A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə3/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   2   3   4   5   6   7   8   9   ...   79


 
GĠRĠġ 
 
Tarixi  Ģərait  Azərbaycanı  Sovetlər  Ġttifaqı  tərkibində  olmağa  məcbur  etdi. 
Bu, zamanın geosiyasi maraqlarından irəli gəlirdi. Ġmperiyanın qorunması hansı ad 
altında  olursa-olsun  totalitar  rejimin  yaranmasına  və  rejimin  baĢına  diktatorun 
gəlməsinə  zəmin  yaradır.  Stalinin  özü  ölkə  lideri  olsa da, ümumi rus  imperializm 
əqidəsinə qulluq edirdi. Bu məntiqi həqiqətlər  hər dövrün diktə etdiyi reallıqlarla 
həyata  keçirilirdi.  Ona  görə  də  Azərbaycanın  Sovetlər  birliyində  olmağı  dövrün 
diktə etdiyi məntiqi nəticəsidir. Məhz bu anlar müstəqilliyi əlindən alınmıĢ millətin 
önündə  durmuĢ  liderin  Ģəxsi  keyfiyyətlərindən  təmsil  etdiyi  millətin  taleyi  asılı 
olur.  Əgər  bugünkü  Dünyanın  Geosiyasi  mənzərəsinə  baxsaq,  keçmiĢin  tarixi 
Ģəraitinin  bu  gün  də  davam  etdiyini  və  irəli  sürdüyü  hökmünü  baĢa  düĢərik: 
bugünkü  Dünyada  cərəyan  edən  siyasi  hadisələrin  təhlili,  o  dövrdəki  reallıqların 
oxĢar parallellərini tapmağa imkan verən əsas amildir. 
Lakin  qanlı  müharibələrlə  deyil,  bir  az  sərt,  bir  az  da  yumĢaq  siyasət  və 
strateji  diplomatik  analizlərlə  dünyada  gedən  proseslərin  bu  cür  izahı  dünya 
xəritəsində  kiçik  nöqtə  kimi  görünən  Azərbaycanın  üzərindən  hansı  konturların 
keçdiyini  göstərir.  Ġstənilən  siyasətin  əsasında  müxtəlif  maraqlar  durur.  Maraqlar 
uzunmüddətli - strateji və qısamüddətli - taktiki olur. Müasir dövrümüzdə Rusiya - 
Qərb, xüsusi ilə də Rusiya - ABġ münasibətlərində yaranan problemlərdən indi də 
çox  danıĢılır.  ABġ-ın  Rusiya  ilə  bağlı  maraqlar  ilk  növbədə  Amerikanın  milli 
prioritetlərindən  və  konsepsiyalardan  irəli  gəlir.  Təbii  ki,  birincisi  ölkənin 
təhlükəsizliyi,  yəni  nüvə  hücumları  ehtimalını  aradan  qaldırmaq,  yaxud  mümkün 
qədər  azaltmaq  məsələsi;  Ġkinci,  iqtisadi  təhlükəsizlik,  sonra  ideoloji  durum, 
demokratiya və s. gəlir. Rusiyanın çox güclü nüvə silahı və onu dünyanın istənilən 
nöqtəsinə  çatdıra  bilən  vasitələri  vardır.  Bu  bütün  Qərb  ölkələri  üçün  real 
təhlükədir. Bunu yaddan çıxarmaq olmaz. Digər tərəfdən, 300 - 400 ildir ki, Rusiya 
imperiya qanunları ilə yaĢayır. QonĢu dövlətlərin sərvətlərini çapıb - talayır və bu 
formada 
iqtisadi 
cəhətdən 
güclənməyə  çalıĢır.  Belə  ölkə  birdən-birə 
demokratikləĢə bilməz. Ġndi Rusiyada elə bir milli mentalitet, həyat tərzi, ənənə və 
vərdiĢlər  yaranıb  ki,  o  həm  daxildə,  həm  də  xaricdə  «böyük  rusçuluq  siyasəti» 
yeritməyə  məcburdur.  Çar  dövründə  də  belə  olub,  Stalin  dövründə  də,  Yeltsinin 
baĢçılıq etdiyi demokratik Rusiyada bu özül üzərində dayanmıĢdı. 
Rusiyanın  da  Qərblə  və  ABġ-la  bağlı  öz  maraqları  vardır.  Rusiya  iqtisadi 
cəhətdən  möhkəmlənmək  niyyətindədir.  Özü  də  yarı  kapitalizm,  yarı  sosializm 
Ģəraitində.  Nəfəs  almaq,  yeni  duruma  alıĢmaq  üçün  ona  müəyyən  vaxt  lazımdır. 
Onun  yaxın  planı  XX  əsrin  90-91-ci  illərin  taktiki  manevrlərin  nəticələrini  ləğv 
etmək,  ittifaq  çərçivəsində  imperiyanı  bərpa  etməkdir  və  strateji  baxımdan  isə  o, 
dünya  hegemonluğunu  qazanmaq  istəyir.  «Çarizm»,  «bolĢevizm»,  yaxud 
«demokratizm»  qiyafəli  ideoloji  qabıq  tez-tez  dəyiĢsə  də,  onun  özəyi,  mahiyyəti 
həmiĢə eyni olub. 



 
XIX əsrdə 1825-ci ildə Rusiyada Dekabristlər, XX əsrdə menĢeviklər qalib 
gəlsəydilər belə, vəziyyət yenə də indiki kimi olacaqdı. Sadəcə olaraq, bizə verilən 
ideoloji  qabıq  «dekabrizm»,  yaxud  «menĢevizm»  adlanacaqdı.  Rusiya  -  Qərb, 
Rusiya  -  ABġ  münasibətlərinə  qiymət  verərkən  bu  faktları  nəzərdən  qaçırmaq 
lazım deyil. Təsadüfi deyil ki, son dövrdə ABġ və Ġngiltərə Rusiyaya stavka edən 
dövlətləri  tədricən  istər  diplomatik,  istərsə  də  zor  gücünə  Moskvaya  yönəlmiĢ 
oriyentasiyadan  uzaqlaĢdırmağa  nail  olurlar.  Bunun  bariz  nümunəsi  Səddam 
Hüseyn Ġraqıdır. Qərb, xüsusən də Almaniya üzdə rəsmi olaraq Rusiyanın və onun 
siyasətini dəstəkləsələr də, əl altından Rusiyanı zəiflətməyə çalıĢırlar. Bax elə buna 
görə  də  Çeçen  xalqının  iradəsinə,  azadlıqsevərliyinə,  rus  qoĢunlarına  qarĢı 
uzunmüddətli  partizan  müharibəsi  apara  bilmək  qabiliyyətinə  yaxĢı  bələd  olan 
Qərb  ekspertləri  çox  məharətlə  Kreml  rəhbərliyini  Çeçenistan  avantürasına 
Ģirnikləndirə  bildilər.  Bu  gün  Almaniya  Federativ  Respublikası  ABġ  səviyyəsinə 
qalxmağa  can  atır.  Buna  görə  də  onun  ən  mühüm  vəzifəsi  Rusiyanın  özü  üçün 
inkiĢafsız  xammal  bazasına  çevirməkdir.  Bu  sahədə  artıq  xeyli  iĢ  də  görülüb. 
Fransanın da Rusiyada öz strateji maraqları var. Yaponiya üçün isə Rusiya istehlak 
və  xammal  bazarıdır  və  ona  görə  də  bu  ölkənin  rəsmi  dairələri  Rusiyaya  aid 
siyasətlərində  Kuril  adalarını  Rusiyadan  qoparmaq  və  öz  iqtisadi  vəziyyətinin 
güclənməsinə səbəb ola biləcək siyasi xətt yeridirlər. Vaxtı ilə Çinlə SSRĠ arasında 
ərazi  iddiaları  ənənəvi  xarakter  almıĢdı.  Hal-hazırda  Çin  Rusiyanın  Uzaq  ġərq 
bölgəsini ələ keçirmək üçün dəridən-qabıqdan çıxır. Ancaq bununla belə ABġ-dan 
özünü  qorumaq  üçün  Pekin  kommunistləri  Moskva  ilə  yaxınlaĢmağa  məcbur 
olublar.  Göründüyü  kimi  bugünkü  dünyamızda  da  maraqlar  daban-dabana  ziddir. 
Tarix  boyu  belə  olmuĢdur.  Bu  ziddiyətlər  həmiĢə  maraqla  əlaqəli  olduğundan 
BəĢəriyyətdə  gedən  gerçəkliklər  durduqca  belə  də  olacaqdır.  Bu  baxımdan  tarixə 
nəzər  salsaq,  daha  ədalətli  olarıq.  Ġndiyə  qədər  dövrü  mətbuatda  M.C.Bağırovla 
əlaqədar,  XX  əsrin  birinci  yarısını  əhatə  etmiĢ  yazıların  böyük  əksəriyyəti  bir 
tərəfli xarakter daĢımıĢdır. 
M.C.Bağırovu  ittiham  edən  yazıların  müəlliflərinin  böyük  əksəriyyəti  onu 
30-cu  illərdə  Azərbaycanda  aparılan  repressiyalarda  günahlandırırlar.  Artıq  o 
dövrü obyektiv tədqiq etmək və M.C.Bağırovun Ģəxsi keyfiyyətlərini üzə çıxarmaq 
zamanı yetiĢmiĢdir! 
Yuxarıda  apardığımız  bu  günkü  müasir  dünyamızın  geosiyasi  təhlilləri 
baxımından  tarixə  yanaĢsaq  daha  düzgün  addım  atmıĢ  olarıq.  1920-ci  il  aprel 
ayının 28-də Sovet Rusiyasının XI Qızıl ordusu Azərbaycana daxil olduqdan sonra 
ġərqdə  ilk  demokratik  Dövlət  Müstəqilliyimizə  son  qoyuldu.  Bu  həmin  dövrün 
geosiyasi  reallıqlarının  məntiqi  nəticəsi  idi.  Belə  ki,  1917-ci  ildə  xalq  üsyanı 
nəticəsində Rusiyada çar rejimi çökdü, hakimiyyəti Knyaz Lvovun baĢçılığı altında 
müvəqqəti hökumət ələ keçirdi. I Dünya müharibəsi davam edirdi, Rusiya Antanta 
qrupunun  müttəfiqi  kimi  Almaniya  və  Türkiyəyə  qarĢı  iki  cəbhədə  müharibə 
edirdi. Ona görə də alman xüsusi-xidmət orqanlarının vəsaiti hesabına müvəqqəti 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə