A. Məmmədov


partiya təĢkilatlarının bu nailiyyətləri təsadüfü deyil. Ona görə



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə14/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   10   11   12   13   14   15   16   17   ...   79

33 
 
Azərbaycan partiya təĢkilatlarının bu nailiyyətləri təsadüfü deyil. Ona görə 
ki,  bütün  bunlar  Zaqafqaziya  diyar  partiya  komitəsinin  iradəli  və  onların  dahi 
bolĢevik  rəhbəri  L.P.Beriya,  Azərbaycan  KP  MK-nın  rəhbəri  dəyanətli  bolĢevik 
M.C.Bağırov tərəfindən təĢkil olunmuĢdur.» 
Bu vaxt L.P.Beriya Vasilkinin çıxıĢını yarımçıq kəsir və deyir: 
«Siz Burda bizi tərifləmək üçün çıxıĢ edirsiniz, yaxĢı olar ki, söyləyin Siz 
nə etmisiniz?» 
Yenidən Vasilkin deyir: 
«Biz  hər  gün  əkin  zamanı  diyar  partiya  komitəsinin  və  AKP  MK-nın 
rəhbərlərinin diqqətini hiss etmiĢik.» 
Onu  də  qeyd  etmək  istəyirəm  ki,  plenumda  yekun  çıxıĢı  edən  L.P.Beriya 
M.C.Bağırovun  adını  çəkmədən  Azərbaycan  kommunistlərinin  iĢinə  müsbət 
qiymət  verərək  Gürcüstan  və  Ermənistan  kommunistlərinə  onlardan  nümunə 
götürməyi məsləhət gördü. 
Bununlada 
M.C.Bağırovun 
hakimiyyətdə 
möhkəmlənməsində 
L.P.Beriyanın növbəti dəstəyinin bu plenumda bir daha Ģahidi oluruq. 
Bu  dövrdə  isə  Stalin  öz  siyasi  rəqiblərinin  neytrallaĢdırılmasının  ikinci 
mərhələsinə keçir. 
Rıkov  Aleksey  Ġvanoviç  1899-cu  ildən  RSDP  üzvü  və  ilk  bolĢeviklərdən 
idi. 1917-ci ildən Mossovetin və sentyabr ayından Petrosovetin icra Ģurasının sədri 
olur.  26.10.1917-ci  ildən  isə  ilk  Sovet  hökumətinin  daxili  iĢlər  komissarı  olur. 
1922-ci  ildən  MK-nın  siyasi  bürosunun  üzvü  olur.  V.Ġ.Leninin  ölümündən  sonra 
02.2.1924-cü  ildə  Xalq  Komissarları  Ģurasının  sədri  seçilir  (buna  qədər  o,  Lenin 
icra  etdiyi  bu  vəzifədə  müavin  idi).  Bu  vəzifəni  icra  etməklə  bərabər  Rıkov 
RSFSR-in  Xalq  Komissarları  sovetinin  sədri  vəzifəsini  icra  edir.  Leninin 
ölümündən sonra əvvəlcə Trotskiyə sonra isə Kamenev və Zinovyevə qarĢı siyasi 
mübarizədə o, Stalinə böyük köməklik edir. ÜĠK(b)P XV qurultayında Rıkov çıxıĢ 
edərək qeyd edir: «Mən «süpürgəni» yoldaĢ Stalinə verdim ki, o da bu süpürgə ilə 
bizim  düĢmənlərimizi  süpürsün».  Lakin  1928-29-cu  illərdə  kollektivləĢmə  ilə 
əlaqədar  onunla  Stalin  arasında  fikir  ayrılığı  formalaĢır  və  bu  andan  Rıkovun 
mövqeyi  Buxarin  və  Kamenevin  mövqeyi  ilə  üst-üstə  düĢür.  Buxarin  Nikolay 
Ġvanoviç  isə  o  dövrdə  MK-nın  Siyasi  bürosunun  üzvü  idi.  Lakin  1928-ci  ildə 
Buxarin ölkədə aparılan kollektivləĢmənin əleyhinə çıxıĢ edir və aqrar sahədə fərdi 
təsərrüfatları inkiĢaf etdirməyi məsləhət görürdü. 1928-ci ilin 30 sentyabrında dərc 
olunan  «Ġqtisadçının  qeydləri»  məqaləsində  o,  aqrar  sahəyə  digər  yanaĢmaları 
«avantürist  yanaĢma»  adlandırırdı.  Hətta  bir  həftə  sonra  siyasi  büronun  iclasında 
Buxarin Stalini «ġərq despotizminin tozcuğu» adlandırır. 
ÜĠK(b)P  Mərkəzi  Komitəsinin  1928-ci  ilin  noyabr  pleniumunda 
A.Ġ.Rıkovu,  M.P.Tomskini  və  N.Ġ.Buxarini  «sağ  təmayülçülər»  adlandırırlar. 
Plenium  bu  dəstəni  ifĢa  edir.  Buxarin  isə  öz  səhvini  boynuna  almır,  Rıkov  isə 
səhvini  baĢa  düĢdüyünü  və  partiya  xəttində  heç  bir  əyrintiyə  imkan  verməməyi 


34 
 
bəyan  edir.  1929-cu  ilin  17  noyabrında  Buxarin  MK-nın  siyasi  bürosundan 
kənarlaĢdırılır, hadisələrin bu cür cərəyan etməsi Buxarini öz səhvini etiraf etməyə 
məcbur edir. Lakin bu etiraf da onu xilas etmir. M.P.Tomskini də ölkənin ali siyasi 
rəhbərliyindən  uzaqlaĢdırırlar.  1930-cu  ilin  9  dekabrında  A.Ġ.Rıkov  əvvəlcə  Xalq 
komissarları  Ģurasının  sədri  vəzifəsindən  azad  olur,  sonra  isə  21.12.1930-cu  ildə 
MK-nın siyasi bürosundan kənarlaĢdırılır. 1931-ci ilin 30 yanvarında SSRĠ poçt və 
teleqraf  xalq  komissarı  təyin  edilir.  Buxarin  isə  ağır  sənaye  komissarlığının 
kollegiya  üzvü  təyin  edilir.  Bu  təyinatlarla  Stalin  iki  məqsəd  güdürdü.  Birincisi 
artıq Trotskidən sonra Kamenev-Zinovyev qruplaĢmalarının sonuna çatmaq lazım 
idi.  Ona  görə  də  Stalin  Buxarin-Rıkov-Tomski  birliyini  və  onların  tərəfdarlarını 
Kamenev-Zinovyev mövqeyinə yaxınlaĢmağına Ģərait yaratmaq istəmirdi. Ġkincisi, 
o, bu qruplaĢmaları parçalayaraq tədricən ardıcıl olaraq neytrallaĢdırmaq istəyirdi. 
Rıkov-Buxarin-Tomski  birliyi  isə  artıq  bu  dövrdən  Stalinin  siyasətini  tərifləməyə 
baĢlayırlar.  Hətta  Buxarini  Stalin  «Ġzvestiya»  qəzetinin  baĢ  redaktoru  təyin  edir. 
Rıkovda isə belə bir stereotip formalaĢmıĢdı ki, onu yenidən siyasi büronun üzvü 
seçəcəklər.  Ona  görə  ki,  hələ  1917-ci  ilin  4  noyabrında  o,  Xalq  komissarları 
Ģurasından  və  Mərkəzi  Komitədən  çıxması  barədə  ərizə  ilə  müraciət  etmiĢdi. 
Sonradan Leninlə razılığa gələrək öz ərizəsini geri götürmüĢdü. Təəssüf ki, Rıkov 
baĢa düĢmürdü ki, Stalin Lenin deyil! 
1934-cü  ildə  Kamenev  və  Zinovyev  həbs  edildikdən  sonra  1936-cı  ildə 
onlara  qarĢı  açıq  məhkəmə  prosesi  qurulur.  Məhkəmədə  Kamenev,  Zinovyev  və 
digər həbs olunanlar Buxarinin və Rıkovun əleyhinə ifadələr verdilər. Onlar hərbi 
çevriliĢ  hazırlanması  planından  və  onlarla  bu  çevriliĢdə  Buxarin  və  Rıkovu  eyni 
zamanda  onların  tərəfdarlarının  həmfikir  olduqlarını  bəyan  etdilər.  Həqiqətəndə 
belə bir çevriliĢin hazırlandığı barədə 1990-cı il «Oqonek» jurnalının 28-ci sayında 
oxuyuruq: 
Harvard  universitetində  saxlanılan  L.Trotskinin  arxivində  L.B.Kamenevin 
öz əli ilə yazdığı qeydlərdə baĢa düĢülür ki, həqiqətən də o dövrdə ölkənin siyasi 
sistemini  dəyiĢməklə  siyasi  hakimiyyəti  ələ  alaraq  Stalini  devirmək  istəyirdilər. 
Burada  1928-ci  il  4  iyulda  Kamenevin  Buxarinlə  danıĢığının  Stenoqrammasında 
göstərilir. 
«Kamenev: Sizin qüvvələriniz nə yerdədir? 
Buxarin:  Rıkov  üstəgəl  Tomski  üstəgəl  Uqlanov  (dəqiq)  üstəgəl  mən. 
Petroqradlıların  hamısı  bizimlədir.  Ancaq  onlar  Stalinin  siyasi  hakimiyyətdən 
uzaqlaĢdırılacağından ehtiyyat edirlər». 
Kamenev  və  Zinovyevin  həbsindən  sonra  Buxarin  və  Rıkov  1934-cü  ildə 
ÜĠK(b)P-nin  MK-nın  üzvlüyündən  namizədə  çevrilərək,  bununla  da  onların  ölkə 
rəhbərliyindən kənarlaĢdırılması prosesi davam etdirilir. 
Stalinə qarĢı bir neçə dəfə yaradılmıĢ müxalif qrupların ardından artıq 1934-
cü  ildə  «Klubok»  deyilən  məxfi  bir  təĢkilat  formalaĢdı.  Hakimiyyəti  Stalinin 
əlindən almaq  istəyən  bu təĢkilat yaradıcıları ordunun rəhbərlərindən bir neçəsini 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə