A. Məmmədov



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə8/79
tarix19.07.2018
ölçüsü1,81 Mb.
#57174
1   ...   4   5   6   7   8   9   10   11   ...   79

19 
 
əksəriyyəti  isə  Rus-alman  cəbhə  xəttindən  fevral  inqilabından  sonra  geri  qayıdan 
əsgərləri  olmuĢdu.  Tərcümeyi-halda  M.C.Bağırovun  dili  ilə  guya  deyilir  ki, 
«Uçaqan  dəstəsinin  üzvləri  Quba  bəyləri  tərəfindən  evləri  dağıdılmıĢ  yəhudi,  rus 
və  keçmiĢi  cinayətkar  olmuĢ  müsəlmanlardan  təĢkil  olunmuĢdu».  Özünüz  fikir 
verin,  kim  belə  sadəlöhv  ola  bilər  ki,  cinayətkarlardan  cəmlənmiĢ  bir  dəstəyə 
rəhbərlik etdiyini tərcümeyi-halında qeyd etsin. Sözsüz ki, bu absurddur! 
Düzdür, tərcümeyi-halda göstərilir ki, bu dəstə bəylərə, mülkədarlara qarĢı 
mübarizə aparırdı. 
Ancaq  1956-cı  ildə  M.C.Bağırov  məhkəməsi  zamanı  qeyd  edir  ki,  mənim 
rəhbərlik etdiyim silahlı dəstə mövcud olmuĢdur və bu dəstə soyğunçuluqla məĢğul 
olmayıb  və  hətta  bəylərə  qarĢı  da  vuruĢmamıĢdır  («M.C.Bağırovun  məhkəməsi» 
kitabından). 
Əslində  isə  1918-ci  ilin  Bakıdakı  mart  hadisələri  zamanı  erməni 
Hamazapsın Azərbaycanın Ģimalına doğru hərəkət edən dəstələrindən yerli əhalini 
qorumaq üçün yaradılmıĢ müdafiə qruplarına Ə.Zizinski və M.C. Bağırov rəhbərlik 
edirdi. 
Tərcümeyi-halda  qeyd  olunur  ki,  M.C.  Bağırov  satqınçılıq  nəticəsində 
Ə.Zizinskinin  əlinə keçir və Əbu-Səttar adlı bir  Ģəxsin vasitəsilə əsirlikdən  qaçır. 
Əslində  isə  sonradan  1918-ci  ildə  Mülkədar  Əlibəy  Zizinskinin  baĢçılıq  etdiyi 
silahlı  dəstə  Milli  Hökumət  qurulana  qədər  DaĢnaksütün  liderlərindən  olan 
Hamazapsın  müsəlmanlara  qarĢı  törətdiyi  soyqırımın  qarĢısını  almaqda  böyük  rol 
oynamıĢdır. 
Artıq mart ayından Əlibəy Zizinski daĢnakların ġamaxıda törətdiyi qırğının 
qarĢısını almaq üçün silahlı dəstəsini ġamaxıya istiqamətləndirir. Qubada isə xırda 
bir  dəstə  ilə  M.C.  Bağırov  qalır.  Bax  elə  bu  zamandan  M.C.  Bağırovun 
bolĢeviklərlə  açıq  əlaqəsi  baĢlayır.  Ola  bilsin  ki,  bu  addım  düĢünülmüĢ  Ģəkildə 
Əlibəylə  razılaĢdırılaraq  atılmıĢdı.  Belə  ki,  o,  Qırmızı  Qvardiyanın  Bakıdakı 
nümayəndəsi Georgi Stura ilə əlaqəyə girərək Quba qəzasında onlara qarĢı çıxacaq 
qüvvə olmadığını və hakimiyyətin M.C. Bağırovun timsalında bolĢeviklərə meylli 
Ģəxslərin  əlində olduğunu bildirir. Bu addımla M. C. Bağırov Qırmızı  qvardiyanı 
Qubaya dəvət etməklə ġamaxıdan Qubaya istiqamət almıĢ Hamazapsın dəstəsinin 
törədə biləcəyi qırğınların qarĢısını almaq istəyirdi. 
Bu  danıĢıqlardan  sonra  Qubada  Ġnqilabi  Komissarlığın  rəhbəri  Gelovani 
təyin edilir. Gelovaninin gəliĢindən bir müddət sonra 1 may 1918-ci ildə Bakıdan 
Notovas Oqanesovun baĢçılığı ilə silahlı drujina Qubaya gəlir. Əlibəy Zizinski və 
Hacınskinin  silahlı  qüvvələri  ġamaxıdan  geri  çəkilərək  Dərbənddə  bir  müddət 
qalaraq  qüvvə  toplayır.  Mayın  üçündə  onların  silahlı  dəstələri  Qubaya  doğru 
hərəkət edirlər. 
Komissarların  Petrovskıdan  (HəĢtərxandan)  köməyə  çağırdıqları  silahlı 
dəstələri  üç  günlük  döyüĢlərdən  sonra  məğlub  olaraq  Qubanı  tərk  edirlər.  Çox 
güman  ki,  düĢmənin  planlarından  və  mövqeyindən  xəbərdar  olmaq  üçün  Əlibəy 


20 
 
Mir Cəfərə Qubanı qırmızı dəstələrlə bir yerdə tərk etməyi tapĢırır. Çıxan dəstələr 
Dərbəndə tərəf istiqamətlənir və bu zaman onlar ġimali Qafqazdan qayıdan qırmızı 
komissar  NaneyĢvilinin  eĢalonu  ilə  qarĢılaĢırlar  və  qırmızı  silahlı  qüvvələr  belə 
qərara  gəlirlər  ki,  Bakıya  hərəkət  edib  qüvvələri  səfərbərliyə  alaraq  yenidən 
Qubaya  hücum  etsinlər.  Lakin  qırmızı  silahlı  qüvvələr  Bakıya  qayıdarkən 
Dəvəçidə  milli  qüvvələr  tərəfindən  gülləbarana  məruz  qalırlar.  Bu  vaxt 
Hamazapsın  baĢçılığı  ilə  Bakı  tərəfdən  gələn  4  eĢalon  silahlı  daĢnak  dəstəsi 
Dəvəçidə  NaniyaĢvilinin  qüvvələri  ilə  birləĢirlər.  Hamazaps  ġaumyanın  göstəriĢi 
ilə  Qubaya hərəkət  etdiyini  bildirir.  Bu  vaxt  M.C.  Bağırov  NaniyaĢvili  tərəfindən 
bolĢeviklərin  Hamazapsın  silahlı  qüvvələrində  nümayəndəsi  təyin  olunur.  Bütün 
bunlara baxmayaraq, M.C. Bağırov Hamazapsı yaxĢı tanıdığına görə bolĢeviklərin 
bu  dəstədə  nümayəndəsi  olmaq  istəmir.  YaxĢı  ki,  Sovet  hökuməti  qurulduqdan 
sonra daĢnaklara münasibət mənfi olub. 
Bu cəhətdən tərcümeyi-halı saxtalaĢdıran Moskva emissarları M.C. Bağırov 
həyatının bu hissəsini olduğu kimi saxlayıblar. 
Onu  da  nəzərə  almaq  lazımdır  ki,  Lenin  29  iyul  1918-ci  ildə  S.  Q. 
ġaumyana  göndərdiyi  teleqrama  qədər  daĢnaklarla  bolĢeviklər  siyasi  hakimiyyət 
mübarizəsində çox halarda eyni mövqedən çıxıĢ edirdilər. 
(haĢiyə:  1923-ci  ildə  Bakıda  Ə.Qarayevin  «Yaxın  keçmiĢ  Azərbaycan 
kommunist partiyasının tarixinə aid materiallar» adı altında kitabı nəĢr olunur. 
Kitabdakı hadisələrin təsvirinə diqqət edək: 
«1904-cü  ilin  sonlarında  AlyoĢa  Çaparidzenin  rəhbərliyi  altında  Bakıda 
müsəlman  «Hümmət»  təĢkilatı  yarandı».  Hümmət  təĢkilatı  RSDRP-nin  Bakı 
seksiyasının  təĢkilatı  kimi  fəaliyyətiə  baĢlayır  amma  taktiki  məqsədlər  üçün 
«Hümmət»  təĢkilatı  bəzən  özünü  müstəqil  təqdim  edirdi.  Belə  ki,  «Hümmət» 
təĢkilatı sosialist təĢkilatları olan «Qnçak» və «DaĢnaksütun»la eyni blokdan çıxıĢ 
etdikdə müstəqil görünməyə məcbur idi». 
1924-cü  ildə  Ə.  Qarayevin  «Azərbaycanda  Oktyabr  inqilabı  və  Bakı 
bolĢevik təĢkilatı haqqında materiallar» adı altında yeni kitabı Bakıda nəĢr olundu. 
Bu kitabda Ə.Qarayev yazır: 
«1918-ci  ilin  yayında  Ġngilislər  Bakını  iĢğal  etdikdə  «Hümmət»  təĢkilatı 
fəaliyyətini  gizli  davam  etdirməyə  məcbur  oldu.  Yalnız  1919-cu  ildə  «Hümmət» 
təĢkilatı açıq fəaliyyətə baĢlayaraq fəhlə və kəndlilər arasında öz təbliğatını davam 
etdirirdi.  1919-cu  ilin  yayında  «Hümmət»  təĢkilatında  parçalanma  baĢ  verdi. 
Parçalanma  nəticəsində  az  menĢevik  tərəf  bu  təĢkilatı  tərk  etdi.  1920-ci  ildə 
«Hümmət»  təĢkilatı  və  Ġran  kommunistlərinin  cəmləĢdiyi  «Ədalət»  RKP(b) 
partiyası  ilə  birləĢərək  həmin  ilin  12  fevralında  Azərbaycan  Kommunist 
partiyasının  gizli  Ģəkildə  I  qurultayını  keçirdi»  Bunları,  qeyd  etməkdə  məqsədim 
M.C.Bağırovun  tərcümeyi-halının  sonradan  oxuyacağımız  hissələrində  o,  özünün 
«Hümmət»  təĢkilatı  ilə  əlaqəli  olduğu  barədə  dolayası  yolla  məlumat  verməsini 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə