A. M. Allahverdiyev m.İ. Bağirova



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə29/32
tarix05.03.2018
ölçüsü320 Kb.
#30576
1   ...   24   25   26   27   28   29   30   31   32

Fizioloji  rolu:  B,  vitamininin  tərkibində  kükürd  və  amin 
qrupu olduğuna  görə,  bu vitaminə  həm  də  tiamin  adı  verilmiş- 
dir.  Tiamin orqanizmin  toxumaiannda ATF-lə  reaksiyaya  girə- 
rək,  tiaminpirofosfata  yə'ni  kokarboksilazaya  çevrilir.  Bu  isə 
öz  növbəsində  karbohidratlann  toxumadaxili  raübadiləsinin 
aralıq məhsulu olan ketoturşulann metabolizminde  iştirak edən 
fermentlərin kofaktoru kimi,  katabolizm prosesində mühüm rol 
oynayır.
B,  vitamini çatışmazlığı neticesində ketoturşular süd turşu- 
suna  çevrilir,  toxumaiarda  (xüsusilə  beyin  toxumasında)  pi- 
roüzüm  və  süd  turşusunun  miqdan  xeyli  artır,  bu  isə  m ərkəzi 
və  periferik  sinir  sistemində  patoloji  proseslərin  inkişafma  sə- 
bəb  olur.  Tiamin  metabolik proseslərdə  tiaminpirofosfatm  tər- 
kibinə  daxil  olur.  Tiaminpirofosfat koferment  funksiyasım  ye- 
rinə  yetirərək  karbohidrat,  yağ  və  protein  mübadiləsində 
mühüm  rol  oynayır  və  m üxtəlif  toxumalann  enerji  ilə 
tə'minatına  şərait yaradan  biokimyəvi  proseslərdə  iştirak  edir. 
Tiamin  çatışmazlığı  zamanı  toxumalann  piroüzüm  turşusuna 
ve  bə'zı  amınturşulara  olan  tələbatı azalır,  ancaq  yağlara  tə lə - 
batı  artır.  Buna  görə  də,  tiamin  karbohidratlann  və  bir  çox 
aminturşulann metabolizmi üçün böyük əhəm iyyət kəsb edir.
B,  vitamini  aminturşulann  aminsizləşmə  və  təkrar  amin- 
ləşmə  prosesində  də  iştirak  edir.  Bundan  başqa,  xolinesteraza 
fermentinin  aktivliyini  də  azaldır.  B,  vitamini  ən  yüksək  kon- 
sentrasiyalarda  belə  orqanizmə  toksik  tə'sir  göstərmir.  B,  vi­
tamini  bəzi  dərman prcparatlan  ilə qarşıhqlı  əlaqəyə  girə bilir. 
Bu  vitaminin  çatışmazlığı  nəticəsində  kardiovaskulyar  siste- 
min  funksiyasmm  pozulması  (toxumalardakı  metabolik  enerji- 
nin  azalması, periferik damarlann genişlənməsi  və  ürəyə  daxil 
olan  qanm  həcm inin  artması  neticəsində)  və qastrointestinal 
sistemin  patologiyası  (həzm  sistemi  əzələlərinin kifayət qədər 
eneıji  almaması  nəticəsində  həzm   pozulması,  anoreksiya,


m ə'də  atoniyası  və  hipoxlorhidriya  kimi  simptomlar)  inkişaf
edir.
Günlük tələbat:  Yeniyetmələr və yaşlı qadınlar üçün:  1,1  mq 
K işilər üçün:  1,5  mq 
Təbii m ənbələri:
Ən  çox  dənü  bitkilərin  qabıqlannda,  xüsusilə  düyü  və 
buğdada olur
Normal göstəricUəri:
9,5 mmol/L
Artmasına səbəb olan  hallar:
Leykoz
H əqiqi polisitemiya (Vakez-Osler xəsteliyi)
Hockin xəstəliyi 
Azalmasına səbəb olan  hallar:
Beri-beri  xəstəliyi (polinevrit)
Alkoholizm 
Qida çatışmazhğı
Həddindən artıq balıq yeyənlər (bakterial tiaminazaya görə) 
H əddindən artıq çay içənlər (antitiamin faktora görə)
Uzun m üddət sürən qızdırma
Uzun m üddət davam edən diarreyalar
Diabet
X ərçəng xəstəliyi
7.1.2. 
vitamini (riboflavin)
Fizioloji rolu: B,  vitamini kimi, 
vitamini də orqanizmin 
normal  inkişafı,  hemoqlobin  sintezi  və  toxumalarda  enerji  ya- 
ranması  ilə əlaqədarolan biokimyəvi proseslərin normal gedişi 
üçün  vacib  olan qida amilidir.  Bj  vitamini həm   də  antioksidant 
xassəsinə  malik  olub,  hüceyrələrdə  gedən  oksidləşm e  proses- 
lərinin  nizama  salınmasında  mühüm  rol  oynayır.  Riboflavin, 
toxumalarda  flavinmononukleotid  (FMN)  və  fİavinadenindi- 
nukleotid (FAD)  adlanan koenzimlərin  sintezinə  sə rf edilir.  Bu 
koenzim lər  mitoxondrilərdə  hidrogen  daşıyıcısı  funksiyasını 
yerinə  yetirirlər.  Onlar  NAD-spesifık  dehidrogenazalarla 
(NAD-nikotinamidadenindinukleotid) birlikdə  fəaliyyət göstə-


rərək,  m üxtəlif metabolizm  substratlanndan  ayrılan  hidrogeni 
alır  və  elektrondaşıyıcı  zəncir  üzrə  oksigenə  birləşdirirlər.  B
2  
vitamini  dəri  və  selikli  qişalann  (xüsusile  həzm   sisteminin  se- 
likli  qişasırun)  funksiyası  üçün  də  böyük əhem iyyət kəsb  edir. 
FJavoprotein  çatışmazhğı  çox  vaxt  z ə if klinik  əlam əüər  şək- 
lində  özünü  göstərir.  Bunlara  həzm   sisteminin  funksiyasınm 
pozulm alan,  dəridə  və  gözlərdə  yanma hissi,  ağzın künclərin- 
də  çatlama,  genital  nahiyənin  Ыреф1дтеп1а51уа51,  seboreya 
dermatiti  (burun,  göz  və  qulağm  kənarlannda),  baş  ağnlan,
depressiya, yaddaş pozulması və s.  aiddir.
B
2
  vitamini  çatışmazhğına  əsasən  tiamin  və  niasin  çatış- 
mazhğı  ilə  birlikdə  rast  gəlinir.  Adı  çəkilən  vitaminlərin  ça- 
tışmaziığı  ilə  əlaqədar  olan  xəsteliklərin  əlaınetləri  çox  vaxt 
qanşıq şəkildə müşahidə edilir.
Təbii  mənbələri:  Bitki  və  heyvan  toxumalannda  sərbəst 
riboflavin  və onun törəmələri, riboflavin-fosfat və  flavinadenin- 
dinukleotid  geniş  yayılmışdır.  Toxumalardakı  riboflavinin  70- 
90%-i  flavinadenindinukleotid  (FAD)  şəklində  olur.  Süd  məh- 
sullannda,  yumurtada,  ətdə  xeyli  miqdarda  B,  vitamini  vardır. 
Yaşıl  meyvə yarpaqlannda və taxıl  bitkilərinin toxumlannda da 
(buğda, arpa) xeyli miqdarda B^ vitamini mövcuddur.
Günlük tələbat:
Qadınlar üçün;  1,3 mq 
K işilərüçün:  1,7 mq 
Norma] göstəriciləri:
266-1330 mmol/L 
AzalmasiDa səbəb olan hallar:
Katarakta xəstəliyi 
Alkoholizm
Hemoqlobinopatiya (orağabənzər hüceyreli anemiya)
Ham iləlik toksikozian
Hipotiroidizm
Qaraciyər xəstəlikləri
Anoreksiya
M alabsorbsiya sindromu


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə