A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə8/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   149

 

24

ictimai-siyasi, ədəbi-mədəni şəraitin mövcudluğu şəklində 



təzahür edir (yəni konkret ictimai-siyasi, ədəbi-mədəni 

tədbirlər həyata keçirilir, bu da ədəbi dilə, eləcə də 

müəyyən spesifikliyi ilə leksik normaya təsir edir), həm də 

ideal şəkildədir, – siyasi mübarizə gedir, ictimai-mədəni 

şüur dəyişir, təfəkkür dəyişir (əlbəttə, bunun da çoxlu 

planları var: ictimai-siyasi, estetik, təsərrüfat-texniki və s). 

İndi üçüncü cəhətə qayıdaq: lüğət tərkibinin sovet 

dövründə məzmunca sosialist milli əsaslara malik olması 

nə deməkdir? 

Milli şüurun çiçəklənməsi, inqilabi səviyyəyə çatması 

ilə milli mədəni təfəkkürdə konsentrasiya prosesi gedir, 

tarixən qazanılmış nə varsa, realist prinsiplərlə yenidən 

işlənir; Azərbaycanda bu proses 20-ci, 30-cu illərdə özünü 

daha aşkar şəkildə göstərir: məsələn, prof. Ə.Dəmir-

çizadənin təbiri ilə desək, sazlı şeir dili ilə yazılı şeir dili 

qovuşur və bu qovuşma kontekstində lüğət tərkibinin 

mənzərəsi müəyyənləşir (əlbəttə, ədəbi-bədii dil 

hüdudunda). Sazlı şeir dili – folklor əsaslı dil öz xəlqi 

leksikası ilə gəlir – bu öz yerində; eyni zamanda sözə 

spesifik estetik münasibəti ilə gəlir. Yazılı şeir dili də onun 

kimi. Ancaq yazılı şeir dilinin leksikası ərəb, fars, türk 

(osmanlı) elementləri ilə zəngindir (daha doğrusu, yazılı 

şeir dili müxtəlif qollara ayrılır, hər qolun da öz tarixi, öz 

keyfiyyəti var). 20-ci, eləcə də 30-cu illərdə – sosialist milli 

dilinin (deyək ki, onun ədəbi-bədii ifadə formasının) 

yaranması ya sazlı, ya yazılı şeir dilinə üstünlük verilməsi, 

ya da bunların konsentrasiyası hesabına mümkün idi (lüğət 

tərkibinin keyfiyyəti də burada müəyyən olunacaqdı); bunu 

isə dövrün ictimai-estetik şüuru həll etməli idi… İctimai-

estetik şüur isə xəlqi olanı əsas götürür, yazılı şeir dilindən 

isə o formalar qalır ki, onlar xəlqi olanla qovuşa bilər, yəni 



 

25

ilk növbədə kütləvi anlaşıqlılığa üstünlük verilir, ikinci 



növbədə isə estetik baxımdan uğurlu olan götürülür; ən 

optimal variant odur ki, həm anlaşıqlıdır (dövrün mədəni-

estetik səviyyəsindən), həm də uğurludur. Ədəbi-bədii dilin 

leksik norması da bu prinsip əsasında qurulur; o sözlər ki, 

klassik mətnlərin, eləcə də XX əsrin əvvəllərində romantik 

şeirin dilində işlənirdi və ərəb, fars dillərinə məxsus idi 

(poetik potensial da əslində bu sözlərin hesabına güclü 

olurdu – M.Hadinin bir sıra şeirlərindəki, Ə. Hüseyn-

zadənin qərb ədəbiyyatından tərcümələrindəki kimi), 20-ci, 

30-cu illərdə şeir dilini tərk edir. 

İctimai-siyasi şüurun dəyişməsi, əlbəttə, ictimai-siyasi 

terminologiyada daha qabarıq şəkildə ifadə olunur. Qeyd 

etmək lazımdır ki, sosialist dünyagörüşünün anlayışlarını 

ifadə edən leksika hələ 1905-1920-ci illər ərzində, xüsusilə 

bolşevik mətbuatının dilində bir sistem kimi müəyyənləşir: 

sovet, partiya, kommunist, anarxizm, büro, komitet 

(komitə), inqilab, klub, bolşevik, azadlıq, mitinq, tətil, 

üsyan, üsyançı, nümayiş, nümayişçi, qiyam, qiyamçı, siyasi 

tətil, fəhlə hərəkatı, inqilabi hərəkat, millətçi menşeviklər, 

istismarçı siniflər, şura, sosializm, kommunizm, Şura 

hökuməti, zəhmət komissarı, Müvəqqəti Hərbi inqilab 

komitəsi, materializm, elmi sosializm, Kommunist manifesti 

və s. və i.a.

1

 



Bolşevik mətbuatı sosial məzmunlu leksikanın zən-

ginləşməsi uğrunda mübarizə aparır, müxtəlif anla-yışların 

daha aydın ifadəsinə, daha demokratik yolla kütləyə 

çatdırılmasına çalışır; nümunələrdən də göründüyü kimi, 

axtarışlar aparılır – morfoloji, sintaktik yollarla yeni lüğəvi 

                                                           

1

 Г.Г.Салманова. Роль большевитской печати в обогащении словарного 



состава азербайджанского литературного языка (1905-1920); АКД, Баку, 

1958, стр. 9-13. 




 

26

vahidlər, ifadələr yaradılır və bu söz axtarışında bir sıra 



tərəddüdlər də özünü göstərir: həm sovet, həm də şura sözü 

işlədilir. 

Bolşevik mətbuatında burjua jurnalistlərinin Azər-

baycan ədəbi dili lüğət tərkibinin beynəlmiləl və rus sözləri 

hesabına zənginləşdirilməsi əleyhinə çıxmaları tənqid 

olunur,


1

 beləliklə, ictimai-siyasi anlayışların, onların ifadəsi 

olan leksikanın ədəbi dildə artması təkcə linqvistik-lüğəvi 

bir hadisə yox, həm də mühüm ictimai-siyasi məzmunlu 

hadisə kimi dərk edilir.

2

 



Ədəbi-bədii, publisist, elmi təfəkkürün ümumxalq 

əsasları üzrə, sosialist məzmununda yenidən qurulması 

(yeni ədəbiyyatın, yeni ədəbiyyatşünaslığın, yeni publisis-

tikanın, eləcə də marksist-leninçi elmi dünyagörüşünün 

yaranması) lüğət tərkibinə ciddi təsir edir. 

L.M.Qranovskaya qeyd edir ki, Oktyabr inqilabından 

sonrakı ilk onillik neologizmlərin sürətlə tarixizmlərə çev-

rilməsi ilə səciyyələnir.

3

 Eyni proses Azərbaycan dilində də 



gedir; kapitalist dünyasının, burjua həyat tərzinin ifadəsi 

olan, yenicə yaranmış sözlər inqilabdan sonrakı illərdə 

tarixizmə çevrilir. Həm də bu cür dəyişmə ayrı-ayrı sözlərlə 

yanaşı, söz assosiasiyalarını da əhatə edir – bütöv ifadələr 

                                                           

1

 Г.Г.Салманова. Роль большевитской печати в обогащении словарного 



состава азербайджанского литературного языка (1905-1920); АКД, Баку, 

1958, səh. 20. 

2

 

Ейни хцсусиййят башга тцрк дилляриня дя аиддир; мясялян, бах: У. Турсунов, 



Б. Уринбоев. Узбек адабий тили тарихи, Тошкент, «Уэитувъ» няшриййаты, 1972, 

сящ. 89-92; Эсемурат Бердимуратов. Развитие каракалпакской лексики в 

связи с развитием функциональных стилей литературного языка, АДД, 

Ташкент, 1973, стр. 14-23; Я. Чонняев. Хəзирки заман туркмен дилинин 

лексикологиясы, Ашгабат, «Туркменистан» неш., 1972, сəh. 89-92 вə с. 

3

 Л.М.Грановская. Некоторые особенности развития словарного состава 



русского языка в 20-е годы ХХ в. и проблема нормы. – Литературная 

норма в лексике и фразиологии, М., изд., «Наука», 1983, стр. 47. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə