A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə6/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   149

 

18

təzahür edirdi ki, bunu heç cür elmi üslub hesab etmək 



olmaz (Azərbaycanda elmi müəssisələrin olmaması elmi 

üslubun taleyinə həlledici təsirini göstərmişdi). Elmi üslu-

bun qeyri-diferensial şəkildə təzahürü isə terminologiyanın 

zəif inkişafı demək idi. 

İnqilabdan sonra da lüğət tərkibinin bu mənzərəsi bir 

müddət qalır, xüsusilə 30-cu illərə qədər leksik normaya 

münasibətdə tarixi tərəddüdlərin davam etməsi özünü gös-

tərir, eyni zamanda mövcud ictimai-siyasi şərait məsələni 

bir qədər də mürəkkəbləşdirir: ərəb, fars sözlərinə qarşı 

amansız bir cəbhə açılır, əvəzində isə, heç bir linqvistik 

əsası olmadığı halda, inqilabi dəyişikliyi vulqar məzmunda 

başa düşməyin nəticəsi olaraq ədəbi dilə hədsiz rus-Avropa 

sözləri gətirilir. M.A.Şirəliyev bu cür sözlərin bütöv bir 

siyahısını təqdim edir (siyahıya böyük işlənmə tezliyinə 

malik 100-ə qədər söz-termin daxildir) və yazır: «Ərəb-

çilik-farsçılıq deyə dildə əsrlərdən bəri işlədilmiş istilahları 

çıxarmaq iki böyük səhvə: 1) ehtiyac olmadan lüzumsuz 

Avropa sözləri ilə dilimizin zibillənməsinə; 2) bugünkü 

elmlərimizin, ədəbiyyatımızın onların tarixindən ayrıl-

masına yol vermişdir»

1

. Beləliklə, bu çox mühüm bir cəhət-



dir ki, sovet dövrü Azərbaycan ədəbi dili lüğət tərkibinin 

inkişafı əvvəlki dövrlərin inkişaf məntiqini də ehtiva edir, 

davam etdirir, yəni linqvistik-psixoloji varislik əlaqəsi 

qırılmır. 20-ci, xüsusilə 30-cu illərdə S. Vurğun şeir dilini 

XVIII əsrin demokratik dilinə – M. P. Vaqif üslubuna 

istinadən inkişaf etdirir; M. P. Vaqif dili üçün xarakterik 

olan bir sıra sözləri, ifadələri S. Vurğun da yeni tarixi 

şəraitin faktı kimi işlədir: havalanmaq, ağzı şirin sözlü, 

könüldən könülə yollar görünmək və s. 

                                                           

1

 M.Ş.Şirəliyev. İstilahlar yaradılmasındakı əsas prinsiplər. – Dil institutunun 



əsərləri, Bakı, Azərb. SSR EA nəşri, I cild, 1947, səh. 35. 


 

19

Sovet dövründə Azərbaycan ədəbi dilinin lüğət tərkibi 



inqilabaqədərki dövrlərin lüğət tərkibinin keyfiyyətcə dava-

mıdır; belə ki, leksik-semantik normanın sovet dövründə 

kəsb etdiyi keyfiyyət inqilabdan əvvəlki dövrlərdən forma-

laşmağa başlayır. XVIII əsrdən lüğət tərkibində özünü gös-

tərən millilik XIX əsr boyu inkişaf edir, XX əsrin əvvəllə-

rində güclənir

1

 və daha böyük ictimai-demokratik məzmun 



kəsb edir. 

Beləliklə, Azərbaycan ədəbi dili lüğət tərkibi sovet 

dövrünə istər zənginləşmə mənbələrinə, istərsə də funk-

sional üslubi diferensiasiya səviyyəsinə münasibətdə özü-

nəməxsus tarixi xarakteri ilə gəlir və bu xarakter onun 

sovet dövründəki inkişafına bilavasitə təsir edir. 

Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibi 

ümumxalq dili leksik bazasına istinadən inkişaf edir – 

ümumxalq dilinin leksikası isə qədimdən bəri formalaşa-

formalaşa gəlir, bu mənada ədəbi dilin lüğət tərkibinin so-

vet dövründə ümumxalq dili hesabına zənginləşməsi pro-

sesi də, əslində, daha əvvəlki dövrlərlə linqvistik-tarixi 

kontaktın ifadəsidir. Ümumiyyətlə, «türk xalqlarının şifahi 

yaradıcılıq nümunələrinin dilində terminoloji leksikanı zən-

ginləşdirmək üçün imkanlar az deyildir. Epik əsərlərdə 

ümumi biologiyaya, botanikaya, heyvandarlığa, aqrobiolo-

giyaya və başqa sahələrə aid anlayışları ifadə etmək üçün 

çoxlu terminlərə təsadüf olunur. Eyni fikri müxtəlif biliklər 

sahəsində terminologiyanı daha da zənginləşdirməkdə qiy-

mətsiz mənbə  olan  dialekt  leksikası  haqqında  da  demək  

 

                                                           



1

 Bu barədə bax: M.Cahangirov. Azərbaycan milli ədəbi dilinin təşəkkülü, I 

hissə, Bakı, «Elm»,   1978, s.186; N.Cəfərov.Leksik normanın milliləşməsi, 

«Elm və həyat» jur., 1988, № 7, səh. 22. 




 

20

  olar»



1

        Sovet  dövründə  ədəbi  dilin  lüğət  tərkibi,  xüsusilə 



terminologiya, folklor, eləcə də dialekt bazası hesabına 

zən-ginləşdikcə təbii olaraq daha əvvəlki dövrlərin dil ener-

jisindən istifadə edilir, ona görə də sovet dövründə ədəbi 

dil öz leksik potensiyasını (müasir təfəkkürün ifadəçisi olan 

leksik-semantik sistemi) ancaq yeni dövrün dil təfək-

kürünün gücü ilə yaratmır, bir sıra hallarda tarix boyu dildə 

mövcud olanı «oyadır», fəal kommunikativ istismar üçün 

yararlı hala gətirir. 

Sovet dövründə Azərbaycan ədəbi dili lüğət tərkibinin 

inkişaf özünəməxsusluğunu müəyyən edən ikinci  cəhət 

inqilabdan sonra lüğət tərkibinin fəaliyyət sferasının tədri-

cən genişlənməsindən ibarətdir; bunun həm ekstralin-

qvistik, həm də linqvistik aspektləri var. 

Ekstralinqvistik aspekt dedikdə inqilab gedişində 

(əsasən, 1905-1920-ci illərdə) və inqilabdan sonrakı dövrdə 

ədəbi dilin lüğət tərkibinin funksional imkanlarını geniş-

ləndirən ictimai-siyasi, ədəbi-mədəni və mənəvi proseslər 

nəzərdə tutulur. 

İnqilabi yüksəliş illərində Azərbaycan dilinin həm 

siyasi, həm də mədəni nüfuzu artır, inqilabdan sonra isə o, 

dövlət dili olur; respublikanın ictimai-siyasi həyatında baş 

verən dəyişikliklərin sürəti Azərbaycan dilinə, birinci 

növbədə onun lüğət tərkibinə təsir edir (burada bəzi dilçi-

lərin sovet dövrü Azərbaycan ədəbi dilinin tarixini vaxtilə 

beşilliklər üzrə təsnif etmək cəhdlərini yada salaq), dil 

quruculuğu (düzdür, bu proses bir qədər kompaniya 

şəklində aparılırdı, lakin ədəbi dilin inkişafına şüurlu 

müdaxilənin  başlanğıcı  kimi  böyük hadisa  idi)  dövründə  

                                                           

1

 К.М.Мусаев.Современная терминология литературных тюркских 



языков Советского Союза, СТ, 1981, № 6, стр. 8-9. 


Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə