yətlərini sınamaq və aşkara çıxarmaq, peşələr üzrə yeni
praktik meylə istiqamət götürmək məqsədi. Belə tipli əxla-
qi şüurun bu obrazların hərəkətlərinin vəhdətini təmin
edən ümumi qiymətləndirmə - imperativ səyi, davranışın
tənzim olunmasının məqsədyönlülüyüdür. Sərvətə meyilli
vəzifəli məmurlar da, əxlaqi şüurun bütün strukturunun im
perativ vəhdətinə təminat verir. Və əxlaqi şüurun müəyyən
istiqamətində onun (sərvətə meyilli adamın) əsas amalı
nın, normalarının məcmuunu özündə təcəssüm etdirir.
Gənc kadrlarla iş sisteminin humanist əsaslarla qurul
ması əsərdə təbii təsvir edilmişdir. Bir maraqlı cəhət də
odur, gənclər çevik, ağıllı, təmiz, təhsilə meyillidirlər. Bu
ənənə hətta yaşlı nəsildən gəlir və cavanlar da bu yolu tu
turlar. Yeni oxuculara bəlkə də maraqsız görünər ki, yazı
çı Stalini, Lenini, onların əsərlərini, konstitusiya kitabının
adını tez-tez çəkir. Elə deyil; hər bir bədii materialı, xüsu
silə, nəsr əsərini mövcud dövrün ideologiyasından ayır
maq səhvdir. Roman Vətən müharibəsindən sonra Azər
baycanda yeni nəhəng bir şəhərin salınmasından bəhs
edir. Bu şəhər bu gün biz nəslin gözü qabağında günbə
gün inkişafdadır...Mətləbə qayıdaq. İnsanları ruhlandıran
belə kitab ortadadır: Partiya tarixinin qısa kursu. Bu sətir
lərin müəllifi hələ aşağı siniflərdə oxuyarkən həmən qalın
cildli kitabı görmüşdür, eləcə də konstitusiya kitabçasını.
Bunlar tarixdir, 70 il yaşamış güclü dövlətin ideoloji
dərsliyidir. İmtina etməməliyik; hər halda Sovet dönəmi
biz azəri türklərini oxutmuş, sənət adamlarımızı dünya
arenasına çıxarmışdır. Yerlərdə haqqı tapdalanan yüzlərlə,
minlərlə insanın taleyini müsbət mənada Moskva həll et
mişdir, Tarix göstərir ki, görkəmli şəxsiyyətlər yetişir və
_______________________
2 7 6
-
--------------------------------------
xalq onların arxasınca gedir. Qabaqlar belə bir siyasi tezis
vardı ki, tarix şəxsiyyəti yaradır. Bu nə dərəcədə həqiqət
dir - israrlı deyiləm, lakin şəxsiyyət tarixi yaradır - israrlı
yam. Layiqli şəxsiyyət siyasi tutumunda xalqı öz arxasın
ca aparır və özünün ləyaqəti, obyektivliyi, andı naminə
missiyasını yaşaya bilir. Stalin bütün anatomiyası etibarı
ilə mənfi tiran idi və tirana layiq taleyinin qisməti ilə öldü.
Lakin o, Rusiyanı çamurluqdan çıxarıb qüdrətli hərbi döv
lətə çevirdi. Bu, artıq faktdır. Hitler savaşından sonra o,
xalqları sivili səviyyəyə çatdırmaq üçün müxtəlif yollar or
taya atdı və başlıcası isə ideoloji silahdan istifadə idi. Və
SSRİ xalqlarını özünə inandırmışdı. Mir Cəlal bir yazıçı
olaraq kosmosdan yazmırdı necə ki, Aleksey Tolstoy fan
tastik əsərlər qələmə almışdı. O, Təzə şəhərin doğuluşun
dan və gələcək inkişafından bəhs etmişdi, əsas sevimli
qəhrəmanı da Yunis Əhmədov idi. Əgər o, Stalin ideologi
yasına şübhə etsəydi, böyük qurucu kollektivi arxasınca
apara bilməzdi. O da böyük inamla, pafos ovqatı ilə bu
ideologiyadan kənarda dayana bilməzdi. Budur, Yunisin
düşüncələri: "Mübarizələr və qələbələr kitabını əlinə aldı,
dəftər, qələm götürdü. Neçə dəfə oxudu və haşiyələrində
işarələr qoyduğu məşhur kitaba - bu saat dünyada ən çox
oxunan, ən çox yayılan və ən çox öyrənilən kitaba həmişə
ki həvəslə baxır, qeyd etdiyi yerləri təkrar gözdən keçirir,
dəftərçəsinə köçürürdü. Yunis hər dəfə bu kitabı qarşısına
açanda, onun səhifə və cümlələrini təkrar oxuyanda nə
dənsə ilk dəfələr hiss etmədiyi yeni-yeni fikirlər öyrənir,
çox hökmləri sevinc və heyrətlə dəftərinə köçürürdü. O, bu
hökmlərdə nəhəng bir ölkənin və xalqın qələbələr tarixini
aşkar görürdü..." Bu, bitməyən iqtibasda işıqlı cəhət var:
______________________ 2 7 7 --------------------------------------
hər bir vətəndaş dövlətinin yürütdüyü siyasətə inanmalı
dır. Onun əxlaqı irəli sürülən prinsiplərə uyğun gəlməlidir.
Sovet dövləti öz idarəetmə mövqeyi kimi kollektivimizin
konkret-tarixi təbiətini başa düşmək üçün xüsusilə üç cə
həti nəzərə almağı irəli sürmüşdü (Və hər bir Sovet yazı
çısına bu müddəalar bəlli idi). Hansılar idi? Birincisi, o əx
laq obyektiv şəkildə determinləşdirilmişdir, yəni öz xarak
terinə görə ictimai istehsalatda birləşmiş fəhlə sinfinin (ro
manda bu daha genişdir) həyat şəraiti, habelə istehsal va
sitələri üzərində ictimai mülkiyyətə əsaslanan sosializm
ictimai varlığının özünəməxsusluğu kollektivin əxlaqi şüu
runun formalaşmasının maddi-iqtisadi imkanını yaradır.
İkincisi, o, fəhlə sinfinin və onun müttəfiqlərinin mənafeyi
nə uyğun olaraq: mübariz həmrəyliksiz burjuaziyaya qalib
gəlməyi bacarmazlar, yoldaşlıq, əməkdaşlıq prinsiplərini
bərqərar etməzlərsə, sosializm cəmiyyəti qurulmazdı. Da
ha doğrusu, kollektivizm özünüinkişafın mühüm forması
dır. Üçüncüsü, o, əxlaqi inkişafın ümumi məntiqilə uyğun
laşır ki, öz mahiyyəti etibarilə fərdiyyətçi əxlaqının aradan
qaldırılmasını şərtləndirir.
'Təzə şəhər” romanında oxucu belə bir qənaətini - te
zisini müəyyənləşdirir: hər bir fərd - fəhlə - obraz öz qabi
liyyətini, bacarığını hərtərəfli inkişaf etdirmək istəyirsə,
kollektiv ən optimal vasitədir. - Buradan da insanın şəxsi
azadlığı məsələsi ortaya gəlir. Roman boyu həm idarə
edən vəzifəlilər, həm də icraçılar bir kollektivdə birləşir və
geniş fəaliyyət göstərirlər. Bir fərd kollektiv üzvlərini bir-bi
rilə bağlayan həlqə rolunu oynayır. Məsələn, Davud gənc
dir və o, çətinliklə, ölümlə üzləşir. Qəza baş verən zamanı
Davud özünü irəli verir. Yunis isə buna imkan vermək is-
_______________________
2 7 8
----------------------------------------
təmir, əsəbi halda: "Yunis irəliyə yeriyib yuxarıya, binanın
kəlləsinə bir də baxdı. İndii o, təhlükəli bir hücuma keçən
və bunun üçün də qüvvələrini son dəfə yoxlayan komandi
rə oxşayırdı. O, cəld paltosunu soyunub gözətçinin üstünə
atdı:
- Sırınmanı mənə ver!
Gözətçi özü irəli yeridi:
- Yoldaş Yunis, elə iş...
Əhmədov bir az da ucadan və hirslə dedi:
- Sözümə qulaq as..."
Və Davud cəld irəli yeriyir, səqfə çıxmaq istəyəndə Yu
nis mane olmağa çalışırsa, alınmır - sual çıxır: Nə üçün in
san davranışındakı kollektivçiliyə maraq, birgə sərbəst
motivləşmə və s. xüsusiyyətlər mövcuddur? Biz əxlaqçı
alimlərin yenə də üç tezisinə - nəticəsinə üz tuturuq: Birin
cisi, kollektiv yeganə birlikdir, qrupdur ki, hər bir insanın
(Yunisin, Davudun, Privalovun və digərlərinin) iç narahat
lığının, intellektual və emosional inkişafının mənbəyi kimi
ardıcıl ünsiyyətə, əməkdaşlığa zəmanət verir. İkincisi, mü
hüm məqsədlərin həyata keçirilməsi naminə kollektiv səy
lər lazım gəlir. Üçüncüsü, fərdin şəxsiyyət kimi inkişafı,
fəaliyyəti tələb edir ki, birlik yaransın və formalaşsın...
Davud fəlakəti aradan qaldırmaq üçün ömrünü də fəla
kət qarşısına qoyur. Sonda isə sakitləşir: "Bu gecəki və
ziyyətdə o da özünü fəlakət və təhlükə içinə atdı. Ancaq
kor-koranə, təvəkkül, ehtimal, qorxu, vahimə ilə atma
dı...İradəsini toplayaraq adi günlərdə, düz yerdə, günün
günorta çağı etməli olduğu sadə bir işə necə arxayın və
ürəklə gedirsə, ölüm ayağına da elə getdi".
Romanın poetikasında irəli sürdüyümüz tezisdə biz
_______________________
27 9
----------------------------------------
Dostları ilə paylaş: |