A. M. Allahverdiyev m.İ. Bağirova



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə11/32
tarix05.03.2018
ölçüsü320 Kb.
#30576
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

Sərbəst  bilirubin  zehərli  maddədir.  Bilirubinin bu  növü  qa- 
raciyər  hüceyrələrində  qlükuron  turşusu  ilə  birləşdirilib,  ödün 
tərkibində  bilirubin-diqlükuronid  və  ya  bilirubin-monoqlü- 
kuronid  şəklində  bağırsaqlara  ifraz  edilir.  Beləliklə,  həm   qa- 
raciyərin  özündə  əm ələ  gələn,  həm  də  qan  vasitəsilə  buraya 
gətirilən sərbəst bilirubin  burada birləşmiş bilirubinə  (bilirubi­
nin  mono-  və  diqlükuronidlərinə)  çevrilir.  Birləşmiş  bilirubin 
suda nisbətən yaxşı  həll  olduğuna  görə,  orqanizmdən  asanhqla 
xaric  edilə bilir (bağırsaqlara tökülən  ödün  tərkibindəki  biliru­
binin  əsas  hissəsi  burada  çoxmərhəleli  kimyəvi  dəyişikliklərə 
uğrayıb,  sterkobilinogenə  çevrildikdən  sonra  nəcisin  tərkibin- 
də  orqanizm dən  xaric  edilir),  bə'zi  patoloji  prosesler  zamanı 
qanda  bilirubinin  bu  növü  artdıqda,  sidiyin  tərkibinde  də  bili­
rubin  aşkar  edilir.  Qan serumunda  bilirubini  tə ’yin  etm ək üçün 
Van  den  Berqin  diazoreaktivi  vasitəsilə  apanlan  rəng  reaksiy- 
alarından  istifadə  edilir.  Bu  reaktivi qan  serumuna  əlavə  etdik- 
də  sərbəst  bilirubin  rəngini  dəyişmir.  Çünki  sərbəst  bilirubini 
adsorbsiya edən albuminlər onun diazoreaktivlə təmasının  qar- 
şısmı  alır.  Buna  görə  sərbəst  bilirubini  tə'yin  etmək  üçün  qan 
serumu  zülallanm   qabaqcadan  spirt  vasitəsilə  çökdürmək  la- 
zım  gəlir.  Birləşmiş  bilirubin  isə  serumda  həqiqi  məhlul  şək- 
lində  olduğuna  görə,  diazoreaktivlə  bilavasitə  (düz)  reaksiya 
verir.  Buna  görə  sərbəst  bilirubinə  vasitəli  (qeyri-düz),  birləş- 
miş  bilirubinə  isə  vasitəsiz  (düz)  bilirubin  adı  verilmişdir. 
Odün  tərkibində  olan  bilirubinin  bir  hissosi  reduksiyaya 
uğrayıb,  biliverdinə  çevrilir.  Biliverdin ödə  tünd-yaşıl rəng ve­
rir.  Üm um iyyətlə,  bilirubin  və  biliverdini  «öd piqmentləri»  də 
adlandırırlar.
Sidikdə bilirubin yalmz qanda birləşmiş bilirubinin miqdan- 
nın  artdığı  hallarda  aşkar  edilə  bilir.  Buna  öd  yollarmm  tutul- 
ması  ilə  m üşayiət  edilən xəstəliklər və  qaraciyər parenximası- 
nın  zədələnm ələri  səbəb  ola  bilər.  Qanda  bilirubinin  qatıiığı 
artdıqda  onun  bir  hissəsi  toxumalara  çökür.  N əticədə  dəri  və 
selikli  qişalar  san  rəngə  boyamr.  Bu,  m üxtəlif  xəstəUklərin 
əsas  əlam ətlərindən  biri  olduğuna  görə,  qanda  bilirubinin  ser-


bəst  və  birləşm iş  formalannın  tə'yin  edilmesinin  böyük  diaq- 
nostik əhəm iyyəti vardır.
Normal göstəriciləri:
Sərbəst bilirubin:  0,2-0
, 8
 mq/dl
Biriəşmiş  bilirubin:  0,24 mq/dl-ə qedər
Total bilirubin
 = 
sərbəst bilirubin
 + 
birhşm iş bilirubin
Birləşm iş biUrubinin artmasma səbəb olan  hallar:
Od yollannın tutulması ilə əlaqədar olan m üxtəlif xəstəliklər 
İdiopatik rekurrent qaraciyərdaxili xolestaz 
İrsi xəstəliklər (Dubin-Conson xəsteliyi, Rotor sindromu və s.) 
Virus hepatitləri
Dərmanların,  zəhərli  maddələrin,  spirtli  içkilərin  törətdiyi 
toksik hepatitlər
Hamiləlik
Hamiləliyin  qarşısmı  almaq  m əqsedilə  istifade  edilən  kon- 
traseptiv preparatlar
Sərbəst bilirubinin artmasma səbəb olan hallar:
İrsi hemolitik anemiyalar 
Dərman m ənşəli hemolizlər
Qazanılma (autoimmun və izoimmun) hem olitik anemiyaiar 
Ağciyər infarktı 
%
 »
Urək çatışraazlığı
2.7. ZÜLAL VƏ PEPTİDLƏRİN TƏRKİBİNƏ
DAXİL OLMÄYAN AZOT
Orqanizmdə  zülal  katabolizminin  məhsulu  olan  aminturşu- 
lann  aminsizləşməsi  nəticəsində  ammonyak  və  ketoturşular 
əm ələ  gəlir.  Ammonyak  orqanizmdən  çətinlikle  xaric  edilə 
bilən  toksik  tə'sirli  maddədir.  Onun  əsas  kütləsi  qaraciyərdə 
zərərsizləşm ə  prosesinə  ugrayaraq,  karbamidə  (sidik  cövhəri) 
çevrildiklən  sonra  orqanizmdən  sidiyin  tərkibində  xaric  edilir. 
Qamn tərkibində sidik cövhərindən başqa,  sidik turşusu,  amin- 
turşular,  ammonyak,  kreatinin,  indikan  və  digər  xırdamolekul- 
lu  azotlu  birləşm ələr  olur.  Bunlarm  ümumi  miqdarı  qandakı 
zülal  və polipeptidlərin tərkibinə  daxil  olmayan  azotun miqda-


пш   xarakterizə  edir  və  qidalanmaya uyğun  olaraq,  az  da  olsa, 
dəyişikliyə  uğrayır.  Lakin böyrəyin  və  qaraciyərin  funksiyala- 
rmın  pozulması,  orqanizmdə  zülallarm  parçalanmasının  sür'ət- 
lenm əsi  ilə  əlaqədar  olan  patoloji  proseslər  (iltihab,  qızdırma, 
yanıqlar,  toxumaların  iri  sahələrini  əhatə  edən nekrozlar və  s.) 
zamam  qan  serumunda  ümumi  azotun  qatılığı  artır.  Çox  vaxt 
bu  dəyişikliklər  sidik cövhəri  azotunun  m iqdannın  dəyişməsi 
ilə  paralel  olur.  Buna  görə,  bə'zən  böyrəklənn  funksiyasmı 
qiym ətləndirm ək üçün qan serumunda olan karbamid azotunun 
miqdarını tə'yin edirlər.
Zülal və lipidlərin tərkibinə daxil oİmayan (non-protein) azotun 
normal göstəriciləri  14-21  mmol/litr və ya 20-30 mq/dl-dir.
2.8. AMMONYAK
Ammonyak qana əsasən 2 m ənbədən daxil  olur:  1)  toxuma- 
larda  katabolizm e  uğrayan  zülallardan  (aminturşulardan)  ayn- 
lır;  2)  yoğun  bağırsaqlarda  bakteriyalann  azotlu  birləşm ələri 
parçalaması  nəticəsində  əm ələ  gələn  ammonyakm  bir  hissəsi 
bağırsaqlardan sorularaq, qana keçir.
Ammonyak  toxumalarda  nisbətən  çox  əm ələ  gəlir.  Lakin 
onun  qandakı  qatılığı  cüzi  dərəcədə  olur.  Çünki  qana  keçen 
ammonyakın  böyük  hissəsi  tezliklə  qaraciyər  hüceyrelərinə 
daxil  olub,  zərərsizləşdirilir,  bir  hissəsi  isə  ketoturşulardan 
amintaırşulann sintezinə sə rf edilir.  Ammonyakın  orqanizmden 
xaric  ediiməsi  əsasən  onun  qaraciyərdə  zərərsizləşdirilərək, 
karbamidə  çevrilm əsi  ilə  əlaqədardır.  M ə'lum dur ki,  karbamid 
böyrəklərdən asanlıqla xaric olur.
Orqanizmdə  transaminaza  reaksiyası  vasitəsilə  aminsizləş- 
məyə  uğrayan  aminturşulardan  aynlan  ammonyakın  bir  hissəsi 
isə  qlutaminin  sintezinə  sərf edilir.  Qlutamin  böyrek  borucuq- 
larmın  epitel  hüceyrələrində  qlütaminaza  fermentinin  tə'sirinə 
mə'ruz qalır və əm ələ  gelən ammonyak ammonium birləşm ələ- 
rinə  çevrilərək,  böyrəklərdən  sekresiya  yolu  ilə  (ATF  eneıjisi 
sərf edilmeklə) xaric ediiir.  Bu proses ammoniogenez adlarur.
Orqanizmdən  sidik  vasitəsilə  xaric  edilən  birləşm ələrin 
6%-ə  qədərini  ammonium  duzlan,  90%-ə  qədərini  isə  karba-


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə