arzuları üstün sayılanları, əxlaqlı və əxlaqsız haqqında tə
səvvürləri ifadə edir; borc və vicdanın tələbindən irəli gə
lir. Deməli, Tahirzadənin, Hacı Rəsulun, Məsmənin əxlaqi
münasibətləri subyekt - obyekt əlaqələridir.
Hacı Rəsul Tahirzadə ilə dialoqdadır. Yazıçı bu söh
bətdə "ibarə" sözünü eyhamla işlətmişdir, vəziyyəti başa
düşmüqdür:
"- Məşədi, Sizə agah olmamış olmaz ki, biz müsəl
manlar hələ ayılmamışıq. Yer üzündə cəmi millətlər ayılıb
öz təklifini qanıblar, islam dininin mübarək ehkamından
faydalanıblar. Amma biz bədbəxt müsəlmanlar dini-mobi-
nin, şəriətin haqq, müstəqim yolundan ki, azmışıq, həmi
şə cəlalətdəyik. Bixüsus da ki, bizlər olaq, yəni məhz Qaf
qaz müsəlmanları!
- Düz buyurursunuz, Hacı!
- Bunları o babətdən deyirəm ki, oxumağın, elmin fəzi
lətini Allah-təala Quranda bizə buyuranda, vacibəl-vacib
buyuranda hələ xaricilər aləmi - vəhşətdə idilər. Biz o fə-
zaləti fəramüş elədik, onlar dörd əlli yapışdılar. İndi budur,
bir para, haşa burdan; əvvamşünas deyir, yox, ünas tayfa
sına, yəni zənən xaylağına oxumaq, elm kəsb etmək guya
caiz deyil"
Bu üzbəüz söhbətdə Hacı Rəsul əslində Tahirzadənin
qadınların oxuması barədə ideyasını təsdiq edir, alqışla
yır. Məşhur "Xanbacı" şeiriylə onun fikri üst-üstə düşür.
Hacı Rəsul savadlı, oxumuş tacirdir. Tahirzadəni də hər
halda tanıyır və o, özünü diqtə etməyi bacarır. Yaxşı, da
ha nə lazımdır ki ədəbiyyatımızda Hacıları, Məşədiləri,
Mollaları, Axundları ifşa edək, onları elə "xaçpərəstlərin
dindarları qarşısında xəcalətli qoyaq". Bu, bizim ədəbi ta
leyimizə qismətdir? Mir Cəlalın poetikasına bu baxımdan
yanaşmaq daha ədalətlidir. Və Hacı Rəsulu (və bu tipləri)
_______________________
170
----------------------------------------
bir obraz olaraq təmizləməyin vaxtı çatmışdır. Nə qədər
sosial - məhdud çərçivədən yazıçılarımızın yaradıcılığına
qiymət verilməlidir. Ədəbi obraz təmsil olunduğu cəmiyyə
tin, sinfin əxlaq-davranış mənbələrindən ayrı götürülmə
məlidir, onu müasirləşdirmək də yaramaz. Tahirzadə və
Hacı Rəsul eyni dövrün adamlarıdır, biri şairdir, digəri ti
carətçidir. Əlbəttə, onların dünyagörüşündə fərqli cəhətlər
olmalıdır. Onları qarşı-qarşıya qoyub hansınısa məğlub et
məyə dəyməz. Hacı Rəsul peşəsinə gəldikdə onun fəaliy
yət göstərdiyi burjua cəmiyyətində münasibətlər elədir ki,
ali sosial əxlaqi sərvət pul sayılır. Pula sahib kəsilmək hə
yatda uğurlar qazanmaqla yanaşı, eyni zamanda fərdin
"əxlaqi uyğunlaşmasrnı, əxlaqi meyarını əyaniləşdirir. Ali
əxlaqi düşüncəyə görə, sərvət sahibi nəinki sosial, habelə
əxlaqi nüfuza malikdir. Əgər biz Hacı Zeynalabdin Tağıye-
vi xatırlasaq, bu nüfuz onun sərvətinin tuşlandığı əxlaqın
dan irəli gəlmişdi və o, şəxsi - intim- sosial tələbatlarını in
kar etmirdi. Hacı Rəsul elə də varlı, sərvət sahibi deyilsə,
davranışında Əntiqəyə - bu qıza şəhvət meyli reallaşsa idi,
güman yazıçı müəyyən qənaətini əsaslandıracaqdı. Hələ
lik Hacı Rəsulun davranışı şaiyələrin qurbanıdır. Tahirza
də və Hacı Rəsulun davranışlarını təhlil etsək, davranışı
bütöv halda - obyektivləşdirilmiş bu davranış əxlaqi siste
min bəzi elementlərini şüura, psixikaya keçirir. Hacı Rə-
suldakı əxlaqi təcrübə cəmiyyətdən verilməlidir, ötürülmə
lidir və xüsusi xassəli informasiyadır. Bu informasiya nə
barədəsə məlumatı çatdırır, habelə insanın maariflənməsi
nə xidmət göstərir, xeyirə və şərə duyğu hissi oyadır, bir
sözlə, əxlaqı tərbiyə edir.
Tahirzadə Hacı Rəsulla üzbəüz də yenə ciddi rəqibini
görür, Mir Cəlal bu görüşü təsadüfi verməmişdir; baxma
yaraq o, sevimli qəhrəmanı ilə cəngləşir, "az aşın duzu ol
______________________
171
---------------------------------------
madığım” aşkarlayır - Tahirzadə deyir:
Xeyr, mənim bəzzaz malım Ağsu yoxuşuna gəlməz
ki, sel də apara! Mən təklifimi bilən adamam, əmin olun.
- Təəssüf ki, kəndlinin malı hər il bu eniş-yoxuşa gəlir,
gəlməyə də bilməz. Sel də basıb onu aparır. Kəndlinin sö
zünü danmaq isə küfr yox, əsil Allah rizasi sözüdür, Hacı.
Hacı Rəsul Tahirzadənin daha əsəbi və bərkdən da
nışdığını görüb, oturduğu yerdən qurcuxa-qurcuxa irəliyə
doğru süründü. Gülümsəyərək təsbehini əlinə aldı:
- Məşədi, təvəqqe eləyirəm başqalarına ədəb öyrət
məyəsiniz. Sizin buna nə qüvvəniz, nə də səlahiyyətiniz
çatır”
Hacı Rəsul haqlıdır, kimliyindən və vəzifəsindən asılı
olmadan heç bir şəxsin "ədəb dərsi" vermək həvəsinə
düşməyə haqqı çatmır. Qaldı ifadə olunma məsələsinə,
bu, dövlət başçısının səlahiyyətidir. Hacı Rəsul: "Dəvəni
Sarvan çəkər" cavabında haqlıdır. Əlbəttə, bu eyhamda
dövlətçilik məsələsi nəzərdə tutulur. Söhbət xalqın, kənd
linin necə yaşamasından gedir...Mir Cəlal kontras düşün
cəli adamla kəskin şəkildə qarşılaşdırmaqda, gələcəyi qa
baqlaya bilmişdir: Müasir şəraitdə təbii, xalqın maddi rifa
hı lazımi səviyyədə deyil, hətta aşağıdır. Lakin bu, ona hü
quqi haqq vermir ki, şair də, həkim də, mühəndis də döv
lətin idarəetmə işinə qarışsın, müdaxilə etsin. Müxalif fik
rin də deyilişində və tənqidində etik siyasi normalar göz
lənilməlidir.
Mir Cəlal romanın poetikasında ədəbi proqnozlaşdır
ma aparmış, o dövrün əxlaqi meyillərinin bazar münasi
bətləri ölçülərini düzgün nəzərə almışdır. Belə ki, əxlaqi
seçmə daxilən xüdbin mənafe qayğısı ilə istiqamətləndiri
lir. Heç də Sovet etiklərinin riyakarcasına yazdığı: "burjua
əxlaqının alverçi mənası xeyli dərəcədə riyakar, ikiüzlü xa
_______________________
1 7 2
----------------------------------------
rakterini əvvəlcədən müəyyən edir" - başdan-başa absurd
məntiqdir.
Hacı Rəsulun Əntiqəyə şəhvət hissinin oyanması ehti
malına gəldikdə, yaş fərqini deməkdə çətinlik çəkirik - bu
niyyət baş tutarsa - onu müdafiə etmək fikrindən uzağam
- hansı qəbahət var? Lakin həyatda sağlam qarşılıqlı mü
nasibət zəminində mümkünləşərsə, güman ki, dünyaya
sağlam uşaq gələr. Hacı Rəsul nə xalqının düşmənidir, nə
cinayətkardır, nə də riyakardır. Həyatda, lap dövrümüzdə,
ölkəmizdə qayğısına qalan, sənətinin uğur qazanmasında
köməklik göstərən biznesmenlər, digər peşə sahibləri o is
tedadlarla ailə həyatı qurmamışlarmı?
Məsələnin digər üzünü unutmaq lazım gəlmir: Hacı
Rəsulun Əntiqənin qardaşı Bəndalını şərləməsi məsələsi
nə. Müəllif heç də ideal müsbət obraz yaratmamışdır, Ha
cı Rəsulun əxlaqında - davranışında naqislik yox deyil və
bununla haqqın, ədalətin bütün dövrlərdə və cəmiyyətlər
də fəsadlarının hüquqi iflaslarını tənqid etməkdir. Mir Cə
lal alim-professor idi, həyatın üzünü və astarını görmüşdü.
Məhkəmə-hakim paralelinin cinayətlərə enməsinin şahidi
olmuşdu (Bu barədə danışmayacağıq).
"Yolumuz hayanadır" romanında belə bir motiv möv
cuddur və bu, digər nəsr əsərlərində də vardır: Pullular, ti
carətlə sərvət qazananlar, ümumiyyətlə varlılar mənfi imic
də oxuculara təqdim olunur. Bəli, ən böyük yazıçılarımız
hətta tarixi şəxsiyyətləri də (məsələn, H.Z.Tağıyev) mis
kin, xalqın qanını çəkən, əzazil sifətində təsvir etmişlər.
Amma belə hal rus ədəbiyyatında ifrat əksini tapmamışdır.
Mir Cəlal da istisnalıq yaratmamışdır. Hacı Zeynalabdin
Tağıyevin ölümündən sonra, təxminən yarım əsrdən çox
müddətdə bu işıqlı, xeyirxah, millətsevər şəxsiyyət top atə
şinə tutulmuşdur, Hacı Rəsul xırda ədəbi sahibkar obrazı
_______________________
173
_______________________
Dostları ilə paylaş: |