A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə14/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   149

 

43

eləcə də fars sözlərinin orfoqrafiyasının qeyri-demokra-



tikliyi latın əlifbasına keçid dövründə daha aydın 

görünürdü; 

  ikincisi, XIX əsrin əvvəllərindən başlayaraq 



Avropa-rus mənşəli alınmaların ədəbi dildəki həcmi artırdı 

(bu cür alınmalar 20-ci illərdə daha da güclənmişdi); 

  üçüncüsü, milli dilin çiçəklənməsi müxtəlif mənşəli 



alınma sözlərin milli orfoqrafiyaya tabe edilməsini, 

adaptasiyasını tələb edirdi. 

1929-cu ildə birinci orfoqrafiya konfransı orfoqrafiya 

qaydalarını müzakirə edir. Elə həmin ildə latın əlifbası ilə 

20 min sözü əhatə edən «İmla lüğəti» çapdan çıxır. 20-ci 

illərin mübahisələri lüğətdə də əksini tapır; xüsusilə 

alınmalara münasibətdə ikilik diqqəti cəlb edir – söz iki 

şəkildə yazılır. 

Əsl Azərbaycan-türk sözlərinə isə həddindən artıq 

demokratik şəkildə yanaşılır, bir sıra hallarda dialekt 

tələffüz orfoqrafik normanın əsasında dayanır. 

20-ci illərdə ərəb əlifbasından tədricən imtina 

edilməsi ahəng qanununun qrafik faktlaşmasına kömək 

elədi, xüsusilə sait səslərin dəqiq göstərilməsinə imkan 

verməklə sözün vokal əsasının olduğu kimi ifadə 

olunmasına şərait yaratdı. 20-ci illərdə ədəbi dilə 

dialektlərin təsiri saitlərlə bağlı bir sıra fonetik 

dəyişmələrdə özünü göstərir: i əvəzinə ı (ışıq, ırmaq və s), 

o  əvəzinə  a (av, savırmaq və s), d  əvəzinə  e  (neticə),  e 

əvəzinə  d  (kəşik),  i  əvəzinə  ə  (nəfrət),  ü  əvəzinə  i  (invan, 

şiar və s.)

1

. 40-cı illərə qədər bu cür pərakəndəlik davam 



edir. 

Samit səslərə münasibətdə də sonradan aradan qalxan 

bir sıra hadisələr müşahidə olunur: y əvəzinə g  (ürəgə, 

                                                           

1

 Bax: Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 211-213. 




 

44

istədigi və s.) işlənir (XVII-XVIII əsrlərə qədər mövcud 



olub arxaikləşmiş normaya qayıdılır), k (kolxoz sözündə) 

səsi Avropa-rus alınmaları hesabına funksional imkanlarını 

genişləndirir,  p  əvəzinə  b  işləndiyi hallar müşahidə edilir 

(braqurul – prokuror), kar səslərin işləkliyi artır (arvat, 

almas və s), y səsi söz əvvəlində işlənir (yıldırım, yuca və 

s.)


1

20-ci, bir sıra hallarda 30-cu illərdə mövcud olan bu 



pərakəndəlik ənənəvi normaya münasibəti də əks etdirir; o 

fonetik hadisələr ki, XVII-XVIII əsrlərdə artıq təbii şəkildə 

normativliyini itirir, sovet dövründə həmin hadisənin 

yenidən norma kimi təqdim olunduğu hallar müşahidə 

edilir. Əlbəttə, arxaik normativliyin funksional bərpası 

canlı dialekt bazasının təkidi ilə gedir. Şərq fonetik-tələffüz 

mədəniyyəti fonetik normanın yenidən təşkilinə cəhd etsə 

də, 40-cı illərdən etibarən bu cür cəhdlər azalır

2



1931-ci ildə ikinci orfoqrafiya konfransı çağırılır. 



Əslində konfransa qədər də «İmla lüğəti»nin orfoqrafiya 

sahəsindəki problemləri həll etmədiyi göstərilmişdi. 

Konfrans yeni orfoqrafiya qaydalarının layihəsini müzakirə 

edir, «Azərbaycanı öyrənmə yolu» məcmuəsində (1931-ci 

il) çap olunan layihədə orfoqrafiyanın prinsipləri optimal 

şəkildə müəyyən edilir: 

  əsl Azərbaycan-türk sözlərinin orfoqrafiyası tarixən 



müəyyənləşmiş demokratik normaya tabe olunur, tələffüz 

norması ilə yazı norması arasındakı fərq tarixi normativlik 

pozulmadan aradan qaldırılır, ahəng qanununun fono-

morfoloji imkanları genişləndirilir; 

                                                           

1

 Bax: Azərbaycan ədəbi dili tarixi (sovet dövrü), səh. 213-220. 



2

 Şərq fonetik-tələffüz mədəniyyəti ilə qərb fonetik-tələffüz mədəniyyətinin 

tarixi əlaqəsi barədə bax: N.Cəfərov. Fonetik normanın milliləşməsi, «Elm və 

həyat» jurnalı, 1988, № 3. 




 

45



  ərəb, eləcə də fars dilindən keçən sözlərə iki cür 

münasibət faktlaşdırılır: söz xalq dilinə keçmişsə, yəni 

fonomorfoloji uyğunlaşmaya məruz qalmışsa, deyək ki, 

ahəng qanununa tabe edilmişsə, xalq dilində olduğu şəkildə 

ədəbi dildə işlənmişsə, tarixən işləndiyi şəkildə qəbul 

olunur; 


  Avropa-rus mənşəli sözlərin demokratik formaları 

(istər fonetik, istərsə də morfoloji baxımdan) norma hesab 

edilir. 


Lakin layihədə dialekt tələffüz variantları müəyyən 

hallarda qalırdı (məsələn, hal şəkilçilərinin,  eləcə  də  -lar, 

-lər cəm şəkilçisinin fonetik variantları norma kimi təqdim 

edilirdi). 

30-cu illərin ortalarında orfoqrafiya məsələləri geniş 

şəkildə müzakirə olunur, 1936-cı ildə isə orfoqrafiya 

qaydaları təsdiq edilir. Lakin bu qaydalar da məqbul hesab 

olunmur, 1937-ci ildə yeni layihə hazırlanıb müzakirəyə 

verilir. Layihə 1938-ci ildə təsdiq edilir. Ümumiyyətlə, 30-

cu illərin ortalarından sonra orfoqrafiya qaydaları hazır-

lanarkən əsasən aşağıdakı məsələlər müxtəlif mübahisələrin 

mərkəzində dayanır: 

  bir qayda olaraq, söz sonunda q, ğ yaxud  x 



yazılması, k yaxud g yazılması; 

  sonu saitlə bitən sözlərdə hallanma prosesində 



bitişdirici samitin artırılıb-artırılmaması; 

  Avropa-rus mənşəli sözlərin mənbə dildə olduğu 



kimi, yaxud Azərbaycan dilində işlədildiyi kimi yazılması. 

Fonetik-orfoqrafik norma üçün diqqəti cəlb edən 

hadisələrdən biri 30-cu illərin ortalarında sağır nun ڬ 

hərfinin əlifbadan çıxarılmasından ibarətdir; bu hərfin ifadə 

etdiyi səs ədəbi dilin tarixi boyu olduğu kimi bu gün də 

mövcuddur. Təsadüfi deyildir ki, həmin səsin qrafik 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə