A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə6/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   2   3   4   5   6   7   8   9   ...   79

15 
 
insan uĢaqlıq illərində atasının çətinliyinin Ģahidi olur və onun Ģüurunda bu əzabın 
çəkilməsinin  səbəbkarları  kimi  doğma  babası  və  ögey  nənəsinə  qarĢı  nifrət  hissi 
yaranır. 
Tərcümeyi-halda  M.C.Bağırov  1896-cı  ilin  17  sentyabrında  çox  kasıb  bir 
ailədə  anadan  olduğu  bildirilir.  Belə  bir  məntiqlə  uĢaq  Ģüurunun  bu  cür 
formalaĢması  həmin  Ģəxsin  gələcəkdə  psixi-ruhi  vəziyyətində  dəyiĢikliyini 
göstərməklə tədqiqatçılar üçün əsas mənbə rolunu oynaya bilərdi. Ona görə də bu 
vəziyyətlə  M.C.Bağırovda  cəmiyyətə  və  hətta  öz  qohum-əqrabasına  qarĢı 
münasibətində  natamamlıq  komleksi  formalaĢdırılır.  Yəni,  onlar  M.C.  Bağırovda 
paranoidal təfəkkür tərzinin olduğuna iĢarə edirlər. M.C. Bağırovda qatil təfəkkürü 
obrazını  da  Ovsienko  yaradır.  1956-cı  ildə  Moskva  xüsusi  xidmət  orqanlarının 
ehtiyatda saxladığı və onların agentura Ģəbəkəsinin üzvü olan öyrədilmiĢ qadınlar 
məhkəmədə  M.C.Bağırovun  üzünə  duraraq  onu  əxlaqsızlıqda  günahlandırırdılar. 
Belə  ki,  guya  O,  Azərbaycan  rayonlarını  qatarla  səfərləri  zamanı  «saya-hesaba» 
gəlməyən məĢuqələri ilə əxlaqsızlıqla məĢğul olurmuĢ. Məhkəmədə  M.C.Bağırov   
ona  qarĢı  yuxarıdakı  söylənilən  qondarma  ittihamları  rədd  edir.  Əslində  bu 
qondarma  ittihamlar  təsadüfi  deyildi.  M.C.Bağırovu  Azərbaycan  xalqının 
gözündən salmaq üçün bu XruĢĢov-Mikoyan cütlüyünün ən «uğurlu» gediĢlərindən 
biri  idi.  Bu  cür  ssenari  1953-cü  ildə  L.Beriya  da  qarĢı  hazırlanmıĢdı  (bu  barədə 
kitabın  digər  bölmələrində  söhbət  açacam,  -  A.M.).  Bütün  bunlar  M.C.Bağırovu 
psixoloji  cəhətdən  qeyri-stabil  və  manikal  təfəkkürə  malik  obrazının 
formalaĢdırılması  üçün  edilirdi.  Sözsüz  ki,  siyasi  liderlərin  psixoloji  portretlərinə 
baxdıqda bunlardan bəzilərinin psixi-ruhi vəziyyətində anormallıqlarla rastlaĢmaq 
olar: 
Artıq tarixdə Hitlerin anatomik-tibbi baxımdan müəyyən qüsurları haqqında 
məlumat  vardır.  Hitler  kasıb  bir  dəmiryolçu  ailəsində  dünyaya  göz  açmıĢdı. 
UĢaqlıq  illərində  Hitler  öz  yaĢıdları  ilə  çimərliyə  getdikdə  çılpaq  olmaqdan 
çəkinərmiĢ, bu an öz tay-tuĢlarından uzaq qalarmıĢ. Bu oxucu üçün qəribə görünsə 
də,  bunun  əsas  səbəbi  isə  Hitlerin  anatomik  qüsurlu  (monoorxidus,  -  A.M.) 
olmasında idi. 
Hitler  hakimiyyətə  gəldikdən  uzun  müddət  sonra  ondan  evlənməməyinin 
səbəbini soruĢduqda: «Mənim həyatım xalqıma məxsusdur» deyərək cavab verirdi. 
Sözün həqiqi mənasında isə o qadınları oynatmağı sevirdi, lakin fiziki kontaktlarda 
olmaqdan  həmiĢə  çəkinərək,  öz  seksual  enerjisini  siyasətə  sərf  etməyə  üstün 
tuturdu. 
«Hesab edilir ki, o, öz intim həyatını 36 yaĢında olarkən baĢlamıĢdır. Onun 
ilk  seçimi  16  yaĢlı  Mariya  Rayter  olmuĢdur.  Ancaq  1928-ci  ilin  yayında  Mariya 
intihar  etməyə  cəhd  etdi.  Hitlerin  ikinci  qadını  isə  Xelena  XapfĢtanql  olmuĢdur. 
Hitlerin intim həyatında əsas yeri onun əmisi nəvəsi Qeli Raubel tutmuĢdu. Hitler 
bu  qadını  çox  qısqanır  və  onu  ciddi  nəzarət  altında  saxlayırdı.  Hitlerin 
özünəməxsus sevgisi bu gənc qadını həyatdan getməyə vadar etdi. Onun ölümünün 


16 
 
sirri özünün yaxınlarına açıqlamalarından görünür: «Mənim əmim qorxuncdur. Siz 
təsəvvür edə bilməzsiniz ki, o, hansı Ģeyləri etməyi mənə məcbur edir». 
Qeli  Raubeldən  sonra  Hitlerin  həyatında  çox  qadınlar  olmuĢdur.  Onlardan 
biri  aktrisa  Renata  Müller  öz  xatirələrində  söyləyirdi.  Hitler  yataqdan  çox 
qorxurdu. O, qadının ayaqlarına düĢərək onu tapdalamağı, vurmağı və qeyri-senzur 
sözlərlə söyməyi xahiĢ edirdi. Hitler bu an ekstaz vəziyyətinə gəlirdi. Sonra o, heç 
bir Ģey olmamıĢ kimi aktrisadan ayrılırdı. 
Hitlerin həyatında əsas qadın sözsüz ki, Yeva Braun olmuĢdur. Onlar 1929-
cu  ildə  tanıĢ  olmuĢlar.  YaĢ  arasında  fərq  23  il  təĢkil  edirdi.  Yeva  da  1932-ci  ilin 
noyabrın  1-də  öz  ürəyinə  tuĢladığı  güllədən  möcüzə  nəticəsində  sağ  qaldı.  Yeva 
Fürerin  sevimlisi  əfsanəvi  «Kommandos»  Otto  Skorçeniyə  səmimi  etiraflarında: 
«Bizim Hitlerin bəzi Ģıltaqlıqlarından xəbərimiz var». O, Skorçeniyə etiraflarında 
qeyd edirdi: «Hitler yaxĢı at çapmağımı bildiyindən məni lüt soyunduraraq və öz 
belinə mindirərək onu at kimi qovmağımı əmr edirdi». Ən əsası o idi ki, Hitler bu 
cür  alçaldılmağı  özü  üçün  ən  gözəl  əyləncə  hesab  edirdi.  O,  qeyd  edirdi  ki,  tam 
hakimiyyəti  əldə  etmək  üçün  ən  böyük  alçalmalardan  keçmək  lazımdır  və  onun 
fikrincə  bu  cür  ekzekuçiyalar  onda  avtoritar  qüvvəni  və  psixi  gücü 
möhkəmləndirir»  (Adgözəl  Məmmədov  «Siyasi  liderlərin  psixoloji  portretləri» 
kitabından). 
Deməli,  belə  aydın  olur  ki,  gələcəyin  tiranının  uĢaqlıq  illərindən 
psixologiyasında  travmatik  dəyiĢikliklər  baĢ  verib.  Standart  Ģüur  haqqında 
anlayıĢının III xarakteristikasında Ģəxsiyyətlər və ya insanlar arası münasibətlərdə 
artıq  normadan  kənara  çıxmalar  formalaĢır.  Bu  motivasya  eqoizmin,  gələcəkdə 
siyasi  qısqanclığın,  manikal  mənəmliyin  üzə  çıxmasına  Ģərait  yaradır.  Sözsüz  ki, 
burada heç bir əsas ola bilməz ki, Hitler kimi qüsura malik Ģəxslər onun psixoloji 
aspektlərini özündə birləĢdirə bilər. Xeyr, bu belə deyildir. Psixiatriya elmində ruhi 
xəstəliyin yaranma səbəblərinin əsası kimi irsilik məqamı durur. Əgər nəsildə ruhi 
xəstə varsa, Mendelin dominant və reqressiv genetik prisiplərinə əsasən gələcəkdə 
həmin  nəslin  davamçıları  arasında  ruhi  xəstəliyin  yaranması  üçün  meylliliyi  daha 
çoxdur.  Belə  ki,  bu  cür  insanların  qəfləti  qorxulu  bir  xəbərdən,  stressdən, 
nevrozlardan  və  baĢqa  təsiredici  amillərdən  ruhi  xəstəliyə  keçid  faizi  çox 
yüksəkdir. Qədimlərdə ġərq ölkələrində yeni bir Ģah sülaləsinin əsası qoyulurdusa, 
bu sülalə o Ģərtlə xalq tərəfindən qəbul olunurdu ki, sülalənin içərisində ruhi xəstə 
olmasın. Belə bir hadisə ilə Əbu Əli Ġbn Sina rastlaĢmıĢdı. Urganc xaqanı oğlunun 
ruhi  xəstəliyini  gizli  saxlayaraq  Ġbn  Sinaya  müraciət  edir.  Ruhi  xəstəliyin  irsi 
daĢıyıcıları  haqqında  dolayısı  ilə  Ġbn  Sina  bu  məsələyə  müəyyən  mənada  iĢarə 
vurmuĢdur  və  Deternizmin  əsasını  qoymuĢdur.  «Tarixçi  alimlər  Hitlerin  ulu 
nəslində ruhi xəstələrin mövcudluğunu sübut etmiĢlər. Ancaq paradoks ondadır ki, 
faĢist  hakimiyyətinin  qəddar  əməllərindən  biri  də  ruhi  xəstə  olan  kiĢilərin 
kastirasiya  olunması  idi»  (Adgözəl  Məmmədov  «Siyasi  liderlərin  psixoloji 
portretləri» kitabından). 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə