A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə2/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   2   3   4   5   6   7   8   9   ...   79


 
Mən  haçansa  Bakının  mərkəzi  meydanlarının  birində  Mircəfər  Bağırovun 
tunc heykəlini görsəm, heç də təəccüb etmərəm. 
Niyə  də  qoyulmasın?  Niyə  gərək  mənfur  rus  bolĢeviklərinin  qurduğu 
məhkəmənin  hökmü  bizim  üçün  qanuni  olsun?  Heç  rus  da  bizim  xeyrimizə  qərar 
verə bilərmi? 
Əlisa Nicat  
Yazıçı-publisist 
 
 
 
 
 
 
 



 
MÜƏLLĠFDƏN 
 
Əziz  oxucu,  M.C.Bağırov  mövzusuna  yenidən  müraciət  etməyim  mənim 
2000-ci  ildə  «Araz»  nəĢriyyatında  çapdan  çıxmıĢ  «Siyasi  liderlərin  psixoloji 
portretləri  -  Ġ.Stalin,  L.Trotski,  A.Hitler,  M.C.Bağırov»  kitabımın  ictimaiyyət 
tərəfindən böyük maraqla qarĢılanmasından irəli gəldi. «Siyasi liderlərin psixoloji 
portretlərlə)  əsərimdə  digər  siyasi  liderlərlə  bərabər  M.C.Bağırovun  siyasi-
psixoloji portreti tədqiq olunmuĢdu. Az bir müddətdə bu kitabla əlaqədar oxucular 
tərəfində,  aldığım  çoxsaylı  məktublar  M.C.Bağırova  Azərbaycan  cəmiyyətində 
böyük marağın olmasını göstərdi. 
ġükürlər olsun ki, Azərbaycanın müstəqillik qazanması ilə cəmiyyətimizdə 
söz  azadlığının  hökm  sürməsi,  yaradıcı  tədqiqatçı  alimlərimizin  dövründən  asılı 
olmayaraq  baĢ  verən  hadisələrə  siyasi  konyukturadan  kənar  yanaĢmasına  imkan 
verdi. Bu ictimai mühit bir daha müəyyən dövrlərdə siyasi sifariĢlə yazan bu və ya 
digər hadisələri subyektiv təhlil edən bizim «bəzi konyukturalı tədqiqatçılarımıza» 
cavab  verməyə  imkan  yaratdı.  Məni  həmiĢə  bir  məsələ  düĢündürürdü,  tariximizin 
son  məqamlarında  erməni  qəsbkarlığına  yol  açan  ünsürlər  özündə  hansı 
komponentləri  birləĢdirir.  Belə  ki,  ġimali  Azərbaycan  Rusiyaya  birləĢdirildikdən 
sonra  həmiĢə  bizim  tarixi  torpaqlarımız  ermənilər  tərəfindən  həm  siyasi,  həm  də 
hərbi  yolla  təcavüzə  uğramıĢdır.  Sovet  dönəmində  də  ermənilər  dəfələrlə  bizim 
ərazilərimizə iddia edib və öz mənfur siyasətlərini yeritmiĢlər. Beynəlxalq erməni 
siyasi  diasporasının  canfəĢanlığı  ilə  Sovet  Ġttifaqı  MK-nın  I  katibi  M.Qorbaçov 
tərəfindən  siyasi-psixoloji təzyiqlərə  məruz qalan  H.  Əliyevin SSRĠ  rəhbərliyində 
olmadığı andan mənfur erməni millətçiləri yenidən açıq ərazi iddialarına baĢladılar. 
A.Antonov  Ovsieonkonun  1999-cu  ildə  çapdan  çıxmıĢ  «Beriya»  əsərində 
iddia edir ki, guya M. C Bağırov öz bolĢevik qardaĢını öldürərək onun sənədlərini 
öz adına çıxartmıĢ və kommunist kimi özünü qələmə vermiĢdir. Ġftiranın doğrudan 
da  həddi-hüdudu  olmazmıĢ!?  Ġmperiya  rəhbərləri  və  onların  «sifariĢli»  yazarları 
hal-hazırda  da  M.  C.  Bağırovu  gözdən  salmaq  üçün  dəridən-qabıqdan  çıxırlar. 
Niyə  M.  C.  Bağırov  onları  belə  qorxudur?!  Bu  amil  Bağırovu  hər  zaman 
L.P.Beriya ilə bərabər tədqiq etməyə məcbur edir. Bu an fikirlərinin orijinallığı ilə 
seçilən  Müəmmər  Əl-Qəzzafinin  bir  ifadəsi  yadıma  düĢür:  «Ġmperiya  həmiĢə  öz 
əsarəti altında olan hər millətin ən ləyaqətli oğullarını həmin millətə qatı-düĢmən 
obrazında  təqdim  edir».  Həqiqətən  də  M.C.Bağırovu  bir  Ģəxsiyyət  kimi  tədqiq 
etmək üçün onun tarixi keçmiĢini və həyat yolunu dövrün reallıqlarına uyğun təhlil 
etmək lazımdır. Bu baxımdan o dövrün reallıqları Bağırovu hər zaman L.P.Beriya 
ilə bərabər tədqiq etməyi qarĢımızda məqsəd kimi qoyur. Ona görə də bu mövzuya 
ikinci  dəfə  müraciət  edərkən  və  yuxarıda  qeyd  etdiyim  reallıqları  nəzərə  alaraq 
yeni kitabımı tarixi arxiv sənədlərə əsaslanaraq yazmağa çalıĢdım. Sual oluna bilər: 
Niyə  məhz  bu  cür?  Ona  görə  ki,  o  dövrdə  Azərbaycanın  Sovetlər  Ġttifaqının 
tərkibində olması ilə əlaqədar M. C. Bağırovun Kremlin siyasi intriqalarında onun 



 
özünün vəziyyəti, o cümlədən də Azərbaycanın baĢının üstünü alan qara qüvvələrlə 
mübarizəsi  və  bu  mübarizədə  onun  fərdi  keyfiyyətlərinin  üzə  çaxarılması  üçün 
yalnız  bu  formada  bu  Ģəxsə  yanaĢmanı  mümkün  edirdi.  Məni  həmiĢə  bir  sual 
düĢündürürdü:  Görəsən  o  dövrdə  Azərbaycanın  siyasi  rəhbərliyində 
M.C.Bağırovun  əvəzinə  baĢqa  bir  siyasi  Ģəxs  olsaydı  xalqımızın  və  dövlətimizin 
taleyi necə ola bilərdi? 
Hərçənd bu suala bir mənalı cavab vermək çətindir. Amma kitabı oxuduqca 
hadisələrin  sənədli  xronikası  oxucunun  subyektiv  dünyagörüĢünə  əsaslanaraq 
tariximizin bu məqamlarına qiymət verməyinə imkan yaradır. 
Ona  görə  də  qeyd  etmək  istəyirəm  ki,  müəllifi  olduğum  bu  kitaba  arxiv 
sənədləri  əlavə  kimi  verilmiĢdir.  Bu  arxiv  sənədləri  ictimaiyyətə  ilk  dəfə  təqdim 
olunduğundan bu sənədləri orijinal variantında sizlərə təqdim etməyi lazım bildim. 
O  illərin  təhlili  və  xüsusən  Ġran  Azərbaycanında  baĢ  verən  siyasi  hadisələr  ilə 
əlaqədar  bu  kitab  Ġ.Stalin,  L.Beriya,  M.C.Bağırov,  Ə.Əliyev  və  Qəvvam  Əs-
Səltənənin siyasi portretləri ilə oxucunu daha yaxından tanıĢ edir. 
Atamın  mənə  M.C.Bağırov  barədə  söylədiyi  fikirləri  indi  də  qulağımda 
səslənir.  Atam  M.C.Bağırovla  özü  ünsiyyətdə  olmasa  da  onun  xatirələri  dayısı 
Rəsul  Məmmədovun  o dövrdə  uzun  illər  məsul vəzifələrdə  iĢlədiyi  müddətdə  baĢ 
verən hadisələrlə əlaqədar idi. Rəsul müəllim birbaĢa M.C.Bağırovun təsəbbüsü ilə 
gənc  yaĢlarından  doğulduğu  rayonumun  Xalq  Ġcraiyyə  Komitəsinin  sədri 
iĢləmiĢdir. Elə bu dövrdə də keçmiĢ zadəgan nəslinə bağlı olan ana babam Adgözəl 
Həsənov  isə  ona  qarĢı  olan  təqiblərdən  yaxa  qurtarmaq  üçün  Azərbaycanı  tərk 
etmiĢdi. O, bir müddət Acarıstanın paytaxtı Batumda yaĢayır. Bu müddət ərzində 
bütün  Sovet  Ġttifaqında  olduğu  kimi  onun  torpaq  sahələrində  də  kolxoz 
təssərüfatları  yaradılır.  Buna baxmayaraq  SSRĠ  məkanında  aparılan  represiyaların 
ən aktiv dövründə babam - Adgözəl Həsənov Azərbaycana qayıdır. Sözsüz ki, öz 
tədbirliyi  ilə  seçilən  babam  təhlükəsizliyinə  tam  əmin  olmamıĢ  Azərbaycana 
qayıda  bilməzdi.  Həqiqətən  də  bu  belə  idi.  Ona  görə  ki,  valideynlərimin  mənə 
söylədiyi  xatirələrinə  görə  Adgözəl  Həsənovun  üzə  çıxmağına  M.C.Bağırovun 
köməkliyi olmuĢdu. Çox  təəssüf ki, mən  babamı görməmiĢəm, ancaq onun həyat 
yoldaĢı Quba gözəli Ziba xanımın bütün o nurlu siması gözümün önündədir. Ona 
görə də hər dəfə M.C.Bağırova qarĢı hücumlar təĢkil olunanda, onun Ģəxsiyyətini 
ictimaiyyətə  qara  boyalarla  təqdim  etdikdə  məndə  həmiĢə  bir  sual  doğurdu:  axı 
necə  olur  ki,  keçmiĢi  zadəgan  nəslinə  bağlı  olan  Adgözəl  Həsənovun  və  o 
cümlədən də, bolĢevizm quruluĢuna yad olan sosial təbəqələrin nümayəndələrinin 
xilasında bəs kim iĢtirak etmiĢdi. Bütün bunlar M.C.Bağırov Ģəxsiyyətini bir daha 
dərindən  araĢdırmağa  məni  sövq  etdi.  Bu  kitabın  yaranmasında  zəngin  arxiv 
materiallarından  istifadə  etmək  üçün  yaratdıqları  Ģərait  və  göstərdikləri  hərtərəfli 
köməyə görə «Azərbaycan Respublikası Siyasi partiyalar və ictimai hərəkatlar» və 
mərkəzi dövlət arxivinin rəhbərliyinə və əməkdaĢlarına, həmçinin kitabın iĢıq üzü 
görməsində bütün mətbəə iĢçilərinə minnətdarlığımı bildirirəm. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə