A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə4/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   149

 

12

hadisələrlə əlaqədardır. Yeni dövrün quruculuğunda bəra-



bər hüquqla iştirak edən qardaş xalqlar ailəsinin əmək 

həyatında baş verən yeniliklərlə, cəmiyyətin inkişafı pro-

sesində meydana çıxan sosial-ictimai və fərdi tələblərlə 

bağlı olaraq yeni informasiya funksiyası daşıyan dil vahid-

ləri yaranır ki, bunların da çoxu qardaş xalqların dillərinə 

adekvat şəkildə daxil olur və həmin dillərin zənginləş-

məsində mühüm rol oynayır. Xalqların həyatındakı sosial-

iqtisadi, siyasi və mənəvi inkişaf amilləri sayəsində milli 

münasibətlər genişlənir və ümumi xarakter alır. Şübhəsiz 

ki, milli münasibətlərin inkişafında və genişlənməsində, 

dillərin lüğət tərkibinin zənginləşməsində bu dillər üçün 

ümumi olan leksik vahidlərin rolu böyükdür. Burada dia-

lektik vəhdətdə olan iki proses müşahidə edilir. Bir 

tərəfdən, sosial-siyasi və iqtisadi amillərlə əlaqədar yaran-

mış ümumi dil vahidləri milli münasibətlərin inkişafına 

müəyyən təsir göstərir; digər tərəfdən, milli münasibətlərin 

inkişafı qardaş xalqların dillərində ümumi səciyyə daşıyan 

sözlərin potensialının artmasını şərtləndirir. 

Milli əlaqə və münasibətlərin genişlənməsi ilə xalqlar 

arasında mədəni-kütləvi kommunikasiyaya meyil artır və 

onların ümumi mədəniyyəti arasında yaxınlaşma güclənir. 

Xalqların milli mədəniyyətlərinin yaxınlaşması və dil əla-

qələrinin genişlənməsi özlüyündə hər bir dilin lüğət 

tərkibinin zənginləşməsi amillərindən biri kimi çıxış edir. 

Dillərin ümumi inkişafına təsir göstərən amillərdən 

biri də bu dövrdə kütləvi kommunikasiya vasitələrinin 

rolunun daim artmasından ibarətdir. 

Kütləvi kommunikasiya vasitələrindən olan qəzet, 

jurnal, radio, televiziya, kino, teatr və s. ədəbi dilin 

inkişafına, yazılı və şifahi nitqin cilalanmasına, habelə yeni 

sözlərin meydana çıxmasına çox böyük təsir göstərir. Hələ 



 

13

Sovet hakimiyyətinin ilk illərindən ədəbi dilin inkişafında 



kütləvi kommunikasiya vasitələrinin güclü təsiri özünü 

göstərməyə başlamışdı. Bu cəhət inqilabdan əvvəlki və 

sonrakı dövrün ədəbi dil xüsusiyyətlərinin müqayisəsində 

daha aydın şəkildə müşahidə edilir. Kütləvi kommuni-

kasiya vasitələri gündəlik zəruri hadisələri əks etdirdiyin-

dən burada sosial-siyasi həyatın bütün sahələri, ictimai-

mədəni inkişaf, elmi-texniki tərəqqi ilə bağlı mühüm yeni-

liklər işıqlandırılır. Yeni dövrün hadisələrini əks etdirən dil 

vahidləri kütləvi kommunikasiya vasitələrinin köməyi ilə 

daha tez ümumxalq xarakteri ala bilir. Keçmiş ictimai quru-

luşla bağlı bir sıra dil vahidləri işləklikdən qalır və yeni 

ictimai quruluşla əlaqədar yarananlar üçün həqiqi mənada 

geniş meydan açılır. 

Əsas kütləvi təbliğat vasitələrindən olan mətbuat 

ədəbi dilin üslublarının diferensiallaşmasında, qrammatik 

normalaşmada, lüğət tərkibinin, xüsusilə terminoloji vasitə-

lərin zənginləşməsində böyük rol oynayır. Ədəbi dilin inki-

şafında mətbuat dilinin rolu bir də ona görə mühümdür ki, 

burada müxtəlif janrda yazılmış materiallar özünə yer tapır. 

Sovet dövrü Azərbaycan ədəbi dilinin inkişafında 

mətbuat dilinin xüsusi çəkisi vardır. Həyatda baş verən ən 

mühüm ictimai-siyasi hadisələrlə bağlı olan sözlər, yeni 

ifadə formaları qəzet dili vasitəsilə daha tez kütləviləşir. M. 

Şirəliyev yazır: «Qəzet dili ancaq ədəbi nitq nümunəsi 

olmaqla qalmır, o, eyni zamanda ədəbi dilin kütləvi şəkildə 

yayılması funksiyasını yerinə yetirir, çünki «Kommunist» 

qəzetinin dili bütün rayon qəzetləri və Azərbaycanda başqa 

mətbuat orqanları üçün nümunə hesab edilir»

1



                                                           



1

 М. Ширалиев. Роль газеты «Коммунист» в развитии азербайджанского 

литературного языка. Специальный сборник, посвященный ХХV летию 

газеты «Коммунист», Баку, 1944, стр. 36. 




 

14

Qəzet dili, ümumiyyətlə, yeni terminlərin, metafo-



raların, xalq dili ifadələrinin, üslubi neologizmlərin, dialek-

tizmlərin, arxaizmlərin, tarixizmlərin və s. işlədilməsi baxı-

mından ədəbi dilin inkişafında mühüm rol oynayır

1



Azərbaycan ədəbi dili sovet dövründə əvvəlki 

dövrlərin heç birində müşahidə olunmayan coşğun inkişaf 

yolu keçmişdir. Lakin ədəbi dildən çıxan və ədəbi dilə 

daxil olan, habelə yeni yaranan dil vahidlərinin ümumi 

çəkisinə görə bu inkişaf həmişə eyni səviyyədə olmamışdır. 

Müəyyən mərhələlərdə yenilik çaları olmayan sözlər çox 

işləndiyi halda, bəzi dövrlərdə yeni sözlərin işləkliyi güc-

lənmiş, ənənəvi olaraq işlənən bəzi sözlər isə ya tamamilə 

dildən çıxarılmış, ya da başqası ilə əvəz olunmuşdur

2



Digər tərəfdən isə ilk zamanlar elmi-texniki tərəqqinin 

səviyyəsi nisbətən aşağı olduğundan həmin dövrdə termin 

yaradıcılığı prosesi zəif idi və s. 

Ədəbi dilimizin inkişafında rus dili mütərəqqi rol 

oynamışdır. Lakin ilk dövrlərdə rus dilindən alınan sözlərin 

hamısı sonralar dilimizin lüğət tərkibində vətəndaşlıq hüqu-

qu qazana bilməmişdir; işlənməsinə ehtiyac olanlar saxla-

nılmış, bir çoxları isə müvafiq qarşılıqları ilə əvəz edil-

mişdir. İlk dövrlərdə kütləvi şəkildə ərəb-fars sözlərinin 

çıxarılması və sonradan onların müəyyən qisminin yenidən 

qaytarılması da ədəbi dildə inkişafın birbaşa axınla get-

mədiyini, bu prosesin özündə də müəyyən ziddiyyətlərin 

mövcud olduğunu göstərir. 

Ədəbi dilin inkişafında alınmaların rolu nə qədər 

böyük olsa da, birinci sırada, əlbəttə, dilin daxili imkanları 

                                                           

1

 Bax: M. Adilov. Qəzet dili, Bakı, ADU nəşri, 1973, səh. 114. 



2

 Дж. Мамедов. Газетный стиль современного азербайджанского 

литературного языка, Баку, АКД, 1973, стр. 33; И.О.Мамедов. Лексика 

газеты «Коммунист», Баку, АКД, 1974, стр. 36 

вя с. 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə