A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə7/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   149

 

21

 



terminologiya qaydaya salınır, çoxlu sayda terminoloji 

lüğətlərin hazırlanmasına qayğı göstərilir. 

Azərbaycan SSR-də Azərbaycan dilinin dövlət dili 

olması ilə xalqın ictimai-siyasi mühitə müdaxiləsi geniş-

lənir; istər ədəbi-bədii, istər publisist, istərsə də elmi mühi-

tə kütləvi axın baş verir, məktəblər açılır, elmi təd-qiqat 

müəssisələri yaranır, mətbuatın fəaliyyət dairəsi genişlənir, 

beləliklə, ədəbi dilin lüğət tərkibi də onun sintaksisi ilə 

birlikdə zənginləşir. 

T.İ.Hacıyevin ifadəsi ilə desək, «ana dilinin dövlət 

dili kimi rəsmiləşdirilməsi, dövlət aparatına, idarə siste-

minə daxil olması ilə Azərbaycan xalqı öz ədəbiyyatı və 

mənəviyyatı ilə yaşamağa, öz ruhu ilə ruhlanmağa imkan 

tapdı»


1

Ədəbi-bədii, publisist, hətta elmi dilə 20-ci, 30-cu 



illərdə qarşısıalınmaz şəkildə dialekt leksikası gəlir, daha 

doğrusu, o leksika gəlir ki, onun normativləşmə imkanı 

qarşısında uzun müddət ictimai-siyasi, mədəni maneələr 

olmuşdur. M.A. Şirəliyev 1944-cü il dil konfransında doğru 

olaraq göstərir ki, xalq arasında işlənən istilahlar 

öyrənilmədiyindən çox vaxt rus-Avropa sözləri ilə əvəz 

edilmişdir. Müəllifin verdiyi siyahıdan bir neçə nümunəyə 

baxaq: brak – çıxdaş; sort – çeşid; probka – tıxac; partner 

–  oyundaş;  akrobat – canbaz, kəndirbaz; pustula – irinlik; 

svinoroy-(donuzeşən) – çayır otu; harmal – üzərrik; 

belladonna – xanımotu;  stul – oturacaq;  kefir – körəməz; 

Venera – dan ulduzu,  zöhrə;  Bolşaya  Medvediça  ( böyük  

 

                                                           



1

 T.İ.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, II hissə, Bakı, «Maarif» nəş., 

1987, səh. 253. 



 

22

ayı) – yeddi qardaş (ulduz) və s.



1

 

Xalq dilinə siyasi rəğbət az qala etnoqrafik fakta – 



eksponata çevrilmiş lüğəvi vahidlərin fəal ictimai həyata 

cəlb edilməsi ilə nəticələnir; əlbəttə, bu tipli sözlərin heç də 

hamısı ədəbi-normativ səviyyədə möhkəmlənə bilmir

ancaq əksər qismi möhkəmlənir və lüğət tərkibinin 

keyfiyyətinə təsir edir, onu demokratik, xəlqi əsaslara daha 

möhkəm bağlayır. Həm də məsələ burasındadır ki, xalq 

dilindən alınmış sözlər təkcə ədəbi-bədii dilə deyil, eyni 

zamanda publisist, elmi üslublara da daxil olur. 

Şübhəsiz, «funksional üslubların diferensiallaşma-

sında və onların daha da təkmilləşməsində dilin leksik 

vasitələri böyük rol oynayır. Əgər lüğət tərkibində üslubi 

istifadə zamanı xüsusi çalar kəsb etmiş spesifik leksik qat 

yaranmışsa, bu heç də təsadüfi olmamışdır, əksinə, 

ümumistifadə sözləri ilə qırılmaz şəkildə baş vermişdir ki, 

belə sözlər də funksional üslubların leksikasının inkişafının 

əsasını təşkil edir»

2

. Bu mənada sovet dövründə 



Azərbaycan ədəbi dilinin lüğət tərkibi həm kəmiyyətcə, 

həm də keyfiyyətcə inkişaf edir. İnqilabdan sonra 

Azərbaycanın müxtəlif regionlarından olan ziyalıların 

Bakıda fəaliyyət göstərməsi lüğət tərkibinin demokratik 

əsaslar üzrə inkişafının sosial şərti kimi diqqəti cəlb edir. 

30-cu illərdə Azərbaycan ədəbi dilinin leksik norması 

sabitləşir

3

, «terminoloji hərc-mərclik» (T. Hacıyev), heç 



olmasa, psixoloji baxımdan aradan qalxır, yəni əksəriyyət 

                                                           

1

 M.Ş.Şirəliyev. İstilahlar yaradılmasındakı əsas prinsiplər. – Dil institutunun 



əsərləri, Bakı, Azərb. SSR EA nəşri, I cild, 1947, səh. 30-31. 

2

 Эсмурат Бердимуратов. Развитие каракалпакской лексики в связи с 



развитием функциональных стилей литературного языка, АДД, 

Ташкент, 1973, стр. 11. 

3

 Bu barədə bax: T.Hacıyev. Azərbaycan ədəbi dili tarixi, Bakı, ADU nəşri, 



1976, səh. 57. 


 

23

hansı mənbəyə istinad etməyin optimallığını dərk edir və 



bundan sonra o vahid ki, artıq qəbul olunur, onu dildən 

çıxarmaq təklifləri kəsilir; qeyd etmək gərəkdir ki, bütün bu 

proseslər – hərc-mərclik də, nizamadüşmə də ölkənin 

ictimai həyatında, mədəni-tarixi ənənələrə münasibətdə baş 

verən dəyişmələri, ümumən ictimai-siyasi inkişafın 

qanunauyğunluqlarını əks etdirir. 

İctimai-siyasi inkişaf, təsərrüfat həyatının canlanması, 

kollektivləşmə, sənayenin, mədəniyyətin yüksəlişi ədəbi 

dilin, birinci növbədə lüğət tərkibinin imkanlarını genişlən-

dirir dedikdə təkcə o nəzərdə tutulmur ki, leksika yeni 

fəaliyyət sferaları əldə edir; həm də o nəzərdə tutulur ki, 

söz zövqü, söz duyğusu, hətta söz siyasəti həmin sferalarda 

yeni cəmiyyətin qurulması uğrundakı mübarizənin gedişini 

də ehtiva edir və bunun nəticəsində lüğət tərkibi məzmunca 

milli əsaslar üzərində yenidən qurulur. Bu, sovet dövründə 

Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf özünə-

məxsusluğunu müəyyən edən üçüncü cəhətdir və bunu şərh 

etməyə çalışaq. 

Əvvəlcə onu qeyd edək ki, hər üç cəhət bir-biri ilə 

dialektik əlaqədədir və bir-birini şərtləndirir; lüğət 

tərkibinin ictimai, eləcə də stilistik fəaliyyət dairəsinin 

genişlənməsi onun məzmunca yeni əsaslar üzərində 

qurulması ilə bilavasitə bağlıdır, eyni zamanda bu cür 

bağlılığın kökləri, qeyd etdiyimiz kimi, inqilabdan əvvəlki 

dövrlərə gedib çıxır və belə zənn edirik ki, sovet dövründə 

Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişaf qanuna-

uyğunluqları bu üç cəhətdən, onun müəyyən etdiyi prinsip 

və parametrlərdən kənarda mövcud ola bilməz. Əslində, 

burada lüğət tərkibinin inkişaf məntiqini aşkarlayan 

kontekst təsəvvür edilir; həmin kontekst həm realdır— 

ədəbi dilin mövcudluğu ədəbi dilin arxasında dayanan 



Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə