A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə4/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   2   3   4   5   6   7   8   9   ...   79

10 
 
hökumətlə bərabər Ġnqilabi Sovet hakimiyyəti formalaĢdırılırdı. Bu da Rusiyada iki 
hakimiyyətliyə  gətirib  çıxarır.  Bu  prosseslər  bütövlükdə  çar  ordusunu  tamamilə 
dağılmasına  səbəb  oldu.  Antantanın  taleyini  təhlükə  altına  qoyan  bu  hadisələr 
ABġ-ın  prezidenti  Vilsonu  6  aprel  1917-ci  ildə  Almaniyaya  qarĢı  müharibə  elan 
etməyə  məcbur  etdi.  1917-ci  ilin  noyabrında  Rusiyada  hakimiyyəti  Leninin 
baĢçılığı  ilə  bolĢeviklər  ələ  keçirdilər.  1917-ci  ilin  8  noyabrında  Sovetlərin  II 
qurultayında Almaniya və onun müttəfiqləri ilə sülh haqqında dekret qəbul edildi. 
27  noyabr  1917-ci  ildə  Almaniya  hökuməti  bu  müraciətə  razılıqlı  cavab  verdi  və 
sülh  danıĢıqları  baĢlandı.  1918-ci  il  1  mart  tarixində  Brest  -  Litovskidə  sülh 
konfransı  öz  iĢinə  baĢladı.  VətəndaĢ  müharibəsindən  tam  zəifləmiĢ  Rusiya 
Almaniyaya böyük ərazisini, belə ki, Qalistiyanı indiki Qərbi Ukraynanı və digər 
məntəqələri  təslim  edərək  sülh  saziĢi  imzaladı.  27  avqust  1918-ci  ildə  Brest  - 
Litovski sülh saziĢinin bəndlərinə əlavə olaraq Rus - Alman müqaviləsi artırıldı. 
Beləliklə,  Almaniya  Sovet  Rusiyasını  parçalayaraq  Sovet  Rusiyasından 
Gürcüstanın  müstəqilliyini  tanımasını  tələb  edirdi.  Buradan  da  almanlar 
Gürcüstandan  Bakıya  öz  ordusunu  daxil  etmək  istəyirdi.  Bu  vaxt  ġaumyanın 
baĢçılığı  altında  Bakıda,  Andranikin  daĢnak  silahlı  qüvvələri  isə  Qərbi 
Azərbaycanda Azəri - türklərinə qarĢı soyqırım törədirdilər. Ona görə də türklər öz 
azəri  qardaĢlarının  erməni  quldurlarından  xilas  etmək  üçün  Azərbaycana  köməyə 
gəldilər.  Baxmayaraq  ki,  Brest  -  Litovski  müqaviləsinə  əsasən  Almaniya  Sovet 
Rusiyası  qarĢısında  Türkiyəni  Qafqaza  buraxmamaq  barədə  öhdəlik  götürmüĢdü. 
Lakin Almaniya türklərə mane olmayacağını iĢarə etdi. 
Belə  ki,  hələ  Rusiyada  çar  II  Nikolay  devrildikdən  sonra  Zaqafqaziyadakı 
yerli  qüvvələr  Peterburqun  hadisələrə  hərbi  təsir  etmək  imkanlarının  zəiflədiyini 
anlayaraq  Tiflisdəki  hakimiyyəti  ələ  keçirmiĢdilər.  KeçmiĢ  Çar  Rusiyasının  Tiflis 
caniĢiliyində  Zaqafqaziyanın  müvəqqəti  hökumət  yaradılmıĢdı.  Zaqafqaziya 
komitəsi  təsis  edilmiĢdi.  Bu  komitə  hökumətin  Zaqafqaziyadakı  siyasətini  həyata 
keçirirdi. Bu komitənin tərkibinə 2-kadet, 1-menĢevik, 1-gürcü federalisti və 1 türk 
müsavatçı  daxil  idi.  Komitəyə  Xarlamov  rəhbərlik  edirdi.  Lakin  Rusiyada 
hakimiyyətə gəlmə ərəfəsində olan bolĢeviklər öz siyasi qüvvələrini Zaqafqaziyada 
hərəkətə gətirərək 2-7 oktyabr 1917-ci ildə Tiflisdə Qafqaz bolĢevik təĢkilatlarının 
I  qurultayını  keçirtdi.  Bu  qurultayda  Qafqaz  dairəsi  formalaĢdı.  Bu  dairə 
komitəsinə  Çxakaya,  ġaumyan,  Caparidze,  Maxaradze,  Nazaretyan,  Kasıyan, 
Mravıyan, Karqanov sonradan Mikoyan da buraya daxil oldu. 
Artıq Rusiyadakı Oktyabr inqilabından sonra müvəqqəti hökumət devrilərək 
2  noyabr  1917-ci  ildə  menĢevik  E.  Qeqeçkorinin  rəhbərliyi  altında  Zaqafqaziya 
komissarlığı yaradılmıĢdı. Lakin bu hakimiyyət də uzun çəkmədi. 10 fevral 1918-ci 
ildə  bolĢeviklər  Moskvadan  aldıqları  hərbi-siyasi  dəstək  ilə  regiondakı  siyasi 
hakimiyyəti əlində cəmləĢdirmiĢ seçkili Zaqafqaziya seymini formalaĢdırdılar. 
1918-ci ildə Brest-Litovski saziĢinə görə Türk tərəfi Zaqafqaziya seymindən 
Qars və Batum dairələrini tələb edirdi. Artıq 1918-ci ilin aprelin 1-də Türk ordusu 


11 
 
bu  ərazilərə  daxil oldu. Türk tərəfi  həmçinin  Zaqafqaziya seyminin  buraxılmasını 
və  Zaqafqaziya  respublikaların  müstəqilliyinin  elan  olunmasını  tələb  edirdilər. 
Türklərin tələbinə Alman hərbi nümayəndəliyi də dəstək verirdi. 
9 aprel 1918-ci ildə Seym Zaqafqaziyanın müstəqilliyini elan etdi. 26 aprel 
1918-ci  ildə  Seym  öz  fəaliyyətini  dayandırdıqdan  sonra  üç  Zaqafqaziya 
respublikaları öz müstəqilliklərini elan etdilər. 
Türkiyə  ordusunun  ali  baĢ  komandanı  Ənvər  -  PaĢa  Ərəb  cəbhəsindən 
ordusunun  böyük  hissəsini  çıxararaq  Cənubi  Qafqaza  istiqamətləndirdi. 
Baxmayaraq ki, bu addım çox riskli addım idi və sonradan bunun nəticəsində Ərəb 
cəbhəsində  Türk  ordusunun  mövqeləri  zəiflədiyindən  bu  vəziyyət  1918-ci  ildə 
Ġngilis  kəĢfiyyatçısı  T.  Lourens Hicazın  Ģerifi  Hüseynin  oğlu Feysəlin  və  Fransız 
ordusu  generalı  Allenbinin  baĢçılığı  altında  olan  Antanta  qüvvələrinin  DəməĢqə 
qədər  irəliləməyinə  imkan  verdi.  Bu  ərazi  itkilərinin  nəticəsində  xilaskar  Türk 
ordusu azərbaycanlılara qarĢı ermənilər tərəfindən törədilən soyqırımının qarĢısını 
aldı  və Azərbaycana  gəlmiĢ  bu ordu  ölkəmizin  milli  müstəqilliyinin  yaranmasına 
təkan  verdi.  ġaumyanın  baĢçılığı  altında  Bakı  soveti  istefa  verdi  və  ingilislərin 
köməyilə  Sentra  Kaspi  diktaturası  rejimi  Bakıda  yaradıldı.  Türk  ordusu  ilə 
Azərbaycan  milli  ordusunun  Gəncədən  Bakıya  istiqamət  götürmüĢ  hücumunun 
qarĢısını  heç  bir  mənfur  qüvvə  ala  bilmədi.  Bakı  milli  qüvvələrin  əlinə  keçdi. 
Tezliklə  Azərbaycan  Demokratik  Respublikasının  parlamenti  və  hökuməti  təĢkil 
olundu. 
Zaman  Antantanın  üzvü olan  dövlətlərin  xeyrinə  iĢləyirdi.  Almaniya  Qərb 
cəbhəsində  məğlubiyyətə  uğrayırdı.  Fəlakət  sürətlə  yaxınlaĢırdı.  Bolqariyanın 
məğlubiyyəti  Antanta  qüvvələrinin  Avstriya  -  Macarıstana,  oradan  da  Münhenə 
yolunu açdı və Türkiyə ilə Almaniya arasında coğrafi əlaqələrin kəsilməyinə səbəb 
oldu.  Bu  da  Almaniyanın  məğlubiyyətinin  əsasını  müəyyənləĢdirən  faktorlardan 
biri oldu. 1918-ci il 19 sentyabr gecəsi ingilis ordusu Türkiyəyə qarĢı total hücuma 
keçdi.  Bir  neçə  gündən  sonra  Türk  ordusunun  Fələstində  mövcudluğuna  son 
qoyuldu.  Sentyabrın  sonlarından  Antanta  qüvvələri  Qərb  cəbhəsində  «Ziqfrid» 
xəttini  yardılar.  Antanta  qüvvələrinin  hücum  əməliyyatları  Türkiyənin  tam 
məğlubiyyətinə  səbəb  oldu.  30  oktyabrda  Lemnos  adasının  Mudros  limanında 
ingilis gəmisi «Aqamenon»da ingilislər türklərlə sülh saziĢi imzaladılar. Bu saziĢə 
görə  Türkiyə  nümayəndələri  Mesopatamiyadan,  Ərəbistandan,  Suriyadan, 
Zaqafqaziyadan və Kilikiyanın bir hissəsindən öz ordusunu çıxarmalı idi. Mudros 
saziĢinə  görə  qalib  tərəf  Ġstambulu  və  Körfəzləri  buradan  da  Qara  dənizə  çıxıĢ 
yollarını  okupasiya  etməyə  hüquqi  əsas  qazanırdı.  Türkiyənin  hərbi  səhnədə 
məğlubiyyəti  Azərbaycanın  ictimai-siyasi  elitasının  müəyyən  dairələrini  siyasi 
dəstək  üçün  regionda  marağı  olan  dövlətlərin  siyasi  mərkəzlərində  danıĢıqlara 
istiqamətləndirdi.  Sözsüz  ki,  nostalgiya  hisslərinə  görə  regionda  bu  dairələr  üçün 
daha  yaxın  sayılan  dövlət  Türkiyədən  sonra  Rusiya  idi.  Regionda  Rusiyanı 
Azərbaycanla əsrlik mədəni çulğalaĢma və psixoloji simbiozluq əlaqələndirirdi. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə