .
"Yaşıdlarım"  romanının  üslubu,  dil  çalarları  obrazların 
və situasiyaların  psixolocsini  tamamlayır.  Mir Jəlal  əvvəlki 
romanlarında  olduğu  kimi,  bu  əsərində də xoş ovqat aşıla- 
yır.  Təbiəti  çanlı  təsvirdə verir.  Mən  iki  epizodla  kifayətlə­
nəcəyəm;  hansı  ki,  oxuyanda özünü həmən məkanda hiss 
edir,  duyğulanırsan:  "Meşə sıx və dərin,  gecə zil qara,  göy 
tutqun,  hava sakit  idi."Sadədir,  amma bu görüşlə  Nəriman 
haraya düşdüyünü  bələdləyir.  Yaxud:  "Payızın  son  günləri 
idi.  Kəpəzdən,  Qoşqardan axıb gələn mülayim külək Kiro- 
vabad  çayının sağ və sol sahilinə buz sərinliyi  gətirməkdə 
idi.  Ancaq  aydın  göyün  uzaq  çatlarında  yuvarlanmaqda 
olan  günəş  sanki  hələ  şaxtalara  yol  verməyəcəyini  təkid 
ilə  bildirirdi.  Ağacların  çoxu  lütləşsə  də  bağlar  arasında 
bir-birinə sığınan qarağac,  tut,  gilas,  çinar ağaclarının  elə­
si  var  idi  ki,  yarpaqların  yaşıllığını  da  itirməmişdi.  Lakin 
yaxınlaşmaqda  olan  qışın  əlamətləri  hər yerdə,  hər cəhət­
dən  özünü  bildirməkdə  idi".
Mir Cəlalın  nəsr poetikası  çox zəngindir və  bu  irsin  nə 
qədər dərininə getsək,  yeni-roman strukturu  aşkara çıxara 
bilərik.  Sovet  məkanında  və  ideologiyasında  yaşayan  sə­
nətkar  xalqımızın  keçmişini,  mübarizəsini  və  qazandığı 
dəyərləri  də,  itirdiklərini  də əks etdirmişdir.  Müəllif yaradı­
cılıq  məqsədindən  kənara çıxmamışdır,  səmimi  məramın­
da  səmimi  söz  demişdir:  obrazlarının  və özünün  sözlərini!
Mir Cəlal  romanında mükəmməl  "atalar-oğullar”  məsə­
ləsini  məhz  müharibə  zamanı  Vətəni  qorumaq  iddiasında 
həll etmişdir.  Kərimzadənin təmsil etdiyi  yaşlı  ziyalılar,  xü­
susilə  ədiblər-söz  adamları  Nəriman  timsalında  oğullar- 
gənclər  öz  borclarını  yerinə  yetirirlər.  Əgər  müharibənin 
sonlarında  ordudan  tərxis  olunanlar  arxa  cəbhədə  isteh-
---------------------------------------
326
----------------------------------------
kam8'  qazırlar- düşmənə qarşı  müdafiə olunmaq  üçün.  Mir 
Jəlal  mübarizənin təsvrini  realizmlə müşayət edir.  Bu,  ona 
imkan  vermişdir  ki,  süceti  əlavə  ritorik faktlarla  ağırlaşdır­
masın.
"Yaşıdlarım"  romanının  Qarabağ  müharibəsi  dövrü 
üçün  əxlaqi-mənəvi  əhəmiyyəti  baqa  bir  istiqamətdə təhlil 
edilməsi  zərurəti  yaranmışdır.
61.  B ir  yeri  müharibə üçün  istehkam  halına  gətirmək
haqqında hərbi mühəndislik elmi.
327


BƏZİ  NƏTİCƏLƏR
Mir Cəlalın  romanları  haqqında  ətraflı  o  nəzərlə danış­
dıq,  bu əsərlərin  ideya-məzmunu  iki  siyasi-əxlaqi  səciyyə­
li  dövrün  bəzi  məqamlarını  əks etdirir.  Birində  məşhur So­
sialist  inqilabınına  qədər  Azərbaycanda  baş  vermiş  hadi­
sələr,  digərində  Vətən  Müharibəsində  gənclərin  vətənpər­
vərlik  əzmi  və  ordudan  tərxis  olunmuş  insanların  yeni  qu­
ruculuq  fəaliyyəti  dayanır.  Tənqidçi,  mərhum  pedaqoq 
Əhəd  Hüseynovun yazdığı  kimi:  "Bir gəncin  manifesti"  ro­
manında  1918-1920-ci  illərdə  Azərbaycan  zəhmətkeşləri­
nin  Sovet  hakimiyyəti  uğrunda  qəhrəman  mübarizəsinə 
həsr  olunmuş,  "Yaşıdlarım"  romanında  Böyük  Vətən  mü­
haribəsində  Sovet  xalqının  göstərdiyi  misilsiz  vətənpər­
vərlikdən,  "Təzə  şəhər"  romanında  Sumqayıt  şəhərinin 
qəhrəman  qurucularının  istehsalat  nailiyyətlərindən,  "Yo­
lumuz  hayanadır"da  isə xalqımızın  böyük  oğlu  Sabirin  hə­
yat  və  fəaliyyətindən.  İnqilabi  mübarizənin  müəyyən  mər­
hələsindən  söhbət  a ç ılır.
Bu  romanlar əslinə  qalsa  bir  xalqın  gələcək  həyatı  uğ­
runda apardığı  işin:  əxlaqi,  mədəni,  siyasi,  sosioloji  fəaliy­
yətinin  realist,  məlum  mətləblərin  bədii  inikasıdır.
Mir Cəlalda  fərdi  talelər  ümumi  bədii  kontekstdən  ay­
rı  götürülmür,  mənəviyyatlarına  yapışmış  qəbahətlərdən 
tez  üzülüşə  bilirlər.  Mərdanın  qardaşı  Bahar,  Kərimzadə- 
nin  nəvəsi  Kərim  və onun  həmyaşıdı  Səlim,  məlahətli  səs­
li  Əntiqə-  bu  personajlar  harmoniya  yaradırlar davranışla­
rında.  Mir Cəlalın  obrazları  daima çətinliklərlə  üz-üzə  gəlir 
və  rəqibləri  güclü  çıxır.  Amma  məğlub  olmurlar,  ümidsizli-
62.  Hüseynov Əhəd, M ir Cəlal, Bakı,  1991,  səh.7.
---------------------------------
3 2 8 ______________
yə  qapılmırlar.  (Sona  arvad  timsalında).  Yazıçının  roman 
janrında bir keyfiyyəti diqqəti  çəkir ki, təsvir edilən situasi­
yalar  təbiidir,  qeyri-adi  əzabvermələr,  işgəncəalmalar,  in­
tiharlar yoxdur.  Oxucu  sarsılmır,  obrazların  nikbinliyilə  ra­
zılaşır.  Lakin  mübarizə  zamanı  çevikləşirlər,  bərk  ayaqda 
geri  çəkilmirlər.  Mərdan,  Nəriman,  Yunis  Əhmədov  və 
başqaları  məqsədlərindən  dönmürlər.
Mir Cəlalın  poetikasında  insan əxlaqının - davranışının 
sosial-məntiqi  və  mənəvi-daxili  dünyası  qabarıq  verilir, 
metaformaza  yaxına  gəlmir;  çün,  qəhrəmanlar  reallığı  in­
kar  etmir.  Və  müəllif  mənəvi-sosial  ovqatdan  obrazlarına 
pay göndərir, daha doğrusu,  insan öz mahiyyətini  saxlayır. 
Mir  Cəlalın  poetikasında  "ideyalar  axtarışı"  ideyası  ilk  fa­
za  olaraq  qiymətləndirilməlidir;  bunun  reallaşması  üçün 
yeni  üslub,  bədii  vasitələr tapırdı,  lokal  məişət səhnələrin­
dən  uzaqda, dayanırdı.  Səbəbsiz  deyildi:  oxucu  zövqü,  in­
tellekti  tələb  edirdi  ki,  bədii  konstruksiya  xeyli  dərəcədə 
mürəkkəbləşsin,  süjet mahiyyətcə adi  sferadan çıxsın.  Ro­
manlarında  (eləcə  də  hekayələrində)  personajların  davra­
nışı  xarakterik  məişət  səhnələrində  təsvir  olunurdu.  Bu 
şərtlə  ki,  sərbəst  təhkiyə  qəhrəmanların  daxili  aləmlərinə 
tabe  edilirdi.
Mir  Cəlalın  nəsrində  təkamül  daima  baş  vermişdir. 
Məsələn,  "Bir gəncin  manifesti”nə qədər iri  həcmli  "Dirilən 
adam"  romanını  bitirmişdi.  Yazıçı  duyumu,  müşahidəsi  bir 
sıra  mövcud  ictimai-siyasi  vəziyyəti,  "pərdəarxası”  iddia­
ları  gizlətmirdi.  Tarixə  dönüş,  hadisələrin  epik  təsviri,  ob­
razların həyatiliyi  və sair məsələləri  daima müşayət etmiş­
dir.  M  CalalHa  insan  əxlaqının-davranışının  müxtəlif  as­
pektləri  real  həyat  materialına  əsaslanır.  Təəssüf  ki,  yazı- 
_______________________
3 2 9 ---------------------------------------


çinin  roman  nəsrindən  danışanlar obrazların  bu  baxımdan 
poetikasına  yanaşmamışlar.  Cəfər  Xəndan,  Əhəd  Hüsey­
nov,  Yaqub  İsmayılov -  ilk ədəbiyyatşünaslar,  görünür,  be­
lə  bir  məqsədi  qarşılarına  qoymamışlar,  bəlkə  də  mövcud 
dövr  bunu  tələb  etmirdi.  Halbuki  Mir  Cəlalda  əxlaqi  hiss 
eksistensializm  iddiasından  yan  keçilməməlidir.  Hansı  ki, 
bu  seçimdə  Bahar da.  Ağaməcid  də  öz  hərəkətlərində  bu 
cəhəti  nəzərə  almışlar.  Şəxsi  məsuliyyət  məsələsinin  irəli 
sürülməsində və həllində bu obrazları  əhatə etmişdir.  Son- 
ralar  yazdığı  ''Yaşıdlarım"  və  "Təzə  şəhər"  romanlarında 
müəllif  əxlaqda  eksistensializm  -  şəxsi  məsuliyyəti  hipert- 
qofiyalaşdırılmasını  və onun  obyektiv nəticəsi  olaraq  pisli­
yin  sosial  mənbələrinin  bədii  həllini  vermişdir.  Mir  Cəlal 
yeganə  nasirlərdən  biridir ki,  obrazlarının  davranışında  in­
sana  xas  bərabərləşdirici,  tarazlaşdırıcı  yanaşmanı  onun­
la  əsaslandırır  ki,  cavabdehlər  heç  nə  üçün  cavabdehlik 
daşımırlar;  bu  o  deməkdir,  məsuliyyətin  mütləqləşdirilmə- 
si  şəxsi  cavabdehliyi  aradan  qaldırır.
Mir  Cəlal  konkret  "Yolumuz  hayanadır"  romanında 
ədəbi  proqnozlaşdırma aparmış,  o dövrün  əxlaqi  meyitləri­
ni-  bazar münasibətləri  ölçülərini  düzgün  nəzərə  almışdır. 
Əxlaqi  seçim daxilən xudbinliklə istiqamətləndirilir.  Və So­
vet  etiklərinin  riyakarlıqla  yazdığı:  "burjua  əxlaqının  alver­
çi  mənası  xeyli  dərəcədə  riyakar,  ikiüzlü xarakterini  əvvəl­
cədən  müəyyən  edir"  -  başdan-başa  absurd  məntiqdən 
yan  keçmir.  Yazıçı  məhz  bu  romanında  sosial  mühitdəki 
durumu,  ictimai  xadimlər arasındakı  qütbləşmənin  bir-biri­
nə  zidd  mövqeyini  təsvir  edir  və  cəsarətlə  göstərir  ki,  Əli 
bəy  Hüseynzadə  fenomeni  ideoloji  aspektin  təsirindən 
müsbət  obraz  kimi  yerini  almır.  Və  bu  bədii  proqnozunu
---------------------------------------
330
_______________________
sistemləşdirir.  Lakin  yazıçı  Əli  bəyin  şəxsiyyətinə  istiqa­
mətin  geniş  marağını  obyektiv  təsvirə  gətirməklə,  onun 
nüfuzunu  təsdiqləyir.
Mir Cəlal  nəsrində  "Ədalət"  anlayışı  qırmızı  xətlə  keçir 
və onun  personajları  bu  "məhəng daşına"  dəyirlər.  O,  əda­
lətin  ictimai-mənəvi  mənbələrini  sosial  təlim  forması  ola­
raq  göstərmişdir.  Əslində  bunu  "üç"  mövqedən  əsaslan­
dırmışdır:  1) Tərifdə və tənqiddə  ifrata varmamaqda;  2)  İq­
tisadi  məsələlərdə unudulmamaqda;  3)  Bölgü məsələlərin­
də  aldanmamaqda.
Mir Cəlalın  roman  poetikasında  xarakterlərin təmizliyi, 
istək və arzuların  ümidi,  hisslərin  yeri  gələndə  aldadıcı  ol­
ması  və  qalibliyi,  yeni  həyata  səy  və  s.  sosial-mənəvi 
problemlər  dayanır.  Xüsusilə,  müharibədən  sonrakı  pro­
seslər  ("Təzə  şəhər")  fəaliyyət  psixologiyasında  özünü  ta­
pır.  Yazıçı  konkret  şəkildə fəhlələrin  quruculuq  əzmkarlığı- 
na nikbin  baxırdı,  buna  inanırdı.  Hərçənd,  M.Cəlal belə ya­
naşmada  "istehsalat  romanlarrnı  inkar etmirdisə,  hər şeyi 
hərəkətdə,  qəhrəmanları  narahat  ruhda  görürdü.  Sırf  məi­
şət situasiyaları  aparıcı  deyildi,  ictimai  səciyyəlidir,  mənə­
vi  proseslər  praqnozlaşdırılmasıdı.  Romanda  qoyulan  so­
sial-əxlaqi  ideal saxta təsir bağışlamır.  Hətta sosial  müha­
kimə  kriminallıqdan  uzaqdır,  işin  gedişində  ədalətli  səslə­
nir.  Və  əsas  tezisi  yazıçının  belədir:  İctimai  (sosial)  hərə­
katın  əsil  səbəbi  şəxsiyyətin  əxlaqi  tələblərilə  cəmiyyətdə 
qərarlaşmış  sistemin  doğura  biləcəyi  qabarıqdır.  Digər bir 
tezisdə:  obrazların  əxlaqi  şüurunun  statik  "kəsiyi"ni  görü­
rük,  onların  hərəkətində,  fəaliyyətində,  tələbatında  əsas 
funksional  mexanizmlər  sırasında  mühitin  müsbətini  və 
mənfisini  də  görürük.  Mir Cəlal Təzə  şəhərin  hətta  əxlaqi- 
______________________ 3 3 1 --------------------------------------


təmizliyini  gözləmişdir.
Mir  Cəlal  romanlarında  insan  əxlaqının  fəzilətini  ən 
başlıcası  bəşəriliyin  motiv-tezisi  kimi  qoymuşdur.  Sovet 
dövrü  ideologiyasını  unutmamaqla,  yazıçı  mövqeyini  qiy­
mətləndiririk  və  hətta  idarəetmədə  kollektivlərin  konkret- 
tarixi  təbiətini  başa  düşməkdə  müəllif  xüsusilə  ”üç"  cəhə- 
ti-"triada”nı  oxucu  qarşısına  çıxarmışdır:  1)  Əxlaq  (yazıçı 
niyyətində)  obyektiv  şəkildə  determinləşdirilir,  yəni  öz  xa­
rakterinə  görə  ictimai  istehsalatda  fəhlə  sinfinin  yaşam 
tərzi  kontekstində  sosializm  ictimai  varlığının  özünəməx­
susluğu  əxlaqi  şüurun formalaşmasının  maddi-iqtisadi  im­
kanını  yaradır.  2) Əxlaq  fəhlə sinfinin,  onun  müttəfiqlərinin 
mənafeyinə  müvafiq  olaraq  müsbət  həyat  tərzi  yaradılma­
lıdır.  3)  Əxlaqi  inkişafın  ümumi  məntiqilə  uyğunlaşmalıdır 
ki,  öz  mahiyyəti  etibarilə  tərbiyələndirici  davranışın  ara­
dan  qaldırılmasını  şərtləndirir.  Beləliklə,  poetikada  eyni 
zamanda  obrazların  əxlaqi  seçmə  məsələsi  durur və o za­
man  üçün:  "insan  hər şey  üçün  cavabdehdir"  şüarı  səslə­
nirdi.  Buradan  belə  bir  tezisi  də  xatırlaya  bilərik:  fatalizm 
konsepsiyasından  fərdi  şəkildə  eksistensializmdə  hər  bir 
işçinin  (mühəndisin,  fəhlənin) və s. təbəqənin şəxsi  məsu­
liyyəti  mövcuddur.
Mir Cəlalın yaradıcılığı  tədqiq  olunmuşdur:  M.  Hüseyn, 
H.Əfəndiyev,  C.Xəndan,  Ə.Hüseynov,  Y.İsmayılov,  A.Za- 
manov,  M.Arif,  M.C.Cəfərov kimi  nüfuzlu söz sahibləri  mə­
qalələr,  kitablar  yazmışlar.  Onların  bir  qismi  M.Cəlalın 
nəsr  yaradıcılığını  obyektiv  təhlil  etmişdir.  Yaqub  İsmayı­
lov və  Əhəd  Hüseynovun adlarını  xüsusi  çəkmək  istərdim.
Biz  araşdırmamızda  xeyli  həcmdə  ədəbiyyatşünasla­
rın  obyektiv  təhlilini  göstərmişik.  Lakin  ünvanlarına  tənqi- 
_______________________
3 3 2 _______________________
di sözümüzü də gizlətməmişik. Yaqub İsmayılov monoqra­
fiyasında  Mir Cəlalın  bütün yaradıcılığını:  hekayələrini,  ro­
manlarını  və  elmi  əsərlərini  tədqiq  etmişdir.  Yaqub  İsma­
yılov  yazır:  "Ədibin  əsas  bədii  tədqiq  və  inikas  obyekti, 
hər şeydən əvvəl,  insandır; onun mənəvi dünyası, fikri-his­
si  həyatı,  mübarizə və fəaliyyətidir.  Həqiqi  sənətin,  sosia­
lizm-realizm  ədəbiyyatının-müsbət və mənfilər,  xarakterlər 
yaratmaq tələbi bir sənətkar kimi  Mir Cəlalı  da həmişə cid­
di  düşündürmüş  və  əksər  hallarda  o,  məqsədinə  nail  ol­
muşdur.  Müəllifin  realist qələmi  ilə canlandırılmış bədii  su­
rətləri  bir-birinə oxşamır,  hərəsinin  öz daxili  aləmi,  həyata 
öz  baxışı,  öz  təfəkkür tərzi,  orijinal  xarakteri,  bu  xarakter­
ləri  fərdiləşdirən  və  ümumiləşdirən  tipik  keyfiyyətləri  var".
Cəfər Xəndanda oxuyuruq:  "Mir Cəlal ən  böyük siyasi- 
ictimai  hadisələri  ailə-məişət  məsələləri  ilə  və  əksinə,  ən 
kiçik  ailə-məişət  məsələlərini  də  döyük  ictimai  siyasi  ha­
disələrlə bağlamağı  bacaran bir yazıçıdır. Mücərrəd məna­
da  hadisə,  təbiət  və  ya  əhvalat  təsviri  onun  yaradıcılığına 
yaddır.  Bunlardan söhbət açan yazıçı  mütləq tiplərin səciy­
yəvi  xüsusiyyətlərini  daha yaxşı  aydınlaşdırmaq  məqsədi­
ni  güdür".
Əhəd  Hüseynovun qeydi:  "Mir Cəlal xüsusi  üslubu,  ifa­
də tərzi  və yazı  manerası  olan  nasirlərimizdəndir...Mir Cə­
lal  Azərbaycan  sovet  ədəbiyyatı  tarixində  gözəl  hekayələr 
ustası,  rəngarəng mövzulara həsr olumuş romanlar yaradı­
cısı,  ədəbiyyatımızın  klassik  və  müasir  dövrünü,  müxtəlif 
problemlərini  işıqlandıran  onlarla  dəyərli  tədqiqat  əsərinin 
müəllifidir".
Bu  "triada”  -  fikir  böyük  yazıçı  Mir  Cəlalın  nəsr,  əlbət­
tə,  roman  yaradıcılığının  poetikasını  görməyə  və  dərinə 
_______________________
3 3 3 ----------------------------------------


getməyə  şans  verir.  Mənim  qənaətimcə,  zəngin  mövzular 
və  ideyalar  müəllifinin  poetikasına  ilk  dəfə  müraciət  edən 
ədəbiyyatşünas-tənqidçi  ovqatının  məsuliyyətini;  imkanla­
rını  tam səfərbərliyə alınma  mümkünsüzlüyünü və eyni za­
manda  nailolma  təntənəsini  yaşadım.  Amma  bu  nəsrin 
maviliyində  hələ çox  "uçuşların”  olacağını  da  istisna etmi­
rəm.  Və  buna  ümidliyəm...
10.04.  -  12.12.07
334
MÜNDƏRİCAT
I hissə
“B ir  g ə n c in   m a n ife s ti"  ro m a m ..................................... 3
II hissə
“  Y olum uz h a y a n a d ır"  ro m a n ı.................................. 151
III  hissə
“ Təzə  şə h ə r"  ro m a m .................................................. 2 4 7
IV  hissə
“  
Y aşıd la rım "  ro m a n ı...................................................2 8 8
B ə z i  n ə tic ə lə r................................................................ 3 2 8


Nəşriyyatın direktoru: 
Əlirza Sayıl ov
Allah verdi İskəndər oğlu Eminov 
Mir Cəlalın poetikası 
Bakı,  “Araz” nəşriyyatı, 2011

Yüklə 176 Kb.


Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə