A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə79/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   71   72   73   74   75   76   77   78   79

191 
 
Bundan sonra Bağırov mənə Moskvadan zəng vurub «vicdanı ləkəli olan» 
Mustafayevlə hər cür əlaqəni kəsməyi və onu evimə buraxmamağı tapĢırdı. 
Elə həmin 1947-ci ildə həkim Cavadov Moskvaya imzasız məktub yazaraq, 
Bağırov və Teymur Quliyev barədə bəzi məlumatlar verirdi. Əsasən onu göstərirdi 
ki, onlar dəbdəbəli həyat sürür, bağ meyvələrinin alverilə məĢğul olur və s. 
Cavadovun  imzasız  məktubları  Moskvadan  Bakıya  Bağırovun  üstünə 
göndərildi.  Bağırov  da  həmin  məktub  müəlliflərini  müəyyənləĢdirməyi 
Yemelyanova  tapĢırdı.  Müəyyən  olunurdu  ki,  həmin  imzasız  məktubları  arvadı 
Firuzənin  (Firuzə  mənim  arvadım  Qəmərin  ögey  bacısıdır)  və  qaynanası  Xavər 
RəĢidzadənin iĢtirakı ilə həkim Cavadov yazıb. 
Bağırovun göstəriĢi ilə hər üçü: Cavadov, arvadı və qaynanası Xavər həbs 
edildi.  Həm  də  Xavər  qabaqcadan  düzülüb-qoĢulmuĢ  plan  əsasında  mənim 
mənzilimdə, qızı Qəməri yoluxmağa gələrkən həbs edildi. 
Qaynanam  Xavərin  bu  Ģəkildə  həbs  edilməsi  bir  daha  göstərirdi  ki,  onun 
mənzilimdə həbs olunması ilə mənə ləkə atmaq istəyirmiĢlər. 
Bundan  sonra  mən  Azərbaycan  KP  MK-nın  büro  yığıncağına  çağrıldım. 
Burada  məlumat  verən  AtakiĢiyev  mənə  böhtan  ataraq  bildirdi  ki,  bütün  imzasız 
məktublar  mənim  rəhbərliyim  altında  yazılırmıĢ  və  mən  buna  görə 
cəzalanmalıyam.  Mən  imzasız  məktublardan  xəbərsiz  olduğumu  qətiyyətlə 
bildirdim. 
Belə  ki,  həqiqətən  də  belə  bir  məktub  Moskvaya  göndərilmiĢ  və 
M.C.Bağırova  qarĢı  olan  Kremldə  əyləĢmiĢ  müəyyən  qüvvələrin  siyasi-sifariĢinə 
uyğun  məktub  tərtib  olunmuĢdu.  N.K.Baybakovun  «Ot  Stalina  do  Elğüina» 
kitabının 123-cü səhifəsində qeyd edir. 
«Stalin M.C.Bağırova qarĢı məktubda qaldırılan iddiaları təftiĢ etmək üçün 
və buradakı faktları yoxlayaraq, sonra Ģəxsən özünə bu barədə məruzə etməyi SSRĠ 
Dövlət  Nəzarət  Komitəsinin  sədri  Mexlisə  tapĢırır.  Partiya  Nəzarət  Komitəsinin 
sədr-müavini  Yevdokimovun  rəhbərliyi  altında  böyük  briqada  Stalinin 
tapĢırığından bir gün sonra gözlənilmədən Bakıya gəldi. 
M.C.Bağırov  baĢa  düĢürdü  ki,  Stalin  belə  hallarda  adətən  çox  ciddi 
cəzalandırır.  Ona  görə  də  M.C.Bağırovu  hər  hansı  bir  fövqəladə  hal  xilas  edə 
bilərdi». 
SSRĠ dövlət nəzarət komitəsinin sədri Lev Mexlislə M.C.Bağırov arasında 
ziddiyyət  hələ  1942-ci  ildən  baĢlayırdı.  Belə  ki,  1942-ci  ildə  Mexlis  ali  baĢ 
komandanlığın  Krım  cəbhəsi  üzrə  nümayəndəsi  və  hərbi  əməliyyatlara  rəhbərlik 
edirdi.  M.C.Bağırov  Kerç  yarımadasındakı  hərbi  əməliyyatların  uğursuzluğa 
uğramasında  və  minlərlə  azərbaycanlının  yarıtmaz  hərbi  taktikadan  məhv 
olmasında Lev Mexlisi günahlandırırdı. M.C. Bağırov Stalin qarĢısında bu barədə 
məruzə  ilə  çıxıĢ  edir  və  nəticədə  Lev  Mexlis  Krım  cəbhəsindən  geri  çağırılaraq 
səlahiyyətləri əlindən alınır. 


192 
 
Mənə  (A.M.)  elə  gəlir  ki,  M.C.Bağırovun  köməyinə  burada  yenə  də 
L.P.Beriya gəlir. 
Ona  görə  ki,  N.K.Baybakov  öz  kitabında  qeyd  edir  ki,  M.C.Bağırov 
hardansa  Yevdokimovun  «gözəl  qadınların»  peĢəkar  alüdəçisi  olduğunu  öyrənir. 
Görünür,  bu  qapalı  məsələləri  yalnız  daxili  xüsusi  xidmət  orqanlarına  uzun  illər 
rəhbərlik edən L.P. Beriya bilə bilərdi. 
Belə ki,N.K.Baybakov öz kitabında qeyd edir: 
«M.C.Bağırov süni sürətdə Yevdokimovun Mahaçqalaya gediĢini təĢkil edir 
və bu səfər zamanı Bakının «gözəl qadınlar»ından bir nəfər onu müĢayiət edir. Bu 
səfərin  səhəri günü artıq Stalinin  Kremldə  ki,  iĢ stolunun üstündə  Yevdokimovun 
bu «gözəl qadın»la intim fotoĢəkilləri peyda olur». 
Görünür  ki,  Stalinin  stolunun  üstündə  peyda  olmasında  yenə  də  burada 
Bağırova Beriya köməklik göstərir. Stalin bu hadisədən sonra SSRĠ Xalq Nəzarət 
Komitəsinin sədrini yanına çağıraraq onu möhkəm tənqid edir və partiyanın ciddi 
məsələlərini  Yevdokimov  kimi  əxlaqsız  adama  tapĢırdığına  görə  Mexlisi 
cəzalandırır.  Ona  görə  də  Mexlis  bu  dəfə  də  məğlub  olur.  Ancaq  təəssüf  hissi  ilə 
qeyd  etmək  istəyirəm  ki,  Mexlisin  bu  oyunun  iĢtirakçıları  M.C.Bağırovun 
zəhmindən  qurtula  bilməyəcəkdilər  və  məhkəmə  materiallarından  da  biz  bunu 
görürük.  Bir  müddətdən  sonra  ümumiyyətlə,  Mexlis  Stalin  tərəfindən  pensiyaya 
göndərilir. 
Bakıda  məhkəmə  prosesi  baĢladıqda  Bağırovun  artıq  61  yaĢı  var  idi.  Ġlk 
günlər sakit görünən Mir Cəfər yenə də temperamentinə uyğun olaraq məhbuslarla 
ünsiyyətə girir və baĢına gələn əhvalatları nağıl edirdi. Paradoks ondadır ki, illərlə 
kommunist  ideologiyasının  carçısı  zindanda  tamamilə  zindan  qanunları  ilə 
yaĢayırdı. 
M.C.Bağırov  və  onunla  birlikdə  həbs  olunanlar  Dövlət  Bayıl 
təcridxanasından  təhlükəsizlik  komitəsinin  istintaq  izolyatorunda  yerləĢdirdilər. O 
günlərdə gənc bir Azərbaycan çekisti kimi fəaliyyət göstərən, hal-hazırda isə ahıl 
yaĢlarında olan Mürvət müəllim öz xatirələrini mənə bu cür danıĢdı: «Mən o illərdə 
Dövlət Təhlükəsizlik Komitəsinin istintaq izolyatorunda kamvoy kimi öz xidməti 
vəzifəmi  icra  edirdim.  Həmin  günlərdə  siyasi  məhbus  kimi  Bağırov,  AtakiĢiyev, 
Yemelyanov,  Makaryan,  Qriqoryan,  BorĢev  istintaq  izolyatorunun  kameralarında 
saxlanırdılar. Bağırov olduğu kamerada hər cür Ģərait yaradılmıĢdı. Divar mebeli, 
yataq  mebelləri  iĢləmək  üçün  yazı  mebelləri  qoyulmuĢdu.  Bağırov  səhərdən 
axĢamadək yazı pozu iĢləri ilə məĢğul idi. Məhkəmə günləri məhbus maĢını xüsusi 
liftlə  yerin  altına  enir  və  siyasi  dustaqları  Dzerjinski  (indiki  ġəhriyar  adına) 
klubunda olan məhkəmə salonuna aparırdılar. Məhkəmə prosesinin sonuncu günü 
idi.  Mən  Bağırovun  kamerasına  nahar  yeməyi  apardım  və  ona  müraciət  etdim: 
«Məhbus  Bağırov,  məhkəməyə  getməyinizə  30  dəqiqə  var,  Sizin  naharınızı 
gətirmiĢəm».  Bağırov  baĢını  qaldırmadan  əli  ilə  istəmirəm  iĢarəsini  verdi.  Mən 
kameranı tərk etdim. Bağırov isə məhkəməyə çox ciddi hazırlaĢaraq dayanmadan 


193 
 
yazırdı. Mən istər-istəməz bir azərbaycanlı kimi Bağırovun bu cür yuxusuz gecələr 
keçirməyinə,  dayanmadan  iĢləməsinə  üstəlik  qidalanmamasına  yanırdım.  Özümlə 
bacara  bilmədim.  Nahar  yeməyini  əlimə  götürüb    Bağırovun    kamerasına  girdim  
və  dedim:  «YoldaĢ  Bağırov,  məhkəməyə  getməyinizə  15  dəqiqə  qalıb.  Sizin 
naharınızı  gətirmiĢəm».  Bu  dəfə  də  Bağırov  baĢını  qaldırmadan  əli  ilə  mənə 
istəmirəm  iĢarəsi  etdi.  Mən  yenə  kameranı  tərk  etməli  oldum.  Artıq  siyasi 
məhbusları məhkəməyə aparan maĢın gəlmiĢdi. Mən hər bir məhbusa məhkəməyə 
getməklə əlaqədar hazırlaĢmaqlarını xəbərdar etməli idim.  Bağırovun kamerasına 
gedəndə  isə  ürəyim  durmadı,  onun  nahar  yeməyini  özümlə  götürdüm.  Kameranı 
açıb  içəri  daxil  olub  hazırlaĢmağı  barədə  onu  xəbərdarlıq  etdim.  Bağırov  mənim 
əlimdə nahar yeməyini  görəcək  ürəkdən  gülməyə  baĢladı.   Məni  yanına çağırdı 
və dedi: «Oğlum, səndən «çekist» olmaz. Ona görə ki, sənin ürəyin kövrəkdir». Bu 
sözlərdən  sonra  Bağırov  naharını  etdi  və  məhkəməyə  aparıldı.  Həmin  günü 
məhkəmədə  Mir  Cəfər  Bağırova  güllələnmə  hökmü  kəsilmiĢdir.  Ġstintaq 
izolyatoruna  qayıdanda  25  il  hökm  oxunmuĢ  AtakiĢiyev  isterik  vəziyyət  alaraq 
özünü  yerə  çırpırdı.  Onun  ardınca  Mir  Cəfər  Bağırov  pilləkənlərdən  enirdi. 
AtakiĢiyev  pilləkənin  tutacağına  ağzını  çırparaq  3  diĢini  sındırdı  və  dodaqlarını 
partlatdı.  Bağırov  AtakiĢiyevin  bu  hərəkətlərinə  çox  qəzəblə  baxaraq  onun 
yanından keçdi və üzünə tüpürdü. Bizim oxucular üçün qaranlıq qalan Ģəxslərdən 
biri  də  Yuvilyan  Davidoviç  Sumbatov-Topuridzedir.  Bu  Ģəxs  üzərində 
dayanmağımın bir neçə səbəbi vardır. 
1956-cı  il  məhkəməsində  ittiham  olunan  Ģəxslər  içərisində  onun  adının 
olmağına  baxmayaraq,  o,  məhkəmə  prosesində  müttəhimlər  kürsüsündə  deyildi 
(Xəstə olduğu əsas gətirilərək - A.M.). 
Sumbatov  Stalinin  represiya  siyasətinin  ən  tüğyan  etdiyi  dövrdə 
12.01.1937-ci  ildən  10.01.1938-ci  ilə  qədər  Azərbaycan  Daxili  ĠĢlər  Xalq 
Komissarı vəzifəsində çalıĢmıĢdı. 
Biz,  Sumbatovun  Beriya  ilə  yaxın  olduğunu  ədəbiyyatlarda  oxumuĢuq  və 
onu  da  kitabda  gördük  ki,  Beriya  ilə  sıx  yaxın  olan  Ģəxsləri  N.S.XruĢĢov 
güllələtdirirdi. Onda sual oluna bilər. Necə ola bilər ki, Sumbatov Beriya ilə yaxın 
olsun  və  ona  toxunmasınlar.  Yuxarıda  göstərilənlərə  münasibət  bildirmək  üçün 
Y.D.Sumbatov  -  Topuridzenin  ən  azı  həyat  yolunun  müəyyən  etaplarını  nəzərdən 
keçirməliyik. 
General-leytenant rütbəsinə qədər yüksəlmiĢ Sumbatov 1889-cu ildə Kutaisi 
quberniyasının  Sepansk  qəzasının  Kapana  kəndində  anadan  olmuĢdur.  1918-ci 
ildən  Qırmızı  Orduda  qulluq  edirdi.  «Karl  Libkxnet»  silahlı  qatarında  qulluq 
etmiĢdi. 1920-ci ildən Azərbaycan fövqaladə komissiyasında məxfi əməkdaĢ kimi 
fəaliyyətə baĢlayır. 
1923-cü  ilin  noyabrından  1924-cü  ilin  oktyabr  ayına  qədər  AzFK-da 
quldurluqla mübarizə idarəsində Ģöbə müdiri vəzifəsində iĢləyir. Sonra 1924-cü ilin 
oktyabrından 1926-cı ilin mart ayına qədər FK-də informasiya-agentura Ģöbəsinin 


194 
 
rəisi,  1927-ci  ildən  Azərbaycan  siyasi  idarəsinin  informasiya  və  siyasi  nəzarət 
Ģöbəsinə  rəhbərlik  edir.  Bu  dövrdə  M.C.Bağırovun  Azərbaycan  siyasi  idarəsinin 
rəhbərliyindən kənarlaĢdırılması Sumbatovun da taleyində dəyiĢikliklər yaradır. 
Belə  ki,  Sumbatov  Azərbaycan  siyasi  idarəsindən  kənarlaĢdırılır  və  bir 
müddət,  1929-cu  ilə  qədər  Bakı  və  Batum  gömrük  komitəsinin  rəisi  iĢləyir. 
Sonradan  Bağırovun  vasitəsilə  o,  Beriya  ilə  tanıĢ  olur.  1929-cu  ilin  yanvarından 
Gürcüstan  siyasi  idarəsinin  informasiya-agentura  Ģöbəsinə  rəis  təyin  edilir.  Sonra 
isə may ayında Mərkəzi Siyasi idarənin Zaqafqaziya üzrə nümayəndəsi, sərhəd və 
siyasi  idarə  qoĢunlarının  idarə  rəisi  təyin  edilir.  Görünür,  bu  təyinatda  Beriya  ilə 
Bağırovun  çox  rolu  olur.  Belə  ki,  o,  mərkəzdən  gələn  bütün  göstəriĢləri 
Zaqafqaziya  respublikalarının  siyasi  idarələrinə  ötürən  və  onlardan  siyasi  və 
ictimai proseslərlə əlaqədar əməliyyat məlumatlarını alan çox-çox vacib bir fiqura 
çevrilir.  O  dövrdəki  Azərbaycan  rəhbərliyi  Bağırov  barədə  mənfi  fikirlərlə  dolu 
məlumatları  Moskvaya  ötürürdülər  və  bu  məsələləri  araĢdırmaq  üçün  təhkim 
olunan orqanlardan ən əsası Siyasi idarə idi. 
Təsəvvür edin ki, Azərbaycan Siyasi idarəsinin məlumatları isə Sumbatov-
Topuridzenin  stolunun  üstünə  qoyulurdu.  Belə  ki,  Azərbaycan  Siyasi  idarəsinin 
rəisi olmuĢ Novruz Rzayev M.C.Bağırovu həbs etmək üçün Ə.Zizinskidən istifadə 
etmək  istəyirdi.  O,  Əli  bəydən  M.C.Bağırovun  əleyhinə  ifadələr  almağa  cəhd 
edirdi.  Lakin  hətta  belə  bir  ifadə  alınmıĢ  olsaydı  belə  Moskvaya  göndərilən  bu 
məlumat Tiflisdə iliĢib qalacaqdı. 
Artıq  1933-cü  ildən  Azərbaycan  K(b)P  MK-ya  I  katib  M.C.Bağırov    
seçildikdən  sonra  Y.D.Sumbatov-Topuridze  Azərbaycan  Siyasi  idarəsinin  rəis 
müavini təyin edilir. 1934-cü ilin fevralından həmin idarənin rəisi, iyul ayında isə 
Xalq Daxili ĠĢlər Komissarlığının idarə rəisi təyin edilir. 1937-ci yanvar ayının 12-
dən  Azərbaycan  Daxili  ĠĢlər  Xalq  Komissarı  vəzifəsinə  yüksəlir.  Bu  vaxtlar  həm 
Bağırov üçün, həm də Sumbatov-Topuridze üçün çətin dövr olur. Belə ki, birincisi 
Moskvadan SSRĠ daxili iĢlər xalq komissarı Yojevun verdiyi əmrə əsasən (o əmri 
kitabda göstərmiĢəm - A.M.) təbəqələrə bölünmüĢ insanlar represiyalara uğramalı 
idi. Ġkinci bir tərəfdən isə Moskvada həbs olunmuĢ Buxarin və Rıkovun ifadələrinə 
görə  onlarla  Zaqafqaziyada  yaxın  münasibətdə  olanlar,  yəni  Sovet  Ġttifaqında 
hakimiyyəti  ələ  almaq  istəyənlər  həbs  olunmalı  idilər.  Üçüncü  bir  tərəfdən  isə 
sonradan  Stalinə  müxalif  olan  Orcanikidze  tərəfdarları  da  həbs  olunmalı  idilər. 
Belə bir çətin məqamda M.C.Bağırov keçmiĢi Müsavatla, bəy nəsli ilə, çar ordusu 
ilə, hətta türk ordusu ilə əlaqəli olan insanların böyük bir hissəsini xilas edə bilir. 
Sözsüz  ki,  Bağırovun  bu  canfəĢanlığı  Moskva  tərəfindən  cavabsız  qalmayacaqdı. 
Artıq  1937-ci  ilin  sonlarından  baĢlayaraq  1938-ci  il  yanvarın  6-na  qədər  SSRĠ 
Daxili  ĠĢlər  Komissarlığından  və  ÜĠK(b)P-dan  Komissiya  Azərbaycanda  əks 
inqilabi  qüvvələrlə  mübarizədə  Respublika  rəhbərliyinin  fəaliyyətsizliyini, 
xüsusilə, M.C.Bağırovun özünü yoxlayırdı. Hətta artıq 1938-ci ilin 10 yanvarında 
Y.D.Sumbatov-Topuridzeni  Azərbaycan  Daxili  ĠĢlər  Komissarı  vəzifəsindən  azad 


195 
 
edilir. Artıq növbə Bağırova çatırdı və onu «millətçi sağ təmaülçü və hümmətçi» 
kimi  əksinqilabi  ünsürlərə  yardım  göstərməkdə  günahlandıraraq  həbs  olunmaq 
məsələsini  Moskvadan  gəlmiĢ  komissiya  üzvləri  gündəmə  gətirirlər.  Burada  bir 
faktoru  da  nəzərdən  qaçırmaq  lazım  deyil  ki,  bu  dövrdə  SSRĠ  xalq  daxili  iĢlər 
komissarının  müavini  vəzifəsinə  yüksələn  L.R.Beriya  bu  andan  sonra  artıq 
Moskvada M.C.Bağırovu xilas etmək missiyasını ardıcıl surətdə həyata keçirməyə 
baĢlayır. Belə ki, L.R.Beriya Yejovun göstəriĢlərinə uyğun həbslərin aparılmasının 
və bəzi məqamlarda bu həbslərin əsassız olmaları barədə, bu əsassız həbslərə etiraz 
bildirənlərin isə təqib olunmağından və bu təqib olunanlardan birinin M.C.Bağırov 
olmağı  barədə  Stalin  qarĢısında  məruzə  ilə  çıxıĢ  edir.  Beriya  tərəfindən  atılan  bu 
addım,  Stalində  Yejov  barədə  yığılan  siqnalların  bir  daha  əsaslı  olduğunu  sübut 
edirdi. Bu da artıq Yejovun sonu demək idi. Yeni təyin edilmiĢ Xalq Daxili ĠĢlər 
Komissarının  müavini  Beriya  ilk  olaraq  bu  orqanlardan  Yejovun  dəstəsinin 
təmizlənməsi ilə məĢğul olur. Bir neçə ay iĢsiz qalan Sumbatov 1938-ci ildən SSRĠ 
Daxili  ĠĢlər  Xalq  Komissarlığında  Ģöbə  rəisi  vəzifəsinə  təyin  edilir.  10  il  bu 
vəzifədə  iĢləyən  Sumbatov  yalnız  Beriyaya  əks  mövqedə  dayanan  Abakumov 
dönəmində SSRĠ Daxili ĠĢlər sistemindən uzaqlaĢdırlır. 1947-ci il martın 27-də o 
yenidən  Azərbaycana  qayıdaraq  Bağırov  tərəfindən  Azərbaycan  SSRĠ  Nazirlər 
Sovetinin sədr müavini vəzifəsinə təyin edilir. 
BaĢ  tutmamıĢ  çevriliĢdən  sonra  1953-cü  ilin  iyul  ayının  17-də 
Y.D.Sumbatov-Topuridze həbs edilir. Onun məhkəmədə iĢtirak etməməsi isə rəsmi 
məlumatlarda  heç  də  deyildiyi  kimi  deyildi.  Əslində  M.C.Bağırovun  əleyhinə  bir 
kəlmə  ifadə  verməyən  və  1937-38-ci  ildə  respublikada  aparılan  həbslərin  birbaĢa 
Moskvadan  idarə  olunduğunu  göstərən  Y.D.Sumbatov-Topuridze  psixoloji  və 
fiziki  təzyiqlərə  tab  gətirə  bilməyərək  sözün  əsl  mənasında  ruhi  cəhətdən 
sındırılmıĢdı.  1955-ci  ilin  iyulundan  O  psixatriya  xəstəxanasına  göndərilmiĢ  və 
1960-cı  ildə  isə  elə  bu  tibb  müəssəsində  də  vəfat  etmiĢdi  (çox  güman  ki,  onun 
ölməsinə «kömək» edilmiĢdi - A.M.). 
Mir  Cəfər  Bağırov  həbs  olunduğu  gündən  məhkəmənin  hökmünə  qədər 
həbsdə  özünü  çox  təmkinli  və  soyuqqanlı  aparırdı.  Yuxarıda  göstərilən  bütün 
faktlar  tədqiq  olunan  Ģəxsin  keçirdiyi  həyat  yolu  və  onun  psixoloji  vəziyyətinin 
müəyyən  situasiyalar  zamanı  təzahürüdür.  ġəxsiyyəti  tədqiq  etmək  üçün  bu 
materiallar  əvəzsizdir.  Birincisi  «Mir  Cəfər  Bağırov  kimdir»  sualına  biz  cavab 
verməyə  salıĢdıq.  Məhkəmədə  M.C.Bağırova  ölüm  cəzası  kəsilir.  1956-cı  ilin  26 
aprelində  M.C.Bağırovun  vəkili  SSRĠ  Ali  Sovetinin  sədri  K.Y.VoroĢilova 
M.C.Bağırovun əfv olunması barədə müraciət edir. Ancaq bir neçə versiyalar var. 
Versiyalardan biri budur ki, müraciət göndərilən vaxt K.Y.VoroĢilov məzuniyyətə 
çıxır. O vaxtki qanunlara görə SSRĠ Ali Sovetinin sədri məzuniyyətə çıxdığı vaxt 
ittifaq respublikalarının Ali Sovetlərinin sədrləri ardıcıllıqla hər il K.Y.VoroĢilovun 
məzuniyyət  müddətində  onu  bu  vəzifədə  əvəz  edirdilər.  Bu  vaxt  nədənsə 
Ermənistan Ali Sovetinin sədri, K.Y.VoroĢilovu əvəz edir. 


196 
 
Sonrakı  tarixi  hadisələr  bir  daha  Kliment  Yefremoviç  VoroĢilovun  və 
Nikolay  Aleksandroviç  Bulqaninin  iradəsiz  siyasi  fiqur  olduqlarını  üzə  çıxardır. 
Belə  ki,  XruĢĢov  Beriya  ilə  Bağırovu  fiziki  cəhətdən  sıradan  çıxartdıqdan  sonra 
növbə  artıq  SSRĠ  Nazirlər  Sovetinin  sədri  E.Malenkova,  onun  I  müavini 
L.M.Kaqanoviçə çatmıĢdı və onları sıradan çıxartmağının zamanının yetiĢdiyini o, 
öz yaxın ətrafına bildirir. Lakin qarĢı tərəf də əks hücuma keçmək üçün qruplaĢırdı. 
Belə  ki,  artıq  1956-cı  ildə  Tiflisdə  XruĢĢovun  əleyhinə  böyük  mitinq  baĢ  verir. 
Ordu mitinqi silah gücünə dağıdır. 
Kaqanoviçlə-Malenkov  öz  tərəflərinə  V.Molotovu,  N.A.Bulqanini, 
K.E.VoroĢilovu, M.Q.Pervuxini, M.Z.Saburovu, D.Q.ġepilovu çəkirlər. Onlar MK-
nın  rəyasət  heyətinin  iclasında  N.S.XruĢĢovu  ittiham  atəĢinə  tuturlar.  Onu  qeyd 
etmək  istəyirəm ki,  bu qarĢıdurmada  A.Mikoyan gizli olaraq XruĢĢovun tərəfində 
durur. Lakin bu qarĢıdurmada nə Mikoyan Molotovun, nə də Molotov Mikoyanın 
ünvanına kəskin  fikirlər  söyləmir.  Lakin  XruĢĢov  tərəfdarları  tez  bir  vaxtda  MK-
nın  plenimunu  yığaraq,  «antipartiya  qruppasını»  məğlubiyyətə  uğradır  Nəzərə 
alsaq  ki,  XruĢĢov  arxivlərdən  onun  repressiyalarda  iĢtirak  edən  sənədlərini 
çıxartdırmıĢdır  və  «üçlüklər»in  üzvləri  kimi  plenum  iĢtirakçılarına  yuxarıda  adı 
çəkilən  anti-partiya  qruplaĢmasının  üzvlərini  göstərirdi.  29.06.57-ci  ildə 
«antipartiya  qruplaĢmasının»  üzvlərindən  Bulqaninlə  VoroĢilov  pleniumda 
Molotov-Kaqanoviç-Malenkov  birliyinin  məğlubiyyətini  görcək  tələm-tələsik 
tribunaya  çıxaraq  mövqelərini  dəyiĢərək  XruĢĢovun  tərəfinə  keçirlər.  Pleniumda 
«anti-partiya  qruplaĢması»nın  digər  üzvləri  Sovet  Ġttifaqı  KP  MK-nın  rəyasət 
heyətindən və MK-nın sıralarından çıxarılırlar. 
Ancaq  VoroĢilovla  Bulqanin  baĢa  düĢmürdülər  ki,  «Anti-partiya 
qruplaĢması»nın  digər  üzvləri  kimi  onları  da  bir  neçə  ildən  sonra  eyni  aqibət 
gözləyirdi. 
Ona  görə  də  o  dövrdə  olan  mövcud  qanunvericiliyə  uyğun  olaraq  aprelin 
27-də göndərlən müraciətə əsasən ölüm hökmünün icraatı bir ay saxlanmalı, mayın 
27-də  cavabın  alınmasından  asılı  olaraq  hökmə  baxılmalıymıĢ,  lakin  o  vaxtki 
qanunvericilik  kobud  surətdə  pozularaq  mayın  7-si,  1956-cı  ildə  M.C.Bağırovun 
güllələnməsi  həyata  keçirilir,  Beləliklə,  30  il  Azərbaycanda  rəhbər  vəzifədə 
çalıĢmıĢ  1922-ci  ildə  Azərbaycan  Qırmızı  Əmək  Bayrağı,  1935-ci  ildə  Lenin, 
1940-cı  ildə  Qırmızı  Əmək  Bayrağı,  1942-ci  ildə  Lenin,  1943-cü  ildə  Lenin 
ordenlərinə,  1944-cü  ildə  Qafqazın  Müdafiəsi  uğrunda  medalına,  1945-ci  ildə  I 
dərəcəli Vətən ordeninə, 1946-ci ildə iki dəfə, fevralında və həmin ilin oktyabrında 
Lenin  ordeninə  layiq  görülmüĢ  M.C.  Bağırovun  həyatına  son  qoyulur  (o  vaxtki 
sovet  qanunlarına  görə  beĢ  dəfə  Lenin  ordeninə  layiq  görülmüĢ  Ģəxs  avtomatik 
olaraq  Sosialist  Əməyi  Qəhrəmanı  adı  ilə  təltif  olunurdu,  lakin  bunu  da 
M.C.Bağırova çox görürlər - A.M.). 
 
 


197 
 
Üzeyr Hacıbəyovun dəfn mərasimi. Ön planda M.C.Bağırov, Teymur Quliyev. Bakı, 1948-ci il. 
 
M.C.Bağırov Sovet Ġttifaqı MarĢalı S.Budyonnı ilə birlikdə, Bakı, 1952. 
 
 


198 
 
 
 
 
 
 
Əziz  oxucu,  mənim  bu  kitabda  qarĢıma  qoyduğum  məqsəd  heç  də 
M.C.Bağırovun  siyasi  səhvlərinə  bəraət  qazandırmaq  olmamıĢdır.  Ancaq  indiyə 
qədər bizə təqdim olunan obrazlarda gördüyümüz M.C.Bağırovu mən digər üzünü 
və  ictimai-siyasi fəaliyyətini  tarixi  sənədlərlə  sizə  göstərməyi özümə  borc  bildim. 
Kitabımı  bitirən  zaman  bu  sətirləri  yazarkən  o  dövrün  vətənpərvər  oğullarının 
məzarlarını ziyarət etmək bədaətən qəlbimə gəldi. S.C.PiĢəvərinin, Əziz Əliyevin, 
Həsən  Əliyevin,  Əhəd  Yaqubovun  Mir  Əsədulla  Mirqasımovun  və  digər 
mərhumlarımızın  qəbrlərini ziyarət edərkən beynimdə  bir  fikir dolaĢırdı.  Bu  fikri, 
əziz oxucu, sizlərində nəzərinə çatdırmaq istəyirəm. Görəsən, Mir Cəfər Mirabbas 
oğlu Bağırovun qəbrini Azərbaycan torpağına köçürülməsinin zamanı çatmayıbmı? 
 
 
M.C.Bağırov. Bakı. 
 
L.P.Beriya 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə