A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə5/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   2   3   4   5   6   7   8   9   ...   79

12 
 
Artıq Bakı Ġngilislərin siyasi təsir dairəsinə keçmiĢdi. 
Mudros sülh saziĢindən sonra Türkiyədə hərbi generallar Mustafa Kamalın 
baĢçılığı  altında  hakimiyyəti  ələ  keçirərək  bu  alçaldıcı  sülh  saziĢinin  müəyyən 
bəndlərini  qəbul  etməyəcəklərini  bəyan  etdilər.  Bununla  da  türk  xalqının  iĢğalçı 
imperialist  qoĢunlarına  qarĢı  mübarizəsi  baĢlandı  və  bu  mübarizədə  Mustafa 
Kamalın  ilk  köməyinə  gələn  Sovet  Rusiyası  və  onun  lideri  Vladimir  Ġliç  Lenin 
oldu.  Bu  faktlar  Azərbaycan  cəmiyyətində  və  ziyalılar  arasında  Sovet  Rusiyasına 
və onun lideri Leninə rəğbətlə yanaĢmağa əsas verdi. 
Antantanın imperialist dövlətlərinin Yunan ordusunun qüvvələri ilə həyata 
keçirdiyi  Türkiyə  qarĢı  müdaxiləsinə  türk  xalqının  milli  azadlıq  müharibəsi 
baĢlandı.  Türkiyənin  I  Dünya  müharibəsində  məğlubiyyə  uğradıqdan  və  Mudros 
barıĢığını  (1918-ci  il)  imzaladıqdan  sonra  imperialist  dövlətlər  keçmiĢ  Osmanlı 
imperiyasının əraziləri ilə kifayətlənməyib, Paris sülh konfransını çağıraraq (1919 - 
1920) Türkiyənin parçalanmasını və Türk xalqının əsarət altına alınmasını nəzərdə 
tutan müqavilə hazırladı və bu konfransda Azərbaycan da Ġtalyanlara verilirdi. Bu 
ərəfədə ABġ prezidenti Vilson ilə görüĢən Əlimərdan bəy TopçubaĢovun baĢçılığı 
altındakı  Azərbaycan  nümayəndə  heyəti  Azərbaycanın  müstəqilliyinin  tanımağını 
xahiĢ  edir.  ABġ  prezidenti  bu  təklifin  müqabilində  «Siz  elə  bilirsiniz  ki,  biz 
müharibə  aparmıĢıq  ki,  cırtdan  dövlətlər  yaransın»  -  deyərək  cavab  verir.  Artıq 
Azərbaycanın Rusiya tərəfindən ilhaq ediləcəyini gördükdən sonra ABġ və Böyük 
Britaniya  ADR-in  dövlət  quruluĢunu  tanıyır.  Lakin  bu  addım  gec  idi.  Bu  ərəfədə 
isə  Türkiyədə  Mustafa  Kamal  PaĢanın  baĢçılığı  altında  geniĢlənən  milli  azadlıq 
hərəkatı yadelli iĢğalçıların niyyətlərini puça çıxardı. Sultan hökumətinə «kömək» 
adı ilə ingilis qoĢunları Ġstambulu iĢğal etdi (1920, 16 mart). Bununla da Antanta 
qüvvələrinin Anadolunun içərisinə soxulmağına Ģərait yarandı. Yunanıstan ordusu 
1920-ci  il  iyunun  22-də  Ġzmirdən  hərəkətə  baĢladı  və  Ġnönü  yaxınlığındakı 
döyüĢlərdə (1921, 10 yanvar və 31 mart) Türkiyə böyük millət məclisinin (TBMM 
1920, aprel) yenidən təĢkil etdiyi qoĢunlar tərəfindən məğlubiyyətə uğradılmasına 
baxmayaraq  1921-ci  ilin  yayında  yunanlar  Anadolunun  dərinliklərinə  (Sakariya 
çayınadək)  doğru  irəlilədi.  Bu  zaman  türk  xalqının  yüksək  mənəvi  keyfiyyətləri 
Mustafa  Kamal  Atatürkün  və  onun  silahdaĢlarının  hərbi  məharəti  və  Sovet 
Rusiyasının maddi yardımı müharibədə dönüĢ yaratdı.  
Türkiyə  ilə  RSFSR  arasında  imzalanmıĢ  «Dostluq  və  qardaĢlıq  haqqında» 
müqavilə (16 mart, 1921) Türkiyənin mövqeyinin möhkəmlənməsinə kömək etdi. 
Sakariya çayı sahilində 22 günlük (1921, 23 avqust - 13 sentyabr) vuruĢma Yunan 
qoĢunlarının  ağır  məğlubiyyətinə  səbəb  oldu.  Hadisələrin  bu  cür  inkiĢafından 
təĢviĢə  düĢən  Antanta  üzvləri  Türkiyənin  Sovet  Rusiyasına  yaxınlaĢmasından    və 
gələcəkdə  onların  özlərinə qarĢı yeni blokun formalaĢmasından ehtiyat edirdilər. 
KeçmiĢ  Osmanlı  imperiyasının  ərazilərini  Ərəbistanda  Mesopatamiyada,  ġimali 
Afrikada iĢğal altına alan ingilis və italyanlar türklərin gələcəkdə güclənə biləcək 
Sovet  Rusiyası  vasitəsi  ilə  əlindən  çıxmıĢ  torpaqlarını  yenidən  geri  qaytarmaq 


13 
 
Ģansını  Ġstambula  verə  bilməzdilər.  Artıq  bu  geosiyasi  Ģərait  keçmiĢ  Osmanlı 
imperiyasının  ərazilərini  əlindən  almıĢ  ingilis,  fransız  və  italyanları  Anadolu 
çərçivəsinə  sığıĢmıĢ  bir  Türkiyə  ilə  danıĢıqlara  baĢlamağa  sövq  etdi.  Bu  Ģərait 
Türkiyə  əleyhinə  Koalisiyanı  dağıtmağa  əsas  verdi.  Fransa  TBMM  hökuməti  ilə 
sülh  müqaviləsi  imzaladı  (1921,  oktyabr).  Ġtaliya  da  Türkiyəyə  qarĢı  hərbi 
əməliyyatları  dayandırdı.  1922-ci  ilin  avqustunda  artıq  öz  havadarlarını  itirmiĢ 
Yunanıstana  qarĢı  hərtərəfli  hazırlıqdan  sonra  türk  qoĢunları  hücuma  keçərək 
«Dumlupınar»  yaxınlığındakı  Yunan  qoĢunlarını  darmadağın  etdilər.  1922-ci  il 
sentyabr ayının 18-də yunan qoĢunları Anadoludan tamamilə qovuldular. 1922-ci il 
Mudaniya barıĢığı və Lozanna sülh müqaviləsinə (1923-cü il) əsasən Ġstambul və 
ġərqi  Frakiya  azad  edildi  və  Türkiyənin  müstəqilliyi  beynəlxalq  hüquqi  qaydada 
tanındı.  
Artıq bu dövrdə Mir  Cəfər Mir  Abbas oğlu  Bağırovun siyasi fəaliyyətinin 
əsası qoyuldu. 
«Siyasi  partiyalar  və  ictimai  hərəkatlar»  dövlət  arxivində  M.C.Bağırovun 
Ģəxsi iĢiylə tanıĢ olduqda onun 1923-cü il yanvarın 29-da yazdığı tərcümeyi-halının 
mətni  ilə  rastlaĢdım.  Makina  çapı  ilə  yazılmıĢ  tərcümeyi-halın  sonunda 
M.C.Bağırovun Ģəxsi imzası yox idi. Görünür ki, M.C.Bağırovun tərcümeyi-halı o 
dövrün  siyasi  mühitinə  uyğun  redaktə  edilmiĢ  və  onun  həyatının  müəyyən 
məqamları  Kremlin  qəbul  edəcəyi  tərzdə  təsvir  edilməyə  çalıĢılmıĢdır.  Buna 
baxmayaraq  bu  tərcümeyi-hal  M.C.Bağırovun  bütünlüklə  də  olmasa  da  müəyyən 
mənada  keçdiyi  həyat  yolunun  böyük  hissəsini  özündə  əks  elətdirir.  Tərcümeyi-
haldakı müəyyən  ziddiyətlər bir  çox yerdə özünü biruzə verir. Bir məsələni qeyd 
etmək istəyirəm ki, M.C.Bağırovun arxivdəki sənədləri ilə tanıĢ olarkən onun Ģəxsi 
anketlərinin sonunda bir-birindən fərqli müxtəlif imzalarla rastlaĢdım. Ona görə də 
tərcümeyi-haldakı bir neçə yerdə bəzi məqamlara aydınlıq gətirməyə çalıĢıcağam. 
 
 
 


14 
 
MĠR CƏFƏR MĠR ABBAS OĞLU BAĞIROV 
 
M.C.Bağırovun  tərcümeyi-halı  qeyri-adi  olmaqla  bərabər  mətləbə  dəxli 
olmayan  mövzuyla  baĢlayır.  Belə  ki,  tərcümeyi-halda  doğulduğu  tarix  və  Ģəhər 
göstərilməkdən əvvəl Quba qəzasında olan digər Bağırovlara münasibət bildirilir. 
Tərcümeyi-hala görə Qubadakı Bağırovlar beĢ qrupa ayrılır: 
1.
 
Ġri tacirlər olan Bağırovlar ailəsinə. 
2.
 
Bağ təsərrüfatları olan Rzaqulu və Əbil Qasım Bağırovlar nəslinə onları 
da Quba qəzasında əhaliyə qarĢı terrorçuluqda günahlandırılır. 
3.
 
KeçmiĢ çörək tacirləri olan Bağırovlara. 
4.
 
Sibirə  sürgün  olunmuĢ  və  sonradan  Quba  mahalına  qayıtmıĢ  Yusif 
Bağırovun ailəsinə və eyni zamanda onların da cinayətkar olduğunu qeyd edilir. 
Bu  təfsilatdan  sonra  tərcümeyi-halda  M.C.  Bağırovun  bu  ailələrlə  heç  bir 
əlaqəsi olmadığı göstərilir. 
Sonra  isə  bizə  təqdim  olunan  tərcümeyi-halda  o,  öz  qohum-əqrəbası 
haqqında məlumat verdikdə onları iki hissəyə bölərək yazır: 
«Mənim babam Hacı Mir Bağır Dərbənd Ģəhərində anadan olmuĢdur. Quba 
qəzasına  köçdükdən  sonra  o,  iki  dəfə  evlənmiĢdir.  Birinci  həyat  yoldaĢından 
mənim  atam  Mir  Abbas  Bağırov  və  onun  üç  doğma  qardaĢı  dünyaya  gəlmiĢdir. 
Lakin onlar hal-hazırda dünyalarını dəyiĢmiĢlər. Babamın ikinci həyat yoldaĢından 
dörd  oğlu  dünyaya  gəlmiĢdir.  Ögey  əmilərim  də  hal-hazırda  dünyalarını 
dəyiĢmiĢlər. Onu da demək istəyirəm ki, mənim atam və onun qardaĢları ögey ana 
tərəfindən  evdən  qovulmuĢ  və  onlar  yetim  həyat  tərzi  keçirmiĢlər.  Ona  görə  də 
Quba  qəzasında  hər  hansı  bir  Ģəxsin  namizədliyi  irəli  sürülərkən,  istər  mənim 
qohumum  olsun,  istərsə  də  kənar  Ģəxs  mənim  yuxarıda  qeyd  etdiyim  məsələləri 
nəzərə almaq lazımdır.» 
Tərcümeyi-halın  bu  formada  verilməsi  bir  neçə  səbəblərdən  qaynaqlanır. 
Yadınıza salaq ki, A.Antonov Ovsienko «Beriya» kitabında M.C.Bağırovun doğma 
qardaĢını öldürdüyünü və onun sənədlərini öz adına çıxardığını yazır. Görünür ki, 
Ovsienko bu fikri Bağırovun istintaqı zamanı müstəntiqlərin ona qarĢı irəli sürdüyü 
ittihamlara  əsaslanaraq  yazmıĢdır.  Bir  faktı  da  nəzərdən  qaçırmaq  lazım  deyil  ki, 
M.C.Bağırovun  istintaq  materiallarının  böyük  hissəsi  hələ  də  məxfi  qrifi  ilə 
Moskva  arxivlərində  saxlanılır.  Ona  görə  Azərbaycan  tədqiqatçılarına  təqdim 
olunan  tərcümeyi-hal  elə  formada  tərtib  olunub  ki,  bu  forma  M.C.Bağırovun 
istintaqında ona qarĢı irəli sürülən qondarma ittihamları əsaslandırmaq üçün zəmin 
yaratsın  və  tərcümeyi-halda  onun  ziddiyyətli  Ģəxsiyyət  obrazı  formalaĢsın.  Elə 
buna  görə  də  jurnalist  Mehriban  Ələkbərzadə  də  müəllifi  olduğu  filmdə  bu 
formadakı  tərcümeyi-halların  təsiri  altına  düĢərək  özü  də  dərk  etmədən 
M.C.Bağırovu ziddiyətli Ģəxsiyyət adlandırır. 
Bizə  təqdim  olunan  tərcümeyi-halın  ilk  baĢlanğıcını  oxuyan  andan 
tədqiqatçıda  psixoloji  olaraq  bu  Ģəxs  haqqında  belə  bir  fikir  formalaĢa  bilər:  bu 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə